Vəfa Mürsəlqızı: GÖDƏKCƏ MÖVSÜMÜ Poeziya, Müsabiqə 24 мая 2016 “ZİRVƏ” Informasiya Mərkəzi Zim. Az saytının yaranmasının iki illiyi münasibəti ilə keçirilən yeni yaradıcılıq müsabiqəsinin “Ən yaxşı şeir” nominasiyasına göndərilir.Qafarova Vəfa Mürsəl qızı (Vəfa Mürsəlqızı) Sumqayıt şəhərində anadan olmuşdur.2014-cü ilin Prezident təqaüdçüsüdür.GÖDƏKCƏ MÖVSÜMÜYağaydı payıza bir yaz yağışı,Sürünən arzular iməkləyəydi,Yağaydı payıza bir yaz yağışı,Peşiman ağaclar çiçəkləyəydi.İslanaydı bahar yağışlarına,Siqaret oduna sönən kişilər,Bəhanə tapaydı göz yaşlarına.Evinə əliboş dönən kişilər,Payız yarpaq-yarpaq saçın yolaydı,Yağışlar baharı qaytarır deyə,Üşüyən uşaqlar xoşbəxt olaydı,Gödəkcə mövsümü qurtarır deyə.Yağaydı payıza bir yaz yağışı,Həsrətə vüsalın izi düşəydi,Yağışın altında islanmış qıza,Bir cavan oğlanın gözü düşəydi. Düşəydi bir qəfil bar sevdasına,Allahın o sonsuz söyüdü belə,Köçəri quşların boş yuvaları,Dolaydı qovuşmaq ümidi ilə.Yağış damlaları bir kiçik qızın,Ovcunun içində yuva tapaydı,Evi olmayanlar bir çətir boyda,Bir çətir biçimdə yuva tapaydı.Ağlayan pəncərə şüşələrinə Təskinlik verəydim baxışlarımla,Yağaydı payıza bir yaz yağışı Ovudaydı onu göz yaşlarımla.Yağaydı payıza bir yaz yağışı,Sürünən arzular iməkləyəydi,Yağaydı payıza bir yaz yağışı,Peşiman ağaclar çiçəkləyəydi. Səndən sonra!Səndən sonra çox şeyi bildim.Sən bunları deməmişdin mənə.Adamların adlarının Əli, Vəli, Fatma, Sona yox,Xəyanət, sevgi, qürur, kədər, qorxu olduğunu.Əslində çiçəklər ətir saçmırmış, sadəcə arıları yoldan çıxarırmış.Adamlar ömür boyu özünü aldatmaqla məşğul olurmuş vəölüm anında ancaq özündən halallıq almalıymış.Sən bunları deməmişdin.Ağın qara, sevincin kədər, həyatın bir adının ölüm oluğunu.Qadınların kişilərdən daha güclü olduğunu vəkişilərin yetimliyini daşıya bildiyini, deməmişdin.Deməmişdin Ən güclü insanların həyatda iki şeydən qorxduğunu XƏYANƏTDƏN və TƏNHALIQDAN.Ən hündür boylu kişilərin ən cılız qadınların arxasında təklikdən gizlənə bildiyini.Tikan batan balaca əllərimi öpəndəqanamayan yaraların daha çox ağrıtdığını da deməmişdin.Ən böyük həsrətlərin gül, çiçək kimi yazda cücərdiyini,dünyada xatirələrdən daha insafsız heç nə olmadığını.Sən çox şeyi demədin.Bir də yaxşı ki demədin......Mən səndən sonra çox şeyi özüm öyrənməliydim, ata!SevgiBaşa nə gəlirsə gəlsin bilirik,Ya tale eyləyir, ya bəxt eyləyir,Sevdiyin adamın məhəbbəti də,Adamı arabir bədbəxt eyləyir.Səhər boylandıqca pəncərələrdən,Ovcunda gecənin qanı görünür,Yolun əvvəlndə baxırsan hərdən,Çıxdığın o yolun sonu görünür.Sevgin də, hissin də, əzabkeş bədən,Ruhunun geydiyi dondur əslində,Gözündə böyüdüb sevgi dediyin,Kiməsə verdiyin candır əslində.Dəyməz böyütməyə gözündə belə,Sevgi bu dünyanın xəyanətidir,Bir qadın cismindən yaranan kişi,Bir qadın qəlbinə xəyanət edir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.