Gülarə Fazilqızı (1975): "CAN QURBAN AZƏRBAYCANA!.." Poeziya, Müsabiqə 25 ноября 2021 Gülarə Fazil qızı Hacıyeva - 1975-ci ildə Lənkəran rayonunun Xolmili kəndində anadan olub.İlk təhsilini Xolmili kənd orta məktəbində alıb. 1992-ci ildə orta məktəbi bitirib və ADPU-nun filologiya (dil-ədəbiyyat) fakültəsinə (qiyabi) daxil olub.1993-cü ildə Lənkəran şəhər Uşaq Yaradıcılıq Mərkəzinin nəzdində 8 saylı məktəbdə dərnək müəllimi kimi pedaqoji əmək fəaliyyətə başlayıb. 1994-cü ildən isə Lənkəran rayon Şürük kənd tam orta məktəbində dil-ədəbiyyat müəllimi işləyir. Ailəlidir. Üç övladı var. Gülarə xanım bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. İlk şeiri 20 Yanvar şəhidlərinə həsr etdiyi kiçik bir bayatı olub:Əzizim, gül ələndi,Göylərdən gül ələndi.Mərd oğullar meydanda, Günahsız güllələndi.2000-ci ildə Lənkəran şəhərində gözəl şair İltifat Salehin rəhbərlik etdiyi şairlər məclisində iştirak edib. Şeirləri "Ziya" və "Poeziya çələngi" adlı poeziya antologiyalarında, "Vətən", "Canım Azərbaycanım", "Xarıbülbül", "Şahdağı", "Ləlvərdağı", "Sazlı-sözlü Borçalı", "Buta", "Rəvan", "Şərqin səsi" və s. ədəbi məcmuələrdə, "Şəfəq" jurnalında, bir çox mətbuat orqanlarında dərc olunub. "Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıdır.O, həm də "Bədii qiraət ustası" adlı Fəxri diploma da layiq görülüb. Biz də Gülarə xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında, pedoqoji və ictimai fəaliyyətində, eləcə də, bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli izləyicilərimizə təqdim edirik!..Müşfiq BORÇALI,ZiM.AzGƏL, GEDƏK QARABAĞAQarabağın ürəyi Oynayıb öz yerindən.Duyub qələbə ətrinOd yağdırır dilindən.Əl ver mənim əlimə, Gəl gedək Qarabağa.Şuşanın gözlərinə Nur gəlib qələbədən.Xocalıma gün düşüb Bircə addım həmlədən.Əl ver mənim əlimə, Gəl gedək Qarabağa.Bayraqlar öpür yurdun Həsrətli dodağından.Hicranlar külə dönür,Bülbülün ocağında.ƏL ver mənim əlimə, Gəl gedək Qarabağa.Xan əminin sevinciQələbədən çaş düşüb.Qartallar qanadlanıbÇaqqallara qaç düşüb.Əl ver mənim əlimə,Gəl gedək Qarabağa.Qarabağ mənim anamYanğısına mən yanam.Qol açıb mənə anamQocağına sığınam.Əl ver mənim əlimə,Gəl gedək Qarabağa.11.10.2020. CAN QARABAĞA General sevgilər silahlanaraq,Karvanla yol gedir can Qarabağa.General ümidlər çiçəklənərək,Qələbə çiləyir can Qarabağa.***Qarabağ, gözlərin nura boyansın.Gəlinlər gül səpsin, ellər oyansın.Torpaq yanğısına sinələr yansın.Poladlar qan tökər can Qarabağa.***Qələmlər nizəyə dönsün, şığısın.Qartallar dəliyə dönsün, şığısın,Sevgilər nəğməyə dönsün şığısın.Qanımız qurbandır, can Qarabağa.21.09.2020 CAN QURBAN AZƏRBAYCANASarılmışam silahıma,Yol gedirəm sabahıma. Şəhid olsam, ağlama sənTanrım gəlsin pənahıma.Gözün aydın, ay ana! Can qurban Azərbaycana!Vətən üçün doğulmuşam, Hahaq qandan boğulmuşam, Mənim andım vətəndir! Mən andımdan doğulmuşam. Gözün aydın, ay ana!Can qurban Azərbaycana!Qınamasın kimsə məni, Haraylasın ellər məni,Bürünüb gül torpağımaYox etmişəm düşmənimi. Gözün aydın, ay ana! Can qurban Azərbaycana! Sil gözünü, ağlama sən, Gülsün gözündə aləm.