Ad Günün Mübarək, Tapdıq YOLÇU!.. Poeziya, Qarayazı, Təbriklər 10 декабря 2015 1563 Bu gün 80-ci illər ədəbi nəslinin istedadlı nümayəndəsi, Gürcüstanda yaşayıb-yaradan istedadlı şair-publisist TAPDIQ YOLÇUnun Ad Günüdür. O, oxuculara “Taleyə sual” adlı şeirlər toplusu ilə tanışdır. Qələm dostumuzu ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda bir neçə şeirlərini oxucularımıza təqdim edirik.Müşfiq BORÇALI. BADA GETDİ...(60 yaşın şeiri)Axır mən də qocaldım,Gül ömrüm bada getdi.Yaşım gur çaya döndü,Sel oldu, suda getdi.Qara qaşlarım vardı,Qaya-daşlarım vardı,Elə saçlarım vardı,Ağardı, o da getdi.Yolçu yolda durmadı,Yar gözündən vurmadı.Bu da belə qurmadı –Qan düşdü, qada getdi.Axır mən də qocaldım,Gül ömrüm bada getdi...HƏLƏ YAĞIŞLAR YAĞIR…Bu payız yenə belə,Belə yağışlar yağır.Şükür, qar yağmır hələ,Hələ yağışlar yağır. Daha gün həsrət günə,Vermir gün möhlət günə.Dur, dindir, söylət gülü,Gülə yağışlar yağır. Dağ oldu bu dağ, lələ,Qoşuldu o çağ yelə.Yan-yönə bax, bax elə,Elə yağışlar yağır. Şükür, qar yağmır hələ,Hələ yağışlar yağır... MƏN VƏ DƏRDGözüm dərdin aynası,Başım dərdin evidir.A dərd, bizə qonaq gəl,Gəl, dərdimi sevindir. Başım başdan dolubdu,Sənin kimi dərd ilə.Gəl, dərd deyək, dərdləşək,Sən – dərd, mən – bir dərdbilən. Dünya – düz yol, xətt deyil,Dünya – dərd-pilləkəndi.Xoşbəxt də – xoşbəxt deyil,Dünyada dərd çəkəndi. DAĞDA DUMAN QALDIMI...Dağda duman qaldımı,Xəyalıma çökməyə?Göy göydən qar aldımı,Ağ başıma tökməyə?Gün qaraldan baxtımı,Ay da vurdu, yıxdımı?Təzə bir dərd yoxdumu,Dərd eləyib, çəkməyə?Nəyim var – Haqq bilərmi,Haqq adına silərmi?Ömür bir də gələrmi,Kərpic-kərpic sökməyə? YAŞ YAŞIMIN ÜSTÜNƏ...Yaş yaşımın üstünə,Daha yaş yox, daş qoyur.Yaşın əsiri ömrüm,O daş üstə baş qoyur.Həm üşüdür, yandırır,Qəm verir, dərd saydırır.Nəbzimi dayandırır,Ümidimi boş qoyur.Baş açmıram nazından,Behindən-bazarından.Yaş yaşam azarından,Bir götürmür, beş qoyur.Nə söz deyim yaşıma,Dağdı, çıxıb qarşıma.Hər yaş gəlib başıma,Qara gün, ağ saç qoyur. YAŞAYIR Kim günü neçə yaşadı? MAMOCOĞLUHaqq yanında hər il saymı,Hansı il, ya ay yaşayır?Sevinc üçün candan keçən,Bilmir, bəlkə vay yaşayır?! Yer var qara ağ sayılır.Quru səhra bağ sayılır.Kimsə ölüb, sağ sayılır,Kimsə ölüvay yaşayır. Bu nə sual, nə bir sirdi,Ömür haydı, hay-həşirdi.Kim nə yaydı, nə bişirdi,Kim verdiyi pay yaşayır?! Tapdıq, ötürdün əllini,Əyəmmədi dərd belini.Qarşıla xəzan yelini,Son günüdü yay yaşayır... GETDİYİM YOL DEYİL SONSUZYol gedirəm - yolum dardı,Evim soyuq, eşik qardı.Harda qaldın, yarım, harda,Gəl, sil mənim göz yaşımı. Sən gələn, ya gedənsənmi,Yaddaşımdan itənsənmi?Sinəm üstə bitənsənmi,Gəl, sil mənim göz yaşımı. Ömür ötür- hər il sayda,Qışdır gələn yaz da, yay da.Min aylardı gözüm yolda,Gəl, sil mənim göz yaşımı. Getdiyim yol deyil sonsuz,Canım, canın canmı cansız?!Ağlar yaşayıram sənsiz,Gəl, sil mənim göz yaşımı. AĞRILI SUALAğrılı deyilmiş “ata yetimi”“Ana yetimi”ymiş yetimlik bircə!Hökmüdür - Allaha ağır getməsin,Atalar öləydi Ana ölüncə!Atalar öləydi... çaşıbmı ağlım? Ölümün yüngülü-ağırı varmı?!Hansı tərəziylə ölçülür bu qəm,Ölüm tərəzidə yan qoyularmı?!Canımdan can çıxır dediyim sözə,Allahın işidir - qarışmadım mən.Ata ölümüylə barışdım bəlkə,Ana ölümünə barışmadım mən...Hansı ciyərimdi, hansı qanımdı,Harda cavab gəzim mən daşa dönmüş?!