AMEA Elmi Müəssisələrinin Direktorları Şurasının iclası keçirilib Elm 10 марта 2017 2017-ci il Martın 10-da Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasındaAMEA Elmi Müəssisələrinin Direktorları Şurasının növbəti iclasıkeçirilib. Tədbirdə AMEA-nın prezidenti, vitse-prezidentləri,akademik-katibi, elmi bölmələrin akademik-katibləri, elmimüəssisələrin direktorları və Rəyasət Heyətinin məsul əməkdaşlarıiştirak ediblər. AMEA Rəyasət Heyətinin aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən ZiM.Az-a bildiriblər ki, ilk olaraq AMEA-nın elmi müəssisələrində analitik cihazların səmərəliistifadəsinin monitorinqinin nəticələri müzakirə olunub. Məsələ iləbağlı AMEA Rəyasət Heyətinin Fənlərarası Analitik Mərkəzinin başmütəxəssisi Arzu Əlizadə bildirib ki, mərkəz ümumilikdə beş institutdacihaz və avadanlıqların monitorinqini aparıb: “Cihazların realvəziyyətini öyrənməkdə məqsəd institutları ISO 17025 standartınıntələblərinə uyğun akkreditasiyaya hazırlamaqdır” - deyən A.Əlizadəmonitorinqin AMEA-nın digər elmi müəssisələrində də keçiriləcəyiniqeyd edib.Tədbirdə İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoruFətəli Abdullayev AMEA-nın Yüksək Texnologiyalar Parkında həyatakeçirilən layihələr, innovativ yeniliklərin istehsalatda tətbiqihaqqında danışıb. F.Abdullayev həmçinin AMEA ilə Silahlı QüvvələrinHərbi Akademiyası arasında elmi-texniki və təhsil sahələrindəəməkdaşlığa dair imzalanmış memoranduma əsasən yerinə yetirilənlayihələr üzrə sınaqların yekunlaşdığını bildirib.Sonra Elm və Təhsil İdarəsinin Elmi-analitik şöbəsinin rəisi Fail Kazımov AMEA-nın dünyanın nüfuzlu elmi bazalarında, akademik sosialşəbəkələrdə əsas göstəriciləri, "Thomson Reuters" beynəlxalq elmiistinad indekslərinin elmimetrik verilənlər bazasından istifadəninvəziyyəti ilə bağlı çıxış edib. Natiq AMEA-nın 2016-cı ilinyekunlarına dair "Web of Science", "Scimago Journal & Country Rank" kimidünyanın nüfuzlu elmi bazalarında olan elmi analitik göstəricilər,AMEA-nın beynəlxalq reytinqi haqqında məlumat verib, alimlərimizinakademik sosial şəbəkələrdən istifadə vəziyyətinin araşdırıldığınıbildirib.“Web of Science” bazasında 2016-cı ildə AMEA alimləri tərəfindən 427 elmi əsər dərc olunduğunu deyən F.Kazımov bunun respublika üzrə “Web of Science” bazasına daxil olan elmi əsərlərin 56 faizini təşkiletdiyini vurğulayıb. Natiq bildirib ki, AMEA “ScimagoInstitutionsRanking” bazasının araşdırmasına əsasən 5147 təşkilat arasında 672-ci, “RankingWeb of ResearchCenters” bazasınınaraşdırmasına görə isə 7953 təşkilat arasında 1872-ci yerdədir.Sonra Elm və Təhsil İdarəsinin rəisi, texnika üzrə elmlər doktoru,professor Əminağa Sadıqov AMEA-nın doktoranturasında 2016-cı ilin qışimtahan sessiyasının yekunlarını təqdim edərək ixtisas, xarici dil vəfəlsəfə fənni üzrə doktorant və dissertantların doktorluqimtahanlarının nəticələrini diqqətə çatdırıb. O həmçinin 2017-ci ilüçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura vədissertanturaya qəbulun gedişi