ETİBAR QARA (1961) Poeziya, Müsabiqə 16 июня 2023 1226 Etibar Qara (Etibar Çapar oğlu Bağışov) – 1961-ci ildə Yardımlı rayonunun Nisəqala kəndində anadan olub. 1978-ci ildə Çayüzü kənd orta məktəbini bitirib. 1984-cü ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutunu bitirib. Hazırda Sumqayıt şəhərində yaşayir və Tikinti mühəndisi kimi çalışır.Evlidir, 4 övladı var.“Göylərə uzanıb əli sevdamın” və “Ürəyim boyda dərdim”adli kitabların müəllifidir.Şeirləri “Türk ədəbi əlaqələri” antologiyasının 1-ci və 2-ci cildlərində, “Şam işığı”, “Nəğməli könüllər” və “Ziya” ədəbi-bədii, elmi-publisistik məcmuələrində çap olunub. Biz də Etibar Qaraya yen-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzYARDIMLIYA APAR MƏNİBülbülündə sinə sarı,Könlüm uçur sənə sarı.Nazın çəkir əbəs arı,Düzdə lalə sorar məni.Yazda qönçə sorağına,Çıx Çiçəkli yaylağına.Qonsam gülün yanağına,Bacarsan gəl, qopar məni.Başı buludlu Sineyir,Yayda qarı gəl-gəl deyir.Meşələr yaşıl don geyir,Bulaqları arar məni.Bəzənib dağın yamacı,Qartallar zirvənin tacı.Döşdə kəkliyi, turacı,Qoymaz tutam, yorar məni.Dördnala çapanda kəhər,Belində durram birtəhər.Yaz yağışı səhər-səhərYuyub sərər, darar məni.Bulaqların zümzüməsi,Viləşin bahar nəğməsi.Şəlalənin şarr-şarr səsi,Çıxıb yola tapar məni.Eniş, yoxuş, qala yollar,Narahatdır çala yollar.Qucağına al, a yollar,Yardımlıya apar məni.DAĞLARAyrı düşən çox dəm oldu,Nisgil oldu, sitəm oldu.Zirvədə qartal kəm oldu,Kəklik səkmir kerdə dağlar.Kəsilsə də Türkün kökü,Tərpənməz dünyanın tükü.Bizə düşüb çəkmək yükü,Dərman bitir dərdə dağlar.Bu oyunu kimlər qurdu,Qəsdimizə kimlər durdu?Qorqud, Babək, Nəbi yurdu,Kimə qalıb gör də dağlar.Ac gələn yedi, getdi tox,Amma dərdinə qalan yox.Arxa durdun nisgili çox,Ər igidə, mərdə dağlar.Şuşa, Əskəran qaladı,Yağılar oda qaladı.İskəndər dünya taladı,Sinə gərdi Bərdə, dağlar.Qar payın saçımın dəni,Özlədim dumanı, çəni.Basdıralar, ölsəm məni,Çənin olan yerdə dağlar.XOCALIKürsü havasında dumanlı başlar,Saldı içimizə çilə*, Xocalı.Döndərmişik səni bir daş heykələ,Təsəlli alırıq belə Xocalı.Can cəkişəndə şaxtada, donda,Gunahın yudu hərə bir donda.Biz yanmalıydıq , indi yox, onda,Sən yanan kimi, elə Xocalı.Bir gözüm qan, o biri yaşdı,Allahın da ürəyi daşdı.Yaralarım içində başdı,Qasnaq tutmur hələ Xocalı.Unudanıq əhdimizi...Quruyunca bu qan izi,Özün kimi yandır bizi,Qoy dönək külə, Xocalı.Gəlirəm dedim dildə,Səsim də cıxdı zildə.Nə fayda, ha hər ildə,İmdad dilə Xocalı.Çilə*-böyük dərd, əzab.ATLAR VARDIKişilərdə əzəl yoxduBir miniyi atdan başqa.Atlarda da nişan çoxdu,Ayaq səkil, alın qaşqa...Fərqi yoxdu madyan, kəhər,Döyüşəndə qızmış nərdi.Belinə qoyanda yəhər,Elə bil yer-göy kişnərdi.