KİFAYƏT BƏRDƏLİ (QARAŞOVA) (1964) Poeziya, Müsabiqə 27 июля 2023 1287 100 1 2 3 4 5 Kifayət Qaraş qızı Qaraşova - 24 avqust 1964-cü ildə Bərdə rayonunda anadan olub. Orta məktəbi bitirəndən sonra Azərbaycan İnşaat Mühəndisləri Universitetinin İqtisadiyyat fakultəsinə daxil olub. Universititeti bitirdikdən sonra istehsalatın müxtəlif sahələrinda fəaliyyət gös¬tərib. Şeyriyyata həvəsi uşaqlıqdandır."Yaşıl İşıq", "Turan", "Qarabağ Azərbaycandır" ədəbi-bədii,elmi-publisistik toplularda bir neçə şeirləri dərc edilmişdir. Elmi-Tədqiqat Su Problemləri İnstitutunda Baş mühasib vəzifəsində işləyir. Mediada aktiv xidmətlərinə və vətənpərvər şair kimi məzmunlu yazılarına görə bir sıra mükafatlarla qiymətləndirilmişdir. Hazırda Bakı şəhərində yaşayır və ədəbi fəaliyyətini davam etdirir.Kifayət Qaraşqızına yaradıcılığında yeni-yeni nailiyyətlər arzulaylırıq.ZiM.AzSƏNSİZ QALIBDIRVətən oğlu bayatı de,rast oxu,Qan ağlayır, muğam sənsiz qalıbdır.El qayıdır yuvasına- yurduna,Həsrətdədir, köçüm sənsiz qalıbdır.Zəfər bizim, susa bilməz Xan səsi,Can, ruh verib Xudayar zümzüməsi,Ərşə qalxdı zəfərin təntənəsi,Həm şirinim, acım sənsiz qalıbdır.Muğamatsız saralıbdı göy otlar,Həsrət çəkir yurd- yamaclar, yataqlar,Qanın ilə nicat tapıb torpaqlar,Yaylaq ötüb, biçim sənsiz qalıbdır.Qurbanlıq bağlanıb bağa-bağçaya,Nənən baxır bağladığı boxcaya,Qan yaş tökür həm xınalı xonçaya,Kəsilməyib, qoçum sənsiz qalıbdır.Xudayar bağlasın bayrağı dedik,Yan, Müslüm atanın çırağı dedik,Üçrəngli bayraqla həm ağı dedik,Hara asaq? Seçim sənsiz qalıbdır.Yusifzadə qaldı qan yaddaşımda,Adın hopub torpağımda, daşımda,Düşməni məhv edən ər savaşındaYox eylədik, heçim sənsiz qalıbdır.Karvan döndü... Köçüm sənsiz qalıbdır!...TURAN ADIMIZ(Şəhid Naibov Devran Fazil oğluna həsr olunur)Həsrətinə bir son verib sevdanın,Vətən adlı aşiqinə sarıldı.Saf eşqinə nəğmə qoşaq Devranın,Atəşilə düşmən bağrı yarıldı.Müddətindən artıq Milli orduda,Qaldı ki düşmənin kökünü kəsə.Qorxmaz təbiəti var idi o da,Bu gün örnək olub baxın hər kəsə.Hey Devranı yandırırdı-yaxırdı,İşğalı yaşayan Qarabağımız,Qəzəbindən şimşək olub çaxırdı,Can verdi qurtarsın torpaqlarımız.Naibov soyadı qalxıb zirvəyə,Devran şəhid oldu Vətənim deyə,Şan -şöhrət gətirdi Qədim Bərdəyə,Alnı açıq oldu əsgər adımız.Beş medalı beş kimsənə xətrinə,Qazanıb qərq oldu cənnət ətrinə. Qızıl hərflərlə şəhid olaraq,Ardını yazdırdı tarix sətrinə.Fazil ata, oğlunla fəxr edirik,Qan töküb, can verdi Vətən yolunda,Bütöv torpaqlara doğru gedirik,Laçın sağda, Zəngəzur var solunda.Azərbaycan səs saldı yerə-göyə,Bax, indi azaddır Qarabağımız.