YUSİF ƏLİYEV (1951) Poeziya, Müsabiqə 21 апреля 2024 1696 0 1 2 3 4 5 Əliyev Yusif Abdulla oğlu - 4 mart 1951-ci ildə Naxcıvan MR-nın Culfa rayonunun Ərəzin kəndində anadan olub. Bənəniyar kənd orta məktəbini bitirib. 1969-cu ildə Azərbaycan Dövlət Neft Akademiyasının gecə-qiyabi şöbəsinə daxil olub, 1970-1972-ci illərdə hərbi xidmətdə olub. Sonra Neft və Geoloji kəşviyat sahələrində işləyib. 1975-ci ildə Azərbaycan Dövlət İqtisad Univeristetinə daxil olub. Əmtəəşunaslıq fakultəsini 1980-cı ildə bitirib. İxtisası üzrə bir çox sahələrdə işləyib. Hazırda təqaüddədir. 6 övladı, 12 nəvəsi var. Yusif Abdulla oğlu hər zaman ədəbiyyata böyük maraq göstərib. Gənclik illərindən özü də şeirlər yazır.Biz də Yusif müəllimə yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzAZƏRBAYCANIM!Doğma vətənimdir AzərbaycanımDöyünən ürəyim, təmiz vicdanımDamarımda axan hər damla qanımVətənə bağlıdır bütün varlığım.Vətənsiz insanlar qərib sayılarÇətinə düşəndə yanıb qovrularGözləri vətəni giryan axtararDəyər fəda olsun vətənə canım.Vətənin mamırı, hər daşı doğmaVətəni heç zaman atıb unutmaÖzgə ölkələri sən cənnət sanmaDoğma vətənimdir qolum-qanadım.Bayrağı başımın vüqar tacıdırHimni qartalların xoş avazıdırÇölləri, dağları cənnət bağıdırVətənimdir mənim AzərbaycanımOdur vuran qəlbim, ruh ilə canım.SEVƏN İNSANI!Sevgilə yaratdı dünyanı TanrıEşqilə yaşadır cismilə-canıÇox faili-muxtar etdi insanıAdəmə əmanət verdi Həvvanı.Bu dünyanın çox dəyişib gərdişiHəyat qanunların bilmir hər kişiİnsan tez götürür kötü vərdişiŞəhvətə dəyişir məhəbbətini.Eşqin hikməti var hər iki cinsdəSağlam ruhlar olar sağlam bədəndəBir mözüzə vardır təmiz sevgidəTanrı çox xoşlayar sevən insanı.Sevin bu dünyanı, sevin həyatıDörd nala çapır çün zamanın atıSaxlamaq çətindir gedən saatıAyırmır qocadan nə də cavanıHəyat lövhəsindən silir insanı.Dəyərini bilin doğma VətəninÇəkənlər çox bilir Vətən həsrətinQoruyun dəyərin Xalqın-MillətinSevin bu torpağın hər qarışınıQaldırın göylərə Azərbaycanı.XATİRƏ QALDI!Sənin baxışların məni ovladıRuhumu-cismimi kəməndə saldıSəndən mənə yalnız qəm-kədər qaldıHəsrətin qəlbimi yandırıb-yaxdı.Vurğunu oldum mən qara gözlərinDəhanından çıxan şirin sözlərinMəni məftun etdi mina gərdəninSən getdin gözlərim arxanca baxdı.Eşqə düşməyənlər bilməz dərdimiSən çox dara çəkdin məhəbbətimiİçimdə ağlatdın məsum qəlbimiSən getdin gözümdə dünya qaraldı.Bilirəm qayıdıb gəlməyəcəksənMənimlə danışıb gülməyəcəksənNələr çəkdiyimi bilməyəcəksənSənsizlik bu həyat məni qocaltdıSəndən mənə yalnız xatirə qaldı.AĞLADA-AĞLADA ÇIXAR ÜRƏKDƏN!Gözəlim dost demə tərif deyənəArxanca danışıb üzə gülənəIlan tək yol tapar girər qəlbinəAğlada-ağlada çıxar ürəkdən.Həyatda bəd xislət çoxdur adamlarCahillər, nadanlar həm riyakarlarŞirin dili ilə könlünü alarAğlada-ağlada çıxar ürəkdən.Qorxma nə rəqibdən, nə də düşmandanQorx dost deyib zəyif yerdən vurandanSirini yadlara ol satanlardanDost deyib ağladar, çıxar ürəkdən.Həyat mürəkkəbdir yolarını çətinNə çoxdur əsiri şanın-şöhrətinDəyərin bilməyən vicdan-qeyrətinÖzünü sən qoru şərəfsizlərdənAğlada-ağlada çıxar ürəkdən.HƏSRƏT QALMASIN!Gedək elimizə, doğma obayaÇox həsrət qalmışıq isti sobayaEnək yurd yerindən ƏlincəçayaƏsən yellər saçımızı darasınQəlbimizdə niskil-kədər qalmasın.Dörd tərəfi hündür qayalı dağlarYayı isti, qışı soyuq qar olarQayalarda gözəl kəklik oxuyarAsabülkəf, Duzdağı qucaq açsınHaçadağ, Darıdağ qoy qarşılasın.İçək Sirab-Badamlının suyundanYeyək Bata-batda pendir lavaşdanMeyvə dərək Ordubad bağlarındanNaxcıvanım qoy nigaran olmasınÖvladların sevinclə qarşılasın.Bu torpaq yetirib böyük dahilərGüclü sərkərdələr, siyasətçilərHüseyn Cavid, Gəlil, Ulu ÖndərBütöv Azərbaycan qoy unutmasınFəxr edib Onları hər zaman ansın.İlhama öyrətdi zəfər yolunuSərkərdə yetirdi doğma oğlunuDüşmənə gostərdi vuran qolunuOnun şücayətin Xalq unutmasınVətənə Komandan-Sərkərdə sansın.Çoxdur gözəlliyi NaxşicahanınYolunu gözləyər qonaq-qaranınQədim tarixi var gözəl diyarınÖvladları qoy firavan yaşasınNaxcıvanı- bu torpağı yaşatsın.EŞQİN DƏYƏRİN!Bir gözəli sevib əhd etməmisənGələn yollarına göz tikməmisən.Həsrət nə olduğun heç bilməmisənSən hardan biləsən eşqin dəyərin.Qumaş saçlarına de əl çəkdinmiGözlərinə baxıb tir-tir əsdinmiMəhəbbət bağından bir gül dərdinmiSən hardan biləsən eşqin dəyərin. Tanrı o, varlığı gözəl yaratmışRuhuna behiştin ətrini qatmışHeyif ki, ruhunda qəflətdə yatmışSən hardan biləsən eşqin dəyərin.Pərvanə tək şəm oduna yanmadınBülbül olub gülə qanat açmadınNazın çəkib şirin balın dadmadınSən hardan biləsən eşqin dəyərin.Eşqisiz dünyanın yoxdur dəyəriEşqidir Tanrının ol şah əsəriƏgər görmürsənsə çox sevənləriYusifdən soruş sən eşqin dəyərin.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.