Öyəndə deyirlər: - Atana rəhmət;Halına yananda: - Anası ölmüş!...Yenə Haqq biləndi, Haqqı var olsun!Hökmüdür - ölümlük, itimlik bircə. ...Ağrılı deylmiş “ata yetimi”,“Ana yetimi”ymiş yetimlik bircə! YÖNÜ YÖNƏ YOLUNAM...Alıb sənə vermişəm,Çəmənləri, bağları.Götürmüşəm başıma,Sənə gələn dağları.Heç xəbərin varmı ki,Gördüyün – gün, qarmı ki?!Adım sənə yarmı ki,Unutdun o çağları.Yönü yönə yolunam,Dönsən – yenə qulunam.Qədəmində bulunam,Sına sinəm bağları... SƏN - SƏNİ ÜZ... Mən yorulan deyildim,Yordu bu dərd-qəm məni.Kimsə yıxan deyildi,Əydin, qırdın sən məni. Əldə gülüm olmadı,Gülüm gülüb, solmadı.Dedim: Gəlim, - qoymadın,Yolda qoydun həm məni. Bir son qərar verəkmi,Dərdi yerə sərəkmi,Bizə düşmən gərəkmi?Sən - səni üz, mən – məni. DƏRD ÇƏKİRƏMBoyuma uyğar olmayan,Mən böyük bir dərd çəkirəm.İnləmirəm, sızlamıram,Çəkdiyimi mərd çəkirəm. Günüm bir gül seçməsə də,Güldən nübar çəkməsə də,Ömrüm bahar keçməsə də,Qışım gəlir sərt, çəkirəm. Yorğunam, yoldan gəlirəm,Qovğadan-qaldan gəlirəm,Kimə nə - hardan gəlirəm,Ya çevrəmə sədd çəkirəm? Yolçu yolda sirdi – çəkir,Ulu, uca pirdi – çəkir.Hamınınkı birdi – çəkir,Mənsə iki, dörd çəkirəm... BƏNÖVŞƏTƏK BÜKÜLMƏDİ...Qoca olmaq istəmədi,Sınıb-solmaq istəmədi,Ömrü yormaq istəmədi,Cavan öldü, cavan Anam.Gözəllərin gözəyildi,Ər kişinin bəzəyiydi,Bu dünyadan əzəliydi, - Sona qalmaq istəmədi,Cavan öldü, cavan Anam.Çör-çöp olub tökülmədi,Uçurulub, tikilmədi.Adı Bənövşə olsa da,Bənövşətək bükülmədi – Yumaq olmaq istəmədi,Cavan öldü, cavan Anam....Nahaq öldü, nahaq, Anam. MƏN VƏ ZİRVƏ Qara günlü ağ başıma,Baxır, düşür qar, başıma.Zirvəyə yox, bax, başıma,Zirvə də mən, dağ da mənəm.Dərdin varsa – dərdini de,Birdi, üçdü... dördünü de.Günüm bir gün gördümü, de,Zirvə nədi, dağ nəmənə?!Yolçu, yolda dərd yığanam,Isti, soyuq, sərt yığanam.Qoyan varmı heç sığınam,Ya zirvəyə, ya dağa mən! HƏYAT SUALI Hər insan bu dünyadaIstər – nəsə əyləsin.Könül, aç dəftərini,Hakim təftiş eyləsin. Deyirsən: – Günahım yox,Sevincim – az, ahım – çox,Qəlbim – acdı, gözüm – tox,Haqq ki, bilir – söyləsin! Yolçu da yol saldımı,O yol bir ad aldımı,Itdi, batdı, qaldımı? –Qalmadısa – neyləsin?!. YAXŞI GÜNÜM...Yaş günüm, yaxşı günüm,Yaşın naxışı günüm,Tez uçdu, qaçdı günüm,Gələn aydır, gecədir.Yolu-izi bağladır,Qəm verir, dərd qoxladır.Ağırlamır, ağladır,Demir: - Kefin necədir?Yolçu, yolu qar alır,Qardan günüm qaralır.Yaşdan bircə say qalır,Cəhdim boşa, heçədir... GÖZƏL GÜNGözlədim gözəl günü,O gözəl gün gəlmədi.Gəldi dərd, kədər verən,Gün verən gün gəlmədi. Gözəl gördüm gündə mən,Gözəldi gün, gün dəyən.Güldü gözəl gün görən,Günsüz günüm gülmədi. Yolçu gün gəzib, gedir,Günə gün düzüb, gedir.Günündən bezib, gedir,Bildimi gün? ...Bilmədi...ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.