Esmira ŞÜKÜROVA: Dilənçi qadın. Min Dolların Qurbanı. Nişan üzüyü. Nahaq qan (Hekayələr)

Esmira ŞÜKÜROVA:  Dilənçi qadın. Min Dolların Qurbanı. Nişan üzüyü. Nahaq  qan (Hekayələr)
Esmira ŞÜKÜROVA.


Hekayələr


Dilənçi qadın

Bu il qış Bakıya öz sərt üzünü göstərirdi. Aramsız yağan qarın, iliyə işləyən şaxtanın ucbatından yollar buz bağlamışdı.
Hava küləkli olduğundan şaxta adamın sümüyünə işləyirdı. Belə çovgunlu havada bir vacib işi olmayan, küçəyə çıxmağa cəsarət etməzdı. Günün sonuna yaxın qapının zəngi aramla çalındı. Əlimin işini yarımçıq qoyub, qapını açdım. Qarşımda bənizi sap-sarı saralmış, arıqlıqdan yanaqlarının sümüyü üzə çıxmış, solğun gözləri içəri batmış, beş-altı yaşlı körpə qız uşağının əlindən tutmuş cavan bir gəlin dayanmışdı. Gəlinın əynində nazik, nimdaş bir plaş, başında isə rəngi solmuş ipək yaylıq var idi. Körpənin də geyimi qalın deyildi. Uşağın məyus gözlərində gülüşün ona yad olduğu açıq-aşkar sezilirdi. İlin-günün bu vaxtında qapı ağzında dayananların görkəmi məni elə çaşdırmışdı ki, gəlişlərinin səbəbini öyrənməyi belə unutmuşdum. Dinməz-söyləməz dayanıb, onların halına yanırdım. Nəhayət özümə gəlib, təmkinlə soruşdum: - Eşidirəm, xanım. Sizə nə lazımdır? Gəlinin dodaqlarında istehzalı bir təbəssümün oynadığını və elə həmin an da çəkilib getdiyi nəzərimdən qaçmadı. O sıxıla-sıxıla dedi: - Salam. Mənə kömək edə bilərsiniz? - Salam. Nə kömək, xanım? - Məni bağışlayın, xanım. Bilmirəm, nəyə imkanınız çatarsa... Ya yemək üçün bir şey, yada ki... Pul kəlməsini deməyə utandığı yanaqlarına çökən qızartıdan sezildi. Onu yaxşı başa düşdüyümdən pul gətirmək üçün getmək istədikdə, bir an ayaq saxlayıb geri döndüm. - Aclığınız varmı? Uşaq elə bil bu sözə bənd idimiş. Anasını əlini dartışdıraraq dedi: - Ana, mən acam. - Keçin içərı. Olanımızdan yeyərsiniz. - Sağ olun. Uşağın dediyinə fikir verməyin. – deyə, gəlinin gözləri doldu. - Keçin, keçin içəri. – deyə təkid etdim. Uşaq anasının əlindən tutub, onun içəri keçməsi üçün yenidən dartışdırdı. Qadın uşağa təslim olub, utana-utana içəri keçdi. Onları mətbəxə dəvət etdim. Əyləşdilər. Evdə hazır yemək olmadığından, pamidor, yumurta çığırtması hazırlamağa başladım. Yemək hazır olanacan canları qızsın deyə, isti çay süzüb, mürəbbəynən qarşılarına qoydum. Uşaq həvəslə çaya girişdi. - Nə yaxşıdır, ana! Əllərim üşümüşdü. - İç, qızım. Sonra da xalaya - sag ol !- deyərsən. - Sag ol, xala! – deyə, uşaq çayı tamam içib qurtarmasını gözləmədi. - Nuş olsun, balaca. Sənin adın nədir? - Könül. - Nə gözəl adın var sənin. Məktəbə gedirsənmi? - Yox! Anam deyir ki, bu il gedəcəksən. - Məktəbə gedəndə dərslərini necə oxuyacaqsan? - Yaxşı. Bacım deyir ki, kömək edəcəyəm. Yemək artıq hazır idi. Süfrəni hazırlayıb, özüm də onlarla bərabər əyləşdim. - Hə, başlayın görək. Məni üzürlü sayın. Yumurta yeyə bilmirəm. Allergiya verir mənə. Siz nuş edin. Balaca qızcığazın burnunu pomidor çığırmasının iyisi qıcıqlandırdığından narahat baxışlarını anasının üzündən çəkmirdi. Anası isə görünür etika xatirinə tələm-tələsik xörəyə əl uzatmaq istəmirdi. Ac olan qızcığaz üçün isə bunun əhəmiyyəti yox idi. O səbrsizliklə anasının onu tez yedizdirməsini istəyirdi. Anasının tərpənmədiyini gördüyündən, - ana!.. – deyə uşaq dilə gəldi. Qadın qızının iri açılmış qara gözlərindəki narahatçılığı duyub, titrək barmaqları ilə çörəkdən kiçik bir dilim qoparıb, çığıtrmaya batıraraq, uşağın yemək gözləyən quşcığaz kimi açılmış ağzına dürtdü. - Xanım heç adınızı bilmədim. - Mehriban. – deyib, qızını yedizdirməyə başladı. Qızı yeyib doyandan sonra, ana rahat nəfəs aldı. Qızcığaz isə şıltaq-şıltaq gülümsəməyə başlamışdı. - Çox sağ olun, xanım. Elə bilməyin mən gözümü açandan, dilənçiliklə məşğulam. Amma indi dilənib, qapı-qapı düşməyə məcbur qalmışam. - Rahat olun. Siz də çörəyinizi yeyin. - Yeyəcəm. Səhərdən ana-bala dilimizdən su da keçməyib. Rayondan obaşdan çıxmışıq. - Hansı rayondan? - Qəbələdən. Axşama qayıtmalıyıq. - Bu qədər uzaq yolu gəlib-getmək sizin üçün çətin deyilml? Rayonda bir iş tapıb işləyə bilmirsiniz? - İşləyirdim. Konserv zavodunda.. Müdir xəstəliyimdən xəbər tutduqdan sonra, işləməyimə razı olmadı. Ciyərlərim... Sonra süpürgəçilik etməyə başladım. Ona da taqətim çatmadı. Başqa əlacım qalmadığından, dilənirəm. Heç bir köməyim yoxdur. - Bəs həyat yoldaşınız nə işlə məşguldur? Qadın az qala inildəyə-inildəyə dedi: - Acı həyat yaşayıram, xanım. Çox acı... Ailəmin adı var. - Bəs valideynlərin? - Rəhmətə gediblər... Bir ilin içində. Atam da, ana da... Sağlıqlarında baxırdılar mənə. Işləməyimə razı deyildılər. Onlar rəhmətə gedəndən sonra, qardaşım evimizi satdı. Mənə cuzi pul verib, Rusiyaya getdı. Hələ də ondan bir xəbər yoxdur. - Bəs yoldaşın haradadır? - O da evləndiyimizdən üç ay sonra getdi. Artıq neçə ildir ki, ondan da bir xəbər yoxdur. Böyük qızımı evdə qoymuşam. On iki yaşı var. - Pul göndərmir sizə? - Xeyir. Eşidirəm ki, hərdən anasına göndərir. - Anası sizə vermir? - Xeyir. Qaynanamgillə altı il bir yerdə yaşadıq. Atam rəhmətə gedəndən sonra məni evdən çıxartdı. Gedəcək yerım olmadığından yalvardım ki, heç olmasa evin zirzəmisində yerləşən kiçik əl damında yaşayım. Bir təhər razılaşdılar. Torpağın üstünə palaz salıb, iki körpə uşaqla neçə il orada yaşadım. Elə bu xəstəliyi də soyuqdan, nəmişlikdən tapmışam. Əzabın sərhəddi yoxmuş, xanım. Uzandıqca, uzanır... Yoldaşıma neçə dəfələrlə xəbər göndərmişəm. Bir səs-soraq çıxmayıb. Axırı qaynanam gəldi, mənə dedi ki, - Əl çək ondan! O səndən boşanıb! Dedim: - Necə boşanıb? Bəs mənim xəbərim niyə yöxdur? Dedi: - Heyvan qızı heyvan, sən bunu gərək çoxdan başa düşəydin! Düzü, onun bizdən ayrıldığını başa düşmüşdüm. Özü də lap çoxdan... İlk dəfə Rusiyaya ayaq açandan. Çox yalvardım ona. Dedim, bizi tək qoyma! Ayaqlarına düşdüm. Qulaq asmadı. Dedi: - Tez qayıdacağam. Arvad-uşaq yeri deyil rusiyet. Pulunu vaxtlı-vaxtında göndərəcəyəm, rahat dolanacaqsınız. Ancaq pul göndərəndə həmişə anası götürürdü. Mənə heç