Almaz Ülvinin yeni kitabı nəşr olunmuşdur: “Özbək ədəbiyyatı” Elm, Humanitar elmlər, "Zirvə" 3 октября 2016 Filologiya elmləri doktoru Almaz Ülvinin “Özbək ədəbiyyatı (ədəbi portret cizgiləri, araşdırmalar, müsahibələr, yol qeydləri)” (Bakı, “Elm və təhsil”, 2016, 316 səh.) adlı yeni kitabı nəşr olunmuşdur. Kitabın Elmi redaktoru və ön sözün müəllifi Akademik İsa HƏBİBBƏYLİ, Rəyçiləri isə Prof.Dr. Nüşabə Arasli və Özbəkistan Qəhrəmanı, Özbəkistan EA Şərqşünaslıq İnstitutunun professoru Suyima Qəniyeva, redaktoru Özbəkistan EA Ə.Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun klassik ədəbiyyat şöbəsinin baş elmi işçisi, Doç.Dr. Sırdəryaxan Otanovadır. Məlumdur ki, bir-biri ilə qan qohumluğuna, dil və din birliyinə malik olan Azərbaycan-özbək xalqlarının ədəbi əlaqələr salnaməsi zəngin və rəngarəngdir. Kitabda özbək ədəbiyyatı ilə bağlı bütün tədqiqatlar eyni zamanda, Azərbaycan ədəbiyyatı ilə bağlılıqlar, - ədəbi əlaqə və ədəbi təsir, - üzərində araşdırmaya cəlb edilmişdir. Ə.Nəvai, XX əsr özbək klassikləri, eləcə də müasir dövrümüzü əhatə edən ustad alimlər və gənclik ədəbiyyatı haqqında olan portret cizgiləri, araşdırmalar, söhbətlər təqdim etdiyimiz kitabın əsasını təşkil edir. Nəvai izi ilə Daşkəndə, Herata olan səfər təəssüratları da maraqlıdır. Sonda verilmiş istifadə olunmuş ədəbiyyat siyahısı və müəllifin özbək ədəbiyyatı ilə bağlı yazdığı məqalələrin biblioqrafiyası da kitabın elmi xarakter daşıdığına diqqəti yönəldir. Kitabdan türk xalqları, xüsusən özbək ədəbiyyatı üzrə maraqlanan tələbələr, tədqiqatçılar, geniş oxucu kütləsi istifadə edə bilər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.