Tanış olun: Gənc istedad YAŞA BAYRAMOV Poeziya, Bolus 31 октября 2018 Yaşa Həbib oğlu Bayramov 2015-ci ildə Bolnisi rayonundakı Kolayır ictimai məktəbinin 12-ci sinifini bitirib. Uşaq vaxtından saza, sözə böyük marağı ilə tay-tuşundan fərqlənib. Dastanlardan, ustad aşıqlardan, şairlərdən saysız-hesabsız nümunələri əzbərləyərək yaddaşına həkk edibdir. Yaşa mahir saz ifaçısıdır. Otuzdan çox saz havasını məharətlə ifa edir. Təhsilini gələcəkdə İlya adına Dövlət Universitetində davam etdirmək niyyətində olan Yaşa, həm də gözəl şerlər yazır. Yaşaya təhsilində və yaradıcılığında uğurlar arzu edirik. Aşagıda Yaşanın bir neçə şerini oxuculara təqdim edirəm.Gülümxan İsmayılov, Kolayır ictimai məktəbinin qabaqcıl müəllimiİnsanTorpaqdan gəlibdi əcdadın sənin,Yenə də torpağa dönərsən insan.Günəş tək parlayıb sürsən də həyat,Sonunda şam təki sönərsən insan.Xoşbəxtlik səsləsə çalış duyasan,Xoş günün olacaq, çalış doyasan.Amandır kimisə yolda qoyma sən,Çəkərsən ahını görərsən insan.Yaltaqlıq, gədalıq qatma zatına,Haram ot yedirtmə heç vaxt atına.Nə vaxt ki, çıxarsan mömin qatına,Bax onda sevinib gülərsən insan.Sirrini açma gəl, hər yoldaşına,Güvənmə nə dosta, nə qardaşına.Yaşanın sözünü yaz yaddaşına,Bir gün bu dünyadan köçərsən insan.DağlarHər fəsildə tamaşadırBaşı qarlı bizim dağlar.Silinməzdi tarixlərdən,Ömür boyu izin, dağlar.Uşaqlığım keçib səndə,Göy yaylaqda, sıx meşəndə.Yolum səndən gen düşəndə,Söylə necə dözüm, dağlar.Ömür səndə yaşa dolub,Həm əylənib, həm də gülüb.Təbim səndən ilham alıb,Şerimdə sözüm, dağlar.İlahi göndərən paydır ZəlimxanDediyi hər sözü şerdir sanki,İlahi göndərən paydır Zəlimxan.Sinəsində min bir şer daşıyır, Həzin-həzin axan çaydır Zəlimxan,İlahi göndərən paydır Zəlimxan.Elmlər içində dərya dənizdir, Qoyduğu suallar çətin, qəlizdir.Borçalı elinə doğma, əzizdir, Yurdunun adını yaydı Zəlimxan, İlahi göndərən paydır Zəlimxan.Həbib oğlu, yaz sözünü, de indi, İlhamın gur oldu, qələmin dindi.Saz söz aləmində ona tay kimdi?Dünyada günəşdir, aydır Zəlimxan,İlahi göndərən paydır Zəlimxan. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.