Təbrik edirik, VÜQAR ƏHMƏD!... Elm, Təbriklər, Arxiv, Ramiz Abdullayev 18 апреля 2015 Bu gün Nəğməkar şair, Tanınmış alim, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin ad günüdür. Yaxşı yadımdadır, mənim onunla ilk tanışlığımtəxminən 15 il əvvəl AzTV-də "Xalq yaradıcılığı" redaksiyasında redaktor vəzifəsində calışdığım illərdə Musiqi redaksiyasının baş redaktoru, Azərbaycanın Xalq artisti,sevimli bəstəkarımız, hörmətli professor Ramiz Mirişlinin kabinetində oldu. Sonralar bizim bu tanışlığımız daha yaxın, daha yüksək müstəviyə keçdi. Təxminən üç il sonra 2003-cü ilin baharında onun Yubileyi ərəfəsində rəhbərlik etdiyim qəzetlərin redaksiyaları vəAzərbaycan Respublikası "Təhsil Mərkəzi" ilə birlikdə təsis etdiyimiz "Abdulla Şaiq" Fəxri Mükafatının Təltif Komissiyasının sədri görkəmli ədəbiyyatşünas alim, məşhur tənqidçi, mərhum akademik Kamal Talıbzadə ilə məsləhətləşib Vüqar Əhmədi də həmin mükafatla təltif etmək qərarına gəldik. "Cənnət-Məkan" restoranında keçirilən təntənəli, sazlı-sözlü, musiqili ədəbi-bədii gecədə mən həmin mükafatı böyük məmnuniyyətlə Vüqar müəllimə təqdim etdim, öz adımdan, eləcə də Mükafat Komissiyasının, xüsusilə də Komissiyanın sədri akademik Kamal Talıbzadənin adından təbrik etdim, səmimi və xoş arzularımızı çatdırdım.Yüksək səviyyədə keçirilən həmin Yubiley tədbiri sonralar televiziya verilişlərində yüksək səviyyədətəqdim olunduqdan və bir neçə dəfə təkrarənyayımlandıqdan sonra Kamal müəllim Vüqar Əhməddən razılığını bildirməklə yanaşı, bizim onu təltif etməkdə heç də səhv etmədiyimizi vurğuladı...Sonralar Vüqar Əhməd ona olunan etimadı doğrultdu.Bax ele buna görə də, sonralar Akademik Kamal Talıbzadə, gənc və istedadlı alim V.Əhməd haqında bu sözləri yazdı:"Vüqar Əhmədin yaradıcılıq spektri o qədər geniş və çoxşaxəlidir ki, onu xarakterizə etmək üçün təkcə ədəbiyyatşünas olmaq azdır, mənə elə gəlir ki, digər sahələri də bilmək gərəkdir... Onun “M.C.Pişəvəri: həyatı, mühiti və yaradıcılığı” adlı monoqrafiyası (1998) Cənubi Azərbaycanda gedən milli azadlıq və milli demokratik hərəkatın ictimai-siyasi zəmində inkişaf prosesi ilə yanaşı, həm də milli demokratik mətbuatın və ədəbiyyatın inkişaf problemləri haqqında müfəssəl tədqiqat əsəri hesab edilə bilər”. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev də Vüqar Əhməd haqda xoş sözlər deyib: “Vüqar Əhməd görkəmli alim, görkəmli şair, istedadlı nasirdir. Son dövrdə yazdığı iki romanını birnəfəsə oxudum. Çox şirin bədii dili var. Hər iki romanı milli nəsrimizdə öz layiqli yerini tutacaq. Ali məktəblər üçün yazdığı dərsliklər də çox qiymətli, səviyyəli, orijinaldır. V. Əhmədin yaradıcılığı haqda aparılan bu tədqiqatı qiymətləndirirəm və təqdirəlayiq hesab edirəm”. Xatırladaq ki, Vüqar Əhməd 1963-cü il aprel ayının 17-də Bakıda dünyaya göz açıb. Əziz dostumuz, sevimli şairimiz, ədəbiyyatşünas alim Vüqar Əhmədi ad günü münasibəti ilə ürəkdən təbrik edirik.Ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, bədii yaradıcılığında, elmi pedaqoji və ictimai fəaliyyətində yeni-yeni uğurlar, yeni-yeni nailiyyətlər arzulayırıq!..P.S.: Bu günlərdə Vüqar Əhməd tədbirlərin birində qeyd edəndə ki, "mənə indiyə kimi bir çox mükafatlar verilib. Amma onlar arasında "ABDULLA ŞAİQ" Fəxri mükafatının xüsusu yeri var..." İnanın ki, mən də sevindim. Sevindim ki, deməli mükafatımız həqiqətən də öz sahibinə çatıb...Sağ ol, qardaşım!... Bir daha Ad günün mübarək!.. Arzu edirik ki, Yubileylərin və mükafatların ÇOOOX olsun!...Dərin hörmətlə,Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.