Xuraman Muradova: "Əsrin Qəhrəmanı olan Komandan!" Ədəbiyyat » Poeziya 8 марта 2024 1039 100 1 2 3 4 5 Yaşatdı xalqına böyük bir Zəfər,Zülmlərə qılınc çalan Komandan!Ürəyi dağ boyda, ruhu göy qədər,Könüllərə məlhəm olan Komandan!Ata vəsiyyəti hasilə yetdi,Ulu Öndərimin ruhun şad etdi,Dar gündə xalqına imdada yetdi,Əsrin Qəhrəmanı olan Komandan!Zalımı, haqsızı yerlərə sərdi,Şaxtalı Şuşama bahar gətirdi,Yalçın qayalarda çiçək bitirdi,Xarı bülbülümə həyan, Komandan!Arazdan su içdi Xudafərində,Bizi salamladı Laçın elimdə,Hoçaz, Qırxqız, İşıqlı, Güləbirdə,Qalib kimi ayaq basan Komandan!Bayrağı lütf etdi əmin əllərə,Zəfər müjdələdi Turan Ellərə,“Dəmir yumruq” düşüb dildən-dillərə,Xalqımın Fatehi olan Komandan!Xuramanam, dövlətimə əsgərəm!Haqqın aşiqiyəm, Haqqa məşələm!Turanın Ər Oğlu, Sən ey MöhtərəmXalqımıza Komandansan, Komandan!Fevralın 7-də bütün ölkə ictimaiyyəti ümumxalq məhəbbəti və böyük ruh yüksəkliyi ilə İlham Əliyevə yekdilliklə səs verərək yüksək inam və sevgiylə Onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Səmimi etiraf edək ki, həm prezident seçkiləri ərəfəsində, həm də ötən ilin son günlərində Xankəndindən, Xocalıdan Türk dünyasını salamlayan Müzəffər Ali Baş Komandanımızın qürur dolu çıxışlarının təsiri ilə xalqımız bir daha qələbə ruhu ilə zəfər günlərinin sevincini yaşadı…Qalib bir ölkənin vətəndaşı kimi bu günləri yaşamaq izaholunmaz dərəcədə möhtəşəm duyğudur… Bunu bütün varlığınla hiss etmək hətta qışın sərt çağları olsa belə ba- har kimi səadət gətirir adamın ömrünə… Bu duyğudan ən çox pay alan yəqin ki, yaradıcı adam, yaradıcı təxəyyül olur…Zəfərin bəxş etdiyi əzəmət və ilahi bir hüzur hissi ilə yaşadığımız ötən günlərə boylanmaq, həmin günləri səhifələmək isə bir ayrı qürurdur…Həmin günlərdə Ali baş komandanın azad Qarabağa ilk səfəri zamanı bir hadisə heç unutmayacağım xatirələrlə yaddaşımda iz qoydu…Füzulidə bir çay evində adamlar oturub çay içdiyi vaxtda Cənab Prezident idarə etdiyi maşını saxlayır və orda oturan adamlara tərəf gedir. Çox təsirli bir mənzərə idi. Hamı ayağa qalxıb ona sarı yüyürür və “Qarabağ! Qarabağ!” deyirdi.Bu kadrları izləyəndə çox duyğulandım… Necə ki, övladımız bizə adımızı yox “Ana”, “Ata” deyə müraciət edir, həmin an anladım ki, Ali baş komandan bu xalqdan ötrü “Qarabağ” imiş, lap övladın “Ata” deyə doğma səslənişi kimi…Biz O Atanın dəmir yumruğu, yolgöstərənliyi, əzmi və yenilməz iradəsi ilə 44 günlük böyük, şərəfli bir yol yürüdük… Sözün həqiqi mənasında əfsanə kimi günlər yaşadıq. Lap Çingiz Aytmatov demişkən, “Əsrə bərabər gün”lər…Və İlham Əliyev müdrik siyasəti ilə bütün dünyaya bəyan etdi ki, O, mənfur qonşularımızın 200 illik torpaq iddialarını 20 il düşünüb-daşındı və 44 günün içində sülh yolu ilə tamamladı, uzaqgörən siyasəti, ağlı, müdrikliyi, cəsarəti, dünyagörüşü, mərhəməti, insansevərliyi ilə hər bir azərbaycanlının prezidenti olmağı bacardı…İlham Əliyev şərəfli ömrünün 20 ilini millətinə, məmləkətinə fəda edən böyük ürəkli Türkdü... Ömrünün Cumhurbaşqanlığa adanmış 20 ilini Əsrə bərabər yaşamış Dahi İnsandı...İlham Əliyev Müqəddəs Haqq Savaşının ən Böyük Mücahididi... İlham Əliyev Şuşa böyüklükdə Qalanın fatehidi... Bu məmləkətin Laçın, Xankəndi, Kəlbəcər, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Xocalı, Füzuli boyda yarasını Bayraqla sarıyan şəfalı Təbibdi, Loğmandı... İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin adının haqqını verən Ali Baş Komandanıdır.İlham Əliyev inanılmaz fiziki gücə və iradəyə sahib, son dərəcə savadlı, mədəni, alicənab, bilgiləri ilə bütün dünyaya meydan oxuyan Əfsanə kimi Adamdı...İlham Əliyev sadəcə Şuşa fatehi, Qarabağın xilaskarı, Vətən savaşı Qəhrəmanı deyil - Könüllərimizin Fatehi və bizim hamımızın Qəhrəmanımızdğır...İlham Əliyev Ulu Öndərin uca Türk Millətinə ən qiymətli Mirasıdır... İlham Əliyev bu xalqın Ər qeyrətli Atasıdır...2003-cü ildə dövlət başçısı kimi səlahiyyətlərinin icrasına başlayarkən İlham Əliyev 42 yaşında idi və demişdi: “Mən hər bir azərbaycanlının Prezidenti olacağam”. Bu gün İlham Əliyev ümumxalq məhəbbəti qazanaraq xalqın böyük rəğbət və etimad göstərdiyi alternativsiz liderə çevrilib.Ötən 20 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimizin özünün də böyük fəxrlə qeyd etdiyi kimi, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyevin Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətlər cərgəsinə çıxaracağı günlər uzaqda deyil. Xalqımız ölkənin yüksələn rifahı, dövlətin təhlükəsizliyi və beynəlxalq arenada nüfuzunun yüksəldilməsi sahəsində həyata keçirdiyi titanik işlərə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq edir, daim Onunla qürur duyur.XURAMAN MURADOVA,Türk dünyası araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru,"Türk dünyası Onur", "Altın yıldız", "Humay" Milli Mükafatı laureatı,Azərbaycan və Türkiyə Yazarlar Birliyinin üzvüZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.