ATA, GÖZLƏRİNİ YUMMA AMANDİR... Poeziya, Borçalı, Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov 12 июня 2023 1154 100 1 2 3 4 5 Dostum, qardaşım Müşfiq Borçalının dilindənElimizin fəxri vətəndaşı olan professor, Nyu-York Elmlər Akademiyasının akademiki (kitablarımdan 4-nün ön söz yazarı) Mədəd Çobanovun dünyasını dəyişməsinə ithaf edirəm.Allah rəhmət eyləsin. AMİN....Kainat dəyişib, zülmətə dönür,Günəşin ziyası, Ay nuru sönür,Zamanın çarxında ulduz üyünürGözümə tor gəlir, yoxsa dumandı?Ata, gözlərini yumma, amandı.İnlədən nisgilin dadını vermə,Övladlara yetim adını vermə,Qəmə, can yoldaşı qadını vermə.Ürəyim sızlayan tardı, kamandı,Ata, gözlərini yumma, amandı.Qovrulan qəlbimi döndərir saca,Acizəm, məlhəm də yoxdu əlaca,Yalvarıb ürəkdən, edirəm ricaNiyə dinməyirsən xeyli zamandı?Ata, gözlərini yumma, amandı.Bilirəm, ağrılar incidib üzür,Mərdliyin, susmağa bəs necə dözür?Göylər də ah çəkib, qəmli yaş süzürTəsəlli gətirən yenə gümandı,Ata, gözlərini yumma, amandı.Gedişin salmazmı vaxtsız, saça dən?Necə qıyıb səni verim əlimdən?Cənnətmi diləyim de: - uca Rəbbdən?Artıq inam yerim dindi, imandıAta, gözlərini yumma, amandı.Heyhat... Atasızlıq necə yamandı. MÜBARİZ HÜSEYNZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.