Öyrənmişik ər olmağı Hüseyn eşqi məktəbində. Gözün aydın, ay ana! Can qurban Azərbaycana! ƏSGƏR YOLA SALIR ANA Böyüdərək balasını, Tikdi vətən qalasını. Çalıb mərdlik laylasını, Əsgər yola salır ana.Qeyrətində baş olmağa,Kəməndinə qaş olmağa.Torpağına daş olmağa,Əsgər yola salır ana. Tariximə iz salmağa, Düşmən gözə biz salmağa, Qələbəyə saz çalmağa, Əsgər yola salır ana. Torpağına qan olmağa,.Vətəninə can olmağa. Azərbaycan olmağa, Əsgər yola salır ana. 10.07.2001SƏNİ DÜŞÜNƏNDƏSəni düşünəndəÇəkilir dünyanın üzündən kədər.Gül açır, güllənir həyatın izi.Səni düşünəndəSevgilər sülh imzalar,Savaşlar, qəm bürünər.Yoxa çıxar qaranlıq,Dünya gündüzə dönər.Səni düşünəndəAğlımda çətir tutar rəng-rəng göyqurşağı.Enər həsrətin şaha qalxan bayrağı.Səni düşünəndəƏriyər o qızın buz bağlamış arzuları.Səni düşünəndəTəzələnər, ilmələnər, həyatın naxışları.Dilə gələr o qızın uzaqlara zillənən mavi dalğalardakı lal baxışları.Səni düşünəndəGələr ərşdən bir səs:"Əlimdən tutmağa tələs".14.08.2021 DÜNYAYA TƏK GƏLİB, TƏK GEDƏN İNSANNədən təkliyindən belə qorxursan?Tək ağlayıb, tək gülürsən. Tək yaranıb, tək ölürsən. Kimsə sənlə aca bilmir. Kimsə sənlə doya bilmir. Sətir-sətir misraları təkcə yazan sən deyilsən? Varlığına sığışmayan sevgi boyda o dağlarıbapbalaca ürəyinə pərçim edib daşıyan sən deyilsən? Özünə bax, bir düşünSəndən qeyri biri varmı bu dünyada? Nitqi sən, gülüşü sən, baxışları eyni olan ikinci bir sənmi varsan dünyada?Dünya boyda təklikdən yaranan, təkim mənimSurətə bərabər tənim mənim. Ay tək, gün tək, ana da tək, vətən də tək. Tək boyda təkim mənim. Niyə belə gileylisən təkliyindən? Gəl əzizim, qucaqlaşaq, öpüşək, Təkliyimə uzanacaq əllərimlə görüşək!31.08.2021 DƏMIRAĞACIMTarixin möcüzəsindən qopan bir ilğımCücərir talışın sinəsində o.Hər şaxı əlində iti qılıctək,İnqilab yaşadır sinəsində o.Qəzəbdən alışan qırmızı gözü,İradə yoluna düşən işıqdı.Fəsildən- fəsilə donun dəyişən Təbiət yoluna yanan bir işıqfor.Talış heykəlidir, tuncdan tökülmüşOnun duruşunda qürurumu gör.Qırmızı köynəyi oddan tikilmişSən ona əzəmət qalasını hör.Mənim suda batmaz dəmir ağacım,Elimin arxası, əyilməz qalam.Başımda qızaran, ay qızıl tacımTarixin yadında sənintək qalam.28.10.2001ZiM.Az Vətən qızıAyağa dur, Vətən qızı.Dilə gətir, telli sazı.Vətənimə nəfəs gətirQoy güllənsin qışı, yazı.Düşmən üstə coşan dənizQala kimi silinməz iz,Al əlinə silahınıDöyüşlərdə ol Mübariz!Hicabını bayraq eləÜzümüzü sən ağ eləÜrəyini alışdırıbVətəninə çıraq elə.Bir ovuc QarabağBir ovuc Qarabağ almaq istədim,Qələm coşa gəldi, döyüşə cumdu.Misralar düzüldü, əsgərlər kimi,Vuruşa yollandı mənim söz ordum.Bir kəlmə Qarabağ çıxdı dilimdən,Şuşam qollarını boynuma saldı.Bir ümid boylandı doğma elimdən,Xocalım ahını yoluma saldı.Bir içim Qarabağ keçdi qəlbimdən,Bulaqlar