barədə də məlumat verib. Bildirib ki, AMEA üzrə cari il üçün fəlsəfə doktoru hazırlığı üzrə 99 nəfər, elmlərdoktoru hazırlığı üzrə 48 nəfər, dissertantura yolu ilə fəlsəfədoktoru hazırlığı üzrə 136 nəfər, elmlər doktoru hazırlığı üzrə 76 nəfərin qəbul planı təsdiq edilib.Akademiyada magistratura təhsili haqqında çıxış edən idarə rəisivurğulayıb ki, AMEA-nın ilk məzunları olacaq sonuncu kursmagistrantlar elmi tədqiqat və elmi-pedaqoji təcrübəyə buraxılıblar.Alim qeyd edib ki, institutların təhsil şöbələri rəhbərlik etdiyiidarə tərəfindən dissertasiyaların hazırlanması və müdafiəsi iləəlaqədar bütün normativ sənədlərlə təmin olunublar. Professor Əminağa Sadıqov dissertasiyaların müdafiəsi məqsədilə yaradılacaqixtisaslaşdırılmış şuralara müvafiq institutların təhsil şöbələrininrəhbərləri və Elm və Təhsil İdarəsinin Magistratura şöbəsinin rəisinində daxil edilməsinin vacibliyini vurğulayıb.Tədbirdə Beynəlxalq Əlaqələr İdarəsinin rəisi, biologiya üzrə fəlsəfədoktoru Esmira Əlirzayeva AMEA-nın beynəlxalq proqramlarda iştirakıhaqqında danışıb. O bildirib ki, NATO-nun Sülh və Tərəfdaşlıq, AvropaKomissiyasının Çərçivə və Horizon 2020, eləcə də Ukrayna Elm vəTexnologiya Mərkəzinin “Məqsədli Təşəbbüslər” proqramlarında Akademiyaəməkdaşları üçün xarici həmkarlarla müştərək layihələrdə işləmək üçünşərait yaradılır. O, qeyd olunan proqramlar üzrə bir sıra intitutlardamüxtəlif layihələrin icra olunduğunu, həmçinin UNESKO, Fulbrayt, DAADvə İslam İnkişaf Bankının Təqaüd proqramlarının dəstəyi ilə doktorantvə gənc alimlərin qabaqcıl ölkələrin elmi təşkilatlarında tədqiqataparmaq, təcrübə keçmək, treninqlərdə və beynəlxalq elmi forumlardaiştirak etmək imkanı əldə etdiklərini diqqətə çatdırıb.İclasda AMEA-nın elmi müəssisə və təşkilatları arasında 2016-cı ilüçün “İlin ən yaxşı veb-saytı” nominasiyası üzrə qalib saytlarınmüəyyən olunmasına dair aparılan monitorinqin nəticələri də açıqlanıb.AMEA Rəyasət heyəti aparatı İctimaiyyətlə əlaqələr və elminpopulyarlaşdırılması idarəsinin rəis müavini Ülviyyə Rzayevaümumilikdə akademiyanın 6 elmi bölməsi üzrə 40 institut və təşkilatınrəsmi informasiya resursunun analiz edildiyini bildirib: “Monitorinqinaparılmasında əsas məqsəd “İnformasiya əldə etmək haqqında” Qanununtələbləri baxımından AMEA-nın elmi müəssisə və təşkilatlarınınsaytlarında informasiyaların, həmçinin müraciətlərin kəmiyyətgöstəricilərini nəzərə almaqla, mövcud vəziyyəti araşdırmaq, ocümlədən saytların fəaliyyətini stimullaşdırmaq, elminpopulyarlaşdırılması və kütləvi təbliğində xidmətləri olanjurnalistləri, yaradıcı kollektivi həvəsləndirməkdir.Daha sonra AMEA-nın elmi müəssisələrində kadr intizamının vəziyyətimüzakirə edilib. Hüquq və Kadrlar İdarəsinin rəisi, hüquq üzrə fəlsəfədoktoru Rasim Ağasiyev məsələ ilə bağlı institut və təşkilatlardaseminarlar təşkil olunduğunu bildirib. O, müəssisələrdə aparılanyoxlamaların nəticəsini təqdim edərək bu istiqamətdə tövsiyələriniverib.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.