göstərmirdı də. İxtiyarım da yox idi ki, nə isə bir söz deyəm. Mən o evdə gəlinlik yox, qulluqçuluq etmişəm. Təhqirlərə, döyülməklərə məruz qalmışam. Canımdan elə bezmişdim ki, neçə dəfələrlə özümü öldürmək istəmişəm. Həmişə də uşaqlar qarşımı kəsib. Onlara kim baxacaqdı? Sızın də başınızı ağrıdıram. Bagışlayın... Heç özüm də bilmirəm bunları sizə niyə söyləyirəm. Yaxşı, yeməyə, çaya görə sağ olun! Biz gedək. – deyə, Mehriban söhbətini yarımçıq qoyub, ayaga qalxdı. Onun kədər əlindən nəm çəkən, dolmuş gözlərı parıldayırdı. Bəlkə də, hönkürüb ağlamaq istəyirdı. Ancaq, özünü zorla sıxıb saxladığı hiss olunurdu. Bu zavallı qadının dərdinə məlhəm ola bilməyəcəyimə, yalnız yalnız bir tək sözlə ürək-dirək verib, könlünü ovunduracağıma özümə acığım tutdu. Başa düşdüm ki, o söhbətini axırıcan bitirmədi. O danışmaq, təsəllisini bundala tapmaq istəyirdı. - Mehriban, əyləş. Hələ vaxta var. Səni özüm yola salacağam. Danış, söhbətin yarımçıq qaldı. İnsan ürəyini boşaldanda, dərdini kiməsə danışanda nisbətən yüngülləşir. Yasəmən stulu çəkib oturdu. Yanaqlarından süzülən damlaları əlinin içilə silib, qızının başını sığallayaraq, allanmış yanaqlarını oxşadı. Körpə başını qaldırıb, iri qara gözlərini anasının üzünə dikdı. Uşaqlıq dünyasının səadətini yaşamayan körpənin parlaq gözlərində sevinc, gülüş sanki, qara gilələrin dərinliklərində gizlənmişdı. Yasəmən onu yenidən bərk-bərk bağrına basıb, lap kövrəldi. - Bu körpələrin günahı nə idi? Hələ böyük qızım çox həssasdır. Onun gözlərinin içinə heç baxa bilmlrəm. Elə bilirəm ürəyində məni həmişə mühakimə edir ki, - Ana, bizi bu dünyaya niyə gətirmisən?! Gətirmisən ki, bizi də dərdlərinə şərik edəsən? Gətirmisən ki, həyətdə başım çörünən kimi, nənəm ağzına gələni mənə desin, söysün, döysün məni? Mən daha özümü saxlaya bilməyib, ona müracıət etdim: - Yasəmən, danışdıqca əzab çəkirsən. Səninçün çox çətindirsə, danışma. - Yox... Danışdıqca elə bil həqiqətən ürəyim yüngülləşir. O, söhbətinə bir qədər ara verib, bir qurtum çay içib, boğazını yaşladı. Sonra başını qaldırıb, ağır-ağır sözünə davam etdi. - Qaynanam, çox zalım qadındır. Uşaqların ixtiyarı yox idi ki, ucu-bucağı görünməyən bağçada oynasın, ağacdan bir dənə meyvə dərib yesin. Yerə tökülən çürük meyvələri yığıb, yeyirdilər. Nə qədər, - əlinizi heç nəyə vurmayın! – deyə acıqlansam da, uşaqdılar, onları ne deyib qınayaydım? Ürəkləri meyvə istəyir, yeməlidirlər. Nənə olan bəndə, bir demirdi ki, axı, bunlar mənim oğlumun balalarıdır. Gəlin bu körpələri dədəsi evindən gətirməyib. Bir şeyi başa düşə bilmirdim. Əgər məni istəmirdisə, nəyə görə oğluyla evləndirirdi? Məni niyə bədbəxt edirdi? - Bu sualları qaynanana niyə verməmisən? - Vermişəm. Deyirdi ki, - səni ona görə almışam ki, oğlumu Rusetdən ayaqlarını yığışdırım.
Fikirləşirdim ki, öz millətinin qızını alsa, uruseyetdən ayağını çəkər. İndi ki qayıdıb getdi, daha mənə lazım deyilsən! Hansı cəhənnəmə rədd olursan, ol! - Sənə lap mat-məəttəl qalmışam. – deyə, mən hiddətimi boğa bilmədim. - Niyə özünü onun qarşısında bu qədər alçaltmısan? Hanı sənin iradən, dəyanətin? Taleyinlə oynamasına necə razı ola bilibsən? - Axı, mən yetim bir qızam. Kimim, kimsəm, gedəcək yerim yoxdur. Bir də fikirləşirdim ki, bəlkə yoldaşım qayıtdı. Uşaqlarına sahib çıxdı. Eh, hələ bu harasıdır? Bir gün qaynanam rayondan iki dənə qoyun alıb gətirdı. Mənə dedi ki, əl damını boşalt. Qoyunları orada saxlayacağam. Dedim, - İnsan bu qədər qansız olmaz, heç Allahdan qorxun–hürkün yoxdurmu sənin? Axı, bunlar sənin nəvələrindir? Bu kif basmış əl damını da çox görürsən onlara? Yaş torpaq üstündə yatmaqdan xəstəlik tapıblar. İnsafın olsun! Elə bunu demişdım üstümə yeridı. Kiçik oğlunu da köməyə çağırıb, məni o ki var döydülər. Onu da deyim ki, oturduqları evi kiçik oğlu öz adına özəlləşdirmişdi. İstəmirdi ki, qardaşı qayıdıb gələndə, evə şərik çıxsın. Anasını da bir tərəfdən qızışdıran o idi. Körpələr ağlaya-ağlaya nənəsini dartışdırırdılar ki, anamızı döyməyin. Səsə qonşular tökülüşüb gəldı. Mən zorla əllərindən aldılar. Qonşular o ki var qınadılar onları. Qaynanam da özünü o yerə qoymadı. Hamı eşitsin deyə, var gücü ilə çığırıb, aləmə səs saldı: - Ay padoş sifət! Ay çuxotka! Oğlum evlənib, ey, evlənib! Rus qızıynan. Adını da bilmək istəyirsənsə kar qulaqlarını aç, eşit! Belə gəlinimin adı Lenadır! Belə qadasın alım onun! Pulumu da göndərir, padarkamı da! Nə istəyirsən balam?! Rədd ol get də! Oğlum da bir bir aya təzə arvadını da götürüb, gələcək. Qoyunları da onlar üçün almışam. Belə, qurban kəsəcəm Lenanın ayaqqları altında. O sənin kimi geridə qalmış deyiı! Adam iyrənir səndən. Üst-başından cin hürkür. Oğlum təzə aldığı arvad nazlı-duzlu, gözəl-göyçək gəlindir. Şəklini göndərib mənimçün. Daha yanıma salıb, qonaq-qara üzünə çıxaracaq bir gəlinim olacaq. İtil bu həyətdən! Mehriban sözünü tamamlayıb, sinəsini ovuşdurdu. Mən ona necə təsəlli verəcəyimi bilmirdim. Nitqim tutulmuşdu. İçimdə üzünü görmədiyim “qaynanaya” qarşı tuğyan edən bir hayqırtı baş qaldırmışdı. Gözlərim önündə öz millətindən olan bir qızın mənəviyyatını, mənliyini lenaların, haykanuşların ayağı altında tapdaladan bir Vətən xaini canlanmışdı. Yasəmən pəncərədən bayıra baxırdı. Bir müddət gözləri bir nöqtəyə zillənib qaldı. Sonra başını mənə sarı çevirib, taqətsiz bir halda dedi: - Imanı yoxdur qaynanamın. Nə Allahdan qorxur, nə bəndədən. Toyda gətitrikləri qızılları, pal-paltarı da məndən oğurlamışdı. Bilirdim o götürüb. Amma götürdüyünü boynuna almadı. Satdıq bir şeyim də qalmayıb ki, satıb uşaqları bir müddət dolandırım. Mehribanın sinəsindən qopan ahın onu necə yandırıb-yaxdığını, göynətdiyini hiss edirdim. Tale hansı səbəbdənsə bu sadə, dünya ləzzətlərində gözü olmayan, həyatını balalarının yolunda fəda edən adi bir kənd qızından üz döndərmişdı. Dərd əlındə oyunçağa çevrılən cavan gəlin taleyinin dönüklüyü ucbatından həyatın fırtınasına düşərək, boğulurdu. Bu bəladan xülas olması üçün onun gücü, qüdrəti çatacaqdımı?.. - Mehriban, bu