yaş süzdü ala gözündən.Bülbüllər cəh-cəhlə oxudu Vətən!Poladlar can qoydu, heç oldu bədən.Bir çimdik Qarabağ düşsə ovcumdan, Əyilər dünyanın haqq tərəzisi.Bir içim Qarabağ şərbətin içsəm,Sanaram bir ömür qələbəyəm mən.11.09.2020. General sevgilər General sevgilər silahlanaraq,Vətən harayına döyüşə gedir.Bürünüb qeyrətin al bayrağınaŞuşa həsrətinə görüşə gedir.General sevgilər çiçəklənərək,Azadlıq eşqinə ətirlər saçırGeneral sevgilər qanadlanaraqGeneral eşqinə döyüşə qaçır.General sevgilər bayrağa dönübVətən göylərinə imzalar cızır.Hopub buludların göz yaşlarına,Vətən torpağına həsrətlə sızır.General baxışlar gülümsəyərəkQələbə sorağın ümüdlə gözlər.General ümidlər nigaran qalıb,Silaha çevrilsin dildəki sözlər.16.09.2020BİZİM ŞƏHİDLƏRBaharda açılan çiçək kimidi,Qələbə müjdəli dilək kimidi, Döyüşdə bir Polad bilək kimidiSevgi sətirlidi bizim şəhidlər.Torpağa sevgidi, yurda məhəbbət, Bozqurddan güc alıb, Qazandan qüvvət,Əfsanə, möcüzə,ilahi hikmətCənnət xətirlidi bizim şəhidlər.Qeyrətdən qaynayan vulkan kimidi,Buluddan süzülən tufan kimidi,Haqqa, ədalətə üsyan kimidiNəğmə sətirlidi bizim şəhidlər.Dördgünlük qələbə tarixin yazan,Şuşaya yol çəkən, çığırlar cızan,Qılınctək sıyrılıb, şimşəktək sızanAslan ləpirlidi bizim şəhidlər.Bayrağa uzanan igid əlidi,Koroğlu nəslidi,ərdi,dəlidi,Amalı bəllidi,andı bəllidiVətən ətirlidi bizim şəhidlər. 04.04.2021 ŞƏHİD SEVGİ Kirpiyiylə ümidinə yol cızan,Həsrətindən gözlərinə qan sızan,Nəğməsi göylərdə oxunan azan,Bir şəhid sevginin şahidiyəm mən.Hicran zirvəsindən asılı qalan,Xəyalda, nağılda dolaşıb qalan,Ahlarıyla sevgisinə layla çalan,Bir şəhid sevginin şahidiyəm mən.Sevərək qisməti ayrılıq olan,Gül kimi açılıb, gül kimi solan,Həsrətdən qəlbinin telini yolan,Bir şəhid sevginin şahidiyəm mən.Ulduztək alışıb, ulduztək sönən,Sevərək əbədi günəşə dönən,Şəhidtək doğulub, şəhidtək ölən,Bir şəhid sevginin şahidiyəm mən.Məzarı ürəkdə, qəlbdə qazılan,Laylası dillərdə ah dan sızılan,Kəbini göylərdə qanla yazılan,Bir şəhid sevginin şahidiyəm mən. Sərhəd tarıVətənimin köksündəİnildəyən tarı var.Nəğmə çalan simindəQızılgülün xarı var.İki qəlbin naləsiÇalır bu qəmli tarı.Qara xallı laləsiSilir bu qəmli tarı.Köklənib yurd qəlbinəQan ağlayır hər simi.Kin bəslər sahibinəQıfıllı bir qul kimi.Bu tar sərhəd tarıdırMəftilləri qəm simi.Ara pozan qarıdırBir gün sınar tilsimi.Şəhid SevgiKirpiyiylə ümidinə yol cızan,Həsrətindən gözlərinə qan sızan,Nəğməsi göylərdə oxunan azan,Bir şəhid sevginin şahidiyəm mən.Hicran zirvəsindən asılı qalan, Xəyalda, nağılda dolaşıb qalan,Ahlarıyla sevgisinə layla çalan,Bir şəhid sevginin şahidiyəm mən.Sevərək qisməti ayrılıq olan,Gül kimi açılıb, gül kimi solan,Həsrətdən qəlbinin telini yolan, Bir şəhid sevginin şahidiyəm mən.Ulduztək alışıb, ulduztək sönən,Sevərək əbədi günəşə dönən,Şəhidtək doğulub, şəhidtək ölən,Bir şəhid sevginin şahidiyəm mən.Məzarı ürəkdə, qəlbdə qazılan,Laylası dillərdə ah dan sızılan,Kəbini göylərdə qanla yazılan,Bir şəhid sevginin şahidiyəm mən.O məndə ölümSalam, nurüzlüm, salam əzizim.Qəlbini aç çıxım gedim, üzülmə.Gəldim ki, götürüm xatirələriYada salıb xoş anları üzülmə.Mən o mən deyiləm, sıxılma daha.