Ər igidlər at satmazdı,Atı dosta verərdilər.At da igidin atmazdı,Ağlayan at görərdilər.Gözəl xalça palazları,At belinə çullardılar.Ata evindən qızları,At belində yollardılar.Nələr yazdı zalım fələk,Yaşadıq gör, hansı çağda.Atların qədrini bilək,Cıdır qalıb Qarabağda.ŞILLƏLƏR BİZİAman Tanrım, qoyma yer üzərində,Kağız kimi kəsib bölələr bizi.Qalxdığca dünyanın Türk nəzərində,Az qala dünyadan silələr bizi.Görən içimdəki bu nə qorxudur,Dil qorxur deməyə, bəlkə yuxudur.Gəlir üstümüzə, yaman qorxudur,Dünyaya qul olan kölələr bizi.Qalmaqdansa ömrün boyu qul, kölə,Azadlıq bayrağın bir gün yüksələ.Babəklə Xətai dirilib gələ,Bu qeyrət üstündə şillələr bizi.Söz yox, iş görək biz, ürək yandıra,Dondura damarda qan, dayandıra.Etibar bu gün yox, gərək qandıra,Tarixin vurduğu şillələr bizi. MƏN KİMƏMAd verdilər mənə, vallah danmıram,Qəbul etdirilən adı qanmıram.Özgə külü üstə düşüb yanmıram,Qaytarın adımı, görün mən kiməm.Nəğmələr yazılmış adam, bilin siz,Yağlı tikə, şirin dadam, bilin siz,Zatı qırıq deyil babam, bilin siz,Axtarın zatımı, görün mən kiməm.Köz basdı, dağladı yağı köksümü,İçimdə yandım, yox görən tüstümü.Görürsünüz, düşmən alıb üstümü,Gətirin atımı, görün mən kiməm.Tarixlər boyunca xan, əmirəm mənVətəndən çox dedik, qoşduq bayatı,Şirindir hamısı, olmaz boyatıOyadanda məni “Çobanbayatı”,Həzin nəğmə olub tütəyə çıxam.Səhər–səhər içəm südlü umacın,Uçuram kəkliyin, qovam turacın.Yorğun–arğın gəzib yalın, yamacın,Dağa boylanmağa ətəyə çıxam.Seyrinə çəmənlər sinələr açar,Yağ–pendir süfrəsin binələr açar.Qaçan iştahamı nənələr açar,Acqarına gəlib kətəyə çıxam.Olmaz bu Vətənin yaraşığından,Nə sazəndəsindən, nə aşığından.Doymaram gecələr Ay işığından,Evə gəlib səhər ertəyə çıxam.İstəklərim yurdda qala, qarıya,Əl tuta obaya, elə yarıya.Rast olam su üstdən qalxan arıya,Arxasınca düşəm, pətəyə çıxam.Atilladan gələn səs–səmirəm mən,Tarixlər boyunca xan, əmirəm mən.Ədəb axtarmağa istəmirəm mən,Avropa adında qitəyə çıxam.ODU AYRIİnsanların çəkdiyi bir, Kədərinin adı ayrı.Üzdən baxsan cürbəcürdüQəmlisi bir, şadı ayrı.Qəhrəmanıq, dildə mərdik,Haram üstə süfrə sərdik.Bir ağacdan meyvə dərdik,Meyvəsi bir, dadı ayrı.Dərd üstümə kəsə gəldi,Zilim endi pəsə gəldi.Harayladım səsə gəldi,Yaxını bir, yadı ayrı.Kim ki, üzə gülümsəyir,O, başımdan basıb əyir.Hamı vətən, vətən deyir,Ocağı bir, odu ayrı.Bir bəndlik şeirlər* * *Deməsəm bu dərdi öldürər məni,Qəmin divarına hördülər məni.Yarı bölünməyim azmış kimiydi,Təzədən ikiyə böldülər məni.* * *Uzaq qovdum qəmi, qapıya gəldi,Həsrətim Güneydən Batıya gəldi.Təbriz həsrətinə heykəl qoymamış,Şuşadan heykəllər Bakıya gəldi.* * *Yetim qalan, uzaq düşən Arazım,Sahilləri hay-küylü, şən Arazım.Hər çiynində bir sahilin ağır yükü,Sahillərdə tək döyüşən Arazım.* * *Tarix təzələndi, döndü tərsinə,Sevinci torpağa gömdü tərsinə.Oğuz ellərində yanan ocaqlar,Bir rüzgarmı əsdi, söndü tərsinə?