Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Çoxdu Borçalıda səfalı yerlər,
İstər aran olsun, istər dağ olsun.
Arzumdu hər zaman ulu torpağım
Yaşıl meşə olsun, güllü bağ olsun.

Çıx Bolnis, Başkeçid zirvələrinə,
Yayın qızmarında daha sərinə,
Yığışaq dostların həndəvərinə,
Saz olsun, söz olsun, şam-çıraq olsun.

Qarayazı yurdun gözəl guşəsi,
Yam yaşıl çölləri, birdə meşəsi,
Yayılıb hər yanda Zahidin səsi,
Kim görmək istəsə bir qonağ olsun.

Qaraçöp Elinə olsun salamlar,
Qoçaqdı, igiddi burda adamlar,
Çıxarmı yadımdan gözəl məqamlar,
Yaxşı dostlarımın canı sağ olsun,

Dağların qoynunda yerləşir Qabal,
Camaat dolanır özü üçün halal,
İldə bircə dəfə gedib qonaq qal,
İç pürrəng çayından günün ağ olsun.

Kürüstü bir aləm Kür qırağında,
Hər cür meyvəsi var bağça bağında,
Buyur gəl həyatın şirin çağında,
Ömrünə gününə xoş marağ olsun.

Gəldim Gorarxıya çatdım nəhayət,
Burdadır ən ülvi ən saf məhəbbət,
Yuanalı bulağı bizlərə zi'nət,
Düşmanın ürəyinə böyük dağ olsun.

Eltun sözlərini insanlar qana,
Bu yerdə çatmısan şöhrətə şana,
Ürəyi istəyən gəlsin Sarvan'a,
Qüssədən, kədərdən, hey uzağ olsun.


BAŞKEÇİDİN DAĞLARI

Dost tanışla, qarış-qarış gəzmişik,
Olub mehman Başkeçidin dağları.
Bir gün yenə dönəcəyəm mən, sənə
Könül açan Başkeçidin dağları.

Uca dağlar burda verib baş-başa,
Hər tərəfi, gül-çiçəkli tamaşa,
Gəlib burda ömrü-günü xoş yaşa,
Cənnət məkan Başkeçidin dağları.

Çəmənliklər, buz bulaqlar, burdadı,
Qış gələndə zirvələrin qardadı,
Qazanmısan, əbədiyyən yurd adı,
Dərdə dərman Başkeçidin dağları.

Mehdioğlu gəlib oldu qonağın,
Hər tərəfdən gəlir səsin sorağın,
İgidlərdi, ərənlərdi dayağın,
A gülüstan Başkeçidin dağları.


‪BƏLKƏ GƏLDİM‬... ‪‎BƏLKƏ GƏLƏ BİLMƏDİM‬...

Yaman tutub yollarımı duman-çən,
Bəlkə gəldim... bəlkə gələ bilmədim...
Keçirmədim ömrü-günü burda şən,
Bircə kərə sevinmədim, gülmədim.
Bəlkə gəldim...Bəlkə gələ bilmədim...

Soruşmurlar, tanışlarım halımı,
Fələk qırıb qanadımı, qolumu,
Qohumlarım gözləyirlər yolumu,
Mən onları ürəyimdən silmədim.
Bəlkə gəldim...Bəlkə gələ bilmədim...

Cavan könlüm getdi mənim badıma,
Kül eylədim, atəşimə oduma,
Bu yerlərdə çatan yoxdu dadıma,
Qismət olsa bəlkə burda ölmədim.
Bəlkə gəldim...Bəlkə gələ bilmədim...

Torpağımdan,öz yurdumdan, nigaran,
Qürbət eldə ömür sürdüm yarı can,
Qohumlarım eylədilər, toy-nişan,
Nələr oldu, nələr keçdi,görmədim.
İnnən belə bəlkə daha gəlmədim...
Bəlkə gəldim...Bəlkə gələ bilmədim...


***BORÇALI SAYAĞI DEYİŞMƏ***

Aişə Səyyadqızı & Eltun Mehdioğlu


Aişə Səyyadqızı
Allahın payıdı istedadınız,
Bilinki,hər zaman sınayacaqlar.
Allahın işinə qarışanları,
Göydə mələklərdə qınayacaqlar.

Eltun Mehdioğlu:
Allahın payıdı, söz istedadım,
Zövq alar sözümdən, əzizim, yadım,
Ulu Borçalıdı ünvanım, adım,
Hər eldə, mahalda tanıyacaqlar.

Aişə Səyyadqızı:
Ay Allah ömrümüz olmasın hədər,
Kimidə sevinc var,kimidə kədər.
Pislər ar eyləməz bir zərrə qədər,
Yaxşılar mənliyin qoruyacaqlar.

Eltun Mehdioğlu:
Yalanla, kələklə dostdan olanlar,
Ömrü uralanmış bostan olanlar!
Tarixə yazılır, dastan olanlar,
Qeyrət tək qorunur başda papaqlar.

Aişə Səyyadqızı:
Bu dünya nə qədər yandırıb-yaxsa,
Yenədə deyərəm,dediyim haqsa.
Ay Aişə,darıxma bəlkə nə vaxtsa
Şeirini,sözünü arayacaqlar.

Eltun Mehdioğlu:
Alını açıq edər doğrular düzlər,
Ay Eltun, qəm kədər görməyə üzlər,
Sən köçüb getsəndə, yazdığın sözlər,
Bəlkə səndən sora yaşayacaqlar.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb

Gənc şair Eltun Mehdioğlunun ilk kitabı işıqüzü görüb

Yeni nəşrlər, Borçalı
Firuzə Məmmədli:

Firuzə Məmmədli: "BAĞIŞLA"

ADPU, Poeziya
MURAD ŞİRİNOV (1994)

MURAD ŞİRİNOV (1994)

Poeziya, Müsabiqə
Xatirə ömrü

Xatirə ömrü

Milli Məclis, Poeziya
Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

Gulsəfa AYVAZOVA: MÜŞFİQ BORÇALIYA

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Müşfiq Borçalı
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Rəşad Əsgərzadə: ÇIX QATAR YOLUNA, SƏNƏ GƏLİRƏM...

Poeziya, Müsabiqə
Başkeçidin el şairi Novruz Məhəmmədoğlu (1933-2010)

Başkeçidin el şairi Novruz Məhəmmədoğlu (1933-2010)

Borçalı, Başkeçid
Abayət QURBANOVA:

Abayət QURBANOVA: "İstədim sevəm, seviləm..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Tiflis
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ŞİRİNXANIM!..

Təbriklər
Əflatun AMAŞOV:

Əflatun AMAŞOV: "Uca Tanrı hər birinizdən razı olsun!"

MEDİA
Qumru quşu haqqında nəğmə!

Qumru quşu haqqında nəğmə!

AzTU, Poeziya
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "BİRİ SƏNSƏN, BİRİ MƏN..."

Başkeçid
SEVİNC MƏMMƏDOVA (1965):

SEVİNC MƏMMƏDOVA (1965): "SƏNİ TANIMAĞA YAMAN TƏLƏSDİM..."

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə
Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Rustavi, Qarayazı, Nekroloqlar
Elimizin fəxri - Eyvaz Rəhimov

Elimizin fəxri - Eyvaz Rəhimov

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Yunis QARAXANOV:

Yunis QARAXANOV: "ADƏMdən ADAMa dəyişdi Dünya!..."

Müsabiqə, Qarayazı
DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

DAHA BİR BORÇALI BALASI TƏBRİZ MUSAZADƏ QƏHRƏMANCASINA ŞƏHİD OLDU... RUHU Ş ...

ŞƏHİDLƏRİMİZ, Qarabağ, Borçalı, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Vəliyəddin Adil (1962)

Vəliyəddin Adil (1962)

Müsabiqə
Raqif Raufoğlunun YENİ ŞEİRLƏRİ

Raqif Raufoğlunun YENİ ŞEİRLƏRİ

Poeziya, Müsabiqə
Rəy yazın: