VAHİDƏ NİFTALIYEVA (1960) Poeziya, Müsabiqə 15 сентября 2023 1654 100 1 2 3 4 5 Vahidə Eynulla qızı Niftalıyeva – 1960-cı ıldə Ağsu rayonunda anadan olub. 1967-ci ildə bırıncı sinifə gedıb, 1978-ci ıl-də orta məktəbi bıtırib. Bir müddət kolxozda işləyib. Ailə həyatı qurub, bır qız evladı dünyaya gəlıb. 1998-cı ıldə Gəncə Məişət Kollecınə qəbul olub. 2001-ci ildə həmın kolleci bitirib. 1998-cı ıldən oxuya-oxuya həm də müəllimlik eləyib. Artıq 25 ildir ki, müəllim işləyir.Biz də Vahidə xanıma yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Məlahət SAHİBQIZI,AYB-nin və AJB-nin üzvü, “Borçalı” nəşriyyatının redaktoruZiM.AzANAYenə hüzuruna gəlmişəm sənin, Xəyallar selinə düşmüşəm sənin. Yuxumda üzündən öpmüşəm sənin, Mən özüm özünə qurbanam ana!Abırdır - başında örpək var, anam, Ay ağır yerişli, nur-ipək anam. İzin ver üzündən, bir öpək anam, Üzünə - gözünə qurbanam ana!İstərəm yenə də gülə-sevinə, İsti nəfəsinlə qızınam yenə. Sanki uşaqlığım qayıtdı mənə, Oduna - közünə qurbanam ana!Bilmir çay gətirsin, yeməyi çəksin, Nəyi var istəyir, süfrəyə töksün. Nə düşdü yadına qalxanda köksün? O halal ruzuna qurbanam ana! Ləzzəti başqadır, bu od-ocağın, Ətri də də xoş olur hər bir bucağın, Sevimli, rahat yer isti qucağın, Əlinin duzuna qurbanam ana!ANAM İllər keçib axtarıram, Didərgindir yuxularım. Burnumdan itib getməyir, Anam sənli qoxularım.Bu yaşımda gərəyimsən, Sevgin mənə məlhəm ana Əl çatmayan diləyimsən, Dərdlərimə dərman anam.Baxıram hey surətinə, Ala gözlü gözəl anam. Həsrət qaldım nur üzünə, Şiirin dilli gözəl anam.Göylər yanır bu halima,Göy ağlayır, Yer ağlayır,Anam sənsiz bu halima,Duman çökür, çən ağlayır.MÜƏLLİMBaşında ağaran o ağ tellərin, Hər bir şagirdin ömür yoludur.Şagirdə ikinci anadır müəllim, Bu ad hami üçün doğma, uludur!Sənət yollarinda döz çətinliyə, Sayıl Azərbaycanın parlaq ulduzu. Ürəklər oxşayan şən nəgmələrin Yüz yaşa fəxrimiz Azərbaycan qızı!..Nazəni vəfalidir, yad edər hər an, Unutmaz onu bil, ey Vahidə səni! Xatirin qəlbimdə əzizdir inan, Gormək istəyirəm hey Bacım səni!Dostunu dar gündə eylə imtahan, Gen gündə asandır olmaq mehriban, Varın dovlətindir o ali vicdan, Ucaldar o təmiz niyyətin səni!Yaxşıya hər zaman yaxşı deyiblər, Ağac bar verəndə yerə əyilər. Hamiya sevdirib çoxdan, a dilbər, Baldan şirin sözün, söhbətin səni!SƏBƏBSİZ SEVDİM SƏNİ"Gözlərin aldı məni, Kəməndə saldı məni". Şahmartək çaldı məni, Səbəbsiz sevdim səni.Çiçək verdim, almadın, Getdin, yada salmadın. Tərsliyindən qalmadın, Səbəbsiz sevdim səni.Bu nə əda, bu nə naz, Nazı bir az eylə az. Çox nazda xeyir olmaz, Səbəbsiz sevdim səni.Ömrü vermə hədərə, O, verilir bir kərə.Qəlb açıb sən ülkərə, Səbəbsiz sevdim səni.ZiM.Az . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.