dava-şavadan sonra başına nə gəldi? Səni evdən çıxartdımı? - Hə... Uşaqların yatacağını, olan-olmazımızı bir odeyalın arasına yığıb, həyətdən çıxdım. Bilmirdim hara gedək. Arxadan qonşuların qaynanama olmazın sözlər söylədiklərini eşidirdim. Qaynanam isə onları da həyətdən qovub, - Gedin öz işinizlə məşğul olun! Sizə dəxli qalmayıb! Burnunuzu başqalarının işinə soxmayın! – deyə, var gücü ilə bağırırdı. Kəndin toz–torpaqlı yolunun axarına düşüb getdik. Yükü götürməyə taqətim qalmamışdı. Yazıq uşaqlarım bunu hiss etdiklərindən. – Ana, qoy biz də sənə kömək edək, - deyib, yükdən yapışdllar. Dözə bilmədim. Torpağa çöküb, doyunca ağladım. Qonşuluqda İlhamə xala yaşayırdı. Arxadan onun səsini eşidib, gerı döndüm. O, mənə çatıb dedi: - Qızım hara gedəcəksən? Getməyə yerin varmı? Özümü saxlaya bilmədim. İçimdən elə bir hönkürtü çıxdı ki, az qalırdı ki, ürəyim sıxılsın. - Yoxdur İlhama xala, yoxdur! –deyə, başıma döyməyə başladım. - Anam, atam sağ olsaydı, mən bu zülmü çəkməzdim! Bu vicdansız, satqın ər mənə haradan rast gəldi? Belə alçaq kişi, ata da olarmı?! Bəs fikirləşmir ki, iki qız övladı var?! Rusun çöldə qalmış, əxlaqsız qadınlarına satır balalarını?! Mən indi hara gedim? Başıma haranın daşını salım? lhamə xala mənim boynumu qucaqlayıb, ağladı. Qəfl ayağa qalxıb, - Qalx qızım, gedək bızə. Qalarsan bizdə. Özünə gələndən sonra, bir şey fikirləşərik. Düzü əvvəl getmək istəmədim. İstəmədim ki, kiməsə əziyyət verım. Ancaq, İlhama xala zorla təkid etdı. Uşaqların da qara gününü nəzərə alıb razılaşdım. Getdik... Allah İlhamə xalanı, onun övladlarını qorusun. Mənə analıq etdi. Həyətlərində ayrıca, kiçik bir otaq var idi. Mən orada yaşamaq istədiyimi bildlrdim. Nə qədər təkid etsə də, evlərində yerləşmədim. Hər dəfə qazan asanda, birinci bizim payimizı çəkirdi. Uşaqlarımın soyuqda, nəmişlikdə yaşamaqdan canı qurtardı. Normal yemək yediklərinə canları sulandı. Amma içimdə mən əzab çəkirdim. Özlərinin ailəsi böyük idi. Biz də bir tərəfdən onlara yük olmuşduq. Kənddə də bir iş yox idi ki, işləyəm. Bir gün iş axtarmaq üçün rayona getdim. Əvvəlcə işlədiyim zavoda baş çəkdim. Müdir xəstə olduğumu bilirdi. Razı olmadı. - Yerlər hamısı tutulub, - deyə, bəhanə gətirdi. Onu başa düşürdüm. Rayon mərkəzində, bazarın yanında çoxlu yan-yana düzülmüş dükanlar var idi. Fikirləşdim ki, lap süpürgəçilik də olsa işləyərəm. Soraqlaya-soraqlaya axır ki, bir dükanın müdirinin razılığını aldım. Biləndə ki, işə hər gün kənddən gələcəyəm, etraz etdi. Yalvarıb-yaxardım, vəziyyətimizin ağır olduğunu başa salandan sonra, insafa gəlib razılaşdı. Sevincək kənddə qayıtdıb, İlhamə xalaya işə girdiyimi dedim. - Sizə çox əziyyət verdik, İlhamə xala. Sənin borcundan heç bilmlrəm necə çıxacağam. Dar günlərimdə əlimdən tutmusan, mənə analıq etmisən... Ömrüm boyu sənə düaçıyam. Daha iş tapmışam. Bir dükanda süpürgəçi işləyəcəyəm. Sabah rayonda ucuz bir ev kirayələyib, köçəcəyik. Hər şeyə görə, sağ ol! İlhamə xala dərin fükrə getmişdı. Hiss edirdim ki, qadın həyatda necə acı çəkdiyimi ürəyinə dərd edib. İlhamə xala başını asta-asta qaldırıb üzümə baxdı. Kirpiklərində iki damla yaş donub qalmışdı. Savadsız olsam da, insanların içini, qəlbindən keşənləri oxuya bilirəm. Bilirdim ki, mənim kədərli taleyimə biganə deyil, yoxsa onun nəyinə lazımdır ki, özünü əziyyətə salırdı? Ilhamə xalanın baxışları, sanki, dil açıb danışırdı. Nəhayət ağır-ağır başını bulayib dedi: - Qızım, nə deyim, vallah?. Allah işinə avandlıq versin. Amma, gör xalan sənə nə məsləhət verir. Hələlik köçmə. Uşaqlar avara qalar. Nabələd yerdi. Bir müddət burada qalın. İşinə bir uyğunlaş, görsən ki, hər şeyi yoluna qoya bilibsən, onda da köçərsən. Xalanın sözünə qulaq as. Bir söz demədim. Qəlbinə dəymək istəmirdim. Bir ay, hər gün səhər tezdən rayona gedib, axşama qayıdırdım. Düzünü deyim, çox çətin idi mənimçün. Bütün günü əllərim soyuq suyun altında idi. Amma, işimin öhdəsindən gələ bilirdim. Bircə, bu yol gedib-gəlmək üzürdü məni. Öskürək də bir tərəfdən mənə aman vermirdı. Getdikcə hiss eləyirdim ki, tez-tez gözlərim qaralır, başım hərlənir. Satıcılardan kimsə müdirə xəstəliyimi çugullamışdı. Maaşımı verən günü müdir dedi, - Daha işə gəlməyin. Dedim, - Niyə? Dedi ki, - Deyəsən soyuqlamısan. Get müalicə olun, sağal, sonra gəlib işə davam edərsən. Mən işin nə yerdə olduğunu başa düşdüm. Bir söz demədən, dükanı tərk etdim. Yavaş-yavaş avtobus dayanacağına doğru getdim. Yorulmuşdum. Həyatımda çəkdiyim acılardan yorulmuşdum. Taqətim qalmamışdı. Yolun kənarında bir daş parçası var idi. Onun üstündə bir az dincəlmək üçün əyləşdim. İçin-için ağlayırdım. – Məni daha heç kim işə götürməyəcəkdi... Qəfldən ətəyimə kimsə bir manat atdı. Səksəndim. Pulu götürəndə elə bil əlimə qızmış dəmir parçası basdılar. Başımı qaldırıb pulu atan adamın üzünə baxdım. Cavan oğlan idi. Deli kimi çığırdım: - lazım deyil! Pulunuzu götürün! Mən dilənçi deyiləm!!! O, heç üzümə belə baxmayıb, uzaqlaşdı. Elə bil içimdə nə isə üzülüb düşdü. Göz yaşlarımı saxlaya bilmədim. Mən dəli olmaq həddinə çatmışdım. Deyəsən bu hadisə taleyimin məndən aldığı sonuncu untiqam idi. Avtobusa əyləşib kəndə yola düşdüm. İlhamə xalaya nə deyəcəyimi bilmirdim. Yol mənə çox uzun görünürdü. Dağınıq fikirlərimi bir yerə cəm edə bilmirdim. Dərd bir idi, iki idi ki. Xəstəliyim də bir tərəfdən mənə əziyyət verirdi. Bılırdimki, mütləq müalicə olunmalıyam. Əlimdə bir az pulum var idi. Xəstəxanaya gedə bilərdim. Amma necə gedəydim?.. Uşaqların əyni-başı yox, yamaqlı paltarlarda gəzirdilər. Neçə vaxtdır İlhamə xalanın çörəyini yeyirdik. Pulu ona verməliydim. Bax belə... Çirkin əməlli insanların qurbanı olmaq dəhşətdir! Əllərindən qurtulmaq mümkün deyil. Çünki o qədər namərd olurlar ki, yerə yıxandan sonra, ürəkləri soyumur, adamın başını da kəsirlər. Nə isə... Hər halda mən bele düşünürəm... Daha işləyə bilməyəcəyimi anladım. Birdən bayaq məni dilənçi hesab edən o oğlan yadıma düşdü. Məni dilənçi hesab edib, pul vermişdi. Dilənçilik...
