"HEYRANAM" - iki dost şairin MƏKTUBLAŞMASI Poeziya, Başkeçid, Qabal, Diaspora 19 февраля 2016 Sədi YARADANQULU:Əslən qədim Qabal elindən olub, uzun illərdir ki, Sevestopol vilayətində yaşayıb-yaradan şair dostum Sərdar Nəbiyevın mənə unvanladığı məktub:HEYRANAMSəədi lələ, “yol” ver, sizə qarışım,Bu məclisdə sizlər ilə alışım,Talelərə yağan qarın, yağışın,Qışına yox, baharına heyranam!Zaman keçir, zamanları aradım,Zaman sığan məkanları aradım,Dünənimi, bu günümü aradım,Gələn günün ilqarına heyranam!Qəm verənə, sevinc oldu hər payım,Qəm yurdunda çalışdım şax dayanım,Küstürən də, güldürən də həyanım,İnsanlıqda yar, yarına heyranam!Dedim: - Sevən gəl, özümdən al, məni,Ürək sənin, yad gözünnən al, məni,Demədim ki, kaman eylə, çal məni,“Hə”, “yox” deyən qərarına heyranam!Könül cənnət aləminin guşəsi,Eşq paylamaq ola gərək həvəsi,Sərdar deyir: - Ey Adəmin nəvəsi!Göylərdəki Sərdarına heyranam! HEYRANAM(Sərdar Nəbiyevə mənim cavab məktubum) Xoş gəlmisiz bu məclisə qardaşım! Sizsiz mənim nə xoş günüm, saatım. Ey həmdəmim, gözəl dostum, sırdaşım, Nəyə gərək, sizsiz mənim həyatım! (S.Y.) .Xoşgəlmisən, bu məclisə qardaşım!Söz xəzinənə, həm varına heyranam.Gəl, həmdəmim, gözəl dostum, surdaşım,Dağ cüssəli vüqarına heyranam!Bu cahanda torpaq bizim, daş bizimGöydə süzən qartal bizim, quş bizim,Bahar bizim, payız bizim, qış bizim,Vətənimin baharına heyranam!Zaman məni ələyində ələdi,“Kündə” edib “urvasına” bələdi,Bu düyanın gedişatı, belədi..Yaxşı dostun ilqarına heyranam!Sevincimi “pay - puş” etdim əzəldən,Don biçərək öz əynimə xəzəldən,Kəm almadım öz sevdiyim gözəldən…Etibarlı dildarına heyranam!Sevən sevdi, öz dünyamdan qopardı,Hara getdi, öz ardınca apardı,Harda olsam özü gəlib tapardı,Sevən kəsin vəfadarına heyranam!Sərdar qardaş, hardan aldın həvəsi?Bülbül kimi bu ilhamı, bu səsi,Sədi deyir: - “Ey Adəmin nəvəsi...-Göylərdəki Sərdarına heyranam”! Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.