İLQAR KƏPƏNƏKÇİ: Bir dərvişəm, əlim paysız...

İLQAR  KƏPƏNƏKÇİ: Bir dərvişəm, əlim paysız... İLQAR KƏPƏNƏKÇİ
1963-ildə qədim Qarayazı mahalının
Aşağı Kəpənəkçi kəndində anadan olub.
Doğma kəndində orta təhsil,
Rusiyanın Tümen vilayətində isə
texniki ixtisas təhsili alıb.
Ədəbi yaradıcılığa
orta məktəb illərindən başlayıb.
İlk şeirləri ötən əsrin 80-ci illərindən
dövri mətbuata ayaq açıb.
Poeziya üzrə püxtələşən
İlqar Kəpənəkçinin şeirləri
"Samqori", "Gürcüstan",
"Qardabani", "Çənlibel",
"Sözün işığı", "Region",
"Şərqin səsi", "Təhsil"
və sair qəzetlərdə,
"Dan ulduzu", "Çənlibel",
"Ədəbi Gürcüstan" ədəbi toplularında,
"Zirvə" Poeziya antologiyasında
çap olunub.
Onun 2007-ci ildə işıq üzü görmüş
"Ana, mənə layla de..." adlı
şeirlər kitabı uğurlu olmuş və o,
"Qızıl qələm" mükafatına
layiq görülmüşdür.



BORÇALI

Neçə-neçə qərinələr adlayıb,
Tarixlərdə bir misaldı Borçalı.
Neçə alim münəccimin gözündə
Açılmayan sirr sualdı Borçalı.

Neçə xaqan görüb yola salıbdır,
Nuh gəmisi burda lövbər salıbdır,
Dədə Qorqud burda qopuz çalıbdır,
Sinəm üstə yeddi teldii Borçalı.

Dədələrdən bizə qalan mirasdır,
Ürəyimə qüvvət verən həvəsdir,
Ünvanına neçə qara yel əsdi...
Öz adında yenə qaldı Borçalı.

Ağır-ağır ellərinə el çatmaz,
Şirin duzlu ləhcəsinə dil çatmaz,
Qeyrətini namusunu unutmaz,
Adlı sanlı bir mahaldı Borçalı.

İşıq verrəm gözlərimin nurundan,
Atəş verrəm ürəyimin qorundan,
Şükür sənə sən ey sirli yaradan,
Mənim elim Borçalıdı Borçalı!..


İLQAR  KƏPƏNƏKÇİ: Bir dərvişəm, əlim paysız... HƏR ŞEY SÖZDƏN BAŞLANAR

Ürəkdə atəş olmaz,
Olsa közdən başlanar.
Bir gözələ yazılan
Şeir nazdan başlanar.

Dəryadakı suya bax,
Suya düşən Aya bax,
Yazdan sonra yaya bax,
Yollar tozdan başlanar.

Gözləyirəm sabahı,
Səbrim yoxdur. İlahi!
Şeir sözün Allahı,
Hər şey sözdən başlanar.

ŞAİR ÖMRÜ

Bu gecəürəyim yaman dolubdur,
Beyqafıl qaralan buludlar kimi.
Təzə qafiyə yox, köhnələr yan-yan,
Anamın düzdüyü qurutlar kimi.

Qonşunun qancığı tökdü zəhləmi,
Bu qədər acından hürməkmi olar?
Çinar ağcının budaqlarından
Söylənə-söylənə uçdu qarğalar.

Külək də bu yandan bir verməz aman,
Əlinə keçəni süpürər göyə.
Kimsə gecəyarı örtür doqqazı
Kiminsə dalınca hey söyə-söyə.

Pəncərəmdən mənə baxar üzbəüz,
Adi bir qaranlıq, adi bir gecə.
Bax, budur ləzzəti şair ömrünün
Mən şeir yazıram söz seçə-seçə.

AND KİMİYİK

Cavanlıq əldən gedib
Yiyəsiz kənd kimiyik.
Buludlu yaz günündə
Bir himə bənd kimiyik.

Ayrılıq nə acıymış,
Dərdlə qardaş-bacıymış.
Bir-birindən ayrılmış
Bakı Dərbənd kimiyik.

Biz niyə bihal kimi?
Əyildik sual kimi.
Susduq elə lal kimi
İçilmiş and kimiyik.

HƏSRƏTİM SƏNƏ SARI...

