AZƏR İQRAR (1977) Poeziya, Müsabiqə, Bolus 9 июня 2023 1903 Azər İqrar (Azər Hüseyn oğlu Bağırov) - 1977-ci il dekabrın 16-da qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. 1983-cü ildə Marneuli şəhərində 4 saylı orta məktəbin rus bölməsinə daxil olub. 1992-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Ailəlidir.Uşaq yaşlarından Muğam, Aşıq sənəti, və poeziyaya dərin maraq göstərib. Şeirləri müxtəlif poeziya antalogiyalarında, ədəbi məcmuələrdə və dövri mətbuat orqanlarında çap olunub. “Yenə qoşulmuşam xəyallarıma” (2022) adlı şeirlər kitabının müəllifidir.Biz də Azər İqrara yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az İLK ŞEİRİM Mən səni ilk dəfə gördüyüm anda, Sənə mən bilmədən könlümü verdim.. Hər nə diləsəydin edərdim sənə Heyif, bu sevgidə qəm, kədər gördüm.Xəyal dəryasında üzdüm, bilmədin, Dözdüm min əzaba, dözdüm, bilmədin. Axır bu sevgidən bezdim, bilmədin, Eşqin əzabını mən hədər gördüm.Azərəm, yurd salıb həsrət sinəmdə, Gözlərim möhnətdə, gözlərim nəmdə. Nə qədər bəslədim, pünhan sinəmdə, Nə eşqim tağ atdı, nə bəhər gördüm.Bakı, 1993O QIZ MƏNİ BAĞIŞLARMI GÖRƏSƏN?..Yenə qoşulmuşam xəyallarıma,Ötən dəmim, nola geri dönəsən.Nəsə tez-tez bir qız düşür yadıma,Kövrəlirəm, qocalıram deyəsən,O qız məni bağışlarmı görəsən?Həyatımın nəşəsi yox, dadı yox,Köks ötürüb ağlamağın adı yox.Bu ocağın külü qalıb odu yox,Bir gün gedib ondan üzr diləsəm,O qız məni bağışlarmı görəsən?Hər nə qədər qadası var, almışam,Gör, nə vaxtdır, ondan uzaq qalmışam.Öz başımı nə bəlaya salmışam,Bir zamanlar görüşümə tələsən,O qız məni bağışlarmı görəsən? ELƏ GÖZƏL DƏRIXMIŞAM SƏNİNÇÜN Yanağımda yaşa dönür xiffətin, Gilə-gilə, aram-aram səninçün. Sarmalıyıb vücudumu həsrətin, Elə gözəl darıxıram səninçün... Xatirə Xatun 11.12.2016Həzin-həzin yollarına baxıram,Öz içimi yandırıram, yaxıram.Yaz qarı tək əriyirəm, axıram,Elə gözəl darıxmışam səninçün.Nə olsun ki, sənsiz ömür yarıymış,Nə olsun ki, sənsiz dünya darıymış,Həsrətin də şirinliyi varıymış,Elə gözəl darıxmışam səninçün.Kərəm olum, var cəsədim alışsın,Taleyimiz xəyallarda barışsın.Yuxularım qoy yuxuna qarışsın,Elə gözəl darıxmışam səninçün.Ötürsək də ömrümüzü baş-ayaq,Bu həsrəti sevə-sevə daşıyaq.Leyli-Məcnun həyatını yaşayaq,Elə gözəl darıxmışam səninçün. 21.04.2022DEYİRGər olsa bir kəsin bir neçə üzü,İnan ki, çox yerdə keçəcək sözü.Kişi axtararsa aynada gözü,Bil ki, ağa baxıb qaradan deyir.Yada doğma olub doğmasın atan,Qeyrətdən dəm vurur mənliyin satan.Bataqlıq içində batdıqca batan,El-oba içində paklıqdan deyir.Azardan düşəndə cəsədi narə,Olmayan yerlərdə arayır çarə.Nə təbib, nə loğman, nə türkəçarə?Hər dərdin dəvasın Yaradan deyir.Su töksən quyuya, heç zaman dolmaz,Hər saçı ağaran ağsaqqal olmaz.Adam var ömründə qılmayıb namaz,Dinindən söz salır, imandan deyir.İndi toz axtarır mənim gözümdə,Soran yox, yoxmudur nöqsan özündə?Olmaz heç bir yalan şair sözündə,Çün Azər gördüyü zamandan deyir. SARI GƏLİNAğlaya ağlaya bir sarı gəlinDün gecə yuxuma gəlmişdi mənim.Dedi: Ey Türk oğlu, yoxmu xəbərin?İllərdir saçlarım hörülmür mənim.Gözümün yaşıdır şehi çəmənin,Yoxmudur səninçün zərrə dəyərim? Eşqin də yalandır, sevdan da sənin,Odlara atmağa gəldimi əlin?Əyilib qamətim, sınıb qürurum,Varmıdır namusun, qeyrətin, arın...? Açmışdı əlini göyə baxırdı,Gözündən sel kimi yaşlar axırdı.Alışıb yanırdı, imdad umurdu,Fəryadı göylərə ucalan gəlin. Ağlaya ağlaya bir sarı gəlin Dün gecə yuxuma gəlmişdi mənim. ***Yağı at oynadır dərə uzunu,Çoban ağlar qalıb tapmır quzunuÇağırın deyirdi o Türk oğlunu,Sarısın yaramı, çəksin nazımı...Od tutub, əriyib muma dönübdü,Ocağı sönübdü, külə dönübdü.Üzümə baxdıqca ümid görürdü,Meydanda tək qalan yaralı gəlin.Yuxudan oyanıb xəyala daldım,Acı gerçəklərlə baş-başa qaldım.Mən Azər İqraram bezdim, usandım,Sarı gəlinlərdən yaman utandım. Əsirlikdə qalan bir sarı gəlin Dün gecə yuxuma gəlmişdi mənim. Fevral 2019QƏZƏLAldı məni məndən, gözəlim, səndəki göz-qaşGör ki, nə gözəl xəlq eləmiş yarımı nəqqaş.Gəl görsə əgər nur üzünü huriyi-qılman,Adəm degiləm, qalmasa qeyb aləmi çaş-baş.Bir busə kərəm qıl mənə ol qonçə ləbindən,Verrəm sən əgər istəsən, öz ömrümü peşkaşMən neyləyirəm mülki-Süleyman kimi sərvət,Ruyin mənə həm ləli-Yəməndir, həmi daş-qaş.Ğəvvasmisal bəhri-məhəbbətdə dolandı,Qəlbim həvəsi-eşqin ilə oldu gühərpaş.Saqi, mənə mey ver, məni gəl meyküsar eylə,Başdan elədi əqlimi ol şuxi-qələmqaş.Azər qələm ilə elədi fikrini bəlli,İqrar edərək yandığını, sən görəsən kaş.***TƏK SƏNİN EŞQİNÇÜNGözlər həzin-həzin yollara baxır, Tək sənin, tək sənin eşqin çün, gözəl. Ürəyin naləsi gözümdən axır, Tək sənin, tək sənin eşqin çün, gözəl.Kərəm tək canımı yaxa bilərəm, Fərhad tək dağları yıxa bilərəm. Sənan tək dinimdən çıxa bilərəm, Tək sənin, tək sənin eşqin çün gözəl.Bir yanar çırağam, sənsiz sönərəm, Getmə gözlərimdən, sənsiz ölərəm.Lazımsa özümü qurban verərəm, Tək sənin, tək sənin eşqinçün, gözəl. 19.06.2022MƏLUL-MƏLUL BAXAN GÖZƏLMəlul-mǝlul baxan gözəl Olma, bəxti qaralısan? Bir bivəfa yar əlindən, Məhəbbətdən yaralısan?Bir bəri dön, eylə kərəm, Yollarına gül döşərəm. Gözəl olan edərmi qəm?Sən ki, dağlar maralısan.Baxma ömrü cəfalıyam, Gözəl, əhdə vəfalıyam. Mən Azərǝm, Faxralıyam, Söylə, bəs sən haralısan? OLUBDUBu dünyanı gen sanmışdım, İndi mənə dar olubdu. Dosta inam, dosta güvən,Yollarımda tor olubdu.Ağıl verməkdən doymayıb, Eşqimə məhəl qoymayıb, Gözümü yollarda qoyub, Ürək biqərar olubdu.Bǝd taleyim açıbdı qol, Möhnətimi veribdi bol, Bəlli deyil getdiyim yol, Zülmət mənə yar olubdu.MƏNDƏN ÖTRÜAynur Qafarlı ilə deyişməAynur:Ay mənim dərdimdən dəli olanım,Sən necə darıxdın, de, məndən ötrü?Çək göndər rəsmini darıxmağının,Sən necə darıxdın, de, məndən ötrü?Azər:Məcnundan betərəm, ay ömrüm-günüm,Elə darıxmışam mən səndən ötrü.A Leyli misallım, saf eşqim mənim,Elə darıxmışam mən səndən ötrü.Aynur:Mənsiz üşüdünmü, soyuqladınmı,Dünyanı gözündə ayaqladınmı,Gecələr yuxuda sayıqladınmı,Sən necə darıxdın, de, məndən ötrü?Azər:Xəyallar içində gülüm, üzürəm.Dözürəm birtəhər, hələ dözürəm.Elə yuxuda da səni gəzirəm,Elə darıxmışam mən səndən ötrü.Aynur:Axşamlar gec yatıb, erkən duranım,Fəryad qoparanım, matəm quranım.Ay məni gözləyib, boyun buranım,Sən necə darıxdın, de, məndən ötrü?Azər:Ay ömrüm, qarışıb gecəm gündüzə.Taleyim bəxtimlə durub üz-üzə.Həsrətin önündə çökmüşəm dizə,Elə darıxmışam mən səndən ötrü.Aynur:Özünü yordunmu suallar ilə,Həlli çətin olan misallar ilə,Yanıma uçdunmu xəyallar ilə,Sən necə darıxdın, de, məndən ötrü?Azər:Sənsiz ötən günlər gün deyil, ildi. Sənsiz xoş günlərim ərşə çəkildi.Suallar ömrümə hakim kəsildi,Elə darıxmışam mən səndən ötrü.Aynur:Qısası bir kəlmə sözüm var sənə,Bir dürüst cavab ver, deyim yar sənə?Məzara döndümü dörd divar sənə,Sən necə darıxdın, de, məndən ötrü? Azər:Necə deməyəsən söylə, yar mənə?Yoxsa ki, qalmayıb etibar mənə?Gen dünya olubdu dar məzar mənə.Elə darıxmışam mən səndən ötrü. RÜBAİLƏRElə ki yar getdi, gülmədi üzüm, Dedi yalançısan, qalmadı sözüm. Məni tərk etdiyi o gündən bəri,Çeşməyə çevrilib bu iki gözüm.***Gül üzlü yarımın sərgəştəsiyəm, Al yanaq, gül dodaq divanəsiyəm. Ülvi məhəbbətim dönübdü şama, Cavabsız sevgimin pərvanəsiyəm. ***Divaneyi-eşqǝm, ey nazlı dilbər, Məni Məcnun edib səndəki gözlər. Sevda şərabını gözündən içib, Düşmüşəm çöllərə şamu ta səhər.***Adam var yaşayır dəmlər içində. Adam var yaşayır qəmlər içində. Taledən nədənsə pay bölünəndə, Mənə də yer düşüb kəmlər içində.***Gedir cavanlığım, çəkilib gedir. Bağımdan bəhərim tökülüb gedir. İllərlə qurduğum ömür sarayım, Ay Allah, necə də sökülüb gedir... ***Qaranlıq gecədə sərxoş idim mən, Mey dolu piyalə düşdü əlimdən. Od vurub kül etdi sevən qəlbimi, Bir kəlmə acı söz canan dilindən.***Adam var yaşayır dəmlər içində. Adam var yaşayır qəmlər içində. Taledən nədənsə pay bölünəndə, Mənə də yer düşüb kəmlər içində.***Gedir cavanlığım, çəkilib gedir. Bağımdan bəhərim tökülüb gedir. İllərlə qurduğum ömür sarayım, Ay Allah, necə də sökülüb gedir... ***Qaranlıq gecədə sərxoş idim mən, Mey dolu piyalə düşdü əlimdən. Od vurub kül etdi sevən qəlbimi, Bir kəlmə acı söz canan dilindən.***Zalım fələk yaman durub qəsdima, Hər tərəfdən tənə yağır üstümə. Mən fələyə neynəmişəm, bilmirəm, Qara yaxır taleyimə bəxtimə.***Sənli günlər xəyalıma tuş gəlir, Elə o an gözlərimdən yaş gəlir. Söylədiyim giley deyil, əzizim, Səndən gələn dərd də mənə xoş gəlir.***Ömrümü kədərlə gəldim bu yaşa, Diləyim, muradım çalındı daşa. Bu fani dünyadan elə usandım, Zəhri şərbət kimi çəkərdim başa.***Gərdişi-zəmanə çox ərzəl qalıb, Nitqi ədalətin müqəffəl qalıb. Adəm oğlu törətdiyi fitnǝyǝ, Şeytanın özü də məəttəl qalıb. ***Könlüm qəm yatağı, bax, nələr yatır, Hər kəlmə sözümdə qəm-kədər yatır Öləndə yazarsız məzarım üstə Burda söz sərrafi, xiridar yatır.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.