İSMAYIL ÇEŞMƏLİ (1983) Poeziya, Müsabiqə 28 ноября 2022 İsmayıl Çeşməli (İsmayıl Qəməndər oğlu İsmayılov) 30 sentyabr 1983-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. İlk təhsilini həmin kənddəki məktəbdə alıb.Sonra təhsilini Araz Hüseynov adına Aşağı Öysüzlü kənd orta məktəbində davam etdirib. Daha sonra Tovuz Texniki Peşə Litseyini bitirib. Daha sonra xüsusi hərbi təhsil alıb və 6 il Azərbaycan Milli Ordusunda gizir rütbəsində xidmət edib. Hazırda Tovuz rayonunda Su meliorasiya idarəsində işləyir. Ailəlidir, bir övladı var. İsmayıl Çeşməli orta məktəb illərindən şeir yazmağa başlayıb. Şeirləri müxtəlif poeziya antalogiyalarında, ədəbi məcmuələrdə və dövri mətbuat orqanlarında çap olunub.Biz də İsmayıl Çeşməliyə yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzXOŞBƏTLƏR İÇİNDƏ OLMADI ADIMƏllərin, əlimdən üzüldü birdən,Xoşbəxtlər içində olmadı adım.Ayrılıq,qapımı döydü qəfildən,Xoşbəxtlər içində olmadı adım.Bəxt adlı ulduzum əbədi söndü,İstəklər çevrilib ehh..,daşa çöndü,Ümidlər alışıb bax külə döndü,Xoşbəxtlər içində olmadı adım.Taleyim əyninə geyindi qara,Cavanca ömrümü çəkdilər dara,Bəxtikəm dərdinə tapmadı çara,Xoşbəxtlər, içində olmadı adım.ŞAİRİNFələkdə bəxtini eyləyib qara,Sönübdür alovu-közü şairin.Heç zaman dərdinə tapılmır çara,Qəfildən kor olub gözü şairin.Qəm-hicaran odunda çevrilib külə,O gündən möhtacdır bir şirin dilə,Göz yaşı gözündə dönübdür selə,Düşübdü taqətdən dizi şairin.Qəm-kədər əlindən bükülüb beli,Susub lal olubdu ağzında dili,Fikirdən ağarıb eh qara teli,Keçməyir heç yerdə sözü şairin.KÖNLÜMDƏ DƏRDDƏN BİR SARAY UCALDIÜrəyim uşaqtək küsərək getdi,Səadət bağımda hicranlar bitdi,Fikirlər köksümü çeynəyib diddi,Könlümdə dərddən bir saray ucaldı.Bu dünya gözümdə zülmətə döndü,Arzular yanaraq off… külə çöndü,Dağların başında duman göründü,Könlümdə dərddən bir saray ucaldı.Taleyim əyninə geyindi qara,Fələkdə bəxtimi çox çəkdi dara,Duyğumu atdılar çovğuna-qara,Könlümdə dərtdən bir saray ucaldı.Dodağım çatladı qurudu sözüm,Həyatda heç zaman gülmədi üzüm,Ağladı ümidim tutuldu gözüm,Könlümdə dərddən bir saray ucaldı. AY ŞAİRKövrəlib ürəyin uşaq kimi ağlar,Dərd-kədər sinəni çal-çarpaz dağlar,Gözləmə qayıtmaz o ötən çağlar,Sönübdü alovun-közün ay şair,Arzular qəlbində susub lal oldu,Bağçada çiçəklər xəlvətcə soldu,Cavanca ömrünə qəm-qüssə doldu,Keçməyir heç yerdə sözün ay şair.Çalınmadı əbədi xoşbəxtlik sazın,Zimistana çevrildi baharın-yazın,Butası olmadın bir gözəl qızın,Düşübdü taqətdən dizin ay şair.Saralıb əlində səadət gülün,Puç olub gedibdi xoş ayın-ilin,Zəhərə çevrilib ağzında dilin,Heç zaman gülməyib üzün ay şair.YALVARIRAM, GETMƏ QAYIT Sənsiz könlüm qubar bağlar,Qəlbim vallah elə ağlar,Puça dönər gözəl çağlar,Yalvarıram, getmə qayıt.