* * *Yağı düşmən məni aciz sanmasın,Kölgələrdə gəzib daldalanmasın.Mən bir təhər dözə billəm bu dərdə,Qoy o biri tayım parçalanmasın.* * *Ceyranla bala gəzər.Dırmanar yala, gəzər.Dağlara yolum düşsə,Gözüm bir qala gəzər.* * *Çaylar dağdan yol eylər,Dağlar suyun bol eylər.Vətənə xor baxanınAllah gözün kor eylər.* * *Üst-üstə qala daşı,Kim istər çala daşı.Dünya gəlsə vermərəm,Əlimdən ala daşı.* * *Mən türk oğlu türkəm,Var məndə köhnə görkəm.Dosta verrəm can qurban,Yağıya yaman bərkəm. * * *Kimi özü, kimi qoşma,Kötüklərə sən baş qoşma,Mehə əsən yarpaq adam.Uçmaq kimi yox vərdişin,Sənin göylərdə nə işin,Başdan başa torpaq adam?Gecələri nurun boğur,İçində bir dunya doğur,Çöl-bayırı çılpaq adam.Ağızlar cır, dil calaqtək,Sozü şillə, şapalaqtəkAğızlara qapaq adam.İs vermirlər altmış yasda,Adamım da yoxdur basda, İndi hardan tapaq adam?Çox özünü, yorma sən də,Qeyrət tapmaz geydirsən də,Qeyrətsizə papaq, adam. * * *Vərəqdə vətən qurub,Sərhəddin çəkən nə çox.Qələmlə şumun vurub,Dən səpib, əkən nə çox.Deyilmiş fikri ha yaz,Bazar meyvəsi kimi.Sözdə hər təzə avaz,Novruz heybəsi kimi.Çicəyə qonmur arı,Bilirmi qənd yediyin?Hər yan qarğa bazarı,Qanmır ağız dediyin.Hicrandan yazma daha,Qulaqlara yad deyil.Az əl götür Allaha,Mələkləri şad deyil.Ölümün də hər gecə,Tutur bizi yuxusu.Oğurlanır gör necə,Ömrümüzün çoxusu. * * *Qaranlıq bir yol tutub gedirik,Yolun üstündə tikan var ,daş var.Bu daşlı yolu udub gedirik ,Üstündə neçə kəsilən baş var.Anası varmı dizinə döyə?Şəhid vətənçün dura, yola saç.Tanrı da göydən çəkilib göyə,Ha özünü yor, göyə ha əl aç.Bu ağrıların görünmür sonu,Vətəni göyə özüylə çəkir.Gör necə qurub quran oyunu,Hər gün şəhidi köksünə əkir.Vətən ölür hər gün şəhid-şəhid,Öz bayrağına bükülür Vətən.Qatil özünə saxlamır şahid,Səhid qəbrinə tökülür Vətən.Xərçəng xəstəsi bu Vətən kimi,Hər əzasında toxuması var.Ağ xalat geyən iblis həkimi,Həm də fatihə oxuması var.İnanc yeriydi, qibləgah idi, Qan çanağına dönüb göy indi.Vallah, bu oddan yer agah idi,Heç tüstülənmir bir kösöy(v) indi.Şəhid olanlar şahidləriydi,Ürəyində çox sıxıldı Vətən.Göyə çıxanda hələ diriydi,Göylərdən yerə yıxıldı Vətən.Dolu yerinə, yağış yerinə,Tutub göyləri istiqlal qanı.Bir dəyirmanın düşüb pərinə,Dolanır bütöv Azərbaycanı. * * *Ürəyim də cansız, vərəq kimidir,Yetənə atıram ölüb qurtarmır.Gündə boğazıma yığılır canım,Öz canını məndən alıb qurtarmır.Ölüm yoxuşu lap adamı yorub,Gədiyini aşmaq gözümə durub.Bu ömür mənə dar ağacı qurub,Kəndirin boynuma salıb qurtarmır. Nə gundüz bəyazdır, nə gecə siyah,Gözlə ki, gələcək işıqlı sabah.Borc kimi sələmdən artdıqca günah,Hər gun Allah silir, silib qurtarmır.Daha zəhləm gedir öz pəncərəmdən,Əskik olmur ki, yad göz pəncərəmdən.Hər şeir yazanda, söz pəncərəmdənBir dəli hey gülür, gülüb qurtarmır.Hər xoş nəvazişə mən ürək sərdim,Ürək açana yer başda