Payız hələ gəlməmiş
Sarallam yarpaq-yarpaq.
Dərdin məni neyləyim
Budayır budaq-budaq.

Suyu soğulmuş çayam,
Əllərdə qalmış payam,
Sındırılmış bir neyəm,
Nəyim var qırıq-qırıq.

Bu dərdə hey dözən mən,
Çətin bir də dözəm mən.
Söndürülmüş közəm mən,
Tüstüsü buruq-buruq.

Neylərəm özgə yarı,
Saraldım sarı-sarı.
Həsrətim sənə sarı
Söz qoşur varaq-varaq.

QOŞMA

Bir incə baxışın. incə gülüşün
Həvəslə göylərə qaldırır məni.
Nəğməyə çevrilən ruhum, bədənim
Bahar gülləritək güldürür məni.

Bu necə nağıldı, bu necə ovsun?
Eşq əhlinə deyin bir məni duysun.
Kim necə istəyir min yerə yozsun,
Bu eşq xəzan kimi soldurur məni.

Bir həsrət sıxılıb qəlbimi əzir,
Baxışan gözlərdir, dil0-dodaq susur.
Havalı başımda ağıl nə gəzir,
Bir dəli məhəbbət öldürür məni.

BİR QATAR SÖZ HAVASI

Şaxta qeyzə gəlib kəsir adamı,
İlhamımsayağı susur təbiət.
Göydə ulduzların xoşbəxt çağıdır,
Necə də parlayır sirli kainat.

Şaxta tək amansız, soyuq tək iti,
İstərəm həvəslə təzə söz yazım.
Ucuz muncuq kimi atəşli sözlər
Haraya baxırsan. gör düzüm-düzüm.

Bayırda ağaclar necə vüqarlı,
Yellənir budaqlar öz havasında.
Şair ürəyimin ruhu, ilhamı
Fırlanır bir qatar söz havasında.

Bir qatar sız hanı. çıxıb qəhətə,
Göydə ağ buludun minib belinə.
Üçyaşar ürgə tək çapır dördnala,
Oğulsan, əlini yetir yalına.

* * *


Biz indi bildik ki, ayrılıq nədir,
Bizə çox tanışdır bu həsrət, bu qəm.
Daha ömrümüzün payız çağıdır,
Bu nakam sevgidən heç almadıq kam.

Heç kimdən xəbərsiz qara əskiyə
Qara yığvalımı bükür taleyim.
Göz yaşına dönən sənsiz ömrümü
Sıxıb gözlərimdən tökür taleyim.

Daha olan olub, keçəni demə,
Mənasız bir ömür yaşadıq hədər.
Daha məndən sənə yar ola bilməz,
Nədir gözlərində görünən kədər?!

KASIBLIQ

Səni unudanda könlüm nə ummur,-
Başımda dolaşan sözdən savayı.
Səni unudanda qazandığım nə?
Aldatdım özümü boşa havayı.

Köhnə ayaqqabım çoxdan yorulub,
Ov tulası kimi yaman ləhləyir.
Üzülmüş pencəyim yamağa möhtac,
Bozarmış üzüylə imdad diləyir.

Payız da qapını çoxdan kəsdirib,
Qışa nə yanacaq, nə od-ocaq var.
Soyumuş sobanın dərdinə nə var,
Şen olmuş xəyallar lap qucaq-qucaq.

Səni unudanda qazandığım nə?
Gözlərim yol çəkir, yata bilmirəm.
Tez-tez yad eyləmək səni çoxdandı
Pis vərdişə dönüb, ata bilmirəm.

* * *
Atam Hüseynin əziz xatirəsinə


Yumağa dönübdü kədərli anam,
Büsbütün üzünü qırışlar basıb.
Hərdə yad edirik adını, hərdən
Yenə dolanırıq birtəhər, kasıb.

Şəklini divardan asıbdır anam,
Kövrələ-kövrələ baxıb yad edir.
Anama baxdıqca, qoca anama,
Məni bir hıçqırıq içimdən didir.

Babam niyə öldü soruşur oğlum,
Bilmirəm nə deyim, nədən söz açım?
Oğlumun önündə körpəyə dönüb
Göynəyib yanıram mən için-için.

Çalınan ney kimi sızladır hərdən,
Məni bir sükunət, bir qəmli kədər.
Sənsiz anlayıram, sənsizlik nəymiş,
İndi anladım ki, yetiməm, Dədə!