Bu söz ildırım kimi, beynimdə şaqqıldadı. Bəlkə... Ancaq, necə?.. Tanış-biliş görüb deyəcək ki, Mehriban dilənçilik edir! Bəlkə, Bakıya gedım?.. Kimdi orada məni tanıyan? Solğun şöləli bir sevinc hissi yayıldı içimə...Heç olmasa uşağın qarnı tox olardı... Bax belə, bir ay olar ki, Bakıya gəlib-gedirəm. – deyib, Məlahət dərindən bir – ah! - çəkdı. Boğazı quruduğundan yenidən bir qurtum çay içdı. Uğursuzluq insanı yoldan çıxarıb, süsüz, od püskürən səhraların qoynuna atar. Haradasa oxumuşam ki, əgər işlər yolunda getmirsə, onları yoluna qoymaq üçün düşünülməmiş etdiyiniz cəhd durumu daha da qəlizləşdirəcək. Bəlkə hər şey olduğu kimi, bir müddət öz axarıyla getsə yaxşıdır? Həqiqətən belədirmi? Deyə bilmərəm... Amma Mehriban, indi səhra qoynunda azmış yolçu həyatı yaşayırdı. Ona kömək etmək üçün, ilkin olaraq itirdiyi inamını özünə qaytarmaq lazım idi. Buna gücüm çata bilərmi, İlahi? - Mehriban, əlımdən nə gələrsə, sənə kömək edəcəyəm. Əvvəlcə müalicənlə məşgul olarıq. Sağalandan sonra isə, işləyərsən. Bakıda iş tapmaq asandır. Bunu da öz öhdəmə götürürəm. - Çox sağ olun! Müalicə üçün pul lazımdır. - Sən narahat olma. Bu gün qalarsan bizdə. Günü sabah həkimə gedəcəyik. Ürəkli ol! Hər şey yaxşı olacaq. Mehribanın dərin fikrə getdıyini gördüm. Bəlkə, qorxur? – deyə düşündüm. Onu qınamadım. O, həqiqətən qorxmağa məcburdur. Nə bilmək olar? Birdən yazıq qadın həyatından yeni bir zərbə də aldı. Yenicə özünə sakit, qorxusuz bir iş tapıb. Heç kəs nə dindirir, nə danışdırır, nə də ki işdən çıxartmaqla hədələyir. Mehriban sual dolu gözlərini mənə dikdi və dedi: - Xanım, sizin dediklərinizlə razılaşa bilmərəm. Çox sağ olun! Onsuzda əziyyətimizi çəkdiniz. - Səni başa düşürəm, Mehriban. İnsanlardan ürəyin qırılb, onlara daha inanmırsan. Amma istəyirsən ki, ayağa qalxasan, keçmişində ürəyini yaralayan, ağrı verən bütün hadisələri unutmalısan. Unutmasan, kədərinin sonu olmaz. Kölgə kimi arxanca düşər. Qarabaqara izləyər səni. Özünə birdəfəlik söz ver ki, fikirlərində, xəyallarında yaşadığın o çətin günləri iti qovan kimi qovacaqsan. Onda beynin aydın, təzə ab-hava ilə işıqlanacaq. Üzünə sevinc, təbəssüm qonacaq. İnan mənə! Özün də sağalacaqsan, xəstəliyə də əlvida deyəcəksən. İş də taparsan, zövq ala-ala işləyərcən də. Uşaqlarını rahat, qayğısız böyüdərsən. Ən cavibi sənin iradəli, əyilməz, polad kimi möhkəm olmandır. Bir cəsarətli ana kimi uşaqlarının xatirinə belini dikəltməlisən, qalxmalısan, avamlığa, acizliyə son qoymalısan! Mən danışdıqca Mehribanın çöhrəsində içində baş qaldıran yad, lakin ona qüvvət verə biləcək bir duyğunun oyandığını və bu oyanan məlhəm duyğunun istisindən onun solğun yanaqlarına xəfif qızartı çökdüyünü hiss etdim. Sevincimdən onun boynuna sarıldım. Mehrinban da məni qucaqladı. Onun üzü gülürdü. Çünki, qəlbi gülürdü, sevinirdi. İtmiş gücü, qüvvəsi, inamı özünə qayıtmışdı. Mehriban qəfldən ayağa qalxdı. O, mənim əllərimdən tutub dedi: - Xanım, bəri başdan deyirəm ki, məndən inciməyəsiniz. Mən indi gedirəm. Qızım Nübara, İlhamə xalaya xəbər verməliyəm ki, mən sarıdan narahat olmasınlar. Sizə söz verirəm, iki-üç günə qayıdacağam. Məni özümə qaytardınız. Doğrudan da mən elə üzü dönüklərin qarşısında sınmamalıyam. Allah mənə gül kimi iki bala verib. Onları firavan böyüdə bilməsəm də, adi istəklərini yerinə yetirmək borcumdur. Allah sizdən razı olsun. - Yaxşı! Mən inanıram ki, qayıdacaqsan. Onda dayan, yolunuza bir şeylər qoyum. Mən evdə olandan bir qədər azuqə qablayıb, bir də xərclik verib onları yola saldım. Qapıdan çıxanda Mehriban dedi: - Arxayın olun. Tezliklə mütləq qayıdacağam. Hər şeyə görə sağ olun! - Sənə inanıram, Mehriban. Mütləq qayıt, gözləyəcəyəm. Biz beləcə ayrıldıq. Amma, iki-üç gün iki-üç ay oldu. Mehriban qayıtmadı. Əvvəllər onun geri dönməməsinə çox narahat idim. Sonralar olacaqla barışdım. Amma, Mehribanı heç unuda bilmirdim. Ağlıma cürbəcür fikirlər gəlirdi. Özlüyümdə onu gah qınayırdım, gah da ki bədbəxt taleyinə acıyırdım. Hərdən onun acizliyinə lap acığım da tuturdu. Yaxşı ki, ünvanını götürmüşdüm. Fikirləşirdim ki, bir gün vaxt tapan kimi mütləq kəndə gedib, onu tapacağam. Amma, hələlik imkan eyləyə bilmirdim. Artıq Mehribanın getdiyi gündən altı ay idi ki keçmişdir. Nəhayət, getmək üçün əlverişli vaxt yetişdi və onu axtarıb tapmaq üçün yola çıxdım. Gün günorta olanda ünvanda qeyd olunan kəndə yetişdim. İlhamə xalanın yaşadığı evi soraqlayıb, tapdım. Darvazanı üzümə bəstə boylu, gülümsər çöhrəli bir qız uşağı açdı. - Ilhamə xanım evdədirmi? - Bəli. - Çağırarsanmı, mənim balam? Qız həyətə sarı boylanıb, - Ana, ana, səni soruşurlar- deyə, səsləndi. İçəridən kimsə nazik bir səslə dedi: - Qızım, denən keçsın içəri. Camaatı qapıda niyə gözlədirsən? Qız mənə baxdı və gülümsəyərək dedi: - Xala, keçin içəri. - Sağ ol, qızım! – deyərək, həyət qapısından içəri keçdim. Mənə sarı başı çalmalı bir qadının gəldiyini gördüm. Yaxınlaşıb, - Xoş gəımisiniz, - deyə, əlini irəli uzatdı. Mən onun əlini sıxıb, salamlaşdım. Özümü təqdim etdikdən sonra, nə məqsədlə gəldiyimi söylədim. İlhamə xala məni evə dəvət etdi. - Gedək içəri, xanım. Həm yoldan gəlib yorulmusan, həm də ki, bu ayaqqüstü söhbət deyil. - Qızım Sevda, bacını da çagır tez süfrə hazırlayın. Əvvəlcə bir çay gətirin. Qonağımız uzaq yoldan gəlib. - Vallah, aclığım yoxdur. Əziyyət çəkməyin. Axşama Bakıya çatmalıyam. Siz mənə Mehribandan danışın. O, haradadır? Evdə deyil? İlhamə xala alnına dağılan bəyaz bircəklərini yaylığın altında gizlədib, üzünə salavat çəkdı. Gözləri dolmuşdu. O, nəfəsini dərib, titrək, yanıqlı bir səslə dedi: - Qızım, bədbəxt taleli Mehriban bu dünyanın əzablarına dözə bilmədi. Allahın dərgahına üz tutdu. Həyacanımı boğa bilmədim: - Nə danışırsınız? Vəfat edib? İlhamə xala başını yellədi. - Nə vaxt? – deyə, həyacan məni boğdu. - Beş ay olar. - Beş ay? Axı, o bizdən gedəni altı aydır. Mən ona demişdim ki, qayıdıb, gəlsın. Müalıcəyə başlayaq. Yaxşı həkimlərə göstərəcəydim onu. Onların köməkliyi ilə sağalacağını demişdim. O da söz verdi ki, qayıdacaq. Niyə gəlmədi? Bu tezlikdə ona nə oldu? - O, sizdən çox danışar, ürəkdən razılıq edərdi. Bilmirəm ona nə demişdiniz, özünə inanmağa başlamışdı. Elə bil dirçəlmişdı yazıq qız. Deyirdi ki, daha qəm çəkməyəcəyəm. Yaman sevinirdi. Ürəyində arzular baş qaldırmışdı. Qonşu olduğumuz bu neçə illər ərzində onu belə xoşbəxt görməmişdim. Yazıq öləcəymiş... - Axı, necə oldu? Mənə elə gəldi ki, xəstəliyi o dərəcədə də şiddətli deyil. - Yox. Bədbəxtin halı yaxşı deyildi. Uşaqları qorxmasın deyə, xəstəliyini büruzə verməməyə çalışırdı. Son vaxtlar Bakıya gedirdi. Gələndə də özüylə xırda para pul, yemək üçün cüzi ərzaq gətirirdi. Bunları haradan gətirdiyini soruşduqda deyirdi ki, şəhərdə qohumlarım yaşayır. Onlar köməklik edir. Ancaq sonuncu dəfə gələndə bərk soyuqlamışdı. Gecə qızdırması qalxdı. Kəndin həkimini çağırdım. O baxdı, yoxladı, dava-dərman yazdı. Qızdırmasının düşməsi üçün həbb verdi, uynə vurdu. Amma köməyi dəymədi. Qızdırma düşmədi ki, düşmədi. Həkimi yola salanda soruşdum ki, vəziyyəti necədir? Dedi ki,- artıq gecdir. Allaha yalvardım ki, cavandır... Körpələrinə bağışlasın... Amma, bilmirəm qurban olduğumun ona niyə rəhmi gəlmədi, niyə onu körpələrinə bağışlamadı. Yoldaşım rayondan da həkim gətirmişdı. O da dedi ki, gecdir. Ciyəri suyun içərisində idi. Düz bir həftə qızdırmadan od tutub, yandı. Yazıq öləcəyini bilirdi. Körpələri yanından uzaqlaşmırdı. Onlara baxanda, ürəyimin başı göynəyirdı. Eləcə ağlaşırdılar... Axır ki, ölüm yazığın canını bu dünyanın əzabından, işgəncəsindən qurtardı... Qonum-qonşu, demək olar ki, bütün kənd yığışdı, onu hörmətlə-izzətlə yerdən götürdük. Qırxınacan ehsanını verdik. Ancaq əri tərəfdən, yasına heç kim gəlmədi. - Bəs uşaqlar necə oldu? İndi hardadılar? - Uşaqlar iki ayacan yanımda qaldılar. Yoldaşımla qərara gəlmişdik ki, öz yanımızda saxlayaq. Qız uşaqlarıdı. Hara gedəcəkdilər? Bir gün bələdiyyədən gəldilər. Dedilər ki, uşaqları uşaq evinə göndərmək lazımdır. Nə qədər təkid etsək də, dedilər qanun belə tələb edir. Daha bir söz deyə bilmədik. Uşaqlar bizdən ayrılmaq istəmirdilər. Elə ağlaşırdılar ki... Səslərı hələ də qulaqlarımdan çəkilməyir. Ölənəcən də çəkilməyəcək... Araya sükut çökmüşdü. Amma bu sükutun içərisində bir gərginlik, həyacan şiddətli külək kimi əsərək, dolmuş ürəyımı üşüdürdü. Bir dəfə gördüyüm Mehribanın istirablar girdabında yaşanan taleyi qovururdu məni. Onu bu girdaba salan, insanlığa qarşı dönük, vəhşi təbiətli adamların çirkin niyyətləri, əməlləri olmuşdu. Zavallı qadın ona verilən müsibətlərə, ərinin nə vaxtsa geri dönəcəyinə, ona və uşaqlarına sahib çıxacağına ümüdlər bəsləsə də, illəri yola verə-verə dözüb, əzablara qatlaşmışdı. Dərd, əzab əlindən ruhu kömür kimi yandığına tab gətirə bilməmişdir. - İlhama xanım, uşaqların hansı uşaq evinə aparildığını bilirsinizmi? - Bilirəm, qızım, bilirəm. Yazıb götürmüçəm ünvanı. İndi gətirərəm. İlhamə xanım yerindən ağır-ağir qalxıb, dolabın süyürtməsini çəkdi. Orada dəst-dəst qatlanmış pal-paltarın arasından kiçik bir kağız parçası götürdü. - Hə, budu qızım. - Sağ olun, İlhamə xanım. Mütləq uşaqları baş çəkəcəm. Gözüm həmişə üstlərində olacaq. Siz də rahat ola bilərsiniz. - Allah səndən razı olsun, qızım. Savab iş görərsən. Hava qaralmaq üzrə idi. Getməliydim. Ayağa qalxdım. - Ilhamə xanım, qaş qaralır, mən daha gedim. - Qızım, bəlkə qalasan. - Sabah işə getməliyəm. Hər şeyə görə sağ olun! Mehriban sağlığında sizdən çox razılıq edirdi. Deyirdi ki, ona analıq edirsınız. Uşaqları sizin səbəbinizə aclıqdan, soyuqdan, əzab-əziyyətdən xilas olublar. Bu xeyirxahlığınızı Allah qiymətləndirəcək. - Ay qadan alım, bu dünyadan heç nə aparmayacayıq. İnsanın əlindən ancaq yaxşılıq gəlməlidir. Vallah, elə var-dövlətimiz yoxdur. Olsaydı, Mehriban üçün, balaları üçün çox şeylər edərdim. Amma neyləyım, bir Allah şahiddir ki, olanımı əsirgəmədim. - Böyük işdir, İlhamə xanım. Sən onun dar günündə əlindən tutmusan. İlhamə xala məni küçə qapısınacan ötürdü. Biz görüşüb ayrildiq. Birdən İlhamə xala məni arxadan səsləyib dedi: - Hə, lap yadımdan çıxdı sənə deyəm. Mehribanın bir ay bundan qabaq ərinin meyidini Rusiyətdən gətirdilər. Deyilənə görə bıçaqla dəlmə-deşik eyləyiblərmiş. Yasında öz qohumlarından başqa, kənddən heç kəs iştirak etmədi. Hamı Mehribanın xatirəsini əziz tutdu... Bu yaxınlarda da qaynanasını da süd sağdığı yerdə öz inəyi buynuzuna keçirib. Onun da vəziyyəti ağırdı. Allah məzlumun haqqını yerdə qoymaz qala. Qızım.

