MEHRİ QƏMLİ: MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZ Poeziya, Müsabiqə, Diaspora 6 ноября 2016 MEHRİ QƏMLİ (Mehriban Əsəd qızı Əliyeva)- 1973-cü ildə Ağdam şəhərində anadan olub. 1989-cu ildə Ağdam şəhər 3 nömrəli orta məktəbini bitirib. 1989-1991-ci ildə tibb texnikomunu qurtarıb. 1992-1994-cü illərdə Ağdam şəhər 48 nömrəli SMD–də kadrlar şöbəsinin müfəttişi vəzifəsində işləyib.1995-ci ildə ailə qurub. 3 övlad anasıdır. 21 ildir Kiyevdə yaşayır. Poeziyanı sevir. 16 ilə yaxındı şeir yazır. Şeirləri Mehri Qəmli adıyla çap olunur. 130 səhifəlik “Qərib həsrəti ”, 160 səhifəlik “Gözlə vətən gələcəyəm” şeirlər kitabı, 480 səhifəlik “Şəhidlər ölməz” xatirə kitabı, 215 səhifəlik “Qürbətdə ölməkdən qorxuram yaman”, 170 səhifəlik “Bağışlama bizi ay qoca dağlar” şeirlər kitabı “Gənclik” nəşriyyatında çap olunmuşdur. Şairə 30 noyabr 2015-ci ildə Azərbaycan Kütləvi İnformasiya İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Qızıl qələm”, “Dövrün vətənpərvər şairəsi”, “Xalqın nüfuzlu ziyalısı” fəxri mediya mükafatları və fəxri diplomları ilə təltif edilmişdir. Birinci, ikinci və ücüncü “Qarabağnamə”, “Ağdamım mənim ”, “Sevirəm, sevmişəm, sevəcəyəm də” kitablarının yaradıcı heyətinin üzvüdür. 2016-ci ildə İstanbulda çap olan "Unutulmayan Hocalım" şiir Antolojisinde şeirleri cap olub. “Qarabağdan heç durnalar uçurmu?” adlı şeirlər kitabı Mehri Qəmlinin altıncı kitabı olacaq. Biz də istedadlı şairə Mehri Qəmliyə yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini oxucularımıza ərmağan edirik.Müşfiq BORÇALI.MƏN SƏNİ SEVİRƏM SƏNDƏN XƏBƏRSİZNə gecəm gecədi,gündüzüm gündüz,Mən səni sevirəm səndən xəbərsiz.Bağçada cüt açıb qoşa gülümüz,Haçandı dönmürsüz çıxıb getmisiz,Mən səni sevirəm səndən xəbərsiz.Bəlkədə həyatın mənası sənsən,Mənim eşq atəşim,sevgim biləsən,Bəlkə geri dönüb mənə gələsən,Sevirəm mən səni bir gün deyəsiz,Mən səni sevirəm səndən xəbərsiz.Qəlbimdə yer saldın hək oldun ora,Bircə baxışınla düşmüşəm tora,Bəs niyə salmısan məni bu qora,Sənsiz yaşamaram onu biləsiz,Mən səni sevirəm səndən xəbərsiz.Güləm,bülbülümü gəzir gözlərim,Uzanıb sən gedən yola əllərim,Sənsiz nəyə lazım bu dünya mənim,Gəl yaşat sən məni dünyada dərdsiz,Mən səni sevirəm səndən xəbərsiz.Kiyev 05-09-2016SƏN MƏNİM ÖMRÜMÜN SEVGİ PAYISANSənsiz açılmayır bağçamda gülüm,Sən mənim ömrümün sevgi payısanƏlini ver mənə ay ömrüm-günüm,Qaranlıq gecəmin doğan ayısan,Sən mənim ömrümün sevgi payısanSənsiz nəyə lazım ömür bilmirəm,Sənsiz danışmıram,sənsiz gülmürəm,Sən gəzən bağçanı sənsiz gəzmirəm,Sənsizlik deyildi mənə bil asan,Sən mənim ömrümün sevgi payısanDöyünən nəbzimsən, nuru gözümün,Əvvəli,axırı sənsən sözümün,Heçdi yaşamağı sənsiz özümün,Sənsən ürəyimi əlimdən alan,Sən mənim ömrümün sevgi payısanMehri səni sevdi,sənə alışdı,Məhəbbət odunda səninlə yandı,Bəs niyə gözləri yollarda qaldı,Qaranlıq gecəmin doğan ayısan,Sən mənim ömrümün sevgi payısanKiyev 13-09-2016YAMAN DARIXMIŞAM SƏNİNÇÜN GÜLÜMHər yeri axtarır gözlərim səni,Yaman darıxmışam səninçün gülüm.Unutmaq olarmı məhəbbətini,Gəl mənim həyatım, gəl mənim ömrüm,Yaman darıxmışam səninçün gülüm.Sənsiz istəmərəm gülü,gülzarı,Heç tənha qoyarmı Lalə baharı,Atarmı sevirsə,sevən bir yarı,Axı sən olmusan hər şirin sözüm,Yaman darıxmışam səninçün gülüm.Sən yoxsan susubdu sinəmdə ürək,Gəl gülüm duyğuyla sevib-sevilək,Parlasın gözümdə saf arzu,dilək,Gəl mənim həyatım,gəl mənim ömrüm,Yaman darıxmışam səninçün gülüm.Kiyev 21-09-2016YENƏ DARIXMIŞAM SƏNSİZ BU AXŞAMPəncərəmdə kədər dolur evimə,Yenə darıxmışam sənsiz bu axşam.Xəyalın görünür yaşlı gözümə,Özümdə bilmirəm indi hardayam,Yenə darıxmışam sənsiz bu axşam.Ayda qəmgin-qəmgin gəzir səmanı,Ötürürəm sənsiz acı zamanı,Axtarıram sənlə olan o anı,Acılı şirinli bir xəyaldfayam,Yenə darıxmışam sənsiz bu axşam.Zülmət pəncərədən dolur evimə,Sanki şaxta dəyib bu gün səsimə,Əllərin dəyməyir mənim əlimə,Özümdə bilmirəm indi hardayam,Yenə darıxmışam sənsiz bu axşam.Kiyev 25-09-2016MƏN SƏNİ SEVİRƏM SƏNSƏ BAŞQASINDönübdü ürəyim sənsiz zindana,Mən səni sevirəm sənsə başqasın.Bir cüt körpə ilə qalıbdı ana.Səni harda gəızib,harda arasın,Mən səni sevirəm sənsə başqasın.Oğlum ata deyir duman –çən gəlir,Qızım ata deyib gözlərin silir.Ürək aldandığın yandıqca bilir.Sağalda bilmirəm ürək yarasın,Mən səni sevirəm sənsə başqasın.Belə yaşamağın mənası varmı,Sevən sevgilisin belə atarmı,Bir özgə yataqda ata yatarmı,Söylə necə çəkim bunun ağrısın,Mən səni sevirəm sənsə başqasın.Tanrıdan pay idin bir vaxtlar mənə,İndi yad olmusan döğma evinə,Baxmaq istəmirsən sən öz Mehrinə.Səni harda gəzib,harda arasın,Mən səni sevirəm sənsə başqasın.Kiyev 10-10-2016. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.