ADİLƏ NƏZƏR POEZİYASI Poeziya, Müsabiqə 18 ноября 2017 Tanınmış alim-şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AR Təhsil Problemləri İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərin təmiz, ülvi və ilahi düşüncələrlə, bəşəri hisslərlə yazılan, yurdsevərlik duyğuları, sonsuz məhəbbətlə tərənnüm olunan şeirlərindən oxucu, sözün həqiqi mənasında böyük mənəvi zövq alır. Şeirlər səni elə bil ki, ağuşuna alır, doğma Vətənə sevgi, ilahi məhəbbət barədə gözəl duyğular yaradır.Aşağıda şairənin bir neçə şeirini oxucularımıza təqdim edirik.Yunis Qaraxanov,"Şərqin səsi " qəzetinin xüsusi müxbiri, şair-publisist.* * *Rəsmlərə baxıram...Gözlərində qoca Şərqin qapısı Azərbaycan görünür, dilində Turan titrəyir, Mənə qalsa hər anın şəklini çəkib paylaşaram dünyaya - qəriblər Vətən görsün..."Səni sevməyən ölsün!"...* * *Tutub dünyanın ipindən Gedək lap sonuna qədər. Nə bizi dərd - bəla tapsın, Nə də ki, bu tale, qədər.Soyuq dayanırıq deyə, Sanırlar don adamlarıq. Bəlkə də İNSAN adına Dünyada son adamlarıq....Qorxu var, dodaq səyridir, İlan ilana əsasdır...Nə əllərimiz əyridi, Nə də dilimiz qısadır.Dərviş babayıq, dağ, yamac, Demərik, külək əsməsin. Kim kəsir, kəssin, neyləyək, Tanrı kəndiri kəsməsin.Könlümün eşqinə Sızırsan qələmə ey can, İnci - inci, mərcan - mərcan...Həm təlaş var, həm həyacan..Dolu könlümün eşqinə!Həvəssən dövran sürməyə, Demə sevda nədir, eşq nə? Gələrəm üzün görməyə Dəli könlümün eşqinə!Bilmirəm səsində nə var, Gələndə canım titrəyir. Dəyib keçir, gülümsəyir Yeli könlümün eşqinə!Əlim çarpazdı qoynuma, Düşmüşəm sevgi oynuma. Arada bir sal boynuma, Qolu könlümün eşqinə!Sevənə nə yamac, nə dik? Xəyal atı əldə tətik..Uzaqlardan gözünə dikYolu, könlümün eşqinə!Sev məni, - yorğun könlünün, Gözün yaşıla döndərim. Bu eşqə bir dua yolla, Sənə min "Amin" göndərim. Soruş, səni sevirəmmi? - Bəli...könlümün eşqinə!Adilə NƏZƏRZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.