* * *


MİN DOLLARIN QURBANI

Bir vaxtlar doqquz ay günəşin qızmar şəfəqlərinə həsrət qalan şimalın ucsuz-bucaqsız qarlı, buz bağlamış çöllərinə günahlı və günahsız insanlar sürgün edilərdi... Katorqa həyatının bitib-tükənməz əzab-əziyyətlərinə düçar olan bu bədbəxt insanlar şaxtası qılınc kimi kəsən, bəyazlığı gözləri kor edən çöllərdə -Tayqanın keçilməz bataqlıq cəngəlliyində - itib-batar, geriyə dönən yollara əbədi həsrət qalardılar. Sibirin adı çəkiləndə adamların ürəyini qorxunc bir vahimə sarardı. Səhərdən axşamacan ac-susuz keçilməz meşəliklərdə çovğunla, boranla üz-üzə dayanaraq, ağac doğrayıb, emal edən insanlar rəhimsiz talelərinin əlində oyuncağa çevrildiklərindən cana doyub, arzuladıqları ölümün yolunu səbrsizliklə gözləyərdilər. Çoxları sərt qışın şaxtasına tab gətirə bilmədiyindən, gah əl-ayagını itirər, gah da ki, canlı ruhlar kimi gəzib-dolaşdılar. Bu insanlar həm mənəvi, həm də fiziki cəhətdən sındıqlarına, belləri yay kimi bükülər, sağalmaz xəstəliklərin qurbanı olardı. Sibirə sürgün olunanlar içərisində cəsarət tapıb taleyin zərbələrinə tab gətirən, geriyə - öz doğma torpağına, el-obasına, isti ocağına dönməyə çox az adam imkan tapmışdı. Bu günədək geriyə dönmüşlər çoxdan ömürlərini başa vurub, dünyalarını dəyişmişlər. Ata-babaların başlarına gələnləri xatirə kimi qoruyub saxlayan övladların gözlərinin dərinliyində isə, daşlaşmış ağrı-acılar əriməmiş qalmaqdadır. Çox təəssüf ki, insanlar unutqanlıq mərəzindən xilas ola bilmir. Bu gün də adamlar yer üzünü gəzərək ələk-vələk edir, yaşamaq naminə özlərini taleyin təlatümlü dəryalarına atıb, qorxusuz-hürküsüz dolaşırlar. Uluların cəhənnəm sandıqları Sibir çölləri məhz həmin xislətin hökmündən bu gün də onların nəvə-nəticələrini zülmətdə doğan işıq kimi özünə doğru çəkməkdədir. Bir yana baxanda, Sibir daha əvvəlki Sibir deyil. İndi Sibir insanların pənah apardığı, bir parça çörək qazanmaq üçün ümid sığınac yeridir. Uzaq şimal çöllərində yenə də bir ölüm kabusu kölgə kimi insanları addımbaaddım izləməkdədir. Bir şey var ki, bu dəfə daha heç kim nə Sibiri günahlandırır, nə də ki, göydən başına daş yağdırıb, lənətləyir. Hələ körpəlikdən atasını itirmiş Rafik iki bacının bir qardaşı idi. Anası Xuraman kənd məktəblərində müəllimə işləyirdi. Qara saçlarından dustaq olduğuna, – cavan əri vaxtsız xəstəlikdən vəfat etmiş – halal zəhməti ilə üç körpəsini böyüdüb, boya-başa çatdırmışdı. Dəyişən zəmanənin ağırlığı yaşayışını çətinliklə təmin edən, bu sadə ailənin də üzərinə çökmüşdü. - “Sovetin vaxtında verilən məvacibin bərəkəti vardı!”. Bu sözləri Xuraman hələ sonralar deyəcəkdi... Həqiqətən Sovetin qırmızı onluqlarının gəlhagəl vaxtında Xuraman hər ay aldığı maaş hesabına ürəyi istəyən kürsülü bir ev tikdirmiş, böyük qızını toy-büsatla ər evinə köçürmüşdü. Oğlu Rafikə də yaxşı bir toy çaldırıb. Gəlin gətirmişdi. İndi nəvələrinə baxdıqca, könlü açılır, ürəyi sevinclə döyünürdü. İndi evin son beşik qızı Dilarənin xeyir işi Xuramanı bərk dilxor etmişdi. Oğlan evi iki ayın tamamında toya başlayacaqlarını xəbər verdiyi gündən Xuraman ailəsində hamı əsəbi bir hall keçirirdi. Xuraman elə hey öz-özünə deyinirdi. – Ay qurbanınız olum! Vaxt var idi ki, yüz manat maaş alırdım. Həmin pulla ev də tikdirdim, iki uşağın toyunu da etdim, vallah, bir çətinliyim olmadı. Heyf deyildi, sovetin qırmızı onluqları! Pulun bərəkəti vardı. İndiki maaşla adam heç qarnını əməlli-başlı doyura bilmir, o ki qala bir işin qulpundan yapışmaq istəyəsən. Tək canıma idarə etdiyim evi, indi oğlumun köməkliyi ilə də dolandıra bilmirəm. Belə də iş olar? Dağılasan belə zəmanə! Qızın nə qədər çatışmayası cer-cehizi qalıb. Camaat arasında biabır olacayıq!” Hər dəfə Rafik anasının deyinməsini eşitdikdə, özünü günahkar sanır, dilinə gətirə bilmədiyi töhməti ürəyindən keçirərək, - Oğula bax bir! Ağlın getsin!. Bir işə yaramayan yaramazdan başqa bir şey deyiləm. – deyə, əzab çəkirdi. Dilarə də özünə görə deyildi, çox ərköyünlük edirdi. Bol cer-cehiz aparıb, tay-tuşlarından geri qalmaq istəmirdi. Ailəsinin imkanını bir o qədər nəzərə almadığından, anasının haradan olur-olsun mütləq pul tapacağını, onun mebelini də, çatışmayan məişət əşyalarını da alacağını düşünürdü. Hətta bir gün ana-bala üz-üzə dayandı və Dilarə hirsindən ayağını döşəməyə çırparaq, ürəyini tamam-kamal boşaltdı. - Ana, elə arxayın-arxayın gəzirsən ki, elə bil heç iki aydan sonra qızını yola salmayacaqsan. Sən nə fikirləşirsən? Mənə mebel alınmayacaq? - Qızım, bilmirsən ki, hələ pulumuz yoxdur? Qoy bir görək neyləyirik də?! - Toya lap az qalıb. İnnən sonra neyləyəcəksən? – deyə Dilarə ağlamsınaraq, səsini anasının üstünə qaldırdı. - Neyləməliyəm? Mebelin çatışmasa dünya qara geyinəcək? Yazıq qardaşın da fikirləşməkdən ayaq üstə üzülüb. Üzə vurmur deyə. elə bilirsən heç nə fikirləşmir? Xoşbəxtlik mebellə, bol cehizlə ölçülmür, qızım! - Sənə elə gəliir! Ucuz ətin şorbası olmaz! Hamı yığışıb, gəlinin nə gətirdikləri ilə maraqlanır, tamaşasına durur. İstəyirsən hərə bir tərəfə çəkilb, ağzını büzsün? Səndən bahalı şeylər istəmirəm ki, camaatın ağzı açıq qalsın. Heç olmasa, gözəgəlim bir-iki şey olsun də! - Ay qız, ağrım o kəslərin ürəyinə ki, sənin apardıqlarını bəyənməyəcək. Atılıb düşmə! Nəyə gücüm çatacaq onu verəcəm. Məni divara qısnama! - Elə isə, heç mənə də toy-zad lazım deyil! Xuraman çox götür-qoy etdikdən sonra, borc almaqdan başqa çarəsi qalmadığının üstündə dayandı və oğlunun evə gəlməsini gözlədi. Axşam Rafik işdən çox yorğun gəldi. Gün ərzində ora-bura vurnuxduğundan ayaqları sızıldasa da, könülsüz nahar edib, həyətdə oynayan uşaqlarına baş çəkməyə getdi. Elə bu an Xuraman tövşüyə-tövşüyə oğlunu səslədi: - Sən də evə gələn kimi küçəyə niyə qaçırsan? Gəl bir görək dərdimiz-azarımız nədir