göstərdim.Bütövləşmək kimi böyükdür dərdim,İllərdir yol gəlir, gəlib qurtarmır. * * *Düşəndə ağlım küyə,Qulağım küydən çıxdı.Biri, -"hey" çağıranda,Düşüncəm heydən çıxdı.Yiyəsiz boş torpağam,Bilinməz kimdir ağam.Dilənçi bir uşağam,Çörəyim neydən çıxdı.Calxayan nehrəmizi,Firladır cəhrəmizi.Sarıdı cəhrə bizi,Düyçəsi iydən çıxdı.Məzəsi, meyi günah,Donuzun piyi günah.Adamına bax, Allah,Piylənib piydən çıxdı.Kürsülər qarnı iri,Hər kəsin olmaz yeri.İki-üç sozdən biri,Zaddan ya şeydən çıxdı.Sürünü qurdlar sökər,Leşinə çaqqal çökər.Bəyləndi durub nökər,Bəyliklər bəydən çıxdı.Xəbərin qara üzü,İnanmaq olmur düzü.Dedilər, sözün düzuDəlidən, səydən çıxdı.Vətəndə bişən aşı,Doyurmur vətəndaşı.Qarışdı hər gün başı,Məzədən, meydən çıxdı.Dırmanar goyə yolun,Boşunu döyər dolun.Qoynunda qalan qolun,Qisməti göydən çıxdı. * * *Yazısının altındaTanrının ki, qolu yox.Sulamağa, ha əkim,Yağış, leysan, dolu yox.Qəm əkməyə tumu bol,Səhrası bol, qumu bol.Boş torpağı, şumu bol,Bircə çiçək kolu yox.Demə, gör nə gündəyəm.Hələ çiyəm, kündəyəm.Gələn səda, ündəyəm,Nə sağı, nə solu yox. Bir şübhə var içimdə,Köçürük bir biçimdə.Yol varsa hər seçimdə,Bu seçimin yolu yox.Etibar ha qəmdən yaz,Qol götürüb oynamaz.Savabın da azdan az,Onun da bir qolu yox. * * *Sağın çiçək solun güldür,Oxşa gülü, dər çiçəyi.Al könlünü, danış, güldür,Ömrün üstə sər çiçəyi.Hər çiçəyin bəstəsi var,Təki, cütü, dəstəsi var.Məzarların xəstəsi var,Aparmazlar hər çiçəyi.Ömrümüzə çiçəklərin,Qədəminə çiçək sərin.Çiçəklərdən seçib dərin,Gözəllərə tər çiçəyi. * * *Dünya, aləm nə vecinə,Düyününü el tutan qız.Ayaqlarin yeri tutmur,Saçlarını yel tutan qız.Deyəsən çıxıb günə gül,Basıb bağrına sinə gül.Müjdə gətirib sənə gül,Əllərində gül tutan qız.Daha gözün tox, könlün tox,Hər qismətə etibar yox.Gəl onunla oynama çox,Gözlərinə əl tutan qız.Kol üstə tər, əldə gözəl,Sən də gözəl, gül də gözəl.Gül dəstəsi tüldə gözəl,Özün gülə tül tutan qız.Sən öyrən çiçək dilində,Oxşa, sığal çək dilində.Gül, danış ləçək dilindəTəzə-təzə dil tutan qız. * * *Həyəti, bağçası sevda qoxuyur,Evbəev dolaşır ətri qızların.Saya ömürlərə naxış toxuyur,Hər evdə əzizdir xətri qızların.Qız kədəri boyda, sevinci boyda,İldırım da, od da qızın özüymüş.Qız kainat boyda, qız inci boydaSaflığın özüymüş, nazın özüymüş.Gözləri yollarda, fikri ağ atda,Qismətini gözlər bir çoxu kimi.Günlərin birində, bir xoş saatda,Uçur xəyal kimi, qız yuxu kimi.Hardasa, hardasa bir qız ağlayır,Göz yaşı sellənib boğacaq bizi.Bizi duasında bir qız saxlayır,Bir qız duasında doğacaq bizi. * * *Dildə nəğməm,Türküm mənim.Yox heç kimdənHürküm mənim.Sulu arxam,Dönən çarxam,Bozqurd arxam,Kürküm mənim.Türk qıy çəkər,Dağ diz çökər.Dolu tökər Bürküm mənim.Gəlir qandan...Həmin andan,Qazan xandanMürgüm mənim.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.