AMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABATI DİNLƏNİLİB

AMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABATI DİNLƏNİLİBAMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABATI DİNLƏNİLİB AMEA-nın İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN 2016-ci İLDƏKİ FƏALİYYƏTİNƏ DAİR HESABATI DİNLƏNİLİB 2016-cı il dekabrın 23-də AMEA-nın İctimai Elmlər Bölməsinin növbəti büro iclası keçirilib. İclasda bölmənin büro üzvləri, bölməyə daxil olan elmi müəssisələrdən direktor, direktor müavini, elmi katib və mühüm nəticə icraçıları iştirak ediblər.

AMEA İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsi
ndən ZiM.Az-a bildiriblər ki, tədbiri AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli açaraq, iştirakçıları iclasın gündəliyi ilə tanış edib. Akademik 2016-cı ilin bölmə üçün uğurlu hadisələr və faydalı işlərlə yadda qaldığını qeyd edib. Alim bildirib ki, ötən il fəaliyyətə başlamış İctimai Elmlər Bölməsinin elmi müəssisələ­rində aparılan tədqiqatlar ölkəmizdə maddi-mənəvi və milli dəyərlərin qorunmasına, Azərbaycanın bey­nəl­xalq aləmə fəal inteqrasiyasına istiq­a­mət­­lənib.

Sonra iclasda bölməyə daxil olan elmi müəssisələrin 2016-ci ildəki elmi-təşkilati fəaliyyətlərinin yekunlarına dair hesabatları dinlənilib.

Öncə A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov elmi müəssisənin hesabatını təqdim edərək, mühüm elmi nəticələr haqqında məlumat verib. Y.Mahmudov bildirib ki, tarixçi alimlər tərəfindən Prezident İlham Əliyevin tövsiyəsi ilə Azərbaycan Respublikasının müstəqillik dövrünün ictimai-iqtisadi, siyasi tari­xi­nin ən aktual məsələləri, o cümlədən 25 il ərzində əldə olunan uğurlar ilk dəfə qaynaqlar, arxiv sənədləri və elmi ədəbiyyat əsasında fundamental şəkildə araşdırılaraq ümumiləş­diril­ib. Mühüm nəticələr hər biri iki cilddən ibarət olan beş adda monoqrafiyada öz əksini tapıb. Alim Dövlət mükafatına layiq görülmüş İrəvan xanlığı haqqında “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan tor­paqlarına köçü­rülməsi” adlı fundamental monoq­ra­fiyanın da ilk də­fə bu il müxtəlif dilərdə nəşr olun­araq elmi ictimaiy­yətə təqdim edildiyini qeyd edib. Bundan başqa, məruzəçi tarixçi alimlərin uzunmüddətli tədqiqatları nəticəsində ərsəyə gələn, Bal­kan­lardan köç edərək Anadolunun şərqində yurd salan erməni etnosunun gerçək ta­ri­xi haqqında “Real tarix və böyük Ermənistan uydurması” və 1918-1920-ci illərdə Azərbaycanın bütün bölgələrində ermənilər tərəfindən həyata keçirilmiş soyqırımı cinayətinin əsl tarixinin araşdırıldığı “Azərbaycan xalqına qar­şı 1918-ci il soyqırımları” adlı əsərlərin nəşr olunduğunu bildirib.

Y.Mahmudov qeyd edib ki, cari ildə institut əməkdaşları elmi tədqiqat planı əsasında gördükləri işlər 4 istiqamət, 4 prob­lemi, 37 mövzunu və 4 işi əhatə edib. İnstitut əməkdaşları tərəfindən 384 əsər nəşr olunub. 3 monoqrafiya, 89 məqalə xaricdə, 7 məqalə isə impakt faktorlu jurnalda dərc olunub.

Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova cari ildə arxeoloq alimlərin “Şimal-qərbi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə elmi tədqiqat işləri apadığını bildirib. M.Rəhimova institutun alimlərinin Qəbələ rayonu ərazisində e.ə. IV minilliyin başlanğıcına aid Qafqazın bu dövr tarixi üçün ilk dəfə olaraq katakomba tipli qəbir abidəsi aşkar etdiklərini deyib. Alim tapıntının Azərbaycanda e.ə. IV minilliyin birinci yarısında yayılmış Leylatəpə mədəniy­yətinin dəfn adətlərinin tədqiqində yeni istiqamət olduğunu vurğulayıb.

