“Tarix yaxşılığı yaxşı salamlar!”

“Tarix yaxşılığı yaxşı salamlar!” Əbədiyaşar şairimiz Səməd Vurğunun müdrik dünyasından qopub gələn, məntiqi və fəlsəfi düşüncəni özündə ehtiva edən bir ifadəni bu yazıya sərlövhə olaraq seçdim...
S.Vurğun böyük şair olmaqla bərabər, həm də sadə insan idi. Bir dəfə ondan soruşurlar: Əsl səadət nədir? Şair belə cavab verir: “Dostum, sən bu sualı öz ürəyinə ver! Neçə insan övladının üzünə qapı açmısan? Neçə insan övladının qolundan tutub ayağa qaldırmısan? Bu dünyada ən böyük nemət insanlıqdır. Bir də dünyada yaxşılıq qalacaq. Əsl səadət budur.”


Deyirəm ki, uzaq yolda susuzluq çəkən
Bir insanın yollarında bulaq olaydım.
Bütün məslək dostlarımın bu dünyada mən
Hər qəminə, nəşəsinə ortaq olaydım!..


Həqiqətən insanın xoş əməllərlə yaşaması, etdiyi yaxşılıqlar onun dünyaya bəxş etdiyi gözəlliklərdir.
Açdığım mövzunun əsas qəhrəmanı İsmayıl Məmmədlidir! Filologiya sahəsində, mədəniyyət, incəsənət aləmində kimlər bu adı eşitməyib? Kimlər bu adla tanış deyil? Bu ad çəkilən zaman hər nəfərin dilindən “yaxşı insandır”, “xeyirxah adamdır”, “təmannasız insandır” və başqa bu kimi ifadələri kimlər eşitməyib? Nitqimə poetik tərzdə başlamağımın səbəbi haqqında söhbət açacağım insanın poetik qəlbə malik olması, söz dünyasına vurğunluğundan nəşət edir. İsmayıl müəllimin mənəviyyatını saflaşdıran, pak, təmiz qəlbə malik bir insana çevirən də elə bu amildir.

Yaxşılıq, xeyirxahlıq, qayğıkeşlik, insanpərvərlik, alicənablıq! Bu keyfiyyətlər insan dəyərini, qiymətini şərtləndirir. İ.Məmmədli xeyirxahlıq barədə düşüncələrini ömrününün həyat fəlsəfəsinə çevirmişdir. Bu fəlsəfənin nurundan qidalanan onun həyat idealı ömrünün hər səhifəsini mənalı yaşamaq, ürəyinin odunu, alovunu, istisini ətafındakılardan heç vədə əsirgəməmək, onları hər zaman şirin-şirin duyğularının, gözəl-gözəl hisslərinin, xoş təəssüratlarının ağuşuna almaqdan ibarətdir.
Böyük dilçi alim, gözəl insan, kövrək qəlbə malik olan elmi rəhbərim Müseyib Məmmədovun bir ifadəsi var, tez-tez onu xatırlayıram: “Eləsi var nə qədər dərin axtarışlara, tutarlı dəlillərə əsaslnan elmi əsər yazıb ortaya çıxarsa da, o insanın özünə baxanda, əlin gəlmir ki, həmin yazıya imza atasan. Eləsi də var əksinə, nə yazıb gətirsə belə, onun saf, təmiz mənəviyyatı insanı düşünmədən həmin yazıya imza atmağa sövq edir”. Bəli, bu həqiqətin ifadəsidir. Çünki hər bir alim ilk növbədə insan olmalıdır, insani keyfiyyətləri özündə formalaşdırmalıdır. Hüseyn Arifin təbirincə desək:

Alim var görəndə gözlərin gülür,
Deyirsən nə gözəl, nə mehribandır.
Alim var dinəndə ətin tökülür,
Alim tanıyıram Allah amandır...


