Priofessor Vəli Osmanlının 80 illik yubiley – anım mərasimi Elm, Borçalı 5 июня 2015 2 iyun 2015-cil tarixində Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunda tanınmış ədəbiyyatşünas-alim, filologiya üzrə elmlər doktoru Vəli Osmanlının 80 illik yubileyi ilə bağlı anım mərasimi keçirilmişdirTədbiri giriş sözü ilə açan AMEA–nın vitse – prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik İsa Həbibbəyli Vəli Osmanlının Azərbaycan ədəbiyyatşünaslıq elmindəki mövqeyindən danışmış, onun elmi yaradıcılığı haqqında geniş məruzə etmişdir. Daha sonra çıxış edən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat Nəzəriyyəsi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Tahirə Məmməd Vəli Osmanlının Azərbaycan romantizminin tədqiqatçısı, nəzəriyyəçi alim kimi ədəbiyyatşünaslığımızda tutduğu mövqeyi haqqında əhatəli məruzə etdi. Tədbir iştirakçılarından Milli Məclisin deputatı, filiologiya üzrə fəlsəfə doktoru Sabir Rüstəmxanlı, professor Məhərrəm Qasımlı, professor Himalay Qasımov, professor Aqşin Babayev Vəli Osmanlının elmi fəaliyyəti haqqında məruzələr etdilər, onun gözəl insani xüsusiyyətləri ilə bağlı xatirələrini bölüşdülər. Tədbirin sonunda mərhum alimin həyat yoldaşı, filologiya üzrə elmlər doktoru Sara Osmanlı Vəli Osmanlının yubiley tədbirinin keçirildiyi üçün İnstitut rəhbərliyinə, bütün iştirakçılara öz dərin minnətdarlığını bildirdi.Tədbirdə Ədəbiyyat İnstitutunun əməkdaşları, Respublikanın tanınmış ədəbiyyatşünas alimləri, Vəli Osmanlının əməl və həyat dostları, ailə üzvləri iştirak edirdilər. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun mətbuat xidməti Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.