də? - Nə olub ey yenə, səsin-küyün aləmi başına alıb? – deyə Rafik geri qayıdıb, narazı halda əyləşdi. - A bala, bu toy məni lap karıxdırıb, axı. Qız təzə çıxan soyuduculardan, televizorlardan istəyir. Gör bir nə qədər alınası şey-şüy qalıb. Lap bu xırda-xuruşları qoyaq bir tərəfə. Bunu həll etmək asandır. Əsas məsələ mebeldir. Mebel alınmasa biabır olarıq. Deyirəm yəni, gəl bir oturaq, görək neyləyirik də. - Heyləyəcəksən ki, ana? Hamı bilir ki, indi çətin zamandır. Mebel olmasa da olar. Ayrı ayrılıqda divan, stol-stul, çifoner alıb, dəst şəklinə salarıq. - Düz deyirsən, bala. Mən də səninlə razıyam. Amma camaat buna nə deyər? Qızı başdan eləmiş kimi sayılacaq. Dost var, düşmən var. Nə bilirsən qız köçəndən sonra, gətirdiyi cer-cehizı başına qaxınc etməyəcəklər? Qaynanasını da tanıyırsan da! Ölkəyə qoyulası adam deyil. Qızla oğlan bir-birlərini sevməsəydilər, anası divara dırmasaydı belə, qapılarına qız verməzdim. - Ana, sən Allah bəsdir! Sən mebel dərdi çəkirsən. amma ailələr var ki, bir tikə çörək tapa bilmir. Daha insanlar sən düşündüyün kimi fikirləşmir ey. - Sənə elə gəlir, oğum. Yadındadır pullar dəyişəndə. Qonşumuz tum satan Zəhraya hamının yazığı gəlirdi. Mən onu tanıyandan həmişə ağlayıb-sızlayardı ki, dolana bilmir. Qəfldən pulların dəyişməsi söhbəti çıxanda, arvadın az qala ürəyi dayanmışdı. Dedim, - ay Zəhra, sən niyə əl-ayağa düşmüsən? Mənə nə desə yaxşıdır? – Neyləyim, otuz min manat pulum batır. Dedim, - ay arvad, bəs sən həmişə ağlayıb-sızlayırdın ki, yazıq günə qalmışam, gücnən dolanıram? Heç handa bir kişinin bu qədər pulu yoxdur! İndi ay oğul, sən nə qoyub, nə axtarırsan? Adamların yeddi dəsmal götürüb, ağladığına baxma. Xeyirdə-şərdə ortalığa elə çıxırlar ki, məəttəl qalırsan. Yaxşı, gəl sən aralığa söz salıb, məni azdırma! - Nə deyirsən, ana? Mən səni niyə azdırmalıyam ki? Demək istəyirəm ki, arzuladığın keçmiş günlər arxada qalıb. O zaman sən bir tək maaşınla ev-eşik tikdirmisən, bizi oxutdurmusan, toyumuzu eləmisən. Bu gün başqa zamanla ayaqlaşmaq lazımdır. - Yaxşı. Nə deyirəm, razıyam ayaqlaşaq. Başına dönüm, bilirəm ağır zamandır. Gəl mətləbən uzaqlaşmayaq. Sözün qısası, istəyirəm borc götürüm. Nə deyirsən? - Borc? Borcu qaytarmaq barəsində necə, fikirləşmisən? Nəynən qaytaracayıq? - Niyə fikirləşmirəm? Bir az toydan yığılar, üstəgəl mənim maaşım, sənin də əlinə düşənləri yavaş-yavaş üst-üstə qoyub qaytararıq. - Mənim qazandığımla borc qaytara bilərik? Qapılarda qəpik-quruşa fəhləlik edirəm. - Bala, buna da min şükür! Deyirəm, bəlkə, Rahilədən faizlə pul götürək? Əlimizdə olanı da üstünə qoysaq işimizə yarayar. Əvəzində üzüklərimi, sırğamı da girov qoyaram. - Ana, bir o qalıb? Rahiləni yaxşı tanıyırsan. Pulu gecikdirsən, aləmi bir-birinə qatacaq. Günümüzü qara edəcəyi bir yana qalsın, qızıllarından da əlini üzməli olacaqsan. İndi ki, bu qərara gəlmisən, daha mənimlə niyə məsləhətləşirsən? Özün bilərsən! - Başına dönüm, hirslənmə. Allahın köməkliyi ilə iki – üç aya qaytararıq. Toydan da yığılacaq, axı? - Ana, bir gör nəyə ümid edirsən? Rafik bir anlıq dərin fikrə daldı. Özündən bixəbər kədər dolu baxışlarını anasının üzünə dikdi. Xuramanın elə bil bədəni uçundu. – Qadan ürəyimə, mənə niyə elə baxdın? Darıxma, hər şey yaxşı olacaq. Onsuz da camaatın çoxu indi xeyir-şərini borcla başa vurur. Xuramanın oğlu ilə söhbətindən sonra, ürəyi nisbətən sakitləşdi. O vaxt itirmədən tələm-tələsik qonşuluqda yaşayan Rahilənin yanına getdi. Tək qalan Rafik isə oturduğu yerdən qalxmağa tələsmirdi. O, qəribə hal keçirirdi. Elə bil hansısa qüvvə onun çiynindən basaraq, qalxmasına imkan vermirdi. Sələmçi Rahiləni ətraf kəndlərdən belə çox adam tanıyırdı. O, çətinliklə üzləşmiş insanlara yüksək faizlə verdiyi pulun müqabilində xeyli varlanmış, üstəlik girov qoyulan qızılların hesabına qızıllı Rahilə ləqəbini də qazanmışdı. Rahilə sələmi verməmişdən əvvəl ziynət əşyaları, büllurdan, qızıl suyuna çəkilmiş, gümüşdən hazırlanmış bahalı qabları da
girov götürürdü. Faizlə bərabər pulu qaytara bilməyənlər isə evlərinin gözəgəlimli əşyalarından, yar-yaraqlarında tez bir zamanda məhrum olurdular. Xuraman Rahilə ilə görüşüb, hal-əhval tutduqdan sonra, gəlişinin səbəbini ona bildirərək, əl dəsmalının düyününü açıb, bir dəst üzük və brilyant sırğalarını girov əvəzi Rahiləyə uzatdı. Rahilə verdiyi pulun müqabilində alacağı girovun dəyərinin çox az olduğunu gördükdə, pulu verməkdən imtina etdi. Əlacsız qalan Xuraman min bir dil tökərək, yalvarıb-yaxardıqdan sonra, Rahiləni birtəhər razı sala bildi. O, Xuramanın boynuna dağ boyda bir minnət qoyaraq, istədiyi min dolları ona verdi. Rahilə sallanmış boyalı dodaqlarını büzüşdürərək, öz şərtlərini Xuramana bir daha xatırlatdı. - Bilirsən də Xuraman, xətrini çox istəyirəm. Amma, dediyim kimi, toydan sonra iki ayın tamamında pulumu qaytararsan. Mənim də verəcəklərim var. Özün yaxşı bilirsən ki, sənin bir dəst qızılına bu qədər pul düşmür. Amma, qonşuluq xatirinə sözünü yerə salmadım. Bilirəm ki, əlində xeyir işin var. Ona görə keçə bilmədim. Bax, bu hörmətin qarşısında elə et ki, pis vəzziyyətda qalmayaq. Aramıza narazılıq, inciklik düşməsin. Nə sən pis olasan, nə də ki mən. Pulumu faizi ilə bir yerdə vaxtında qaytaracaqsan. - Arxayın ol, Rahilə! Təki, Allah canımıza dəyməsin. Pulunu vaxtında çatdıracağam. Xuraman sevincək evə qayıtdıqda, oğlunu həyətdəki yaşıllığın üstündə oturaraq, qızlarının hərəsini bir dizinin üstündə əyləşdirib, əzizlədiyini gördü. Onların xoşbəxt gülüşünə oğrun-oğrun tamaşa edən Xuramanın ürəyi atlandı. Sevincindən nəfəsi açıldığına bərkdən dedi: - Rafiq, düzəldi! Qalx ayağa. Dükan bağlanmamış, gedək mebeli danışaq, - deyə Xuraman işi sabaha saxlamaq istəmədi. Həmin ay Xuraman qızın gəlin köçürdü. Onun qara günləri də elə