MƏN ŞEİR YAZIRAM


Yenə nağıllara dönübdü dünya,
Ömrümüz "gizlənpaç" adlı oyunda.
Mən şeir yazıram qar yağa-yağa
Qışın oğlan çağı - fevral ayında.

Sallana-sallana qara buludlar
Tərpənər ləngərli, tərpənər yan-yan.
Təpədə yel kimi, düzdə sel kimi
Atını çapırdar Ağatlı oğlan.

Qələm ağ kağıza yazar sözləri,
Sevgili şeirlər rəng-rəng al-əlvan.
İlham pərisinin uçan dəmidir,
Ay şeir istəyən, bir bəriyə dön.

Gecədən keçibdir, deyəsən, çoxdan,
Qaşqabağı yerlə gedir Ayın da.
Mən şeir yazıram qar yağa-yağa
Qışın oğlan çağı - fevral ayında.

GÜNÜM İT GÜNÜNDƏDİR

Arzularım içimdə
Küt gedən bir kündədir.
Dağlar aşan xəyalım
Dumandadır, çəndədir.

Gözlərim hey yol çəkər,
Kənarıyla gül əkər.
Tanrım, sənə min şükür,
Günahkarın bəndədir.

Kədər başımdan aşıb,
Bir ucdan aşıb-daşıb.
Meylim şəraba düçüb,
Günüm it günündədir.

GEDƏN QATARLARIN QAYITMAĞI VAR

Bu bir haray idi, bu bir əks-səda,
Bizim aramızda qalan, ya itən
Mənim xəyallarım sənli, ya sənsiz
Axtarıb heç nəyi tapmadı nədən?!

Arzular küləktək gəzdi çölləri,
İçimdə nəyim var, gör talan oldu.
Sadəlövh inamım gözü kor kimi
Hamıya inanıb aldanan oldu.

Bu ömrüm oyunmuş - nərdtaxta, demə,
Atılan zərlərin şeş tutmağı var.
Kim deyir ömrümüz keçən qatardır;
Keçə qatarların qayıtmağı var.

TƏLƏSMƏ, KÖNLÜM


Şeirin meydanına girmək asandır,
Orada söz demək çətindən çətin.
Hamı bir avazla söz deyə bilsə,
Daha nə ləzzəti şeiriyyətin.

Elə yandım dedi Məcnun şairlər,
Diri yanan mənəm, yandım demədim.
Fəryadım hələ də göz yaşı tökür,
Hamı tək Məcnunu döndüm demədim.

Əllərim üzümdə, gözlərim yolda,
Gedənim geriyə qayıtmaz daha.
Dünyanın ən küskün bəndəsi könlüm,
Boyat sözlər məni oyatmaz daha.

Sözündən köhnəlik yağan şairin
Şeirinə külək tək tez əsmə, könül!
Özünün bir özgür sözü olmayan
Şeir şeir deyil, tələsmə könül!

* * *

Kasıblıq boynumda bir qara kəndir,
Bir ucu düyündür, bir ucu burğu.
Əlimə, qoluma dolaşan ilan
Canımı üşüdüb məni qorxudur.

Gecələr düşünüb-daşındıqca mən,
Ürəyim sızlayır başımda fikir.
Yuxusuz gözlərim, yalqız gözlərim
Məni məndən alıb elə yol çəkir.

Ehtiyac ucundan düşüb çöllərə
Bir qara küləyə dönən taleyim.
Qopub budağından üzüstə yerə
saralmış yarpaq tək enən taleyim.

Bu necə ömürdür, bu necə bir yaş?
Bezir bu dünyadan hey yavaş-yavaş.
Bu ömür deyilən dəli axının
Mənası bilinməz sirr imiş, qardaş!

Kasıblıq boynumda sabunlu kəndir,
Səni atıb rahat yata bilmirəm.
Əlimə, qoluma dolanan ilan,
Mən səni, mən səni əzə bilmirəm.


ÖMRÜM


Qara heykəl kimi içimdəki qəm
Keçən günlərimin yaddaşı, izi.
Sınar məni dünya, sınaqlı dünya,
Məni sızıldadar qəm həzin0-həzin.

Sevincim dağların quşqonmazında,
Keçmişim əlçatmaz əfsanələrdir.
Arzular ən qəmli muğamdan sonra
Könlümdə çalınan təranələrdir.

