RÜSTƏM NÜSRƏTOĞLU (1986) Poeziya, Müsabiqə 2 марта 2023 1403 100 1 2 3 4 5 Rustəm Nüsrət oğlu Rüstəmov - 04.11.1986-cı ildə Şamaxı rayonunun Şorbası kəndində anadan olub. 1994-cü ildə Hacıqabul rayonunun Ayaz Baxşəliyev adına Şorbaçı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. 2005-ci ildə həmin tam orta məktəbi bitirib. Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. 2009-cu ildə İdman Akademiyasını bitirib və Dövlət Səfərbərliyi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb və xidmətini Müdafiə Nazirliyinin Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissəsində keçib. 2010-cu ildə həqiqi hərbi xidmətini başa vuraraq, ehtiyata buraxılıb. 2012-ci ilin iyul ayına kimi özəl şirkətdə işləyib. 2012-ci ilin sentyabr ayından isə Vətənimizin keşiyində duraraq müxtəlif vəzifələrdə xidmət edir.Rüstəm Nüsrətoğlu gənc yaşlarından bədii yaradıcılıqla məşğul olur. Bir sıra mətbuat orqanlarında, “Vətən”, “Turan” və s. ədəbi məcmuələrdə şeirləri çap olunub. Biz də ona həm şəxsi həyatında, həm də ədəbi-bədii yaradıcılığında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dərc edirik!ZiM.AzSEVGİMİ QAYTARNədir yenə çalma şəkdin başına,Sürtmüsən qələmi kipriy-qaşına.Deyəsən gələn var sənin xoşuna,Olmaz səndən mənə vəfalı bir yar,Üzmə məni daha sevgimi qaytar.Nə dağ bilmişəm mən, nə də ki, dərə,Söylədim duymadın, sənə yüz kərə.Nə qədər demişəm, getmə heç yerə,Gedib aləmlərdə oldun rüsvay, xar.Üzmə məni daha, sevgimi qaytar.Yalandan taxmışdın barmağa üzüy,Güya biz hər kəsdən doğruyuq, düzüy.Barışmaram gecdir, onsuzda küsüy,Gedib başqa bağda açdın qönçə bar.Üzmə məni daha, sevgimi qaytar.Peşman olacaqsan tənha qalanda,Etibar qalmadı, bircə gümanda.Azdırdın saf eşqi çəndə, dumanda,Yağdı üzərinə yağış, leysan, qarÜzmə məni daha sevgimi qaytar.QATAR SAXLA BAXIM FANİ DÜNYAYAHaqqı itirmədim, haqq yolundayam,Qatar saxla baxım fani dünyaya.O qədər zülmlər, yalanlar gördüm,Qatar saxla baxım fani dünyaya.Ərşə çıxdı arzu, kamım həyatda,Vuruldu qədərsiz canım həyatda.Yandırıb kül etdi ahım həyatda,Qatar saxla, baxım fani dünyaya.Gileyli, güzarlı, bağçalı, bağlı,Gətirdi özüylə qaralı, ağlı.Ürəyim həyatdan o qədər dağlı,Qatat saxla, baxım fani dünyaya.Bəlkə də bu yola bir də dönmədim,Uşaqlıq çağımı daha görmədim.Fələyin hiyləsin mən heç sevmədim,Qatar saxla baxım fani dünyaya.Yolumuz bitməsin, uzun yol olsun,Yolların kənarı ağac, kol olsun.Bir də qoy solsada çiçək bol olsun,Qara saxla baxım fani dünyaya,Rüstəm yıxılanlar heç vaxt ağlamaz,Neyçün getdiyini hər kəs anlamaz.Gedəni yolundan durub, saxlamaz,Qatar saxla baxım fani dünyaya.AY GÜLÜMÜzür məni sevgi, yaman bezdirib,De necə yaşayım sənsiz ay gülüm.Gözümdən tökülür, yaşlar dayanmır.Qalmışam, baxıram mən divarlara,Gecə-gündüz udum, hey xəyallara.Həsrətlə baxmışam ötən çağlara,De necə yaşayım, sənsiz ay gülüm.Gözlərim yol çəkir, yol gözləməkdən,Söylə necə qorunum, mən ölməməkdən.Söz aça bilmirəm deyib, gülməkdən,De necə yaşayım, sənsiz ay gülüm.Əlimdə saçının qoxusu qalıb,Şirin laylaların yuxusu qalıb.Sənli xatirəmin çoxusu qalıb,De necə yaşayım, sənsiz ay gülüm.Sarıldım dizimə, sarıldım bərk, bərk,Dəydi gözlərimə ağ tüklər tək, tək.Qocaldım, ey həyat məndən də əl çək,De necə yaşayım, sənsiz ay gülüm.Ömrüm karvanlara qoşulub gedir,Aldığım yaralar əzablar verir.Rüstəm də qəlbində birini sevir,De necə yaşayım, sənsiz ay gülüm.***Doğurdan da sevgi gözəl hiss imiş,Sevincdən görsənmir heç nə gözümə.Ürəyin, ürəyimə yol tapıb keçmiş,Bağladım bir ömür qalsın özümə.Varlığım deyirəm sənə ay gülüm,Sənsən mənə həyat, işıq, nur verən.Öləndə qoy sənin əlində ölüm,Görsünlər bax belə olurmuş sevən.Verdiyin paltarı qoxlaylram mən,Ətrinin iyini ondan duyuram.Elə bilirəm indi yanımdasan sən,Körpə uşaq kimi yatıb, uyuram.TALEYİMQəlbim məndən küsüb, yaman inciyib,Verib əllərimdən qara taleyim.Tərk edib gedibdi, məndən uzağa,Apardı canımı, hara taleyim,Nəğməsiz bənzədim bağçaya, bağa,Qara həsrət qalmış, uca bir dağa.İstədim mirası salım oylağa,Mizrabda naz edir, tara taleyim.Yazarsız kədərlə məzar daşıma,Fələk qıydı mənim cavan yaşıma.Gör nə qədər bəla gəldi başıma,Hamısı vurubdu yara taleyim.Gözümdə qurudu cisminlə, siman,Aldı ətrafımı çiskinlə, duman.İstəməm həyatdan da bir güman,Özünçün gəz, dolan, ara taleyim.Nələr çəkdim dost, tanışım bilmədi,Mən ağladım, göz yaşımı silmədi.Hey istədim, amma üzüm gülmədi,Saldı, məni ahu-zara taleyim.APARDIƏzəldən fanidir, bilirik dünya,Zaman öz çərxiylə nələr apardı.Saldı sevgim məni dirarba-diyar,Ağlımı başımdan kədər apardı.Ölərsə bir şahin taxtın boşalar,Dünya gah dolar, gah da boş olar.Olsaydı məndə bəxt verər qoşalar,Bəxtimə aldığım o zər apardı.Ay zalım könlümə vurmusan yara,Sən çıxıb gedəndən həyatım qara.Ürəyimi bölüb eylədin para,Ömrümü, günümü zəhər apardı.Yar da yardan küsüb, inciyərmi heç,Sevirsən, uğrunda həyatından keç.Rüstəm, öz yarını gözlətmə, dur seç,Durub, gördün fələk səhər apardı.SÖYLƏ EŞQİMİZİ MƏN HARA YAZIMMavi dənizlərin ləpəsi qoymur,Söylə, eşqimizi mən hara yazım.Ay zalım bir yarsız daşda görmürəm,Söylə, eşqimizi mən hara yazım.Gecələr yuxuma qonaq olursan,Səhərlər neyçün, bəs uzaq olursan.Mənim ürəyimdə çıraq olursan,Söylə, eşqimizi mən hara yazım.Niyə divanəyəm, özüm bilmirəm,Dostlar süfrəsində deyib, gülmürəm.Səndən başqasını vallah sevmirəm,Söylə, eşqimizi mən hara yazım.Yayılsın aləmə Rüstəmin səsi,Qopur qəlbimdəki eşqin naləsi.Çırpınır dağlarda, dağ şəlaləsi,Söylə, eşqimizi mən hara yazım..KƏNDİMİZQayıtmaq istərəm keçən günlərə,Könlüm kəndimizi yaman istəyir.Anamın nənnidə dediyi laylay,Indi tar istəyir, kaman istəyir.Xoruzlar banlayır, hər kəs ayılır,Samovar çayının ətiri yayılır.Şirinçay qarışır, qaşıq sayılır,O, ötən günləri zaman istəyir.Pəncərə önündə quşların səsi,Cəh-cəh vurur, valeh edir hər kəsi.Yayılıb aləmə, şən zümzüməsi,Bülbül oxumaq üçün aman istəyir.Boylanır kəndimə Haramı dağı,Gül-çiçəyə batıb solu, həm sağı.Rüstəm görəydin, kaş ötən o çağı,Gözlərim görməyə güman istəyir.ŞƏHİDLƏRİgidlərimiz ucaltdı Qarabağda bayrağı,Düşməndən azad etdi, o müqəddəs torpağı.Qoymadılar əzilsin xəzan vuran yarpağı,Sevindirdi Qarabağı şəhidlər öz qanıyla.Suqovuşan uğrunda ağ uçuşun yanında,Girib, gırıb düşməni, qorxu yoxdu canında.Çünki igidlik axır damarında, qanında,Məğlub etdi alçağı şəhidlər öz qanıyla.Yağış kimi mərmilər göydən yerə yağırdı,İlahini köməyinə igidlərimiz çağırdı.Ermənilər türk gəlir, qaçın deyib bağırdı,Qovub keçirdib dağı şəhidlər öz qanıyla.Qayıtdı Xarıbülbül yenə də bizim məskənə, Yenə də qeyd olundu, köhnə adət, ənənə.Muğam festivalını təşkil eylədik yenə,Cuşa gəldi sol, sağı şəhidlər öz qanıyla.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.