Üçrəngli bayrağı ucalsın deyə,Sanki haray çəkir torpaqlarımız.Türk oğlu bir olub Turan adımız.ZƏFƏR GÖRDÜMHabil şikəstədən bir bənd deyəndə,Ruhum o dağlarda düşdü kəməndə,Laçın dəhlizindən bəri enəndə,Laçın qayaların gül açan gördüm.Ordakı hər daşı nur saçan gördüm.Gördüm ki, qayalar himni oxuyur,Çınqıl daşlar ondan çələng toxuyur,Şuşa yaylaqları çiçək qoxuyur,Qayanı torpağa baş əyən gördüm. Müjdəni aləmə çiləyən gördüm.Sordum: Nə müjdədi, nə xəbər belə?Səs gəldi: qələbə çatıbdı elə,Düşməni məhv edib, atmışıq selə,Qələbə tonqalın odlanan gördüm.Düşməni odlanıb mən yanan gördüm.Kifayətəm, qəlbim gülür zəfərlə,Ordumuz qalibdir baxın, hünərlə,Bu anı gözlədik neçə illərlə,Quşları oxuyub, mən çalan gördüm.Ucrəngli bayrağı ucalan gördüm.ŞƏHİD ELMƏDDİNŞəhid adı söyləyəndə dil əsir,Ömür axır,il getməyə tələsir,İgidlikdə olmayan zərrə kəsir,Kəndi Divanlıdı, adı Elməddin.Bir əsrə bərabər mənalı ömrüSığışdırdı iyirmi iki yaşa.Vətən adlı varlığa aşiq olub,Tökdü qanun o torpağa, o daşa.Fərman ata çox gözlədi yolunu,Soraqladı həm sağ, həm də solunu.Könüllü yazılıb Milli Orduya,Gördü oğlu namə atıb qutuya.Ata, mən gedirəm Vətən dardadır,Bil, düşmən hardadır, oğlun ordadır.Dayanmadan ön sırada gedəcəm,Faşistləri Qarabağdan siləcəm.Bağışla, halallıq almadım səndən,Qorxdum ki, qıymazsan, keçməzsən məndən.İnan oğlun bir qəhrəman olacaq,Sənə həm də fəxr eyləmək qalacaq.Atasından xeyir-dua istəyib,Atmışdı özünü qaynar nöqtəyə,Bir şəhid atası olarsan deyib,Üz tutmuşdu düşünmədən cəbhəyə.Tank üstünə şimşək olub çaxırdı,Yağıları yandırdı- yaxırdı.Bir qarış torpağı vermərəm deyəŞəhid olub baş əymədi kimsəyə.Qoşa -qoşa medalları qazanıb,Üçrəngli bayrağı qaldırıldı göyə!GÖRDÜMHabil yana-yana vətən deyəndə,Ruhum o dağlarda düşdü kəməndə,Yallçın qayalardan yala enəndə,Laçınım, daşını çatlayan gördüm.O fəryad səsindən bir çələng hördüm.İçimdəki o səs tufan eyləyir,Ürəyim yanıqlı şer söyləyir,Həsrətdən elinə dağlar “gəl” deyir,Laçın torpağını ağlayan gördüm.Biçənəkli düzdə ah-fəqan gördüm.Kəkotu qurumuş kökdən,belindən,Qantəpər qan saçır didələrindən,Qaymaqçiçəkləri tutub əlindən,O əsən yellərin inləyən gördüm.Qan yaşla elinə “gəl” deyən gördüm.Kifayətəm, qəlb evimin atəşi,Nə vaxtsa doğacaq ruhun günəşi.Haqqa dua dəyişməsə gərdişi,Həsrətin alovun püsgürən gördüm.De ki,bu şairı itirən gördüm. ÖLƏ BİLƏYDİMBir canlı ölüyəm həsrət yuxulu,Ana axtarıram cənnət qoxulu,Kiçik qala tikdim kökdən yıxılı,Ana, kaş yanına gələ bilərdim.Sənə qovuşmaqçün ölə biləydim.Baxmaram dünyanın dövlət-malına,Ürək fəryad edir, baxıb yoluna,İsti qucağına, ana qoluna,Söykənib bir dəfə ölə biləydim.Ana, kaş yanına gələ biləydim.Könlüm gül axtarıb,kədər dəribdi,Eşqi dizdən tutub yerə səribdi,Ruhun nəşəsində qəhər görübdü,Ana, kaş baş qoyub ölə biləydim.Hicranı gözündən silə biləydim.Kifayət qovrulan kabab kimidir,Anasız bir sınıq boş qab kimidir,Nəfəsin Məkkədə təvvab kimidir,Kaş ki, o nəfəsi ala biləydim.Ana, kaş yanına gələ biləydim.Köksünə sığınıb ölə biləydim!...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.