MİRZƏ MƏMMƏDHÜSEYN: Sınağın ardında zəfər gizlənir!.. Poeziya, Müsabiqə 5 ноября 2016 Mirzə Məmmədhüseyn (Lətifov Məmmədhüseyn Cəfər oğlu) - 1955-ci il iyul ayının 13-də Yardımlı rayonunun Hamarkənd kəndində ziyalı ailəsində dünyaya gəlib. 1972-ci ildə Hamarkənd kənd tam orta məktəbini tərifnamə ilə bitirib. Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universiteti) tarix fakültəsinə daxil olub və oranı əla qiymətlərlə başa vurduqdan sonra, 1978-ci ildən oxuduğu orta məktəbdə pedaqoji fəaliyyətə başlayıb. Qısa müddətdə “Metodist müəllim”, “Ali dərəcəli müəllim” adlarını alıb. Bir neçə ildən sonra rayon təhsil şöbəsində aparıcı mütəxəssis kimi işə cəlb olunub. Çox gənc yaşlarında, on ilə yaxın təhsil şöbəsində çalışdıqdan sonra öz xahişi ilə yenidən pedaqoji fəaliyyətə qayıdaraq bir daha bu işindən ayrılmayıb. Rus, türk, fars, ərəb dillərini və qismən alman dilini bilir. Keçən əsrin 70-ci illərindən elmi, elmi-metodik, bədii, publisistik yazılarla müntəzəm olaraq dövri mətbuatda çıxış edir. Publisistik yazıları, xalqımızın həyat tərzini, milli dəyərlərimizi təsvir və təbliğ edən hekayələri çox sevilir. Ara-sıra şeirlər də yazır. “Yarımçıq qalmış nəğmə”, “Düşüncələr”, “Bir budağın üç yarpağı”, “Həyatdan hekayələr”, “Həsrət nəğmələri” kitablarının müəllifidir.İlahi sevgiBir sevgi uzaqdan mənə boylanır .Xəyal dünyasından mənə səslənir. İlahi sevgi. Sonsuz kainatın ənginliyindəÖlçüsüz zamanın dərinliyində. İlahi sevgi. Gözdən çox uzaqdır gözüm görməyir Səsdən çox uzaqdır səsim yetməyir. Axan ulduz kimisüzüb gedərək ardınca çağırıb mənə əl edir. İlahi sevgi. Uzaqlaşır məndən çata bilmirəm. Onun sürətiylə qaça bilmirəm. Bədənin getdikcə uzaqlaşsa da, ruhun mənə qaçır, İlahi sevgi. Qəlbimiz çox yaxın -biri-birində. Məsafə onlarıheç ayırmadı. Müqəddəs zaman da bacaramadı, biri birimizdən qoparamadı, İlahi sevgi. " İraq olar könüldən Uzaq olanlar gözdən. "Söyləmişdir atalar. Amma çıxmır könüldənDaha da doğmalaşır, daha da yaxınlaşır getdikcə uzaqlaşan İlahi sevgi.03. 09. 2016.Mehriban düşmənMən sənə ömrümü, günümü verdim, Həyatımın şirin dövrünü verdim, Bağçamın qiymətli gülünü verdim. Çəkdiyim acıdan başqa nə gördüm? Mən sənə dost oldum, sən mənə düşmən. Dost əlim həmişə uzalı qaldı. Qayğısız zirvədən endirdin birdənBu qədər ağrılar, acılar gördüm. Mühəqqəq, Rəbbimin imtahanıdır. Sevdiyi qulları sınağa çəkir Mənəvi zirvədə kamilləşdirir , Sonra öz yanına aparır, gördüm. Bilirəm işvənə aldandım bəzən. Səhvlər insanın təbiətində. Bütün acılara, zorluğa rəğmən Dünya, nə şirinsən, dadlısan , gördüm. 04. 09. 2016.Qonaq olmayan qonaqGecə düşüb yığışanda çöldən əl - ayaq Pəncərəmdən oğrun - oğrun girər xəyalın. Sevincindən pərvaz edib qanadlanaraqGözlərimin qarasına dolar xəyalın. Ehtirasla pıçıldayar : “Gəldim mən yenə!Yaşamaram bir gün belə görməsəm səni”.Nəvazişlə oxşayaraq, baxıb gözünəSöylərəm : “Qal həmişəlik! Tərk etmə məni!”Səhər olub söküləndə şərqdə dan yeri Həzin - həzin otağımdan çıxar xəyalın. Asimandakı yerinə qayıdıb geri Yenə məni xəyalınla qoyar xəyalın. 02. 09. 2016.Acı-şirinŞirin xəyallara dalıram bəzən Acılar nurlu bir dünyaya dönür. Bu şirin dünyanın dərinliyindən Mənalı gözlərin üzümə gülür. 30. 08. 2016Minacat Görüb bu dünyanın gözəlliyiniÜzümü tuturam Uca Allaha -Laməkan, layəmut, ləmyəzəl olubNarda İbrahimi qoruyan gücə ,Adəmə torpaqdan həyat verənə, Ramazan ayını bizə bəxş edibAparan bu ayda günahımızı ,Lütf edən Rəhmətən lilaləmini ,Tövrat, Zəbur, İncil, Sühuf, Quranı,Uca məqamında müsafir edənBüraqın belində gələn Xatəmi,Anaya Musanı təslim edənə ,Yusifi quyuda, Nuhu tufanda ,Eyyubu zillətdə , Yunisi suda ,Var edib qoruyan sonsuz qüdrətə ,Axirət gününün tək sahibinə ,Müqəddəs və məsum əhli - beytinəİhsan edən "səfinətünnicatı " :Rəhmət nəzərini bizdən üzməsin !Zamin dursun xeyir işlərimizə !Etsin lütf bizə sevdiyimizi !28 iyul 2016 Fikrin qanadlarındaGözlərim önündə eşsiz mənzərə İntəhasız vadi, ormanlar, dağlar. Baxdıqca doymuram. Üzümdə sevinc, Köksümün altında kədər gizlənir.Başımın üstündə səma mas - mavi Məsum simasında hər şey izlənir. Yerlərin üzəri bağlı - bağatlı Bağların altında nələr gizlənir?Burada zirvələr ucadan - uca Əzəmətli dağlar qocadan qoca. Zirvənin başında bəyaz bir örpək Örpəyin altında ismət gizlənir.Sıx, tarım çəkilmiş tikanlı tellər Bir ata yurdunu ikiyə bölür. Zorla bir - birindən ayrılmış ellər " Gülüstan " altında qəhər gizlənir.Sifətlər müxtəlif, adlar müxtəlif, Gülüşlər müxtəlif, dillər müxtəlif, Fərman imzalayan əllər müxtəlif. Şirin dil altında zəhər gizlənir.Bu halımız qurd və quzu misalı Qurd basan arxalı köpəklər kimi Tülkü düşmənimiz insan libaslı Mələk maskasında şeytan gizlənir.Müqəddəs məqsədlə tökülən qanlar Zirvəyə ucalan şəhid cavanlar. Elçi simasında ara vuranlar. Çoxdan gözümüzdə nisgil gizlənir.Özgə qayçılarla biçilən Vətən, Tarix meydanında kiçilən Vətən, Zaman sınağına çəkilən Vətən, Sınağın ardında zəfər gizlənir! 15 aprel 2016-cı ilRuhani səfər Bu səhər mənimçün özəl bir səhər...Sübh tezdən yataqdan qalxıb bu səhər Şirin yuxu kimi gəlib yanına Dolub gözlərinin dərinliyinəBir ömür orada qalmaq istərəm. İlıq yaz küləyi olub bu səhər Yerini, yurdunu tapıb bir təhər Girib otağının pəncərəsindən Həvəslə oxşayıb qumral saçınıBarmaqlarım olsun daraq istərəm. Narın yaz dumanı olub bu səhər Keçib çölü, dağı, aşıb dəniziSon verib hicrana, çatıb vüsala Alaraq qoynuma, basıb bağrıma Səni busələrə boğmaq istərəm. Günəşə çevrilib bu qış səhəriAşıb baryerləri, qırıb sədləri Süzülüb şüşədən, dolub otağaOğrun - oğrun yaxınlaşıb yatağaSəni qucaqlayıb yatmaq istərəm.Ruhumu göndərdim sənə bu səhər Qoyub bir qırağa hüznü, kədəriUnudub həsrəti, qəmi, qəhəri Dinləyib laylaya bənzər səsini Şirin nəfəsini duymaq istərəm. Saxla yaddaşında bu qış səhərin Xəyalımda oldum sənin qonağın Çoxdur ürəyimdə sənə sözlərim -Qoynunda yüz sənə, min sənə deyil, Əbədi olaraq qalmaq istərəm. . Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.