Gedənim gedibdir, qayıtmaz, neylim,
Elə ömrümboyu pərişanam mən.
Vağzalda döyükən yetim uşaq tək
Qatarından qalan sərnişinəm mən.

BU KƏDƏR MƏNİ


Ömür-gümdən dən-dən
Dərdi bu kədər məni.
Arzum olanda fidan
Qırdı bu kədər məni.

Kimsənəm yox, hay verə,
Öz iş-gücündə hərə.
Palaz kimi alıb yerə
Sərdi bu kədər məni.

Bir dərvişəm, əlim paysız,
Ömür-günüm soyuq payız.
Yarı yaşda könlüm yalqız,
Yordu bu kədər məni.

MÜJDƏSİNDƏDİR

Aşıq Şahbaz Göyçəoğluna


Aşıq Şahbaz, söz sənəti bir tacdır,
Onun ən qiymətli daşı səndədir.
Nakam aşiqlərin nakam murazı,
Bəlkə gözlərinin yaşı səndədir.

Neyləyək, ömrümüz keçir boş, hədər,
Bir yanım sevincdir, bir yanım kədər.
Qabında nəyin var oxu bir qədər,
Bu fani dünyada nəşə səndədir.

Gözün adətidir gözələ baxmaq,
Sevən könülləri odlara yaxmaq.
Məhəbbət sirrindən nə qanar axmaq?
Gözəllik xalların qoşasındadır.

Şeir dəryasında mahir qəvvassan,
Sən telli sazınla çiçəkli yazsan.
Qələmim yorulmaz nə qədər yazsam,
Gəraylı, divani, qoşma səndədir.

İlqarı üşüdər yağan soyuq qar,
Novruz bayramına hələ xeyli var.
Novruz bayramından başlayır bahar,
Göyərən səməni müjdəsindədir.


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Telli Sənəm BORÇALI (MAHMUDLU): Õldürür dünyanın dərd-səri məni...

Başkeçid
XATİRƏ XƏYAL (1971)

XATİRƏ XƏYAL (1971)

Poeziya, Müsabiqə, Qərbi Azərbaycan
İSMAYIL ÇEŞMƏLİ (1983)

İSMAYIL ÇEŞMƏLİ (1983)

Poeziya, Müsabiqə
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

İlhamə Məhəmmdəqızı: Ruhlarımız qovuşaydı barı...

Poeziya, Borçalı
İradə KÖVRƏK (1978):

İradə KÖVRƏK (1978): "Sən məni unutdun niyə, ilahi?.."

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə, Bolus
MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ

Poeziya, Müsabiqə, Diaspora
Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..

Gilə ƏLİQIZI: Əllərin kimlərə əl açıb, Laçın?..

Qarabağ, Poeziya, Təbriklər, Müsabiqə
ŞÖLƏ SƏFƏRƏLİYEVA (1961)

ŞÖLƏ SƏFƏRƏLİYEVA (1961)

Müsabiqə

"Qəlbim yenə narahatdır..."

Poeziya, Qarayazı, Müsabiqə
ƏFŞAN YUSİFQIZI (1969)

ƏFŞAN YUSİFQIZI (1969)

Müsabiqə
ŞƏRİF ƏHMƏDOV (1952)

ŞƏRİF ƏHMƏDOV (1952)

Poeziya, Müsabiqə
AZƏR İQRAR (1977)

AZƏR İQRAR (1977)

Poeziya, Müsabiqə, Bolus
Gilə ƏLİQIZI (1976):

Gilə ƏLİQIZI (1976): "Laçınsız burnumun ucu göynəyir... İndi oralarda la ...

"SAZLI-SÖZLÜ BORÇALI", Qarabağ, Poeziya, Müsabiqə
Sabir SADAXLI:

Sabir SADAXLI: "VƏTƏN EŞQİNƏ!"

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Sona ABBASƏLİQIZI:

Sona ABBASƏLİQIZI: "Barmağında üzük olmaq istərəm..."

Poeziya, Müsabiqə
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ÖLÜM UCUZLAŞIB YAMAN!.."

Qarayazı, Müsabiqə
Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Rustavi, Qarayazı, Nekroloqlar
Müşfiq Əliyev (1974)

Müşfiq Əliyev (1974)

Müsabiqə
Rəy yazın: