ŞƏRQİYYƏ SEYİDOVA: "VƏTƏNİMDİR, VƏTƏNİM" Poeziya, Müsabiqə 5 декабря 2022 ŞƏRQİYYƏ SEYİDOVA“Şanlı Azərbaycan” televiziyasınıntəsisçisi və prezidentiVƏTƏNİMDİR, VƏTƏNİMYağıdır yanın-yörən, Kimdir saçımı hören? Mənə səadət verən, Vətənimdir, vətənim.Onu canımtək sevim, Onu kim qarğıyar, kim?! Mənim əbədi evim, Vətənimdir, vətənim.Günəşim də, Ayım da,Baharım da, yayım da, Mənim sevgi payım da, Vətənimdir, vətənim.Ey Vətən, canımsan sən! Yolunda qurbanam mən. Məni xoşbəxt böyüdən, Vətənimdir, vətənim.AZƏRBAYCANIM MƏNİMBülbül kimi ötənim, Yolum üstə bitənim,Sənsən mənim vətənim,Şöhrətim-şanım, mənim, Azərbaycanım mənim.Tanrım, məni oyat da, Dədəm, məni soyadda.Sənsiz heçəm həyatda,Ürəyim, canım mənim, Azərbaycanım mənim.Kim çatar mənə, de, kim? Sözlə dolub ürəyim.Ən ülvi məhəbbətim,Ən şirin anım mənim, Azərbaycanım mənim. O səs mənim səsimdi, Haqqa yetmək bəsimdi.Nəbzimdi, nəfəsimdi, Damarda qanım mənim, Azərbaycanım mənim.SƏNİN ADIN BÖYÜKDÜRAllahım, nə xoşbəxtəm... Seni çox sevirəm, çox. Sənin adın böyükdür, Səndən böyük kimsə yox.Qadirsən hər şeyə sən, Padşahlıq əlindədi. Daha paxıllıq, nifrət, Pislik bilmirəm nədir.Səni tapandan bəri, Qəlbim məhəbbət doğur. Şeytanı öz içində, Öz xəyanəti boğur.Şükr kərəminə ki, Bizi bağışladın Sən. Bundan sonra qoynunda, Xoşbəxt yaşayacam mən.MƏNİM GÖZƏL ALLAHIMKönül bağımda şahsan,Mənim gözəl Allahım. Ürəyimə güc ələMənim gözəl Allahım. Dağın üzü çənədir,Ömür də bir binǝdir. Ümidim tək Sənədir, Mənim gözəl Allahım.Arzular qoşun-qoşun,Ruhu solur tək quşun. Üstündə eşq var daşın, Mənim gözəl Allahım. Ruhum uçur Günəşə,Həyat işıqlı guşə.Dilimdəsən həmişə, Mənim gözəl Allahım.İLHAM ƏLİYEVPrezidentimizə həsr edirəmBu xalqın başı üstdə, Varsan, İlham Əliyev. Sən işıqlı bir gündüz, Nursan, İlham Əliyev.Səni çox sevir bu xalq, Sən xalqı çox sevirsən. Sənə maneə olur, Bu düşməni devir sən.Heç vaxt tək qoymaz, inan,Vətən səni, el səni.Bu xalq darda dayağın,Olacaqdır bil, sənin.SƏNİN GƏLİŞİNLƏİ.Əliyevə həsr olunurSənin gəlişinlə bu xalq,Səadət yoluna çıxdı. Xoşbəxtliyin çiçəyini, Hamı sinəsinə taxdı.Sən gəldin, ölkə şad oldu, Sən gəldin, torpaq sevindi. Bilirik ki, Qarabağı,Alacaqsan həmən, indi.Vətən səni alqışlayır, Bu xalq sənə arxayındı.Qarabağda Vətən qalıb, O Vətən sənin payındı...Qurtaracaqsan sən onu, Bu xalq sənə inanır, bil. Bilirik ki, Qarabağa,Dönəcəyik bu ay, bu il!SEVİMLİ PREZİDENTÖlkə başçısı cənab İ.Əliyevə həsr olunurSevimli prezident, Sənə dayaqdır bu xalq. Sən tək deyilsən, əsla, Arxanda dağdır bu xalq.Atdığın addımların, Uğuru sevinc doğur. Sənin düşmənlərini, Sənin qələbən boğur.Haydı, durma, irəli, Arxanca gəlir bu xalq. Kimin kim olduğunu, Çox yaxşı bilir bu xalq.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.