Özgəsində yoxdur gözüm,Bu dərdə mən necə dözüm,Sənə qurban ollam özüm,Yalvarıram, getmə qayıt.Həsrət qoyma bir öpüşə,Məhrum etmə bax gülüşə,Vurğun oldum o yerişə,Yalvarıram getmə qayıt.Dola məni incə belə,Naz eləmə gülə-gülə,Mehman gəlim sizin elə,Yalvarıram getmə qayıt,İsmayıl hüsnünə olub aşiq,Cəmalında salıb işıq,Ömrümə gəl ol yaraşıq,Yalvarıram getmə qayıt.MƏZARIM ÜSTÜNDƏ GƏL AĞLA MƏNİSevgilim eşitsən ki,mən ölmüşəm,Məzarım üstündə gəl ağla məni.Görsən of alışıb külə dönmüşəm,Məzarım üstündə gəl ağla məni.Dəryalar kimi hey coşub çağla,Baxaraq şəklimə xəlvətcə ağla,Mənsizlik yasını əbədi saxla,Məzarım üstündə gəl ağla məni.Tənha baş daşımı ziyarət elə,Qəbrimin üstünə biraz nur çilə,De danış ruhumla sən gülə-gülə,Məzarım üstündə gəl ağla məni.QƏLBİMƏ NUR SAÇIR O GÜL CAMALINAyrıla bilmirəm gülər üzündən,Qəlbimə nur saçır o gül camalın.Heç zaman doymadım şirin sözündən,Qəlbimə nur saçır o gül camalın.Göylərdən sən enmiş huri mələksən,Sinəmdə qövr edən arzu-diləksən,Xoşbəxtlik bağımda açan çiçəksən,Qəlbimə nur saçır o gül camalın.Lütf elə xəlvətcə mən gəlim sizə,Aşiqi gəl salma dağlara-düzə,Sevgilim baxışaq sənlə göz-gözə,Qəlbimə nur saçır o gül camalın.Gözümü dikmişəm sənin gözünə,İstərəm alışım yanan közünə,İsmayıl baş qoysun sənin dizinə,Qəlbimə nur saçır o gül camalın. SƏNƏ BAXIB GÜLSÜN GÖZÜMSığal çəkim qara telə,Sənə baxıb gülsün gözüm.Qoy dolanım incə belə,Sənə baxıb gülsün gözüm.Mehman gəlim sizin elə,Danış mənlə gülə-gülə,Həsrət qoyma şirin dilə,Sənə baxıb gülsün gözüm.Cuşa gəlsin sədəfli saz,Aşiqə gəl eyləmə naz,Bülbül kimi oxu bir az,Sənə baxıb gülsün gözüm.Ceyran kimi baxışın var,Şimşək təki çaxışın var,Suya dönüb axışın var,Sənə baxıb gülsün gözüm.Çeşməlini atma oda,Xoş günləri vermə bada,Məni atıb getmə yada,Sənə baxıb gülsün gözüm. ƏLLƏRİN, ƏLİMDƏN ÜZÜLÜB GETDİ(Nəğmə)Hicranın odunda alışdı ürək,Yanaraq kül oldu o arzu-dilək,Saraldı bağımda açan tər çiçək,Əllərin, əlimdən üzülüb getdi.Oxşaya bilmədim qara telini,Qucmadım heç zaman incə belini,Duymadım son dəfə şirin dilini,Əllərin,əlimdən üzülüb getdi.Dəryatək coşaraq yaman çağladım,Sinəmi əlimlə çarpaz dağladım,Ah çəkib gizlicə elə ağladım,Əllərin, əlimdən üzülüb getdi.DƏRDİMİN ÇARƏSİ SƏNDƏDİR, AY QIZO Qara gözlərə olmuşam aşiq,Dərdimin çarəsi səndədir ay qız.Ömrümə-günümə oldun yaraşıq,Dərdimin çarəsi səndədir ay qız.Həyatda sən mənim görən gözümsən,Qəlbimi isidən isti közümsən,Dilimin əzbəri söhbət-sözümsən,Dərdimin çarəsi səndədir ay qız.Köksümdə çırpınan sən bir ürəksən,Ey afət hər zaman mənə gərəksən,Səadət bağçamda açan çiçəksən,Dərdimin çarəsi səndədir ay qız.Sənsizlik ruhumu eyləyər xəsdə,İsmayıl can verər qolların üsdə,Gəl yetiş dadıma bax son nəfəsdə,Dərdimin çarəsi səndədir ay qız.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.