Məruzəçi 2016-cı ildə “Cənub-şərqi Azərbaycan abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə tədqiqat aparan arxeoloqlar tərəfindən Azərbaycanın cənub-şərq bölgəsi üçün ilk dəfə olaraq Lerik rayonunda erkən antik dövrə aid Piboztəpə nekropolunda genişmiqyaslı arxeoloji qazıntılar aparıldığını söyləyib. ABŞ-ın Pensilvaniya Universite­tinin tədqiqatçıları ilə birgə Piboztəpə nekropolunda ilkin paleozooloji, antropoloji, paleogeloji tədqiqatların həyata keçirildiyini, Corcia Universitetində isə nekropoldan nümu­nə­lər əsasında radiokarbon analizlərin aparıldığını qeyd edən M.Rəhimova bütün bunların Azərbaycanda antik dövr nekropolunun ilk kompleks araşdırma­ları olduğunu bildirib.

Məruzəçi institut əməkdaşlarının cari ildə 6 problem, 24 mövzu üzərində elmi tədqiqat işi apardığını qeyd edib.

Tədbirdə Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxışəliyeva hesabat məruzəsiylə çıxış edərək bildirib ki, institutun alimləri tərəfindən aparılan elmi tədqiqatlar Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələrinə, Şərq filologiyasının, yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri, eləcə də Şərq-Qərb sivilizasiyalararası münasibət­lərinə həsr olunub.

İnstitut əməkdaşlarının 5 problem, 11 mövzu, 105 iş üzrərində elmi tədqiqat işi apardığını qeyd edən G. Baxışəliyeva cari ildə 256 kitab monoqrafiya, məqalə və tezisin dərc edilidiyini bildirib.

Məruzəçi şərqşünas alimlər tərəfindən elmi tədqiqat planına uyğun olaraq, “Klassik türk ədəbiyyatının tədqiqi və Azərbaycan ədəbiyyatına dair türk alimlərinin araşdırmaları” mövzusu üzrə aparılan elmi işdən də danışıb. “Cənubi Azərbaycanın tarixi, iqtisadiyyatı və ictimai-siyasi vəziyyəti” mövzusu çərçivəsində “Cənubi Azərbaycan: 1918-ci il soyqırımı” və “Cənubi Azərbaycan: 21 Azərdən İranda Ağ İnqilaba qədər: iqtisadi və sosial-siyasi vəziyyət” adlı monoqrafiyaların çap olduğunu deyib. Bildirib ki, qeyd edilən kitablarda XX əsrdə Cənubi Azərbaycanın təqribən yarıməsrlik tarixi geniş işıqlandırılıb. 1918-ci ildə erməni-daşnak hərbi dəstələri tərəfində yalnız Bakı, Quba, Şamaxı və digər bölgələrdə deyil, həm də İranın şimal-şərqi əyalətlərində Azərbaycan xalqına qarşı kütləvi qırğınların həyata keçirilməsi qeyd edilib, bu soyqırımın ağır nəticələri təhlil olunub. Eyni zamanda, 1946-cı ildən 1960-cı illərə qədər Azərbaycan əyalətlərində sosial-iqtisadi, siyasi və mədəni vəziyyət dərindən təhlil edilib, şah hökumətinin xüsusilə, azərbaycanlı əhalinin, eləcə də milli azlıqların təhsil və mədəni hüquqları sahəsindəki siyasəti araşdırılıb.

İclasda Fəlsəfə və Hüquq İnstitutunun hesabatını təqdim edən, institutun direktoru, professor İlham Məmmədzadə elmi müəssisədə müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və mədəniyyətin aktual problemlərinin araşdırıldığını bildirib. Qlobalistikanın fəl­sə­­fi sosioloji və sosial-psixoloji məsələ­ləri, modernləşmənin sosioloji prob­lem­lə­­ri, gender tədqiqatları istiqaməti üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin ən aktual, mübahisəli məsələ­lərinin təhlili istiqamətində tədqiqatların aparıldığını qeyd edib. Alim hesabat ilində əməkdaşların 2 elmi istiqamət, 3 problem, 9 mövzu üzrə 82 iş yerinə yetirdiyini bildirib.

İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad üzrə fəlsəfə doktoru Allahyar Muradov hesabat ilində innovasiyalara əsaslanan davamlı iqtisadi in­ki­şaf modelinin formalaşması və inkişafı, iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun, sahibkarlığın və bey­nəl­xalq iqtisadi münasibətlərin inkişaf problemləri istiqamətində institutda aparılan təqdiqatlardan danışıb. İqtisadçı alimlər tərəfindən insan potensialı və kapitalının formalaş­ma­sı, xid­mət sek­to­­runun inkişafının sosial-iqtisadi və demoqrafik problemləri və təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi prob­­lem­lərinin tədqiqi üzrə elmi tədqiqat işlərinim davam etdirildiyini qeyd edib. İclasda institut əməkdaşlarının cari ildə 4 problem 12 mövzu, 12 iş, 106 mərhələ üzərində elmi tədqiqat işləri apardığı qeyd olunub.

Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva məruzə ilə çıxış edərək hesabat dövründə “Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqları məsələləri” istiqaməti üzrə institut alimləri tərəfindən araşdırmaların həyata keçirildiyini söyləyib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müda­fiə­sinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramına uy­ğun olaraq, “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniy­yət abidə­lə­rinə vurulmuş zərər” adlı ki­ta­­bın nəşr edildiyini qeyd edib­. Alim əlilliklə bağlı milli qanunvericiliyin dünya təcrübəsi ilə müqayisəli şəkildə hüquqi ekspertizası aparılaraq institutun mövqeyini ifadə edən rəy, mülahizə və təklifləri özündə əks etdirən “Əlillərin hüquqları, cəmiyyətə adaptasiyası və inteqrasiyası: dünya təcrübəsi, mövcud problemlər və həlli yolları” adlı materialın hazır­landığını və bu sahədə unifikasiya olunmuş kompleks təkliflər paketinin Milli Məclisə təqdim edildiyini bildirib.

Məruzəçi institutda 6 problem ,15 mövzu və 18 mərhələ üzərində tədqiqatlar aparıldldığını diqqətə çatdırıb.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı təşkilatın 2016-cı ildəki fəaliyyətinə dair hesabatını təqdim edib. Akademik bildirib ki, muzeyinin əməkdaşları tərəfindən Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abi­də­lərinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində ardıcıl işlər aparıb. Azərbaycanın orta əsrlər tari­xi­nin tədqiqi sahəsində “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərh­lər” monoqrafiyasının nəşr edildiyini deyən alim kitab­da Azər­baycan torpaqlarının Ərəb Xilafətinin tərkibinə qatılması ilə başlanan və monqol hücumları ilə tamam­la­nan 6 əsrlik dövrünun əhatə edildiyini, həmin dövrün 15 ərəb­dilli qaynağından Azər­bay­cana dair məlumatların şərhlərlə tərcüməsinin verildiyini bildirib. N.Vəlixanlı muzey əməkdaşlarının 4 problem, 10 mövzu, 19 iş üzərində tədqiqat apardıqlarını qeyd edib. Hesabat dövründə muzeydə 2 sərgi - “Şah İsmayıl – sərkərdə və hökmdar” və “Qadın geyim bəzəkləri” sərgisinin açıldığını bildirib.

İclasda Qafqazşünaslıq və Elm Tarixi institutlarının da hesabatları dinlənilib.
Hər iki müəssisənin rəhbəri yarandıqları 2016-cı il ərzində beynəlxalq əməkdaşlıq əlaqələrindən söz açıblar.

Tədbirdə məruzələr dinlənildikdən sonra müzakirə olunub.
Akademik İsa Həbibbəyli bölmənin bütün elmi tədqiqat müəssisələrinin əməyini yüksək dəyərləndirib, məsləhət və tövsiyəlsini verib.
İclasda 2016-ci ildəki fəaliyyət haqqında hesabatlar təsdiq edilib, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Müşfiq BORÇALI,
ZiM.Az


.




.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Elm, Humanitar elmlər, "Zirvə"
AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

AMEA Naxçıvan Bölməsinin elmi-tədqiqat institutlarının hesabatları dinlənil ...

Naxçıvan
Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

Humanitar Elmlər Bölməsinin fəaliyyəti barədə illik hesabat dinlənilib

"Zirvə"
Dilçilik İnstitutu illik hesabat verib

Dilçilik İnstitutu illik hesabat verib

Humanitar elmlər
AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

Elm
Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Ədəbiyyat İnstitutunun Hesabat Elmi şurası keçirilib

Humanitar elmlər
Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

Ədəbiyyatşünas alimlər cari ilin hesabatını veriblər

"Zirvə"
AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin büro iclası keçirilib

İctimai elmlər
Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Ədəbiyyat İnstitutunun Elmi şurasında 2022-ci ilin hesabatı dinlənilib

Humanitar elmlər
Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Yer Elmləri Bölməsinin növbəti büro iclası keçirilib

Digər bölmələr
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzaki ...

Naxçıvan
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər
Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

Amerikalı alimlər Arxeologiya və Etnoqrafiya İnstitutunda olublar

"Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

AMEA Rəyasət Heyətinin iclasında Biologiya və Tibb Elmləri Bölməsinin hesab ...

Elm, Biologiya və tibb elmləri
Rəy yazın: