“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb 2016-cı il Noyabrın 21-də AMEA-nın Əsas binasında Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda gənc türkoloqların beynəlxalq elmi konfransı işə başlayıb.

Tədbiri giriş sözü ilə AMEA Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva açaraq Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən təşkil olunan konfransın əhəmiyyətini vurğulayıb. O, beynəlxalq konfransda 120-dən artıq məruzənin dinləniləcəyini diqqətə çatdırıb. Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışan G.Baxşəliyeva bildirib ki, qurultayın keçirilməsi türk xalqlarının yaxınlaşmasında, mədəni-mənəvi əlaqələrinin möhkəmlənməsində, inteqrasiya proseslərinin dərinləşdirilməsində önəmli rol oynayıb.

Qurultayın keçmiş SSRİ məkanında türkologiyanın inkişafına böyük təkan verdiyini söyləyən G.Baxşəliyeva 1958-ci ildə yaradılan Şərqşünaslıq İnstitutunda bu sahədə əldə edilən uğurlardan danışıb. İnstitutun türkologiya sahəsində SSRİ-də ən öncül yerlərdən birini tutduğunu söyləyən institut direktoru Türkiyə ədəbiyyatı üzrə dissertasiya müdafiələrinin məhz Şərqşünaslıq İnstitutunda keçirildiyini vurğulayıb. İnstitutda türkologiya sahəsində çap olunmuş kitablardan söz açan G.Baxşəliyeva böyük türk dastanı “Saltuknamə”nin dilimizə tərcüməsini, Haldun Tanerin, Mehmet Akif Ərsoyun və digər görkəmli türk ədiblərinin yaradıcılığına aid monoqrafiyaları, Osmanlı tarixinə aid əsərləri, Gəncə, Qarabağ, Naxçıvan, İrəvan, Lori, Ərdəbilə aid Osmanlı vergi dəftərlərini xüsusi vurğulayıb.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən danışıb, burada XX əsrin əvvələrində türkoloji elmi-mədəni mühitin aktual məslələrinin müzakirə olunduğunu bildirib. AMEA-nın vitse-prezidenti türkdilli ölkələrin alimləri tərəfindən ortaq türk dili və tarixi dərsliyinin hazırlandığını və bu dərsliyin Azərbaycan, Türkiyə, Qırğızıstan və Qazaxıstanın orta ümumtəhsil məktəblərində tədris olunacağını söyləyib. İ.Həbibbəyli ortaq türk ədəbiyyatı dərsliyinin də nəşrə hazırlandığını diqqətə çatdırıb.

Tədbirdə AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova, Şərqşünaslıq İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Şahin Mustafayev, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, f.ü.f.d Famin Salmanov çıxış edərək Birinci Türkoloji Qurultayın türk dünyasının tarixi elmi-mədəni əlaqələrinin qorunub saxlanmasındakı önəmindən danışıblar.

Konfrans öz işini Şərqşünaslıq İnstitutunda 4 bölmə üzrə keçiriləcək iclaslarla davam etdirib. İclaslarda türk dillərinin tarixi, türk xalqlarının tarixi və mənbəşünaslığı, arxeologiya və etnoqrafiyası, iqtisadiyyatı, türk xalqlarının fəlsəfəsinin və mədəniyyətşünaslığının aktual problemləri müzakirə olunub.

Tədbir noyabrın 22-də başa çatıb.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

AMEA-da Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş Beynəlxalq ko ...

Elm, "Zirvə", Turan
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

Bakıda Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan konfrans keçiri ...

"Zirvə"
Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Birinci Türkoloji Qurultayın 90 illiyinə həsr olunan elmi sessiya keçirilib

Elm, "Zirvə"
“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

“Türk xalqları ədəbiyyatı: mənşəyi, inkişaf mərhələləri və problemləri” möv ...

Əsas xəbər, Elm, "Zirvə"
“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

“Müasir şəraitdə türk xalqları arasında əməkdaşlığın prespektivləri” mövzus ...

Elm, İctimai elmlər, Hüquq, Turan
Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Akademik İsa Həbibbəyli “Birinci Türkoloji Qurultay: dərsləri və çağırışlar ...

Elm, "Zirvə"
AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

AMEA-nın Şərqşünaslıq İnstitutu ilə İranın Qafqaz Araşdırmaları Mərkəzi ara ...

İctimai elmlər
“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

“MACARISTAN TÜRKOLOGİYASI və AZƏRBAYCAN” MÖVZUSUNDA KONFRANS KEÇİRİLDİ

"Zirvə", Turan, Diaspora
“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

“Müasir şərqşünaslığın aktual problemləri” mövzusunda beynəlxalq elmi konfr ...

İctimai elmlər, "Zirvə"
ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU-da Respublika elmi-praktik konfransı keçirilib

ADPU
“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

“Azərbaycan mühacirət ədəbiyyatı: reallıqlar, problemlər, vəzifələr” mövzus ...

"Zirvə"

"TÜRKOLOGİYA" JURNALININ HESABATI

Humanitar elmlər
“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

“Azərbaycan-Türkiyə: yeddi ulu ozan” mövzusunda Beynəlxalq elmi simpozium

Elm
“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

“Türkologiya”jurnalının 3-cü sayı çapdan çıxıb

Elm, Humanitar elmlər
AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın İctimai Elmlər Bölməsinin ümumi iclası keçirilib

İctimai elmlər, "Zirvə"
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Bakıda “Qarabağın arxeoloji irsi” mövzusunda beynəlxalq elmi konfrans təşki ...

Elm, "Zirvə"
AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

AMEA-nın müxbir üzvü Əliyar Səfərlinin 80 illiyinə həsr olunan respublika k ...

"Zirvə"
AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

AMEA alimləri qarşısında duran vəzifələr müzakirə olunub

Humanitar elmlər, İctimai elmlər
Rəy yazın: