Azad Ferhadoğlunun Duyğuları Poeziya, Borçalı, Başkeçid 8 октября 2018 AZAD FƏRHADOĞLU(1971)Azad Fərhadoğlu 1971-ci il yanvarın 5-də Ulu Borçalımızın qədim Baskecid rayonundakı Lok-Çandar kəndində ziyalı ailəsində anadan olub. Atası Fərhad Əliyev tarix muəllimidir, uzun muddət doğma kəndlərindəki məktəbin direktoru işləyib.A.Fərhadoğlu Mirzə Fətəli Axundov adina Azərbaycan Dövlət Pedaqoji Rus dili və ədəbiyyati İnstitutunu (indiki Bakı Slavyan Universitetini) bitirib. 3 il "BU GUN" qəzetində müxbir işləyib. Ailəlidir, 2 övladı var. "KÖÇ İTİ" adlı seirlər kitabının muəllifidir.BorçalıElə belə gedə bilməz bu gərdişdüzələrmi daş göyərən anında?Düzmü yonur səhvmi yonur bu kərkiçartdaq çatma qardaşımın damında.Yolağası haçalanan su qəribqovuşanda bir birini quçaqlar.Mən qəribəm, sən qəribsən, o qəribqəlbi dağlar öləziyən oçaqlar.Can arası sərhədlərə nə söyüşkim əksinə qatlayıbdı bu nərdi?Heç olacaq quruluqda bu höyüşkim atacaq, nə atacaq bu dərdi?..Qəribliyin silkələyər dağlarıdumanımız dumanları dumanlar.Soyuqluqa piltələşər dağ qarıgümanımız gümanları gumanlar.Yolmu çəkir əllərimiz göz üstə,nə faydası ha harayla, qardaşı.Hey qəriblik notlayırıq saz üstəqırma qırma parçalanır dağ daşı.Çox yazılar qəlbimizə saplanıb,heç xətasız kecəmmədik Dar daşı.Ünvanımız necə oxa saplanıbqəlb sevinməz sirdaşsizdı harda ki.Sərt qayalar əsiridi düz ahın,dik dursaq da ürəyimiz qəm çalır.Möhkəm yapiş ətəyindən Allahındərdli ürək dərdim ürək Borcalı.BulaqlarSızılıb torpağın neçə qatından,elə bil minillik ehtiyatından.Durula burula daqlar altından.boğulub doğular dərin bulaqlar.Sağılar inəyin sağımı kimi,çızılar torpağın lağımı kimi.Mehriban nənəmin nağılı kimi.Bal şəkər bulaqlar, şirin bulaqlar.Xəzəlli gölçəsi torpaq ovçumu?üstündə ağaçlar qaravulçumu?Doldurdum altında iki ovcumu.çanıma yayıldı sərin bulaqlar.DuyğularımYaz olanda zirvələrin buzu tək,sürüsündən ayrı düşən qüzü tək,Yolağasız yağışların suyu tək,ətəklərə hara gəldi teylənəm.Çöllüklərə gün gözəlli yay gələ,bal arısı çiçəklərə bələnə.Yorulanda gözlərimdə əylənəo zəhmətə şələlənəm, ay lələ.Qollarımı qayalara keçirəm,məəttəl qalam dumanların köçünə.Payiz gələ köcənləri köçürəməl eləyəm o durnaya, leyləyə.Kecidləri güdükləyib dayanam,ovçuların tüfəngini tez alım.Məndən qaçan o çüyürün, maralınarxasınca, qarasınca söylənəm.Çıdar ata ayağıma qışda qar,mismar bata zirvələrə daşlaşam,Yal quşları üst başıma daraşaquzeylərdə başı qanlı dayanam.Qollarımı açıb qaçam enişə,moruqların komasına ilişəm.Diyirlənəm gül çiçəklər gülüşə,üstüm-başım göylüklərə bələnə.Doluları saçlarımda əridəm,rəngi qaçan nubarları kiridəm.Selləməni kürəyimdən yeridəm,yan ötürəm əkin yeri söyünə.Çördən-çöpdən bir komacıq düzəldəm,çırpı yiğam qışa oçaq düzəldəm.Adam görüb enişlərə düzələmtək anamın çağrışına əylənəm.QayalarŞairlər cox yazır sənin esqinə,oxuyuram nə zamandı, qayalar.Esq dəlisi ya Məcnundu, ya Kərəm,daşlaşmış ürəkdi, candı qayalar.Mudrik mudrik qaşlarını o çatar,sinəsində qalaq qalaq sirr yatar,O şahiddi o zamandan yadigar,oxunmamış bir dastandı qayalar.Dibinə bax qopuq-qopuq tökükdü,yazıq bağrı nədən belə sökükdü?İstədim ki dərdin biləm diz çökdümbir söz deyin siz amandı, qayalar.Bir zaman ki Vurğun sizdən köcəndə,qoça qartal oturmuşdu bürçündə,Həmən qartal həmən Vurğun gücündə,yox övladın nə zamandı, qayalar.AnaYollara nə deyim, yaman uzaqdı,elə harayladım ulduzlar baxdı.Bilirəm orada indi sazaqdı,burada urəyim üşüyür, ana. Bir ocaq, iki ünvan nələr deməkdi, daha fikrimiz də lələk-lələkdi,Mən bu agrıları gecələr çəkdim, evmizin içəri, eşiyi, ana.Ünvanlar xəbərsiz çırpınar bəzən,uçunar yollara, nə var, görəsən.Gecəydi, ayıldim aglayan səsə,çagırır nəvənin beşiyi, ana.Kövrələr ürəyim oxuyanda tar,ana laylasının təmənnası var.Qəfil gəlişindən gözlərim dolar,dolan gözlərimin işıgı, ana. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.