İ.Məmmədli elə bir alimdir ki, onu görəndə çöhrəmizə təbəssüm, gözlərimizə sevinc qonur. O, xeyirxahlıq təşnəsidir. Bu böyük axtarışda onun qarşısına saz çıxıb, getdiyi yollara bayatı, atalar sözləri, nağıllar, qoşma və gəraylılar boylanıb. Əsrlərin dərinliyindən süzülüb gələn, süzüldükcə də durulaşan, saflaşan xalqımızın milli-mənəvi dəyərləri onun canına, qanına, iç dünyasına, bu işıqlı dünyaya göz açdığı ailənin, böyüyüb boya-baş çatdığı mühitin ab-havası ilə hopmuşdur. İsmayıl Məmmədlinin atası Aşıq Oruc elində, obasında, bütün Azərbaycanda özünə ad-san qazanmış aşıqlardandır. Bu axardır ki, İ.Məmmədlini də öz arxasınca çəkib aparıb saz-söz aləminə...
Müxtəlif məclislərdə dəfələrlə bir araya gəlmişik... Yol-yoldaşı olmuşuq... Hər dəfə avtomobilin radiosunda aşıq havaları səsləndə, aşıqların xoş səsi, məlahətli avazı, ürəkləri riqqətə gətirən sədası eşidiləndə İ.Məmmədli sanki sözlə sazın vəhdətindən yaranmış sirli bir aləmin ağuşuna düşür, qəlbi ovsunlanır, onun xəyalları sirli-soraqlı bu dünyanı gəzir, dolaşır... Bu hisslər, duyğular İ.Məmmədli həyatının, fəaliyyətinin, yaradıcılığının bütün guşələrində duyulur, hiss edilir. Onun xarakterinə xas bütün cəhətlər - sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu - xalq yaradıcılığından bəhrələnir, xalqa sevgidən, məhəbbətdən, ona möhkəm tellərlə bağlılıqdan qidalanır. O istəsə də kiməsə yamanlıq edə bilməz, özünü buna məcbur etmək istəsə belə, qəlbi, ruhu bu istəyin qarşısına keçilməz bir sədd çəkər. O, tez inciyər, tez də barışar. Həssas duyğuya, kövrək qəlbə malikdir. O da ki, onun incə, zərif bir ruha malik olmasından irəli gəlir. Öz doktorantlarına, dissertantlarına duyğuları həm sadəlik, həm də gözəllik nümunəsidir. Onunla ünsiyyət zamanı insan duyğulanır, söhbət əsnasında tərəf müqabilinə ən ülvi hisslər aşılanır. Hər sözü, hər ifadəsi insanı xeyirxahlığa səsləniş ruhundadır.
İsmayıl Məmmədli görkəmli dilçi alim, filologiya elmləri doktoru, professordur. O, filologiya sahəsində görkəmli tədqiqatçıdır, məhsuldar alimdir. Çoxlu sayda elmi məqalələrin, publisistik yazıların, monoqrafiyaların müəllifidir. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda məsuliyyətli bir şöbəyə uzun müddətdir ki, rəhbərlik edir. Çoxlu sayda doktorantlar, dissertantlar yetişdirib dilçilik elminə təqdim etmiş və bu sahədəki fəaliyyətini yenə də uğurla davam etdirməkdədir.
Nəsimi adına Dilçilik İnstitutu həyat və fəaliyyətimin mühüm bir hissəsini, başlıca bir səhifəsini təşkil edir. Çünki mənim bir alim kimi yetişməyimdə, hal-hazırda respublikada tanınmış, mükəmməl tarixə malik olan universitetlərdən (Azərbaycan Texniki Universiteti) birində kafedra müdiri vəzifəsinə qədər yüksəlməyimdə Dilçilik İnstitutuna borcluyam. O elm ocağının özü qədər orada müqəddəs bir iz qoymuş hər bir insan mənim üçün əzizdir, doğmadır. A.Axundov, T.Hacıyev, M.Qasımov, M.Məmmədov, R.Məhərrəmova, Q.Kazımov, M.Mahmudov, S.Sadıqova... və s. Bu siyahını uzatmaq olar... Filologiyamızın sabahkı yaradıcılarının bütün məsuliyyəti bu görkəmli alimlərin üzərində olub və olacaqdır. Onlar gənc alimlərin elmin işıqlı və çətin yollarında möhkəm bir iradə, gələcəyə inam, həyata, insana hörmət və məhəbbət hissi ilə, iftixarla addımlamasının təminatçısı olmuş, gələcək elmin inkişafı üçün öz töhfələrini vermişlər. İ.Məmmədli də o şərəfli məkanın layiqli sakinlərindəndir.
İ.Məmmədli elm aləminə yeni qədəm qoyan şəxslərə layiqli münasibəti ilə seçilir. O bu məsuliyyəti dərk edir və bunu digərlərinə də aşılamağa çalışır. Dəfələrlə keçirilən müdafiələrdə bu yanaşmanın şahidi omuşam və bununla bağlı söhbətlərim də olub. Bu yanaşmada xeyirxahlıq var, bu yanaşmada elmin ziyasından yetərincə nur almış həssas bir qəlbin görüntüləri var. İnsanı həyata bağlayan, onu yaşadan, fəaliyyətə, qurub-yaratmağa sövq etdirən də budur. Eyni zamanda bu yaxşılıqlar dünyanı gözəlləşdirir. Özümüz hiss etmədən “Dünyanı gözəllik xilas edəcəkdir!” müdrik kəlamından doğan böyük bir məntiqə, fəlsəfi düşüncəyə xidmət etmiş oluruq.
Qeyd etmək istərdim ki, çalışdığım universitetin rəhbərliyi də İsmayıl müəllimə hörmətlə yanaşmış, onun xidmətlərini hər zaman qiymətləndirmişdir. Rəhbərliklə sıx təmasda olan bir şəxs kimi bunun şahidi olmuşam.
İ.Məmmədli alicənab, nəcib, insanpərvər və qayğıkeşdir. Xalqına, ətrafındakılara, dost-tanışlarına layiqincə göstərdiyi xidməti ilə başdan-ayağa xeyirxahlıq təcəssümüdür. İ.Məmmədli ehtiyac yaranan məqamda hər zaman elmin çətin, keçilməz yollarında ona sığınan insanların yanında olub, onlara öz kömək əlini uzatmışdır. Məqamı gəlmişkən kiçik bir haşiyə yerinə düşərdi... Kafedramızın əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə xanım Mirzəyevaya göstərdiyi qayğı, etdiyi köməklik birər-birər gözlərim qarşısında baş vermişdir. Bu da İ.Məmmədlinin böyük ürəyə malik olmasından xəbər verir. Bu cür ürək sahibləri elə sağlığında özlərinə rəhmət qazandırmış olurlar. Götürdüyü bu kursdur ki, İsmayıl müəllimi ucaldıb, ona böyük şöhrət qazandırıb:

Arxalıya arxa olma,
Deməsinlər yamaqsan.
Arxasıza arxa ol ki,
Desinlər ki, dayaqsan.


Çox hörmətli İsmayıl müəllim! Qeyd etmək istərdim ki, mən Sizdən hər zaman xoş ünsiyyət, səmimi münasibət, əsl ziyalı qayğısı görmüşəm. Sizdəki bu münasibəti hər zaman dəyərləndirmişəm və bundan sonra da dəyərləndirəcəyəm. Sizə ehtiramım sonsuzdur. Xahiş edirəm hörmət və ehtiramımı qəbul edəsiniz. Sizi 70 yaşınız münasibətilə ürəkdən təbrik edir, uzun ömür, cansağlığı arzulayır, Azərbaycan şərəfinə qarşıdakı bütün fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirəm. Sizin tək alimlərin kölgəsi hər zaman başımızın üzərində olsun! Həyatın döngəli, keşməkeşli yollarında rahat irəliləməyimiz naminə cığır açan, yolumuza işıq saçan Sizlər həmişə var olasınız! O müqəddəs yolun yolçuları olan bizlər haqqınızı heç vaxt unutmayacağıq. Yaxşılıq, xeyirxahlıq təbliğ olunmalıdır ki, onun çevrəsi daha da genişlənsin, bizlərə əmanat olaraq verilən dünyamız bu keyfiyyətlərə qərq olsun. Çünki çağdaş dövrdə təhlükələrlə üz-üzə qalan dünyamızın nicat yolu bütün varlıqlara olan sevgi və məhəbbətdən, mərhəmət və xeyirxahlıqdan keçir.
“Tarix yaxşılığı yaxşı salamlar!”
Ürək sözlərimə “əsil poeziya dahisi” Səməd Vurğunla başladım. Yazıdakı son nidamı mövzunun notuna uyğun olaraq yenə də ürəyi, qəlbi, könül dünyası uca qüdrətin nəfəsi ilə sehrlənmiş sözlə dolu “elə bağlı sənətkar”ın Günəş şəfəqləri tək şölələnərək qəlblərə nur saçan bir hikmətilə bitirmək istədim:

Hər gülə, çiçəyə salam verməsəm,
Xoş üz göstərməsəm, xoş üz görməsəm;
Nanələr, reyhanlar inciyər məndən.
Güllərin yarpağı tökülər dən-dən...
Odur ki, yel olub çöldə əsmirəm...


Həbib Mirzəyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent,
Azərbaycan Texniki Universiteti,
“Azərbaycan dili və pedaqogika” kafedrasının müdiri

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"Mənim könlüm deyir ki..."

ADPU
ALTMIŞDAN YÜZƏ DOĞRU...

ALTMIŞDAN YÜZƏ DOĞRU...

Humanitar elmlər, Təbriklər
XALQINI, VƏTƏNİNİ SEVƏN,  MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

XALQINI, VƏTƏNİNİ SEVƏN, MİLLİ DÜŞÜNCƏYƏ MALİK ƏSL VƏTƏNDAŞ, İŞGÜZAR ALİM, ...

ADPU, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Kamilə Abdulla qızı Vəliyevanın 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Ömrün günortasını yaşayan şair

Ömrün günortasını yaşayan şair

Ədəbi əlaqələr
Dilimizin Səməd Vurğun zirvəsi!

Dilimizin Səməd Vurğun zirvəsi!

AzTU, Tarix
ƏLİ HACIYEV:

ƏLİ HACIYEV: "XATİRƏLƏRDƏ YAŞAYAN İŞIQLI İNSAN - MƏDƏD ÇOBANOV"

Tiflis, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
TƏBRİK EDİRİK!.. Professor İsmayıl MƏMMƏDLİ - 70

TƏBRİK EDİRİK!.. Professor İsmayıl MƏMMƏDLİ - 70

Elm, "Zirvə", Təbriklər
GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

GƏLİN XALQ YARADICILIĞI NÜMUNƏLƏRİNDƏN DÜZGÜN BƏHRƏLƏNƏK...

AzTU
“Alqış varlığını duyan insana!”

“Alqış varlığını duyan insana!”

AzTU
Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Folklorşünas-alim Elxan Məmmədlinin 70 yaşı qeyd edilib

Elm, Humanitar elmlər, Folklor, Bolus, Təbriklər
XOŞBƏXTLİK SORAĞINDA

XOŞBƏXTLİK SORAĞINDA

Elm, Humanitar elmlər
Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Professor Nadir Məmmədlinin 65 yaşı tamam olur

Humanitar elmlər, "XXI əsrin Ziyalıları", Təbriklər
TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

TBİLİSİDƏ QORQUDŞÜNAS ALİM HÜSEYNQULU MƏMMƏDLİNİN 100 İLLİK YUBİLEYİ QEYD O ...

Folklor, Tiflis, Bolus
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
İç dünyamızın səsi – ANA DİLİ

İç dünyamızın səsi – ANA DİLİ

Əsas xəbər, AzTU
Təbrik edirik, Rəşad həkim!..

Təbrik edirik, Rəşad həkim!..

Səhiyyə, Təbriklər
“Xalqı xalq, milləti millət edən ana dilidir”

“Xalqı xalq, milləti millət edən ana dilidir”

AzTU, Köşə yazılar
Yaxşıliq kövrəkdi bir duyğu kimi...

Yaxşıliq kövrəkdi bir duyğu kimi...

"Şərqin səsi"
Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Qulu Məhərrəmli Dilçilik İnstitutu ilə xudahafizləşdi

Elm, Humanitar elmlər
Rəy yazın: