SƏNAN SƏBUHİ ŞƏMKİRİ (1985) Publisistika, Müsabiqə 19 марта 2023 1685 0 1 2 3 4 5 Sənan Faiq oğlu Alıyev - 10 sentyabr 1985-ci ildə Şəmkir rayonunun Zəyəm qəsəbəsində zəhmətkeş usta ailəsində anadan olub. 1992-2003-cü illərdə həmin qəsəbədə yerləşən Əhməd Cəmil adına 1 saylı orta məktəbdə təhsil alıb.Sonra bir neçə il fərdi şirkət və müəssisələrdə çalışıb.Daha sonra təhsilə yönəlib, 2010-2011-ci illərdə Şəmkir rayonunda "NUR" MMC Kompüter kursunda oxuyub. Həmin kursu Qırmızı Diplom və Müvəfəqiyyət Sertifikatı ilə bitirib.Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan İntellektual Oyunlar Klubu və "Zəka" İntellektual Gənclər Mərkəzinin təşkilatı dəstəyi ilə keçirilən "Nə? Harada? Nə Zaman?" oyunları üzrə 2014-cü ildə Şəmkir şəhər birinciliyində 2-ci yeri və "Ekoloji İntellektual Qərb Birinciliyi” lahiyəsi çərçivəsində isə 1-ci yeri tutduğuna görə Diplomla təltif olunub.Sənan Alıyev orta məktəb illərindən bədii yaradıcılıqla da məşğul olur. "Səlami", "Şəmsi Nur" və “Səbuhi” təxəllüsləri ilə şeirlər, bayatılar yazır. Araşdırmaçı yazar və şair olaraq tanınır. "Məni Danışdıran Vicdanının Səsidir" adlı ilk kitabı 2022-ci ildə çapdan çıxıb. Qardaş Türkiyə'nin paytaxtı Ankarada, Ay Yıldızı Təşkilatı, Turan Devlətləri Fedarasyonu və Türk Milli Kuvvetler Vakfında həmin kitabın imza günü və tanıtımı keçirilib.Qardaş Türkiyə'nin "Ay Yıldız Təşkilatı" hələ 2018-ci ildə onu “Onur Bəlgəsi”nə, 2019-cu ilədə “Təşəkkür Bəlgəsi”nə və 2022-ci ildə yenə “Onur Bəlgəsi” Paketinə layiq görüb.2022-ci il "Turan Devlətləri Fedarasyonu" tərəfindən “Onur Bəlgəsi” və "Türk Milli Kuvvetler Vakvı" tərəfindən “Təşəkkür Bəlgəsi” ilə təltif olunub.Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsi və Qardaş Türkiyə'nin Antalya Azərbaycan Kültür və Dayanışma Dərnəyinin hazırlamış olduğu “Qarabağ Azərbaycandır!” adlı Şəhidlərimizin Amın günündə iştirak etmiş və orda da kitabının imza günü və tanıtımı olmuşdur.Qeyd edək ki, Sənan Alıyev Türkiye'nin Ərzurum Atatürk Üniversitetində “Halkla İlişkilər və Tanıtım” bölümündə oxuyur.Biz də Sənan Səbuhiyə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun hələ 7-ci sinifdə oxuyurkən "İnşa” kimi yazdığı və bu günlərdə yenidən redaktə etdiyi bir məqaləsini dəyərli oxucularımıza təqdim edirik.Ramazan RZA,AJB-nin və AYB-nin üzvü, "Borçalı" nəşriyyatının bədii redaktoru,"Şərqin səsi" qəzetinin Redaksiya Heyətinin üzvü,"Abulla Şaiq", "Zirvə", "Zəfər", "XXI əsrin ziyalısı" və "Qızıl qələm" mükafatları laureatıZiM.AzŞƏHİDLƏR TORPAĞIN ƏBƏDİ SAKİNİDİR!Şəhidlik Vətənə bağlılığın ən parlaq təzahürüdür. Allah dərgahında ən ali mərtəbədir. Şəhidlik hər adama qismət olmur. Vətənini sevən, Xalqını sevən insanlara qismət olur. İllər ötür, nəsillər dəyişir, ancaq Şəhidlər unudulmur. Ona görə ki, onlar vətən uğrunda, torpaq uğrunda şəhid olublar. Vətən, xalq öz şəhidlərini unutmur və xatirələrini hər zaman əziz tutur. Heç bir fərqi yoxdur ki, şəhid vətənimizin hansı bölgəsindəndir. Çünki şəhidlərin ruhu başımızın üstündədir. Onların ruhuna hörmət, onların canlarını qurban verdiyi işi davam etdirmək hər birimizin borcudur.Elə bizim qəsəbəmizin Şəhidləri kimi!..2-ci Şanlı Qarabağ müharibəsində, 44 Günlük Haqq Savaşında iştirak edən, Azərbaycanın digər şəhər, rayon, qəsəbə və kəndləri kimi, bizim Şəmkir rayonunun Zəyəm qəsəbəsinin igid oğulları da iştirak etmiş və iki şəhid vermişdi.Onlardan biri Şəhid kapitan İsgəndərov Arzu Semur oğludur, digəri isə Şəhid əsgər Məmmədov Pərvin Natiq oğludur. Onların hər ikisi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ölümündən sonra "Vətən Uğrunda" medalı ilə təltif edilmişdir.Onların xatirəsi hər zaman yad edilir. Onların həyat yolu, qəhrəmanlıqları gənc nəsilə təbliğ edilir. Onlara oxşamağa, onların yarımçıq qalmış arzularını həyata keçirmək tövsiyə edilir. Şəhid - bu ad kimi əziz , müqəddəs heç nə yoxdur. Əbəs yerə demiyiblər ki, " Vətən uğrunda ölən varsa Vətəndir".Şəhid qanı ilə suvarılan torpağı qorumaq hər bir vətən övladının borcudur. Çünki onların yarımçıq qalmış arzularını onlara layiq davam etdirməsək, bu torpaqda gəzməyə bizim haqqımız yoxdur. Onların ruhu bizi bağışlamaz. Şəhidlər ölmürlər, onlar əbədidir. Şəhidi olmayan xalqın vətəni də olmaz. Şəhidin varsa, demək vətənin də var. Şəhid ucalığı vətən ucalığıdır. Vətən öz şəhidlərini unutmur. Çünki vətən elə şəhid qanı tökülən yerdən başlayır. Ona görə də Şəhid və Vətən ayrılmazdır. Elə götürək paytaxtımızdakı Şəhidlər xiyabanını. Hamının and yeri, hamının ziyarət yeridi. Xaricdən gələn qonaqları ora aparıb göstəririk. Qoy görsünlər ki, bizim xalqımız necə vətənpərvərdir. Sevimli şairimiz Məmməd Araz bir şeirində nə gözəl demiş:Vətən mənə oğul desə nə dərdim,Mamır olub, qayasında bitərdim.Şəhidlərimiz də mamır olub vətən torpağına köçdülər. Vətənin əbədi sakini oldular. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurları dolsun. Amin!Sənan Səbuhi ŞƏMKİRLİ,1999-2021ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.