Ümidlə addımla gələn sabaha.Gəldim ki, qəlbini ovudam bir azSızlayan yaralar səngisin bir az.Danışaq o şirin xatirələrdən,Yenə də şeirlər yazaq,əzizimUzaq olaq qəmdən, kədərdənÜşüsün qoy həsrət, yox olsun hicran.Mən o mən deyiləm, biləsən bunu,Sənsizlik böyütdü, dəyişdi məni.Anladım, özümü, tanıdım səni,Bitməz bir nağılın yoxuymuş sonu. Gəldim ki, götürüm səni bu yerdən,Üşümə təklikdən, solma, ay gülüm.Ha gəzim, dolanım, bu dünyanı mən,Yenə sən deyəcək yalançı dilim.Getməyim bəhanə, gəlmişəm ki, mən,O gözəl gözündə özümü görüm.Görüm öz şəklimi, öz imzamı mən,O mənə çevrilim, o məndə ölüm.16.09.2020.Sən nə gözəl qorxumsanYoxluğumda var olan,Varlığımda yox olan.Getdiyində qəlbimi Sarar cəhənnəm ətri.Gəlişinlə gül açarŞeirimin incə sətri.Sən nə gözəl qorxumsan.Mentalında atdığım,Günahımda tutduğum,Baxışında batdığım,Ürəyimdə tutduğum,Ən şirin bir arzumsanSən nə gözəl qorxumsan.Eşq bağımda gül açan,Qorxa- qorxa dil açan,Xəyalıma yol açan,Ümidlərə qol açan,Qovuşduğum qorxumsan.Sən nə gözəl qorxumsan.Məni özümdən alanKamanın qəm simisən.Sinəmi al qan edənŞümşad qılınc kimisən,Sən nə gözəl qorxumsan.Ovcumdan uçub gedənQanadlı mələyimsən.Başıma oyun açanTərsanə fələyimsən.Könlümə tələ quranÇarəsiz kələyimsən,Sən nə gözəl qorxumsan.Atəşinə yandığımOdumsan, alovumsan.Çıxıb getsən inan ki,Başa bəla lovumsan.Nişan alıb çaldığımHəsrət,hiran ovumsanSən nə gözəl qorxumsan.Köksüm altda gizlənənXəlvəti eşq dastanım,Dilımdə cəh-cəh vuranNəğməli gülüstanım,Sənə bağlı hər anım,Dodağıma qonanım,Sən nə gözəl qorxumsan.Bəzən uzaq bir nağıl,Yaxın bir söz kimisən.Köksümü büryan edən Alovlu köz kimisən.Bəzən də qəm yağdıran Həsrətli göz kimisənSən nə gözəl qorxumsan.Gözümdə çiçək açıb Xumar-xumar gülənimƏl açıb dərgahınaBircə kəlmə dilənim.Gəl dərdimə əlac etAy dərdimi bilənim,Sən nə gözəl qorxumsan.Qorxuram ki,sağalarİz açdığın yaralar.Çilə hərdən göz yaşıTəzələnsin yaralar.Sənsiz gülməz günəşim,Lalələrim saralar.Sən nə gözəl qorxumsan.Oğrayıb məni məndən,Aşgarca çıxıb gedən.Cinayətə baş əyib,Səninlə gedən məndənƏl üzdüyüm qorxumsan,Sən nə gözəl qorxumsan,Sən nə gözəl qorxumsan... /25. 08.2020/Durnalarsız gəldi baharQoyub bizi intizardaDurnalarsız gəldi bahar.Bu dərd yazılıb harda?Durnalarsız gəldi bahar.Çiçəklidir dağı, daşıYurd salıbdı düdə yağıKim götürsün bəs bu dağı?Durnalarsız gəldi bahar.Oxşamayir heç baharaHey bürünür soyuq qaraQarabağım geyib qaraDurnalarsız gəldi bahar.Bahar eldən xəcalətli Düşmən bizdən cəsarətliKönül yolda,göz həsrətli,Durnalarsız gəldi bahar.Gülarədir haray çəkənBagçamızı kimdir əkənYuvaları bizdə ikənDurnalarsız gəldi bahar./14.05.2001/Gülarə FAZİLQIZI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.