toydan sonra başladı. Toyda nəzərdə tutduğu pul yığılmadığı bir yana qalsın, hələ bir əlavə xərcə də düşdü. Vəziyyətin bu şəkildə ağırlaşdığığından az qala ağlını itirən Xuramanın halı büsbütün dəyişmişdi. O, bütün ağlını işə salsa da, bir çıxış yolu tapa bilmirdi. Rafiqin əlindən hər iş gəlirdi. Bənnalıq, xarratlıq, təmir işlərinə isə meyli daha çox idi. Amma işin tərsliyindən kənddə nə bir ev tikdirən vardı, nə də təmir etdirən. Elə bil hamı bu kimi işlərini tamam-kamal gördürüb bitirib, indi də əl-ayağını uzadıb dincəlir. Rafiqin əli hər yandan üzüldüyündən, gecə-gündüz çalışaraq, kiminin bağ-bağçasını belləyir, kiminin tarlasını suvarırdı. Amma, yenə də Rahilənin min dollarını faizi ilə bərabər qaytarmağa imkanı çatmırıd. Borcun qaytarılması vədəsi gəlib yetişəndə, sələmin faizi ilə bərabər çatdırılmadığına bağrı çatlayan Rahilə onların qapısını yağır etməyə başladı. Rahilə nəfsinə hakim ola bilmədiyindən, demək olar ki, hər gün Xuramanın qapısını döyüb, onu yalançılıqda, vədinə xilaf çıxmaqda, inamsızlıqda, etibarsızlıqda töhmətləndirib, ən ağır sözlərlə təhqir edirdi. Getdikcə şiddətlənən təhqiramiz söz-söhbət axırda əməlli-başlı dava-dalaşa gətirib çıxardı. Xuramanın ürəyindən Rahilənin saçlarından yapışıb, onu düz qapılarınacan sürüyüb, içəri atmaq keçsə də, özünü saxlayırdı. Oğlu Rafiqqən keçə bilmirdı. Vəziyyətin bu cür gərgin şəkil alması,Xuramanın da, Rafiqin da hövsələsini tarıma çəkmişdi. Bir gün Rafiq həyətlərindəki qollu-budaqlı qoz ağacının altında qanıqara oturub, nə edəcəyi barəsində düşünərək, dərin fikrə dalmışdı. Borcun boyunduruğundan xilas olmaq üçün çıxış yolu axtarıb tapmaq, həlli çətin başa gələn müşkül bir işə çevrilmişdi. Birdən onun yadına Surqutda yaşayan qaynı Kazım düşdü. Elə həmin an da yerindən sıçrayıb, ona zəng çalıb, başına gələnləri danışmaq və ona kömək etməsini xahiş etmək üçün Kazımgilin evlərinə yollandı. İki gündən sonra arvadı Yetərin etirazlarına, yalvarıb-yaxarmasına baxmayaraq, Rafiq qızları və anası ilə görüşüb, Sibirə Kazımın yanına yola düşdü. Bir neçə gün əziyyət çəkdikdən sonra, Kazımın köməkliyi ilə axır ki, bir nəfər sifarişçi tapıldı və onun evinin təmir edilməsi üçün sövdələşib, razılığa gəlindi. İş tapdığına ürəkdən sevinən Rafiq, özünə bir köməkçi də tapıb tələm-tələsik işə başladı. Bir ay müddətində Rafiq gecəsini gündüzünə qataraq, evin təmirin bütün səliqə-səhmanıyla vaxtından əvvəl başa çatdırdı. Sifarişçi təmirdən məmnun qaldığına, Rafiqin əməkhaqqının artıqlaması ilə ödədi. Əlinə bir qədər artıq pul gəldiyindən Rafiq ürəyində çox razı qaldı. O, tələsik aerokassaya gedib, günü sabaha Azərbaycana uçan təyyarəyə bilet aldı və Kazımla görüşmək üçün bazara getdi. Kazım onun sabah yola düşəcəyini eşitdikdə təəssüflənsə də, sevinə-sevinə dedi: - Qardaş, düzü ürəyimdən keçir bir-iki ay da qalasan. Amma vəziyyətini başa düşdüyümdən bir söz deyə bilmirəm. Bu bir ayda şəhəri gəzməyə imkan tapmamısan. Özün də sabah gedirsən. Nə deyirsən, bəlkə gedək bir qədər fırlanaq özümüzçün? - Gedək. Mənim də ürəyimdən keçir. – deyə Rafiq işləri düzəldiyinə uşaq kimi şadlığından atılıb-düşmək istəyirdi. – Kazım, gəl əvvəlcə poçta gedək, mən evə bir zəng çalım ki, gəldiyimdən xəbərdar olsunlar. Onlar poçta gəlib, sifariş verdilər. Bir neçə dəqiqədən sonra, telefonçu qızın cingiltili səsi eşidildi: - Djelelabad! Djelalabad! Ftoraya kabina! Rafiq tələsik özünü ikinci kabinaya atdı. Anasının səsini eşitcək, çığıra-çığıra dedi: - Ana, salam! Necəsiniz? Sabaha bilet almışam, saat doqquzda uçacağam. - Anan qurban, uşaqlara deyərəm, qarşılayarlar səni. - Yox, ana! heç kimə əziyyət vermə. Özüm gələcəyəm. Sabah görüşəcəyik. Uşaqların üzündən öp. Denən atanız sabah gəlir. Sizin üçün hədiyyə alıb gətirir. Yaman darıxmışam, ana. Gəlininə də salam söylə. Öpürəm sizi! Ürəyi bir az rahatlanan Rafiq, xoş təbəssümlə Kazıma baxıb dedi: - Hə qardaş, indi mən sənin ixtiyarında. Hara deyirsən gedək. - Əvvəlcə gəl bir yerdə toqqamızın altını bərkidək. Bu yaxınlarda millətin kafesi var. Yaxşı uşaqlardı. Yerlilərimizdi. - Gəl bir dükanlara baş çəkək. Uşaqlara hədiyyə almaq istəyirəm. Rafiq yarmarkadan qızları, anası, arvadı üçün xoşuna gələn hədiyyələr seçib aldı. Bacısına da göz oxşayan çay servizi almağı unutmadı. Aldıqlarını maşına qoyub, kafeyə getdilər. Kazımla Rafiqin kafedə yeyib-içməkləri, zarafatlaşmaları uzun çəkdi. Rafiq Kazıma sükan arxasında oturduğunu tez-tez xatırladıb, az içməsini xəbardarlıq etsə də, Kazım: – Qorxusu yoxdur, qardaş, ilk dəfə deyil ki?! – deyərək, qədəhi qədəhə calayırdı. Rafiqin isə içkiyə bir o qədər meyli olmadığından, bir qədəhi üç-dörd sağlığa paylaşdırıb içirdi. Rafiq əhvalının getdikcə fənalaşdığını hiss etdiyindən, Kazıma getməyi təkid etməyə başladı. Kazım isə, – qardaş, sabah gedirsən, nə olub axı? Bir az da oturaq. Səninlə doyunca vurmaq istəyirəm. Nə bilim üzünü bir də nə vaxt görəcəyəm? - deyə, getməyə tələsmirdi.. Nədənsə Rafiqin ürəyi təlaşdan yarpaq kimi əsirdi. Canından bir üşütmə keçdiyindən, narahatçılığını gizlədə bilmədi. - Kazım, qalx gedək. Mən özümü piss hiss edirəm. Bəsdir içdin. - Mən getmək istəmirəm. Gəl burada qalaq. - Burda necə qala bilərik? Kafeni bağlamaq istəyirlər. Gecdir. - Öz uşaqlarımızdır. Bir söz deməzlər. - Yox, Kazım. Evə gedək. Sabaha yola hazırlaşmalıyam. Maşını uşaqlara tapşıraq, özümüz taksi ilə gedərik. - Heç elə şey olar? Sən narahat olma. Mənim əlimdə maşın hələ büdrəməyib. - Olsun. Amma yenə də sözümə qulaq as, maşın burda qalsa yaxşıdır. - Ə, yekə kişisən! Kişi ağciyər olmaz. Dedim maşınla gedəcəyik, demək maşınla gedəcəyik. Kazım hələ də getmək istəmədiyindən, əsəbi halda qalxıb, - Yaxşı, qalx! – deyə səndirləyə-səndirləyə Rafiqin qolundan tutaraq, onun köməkliyi ilə kafedən çıxdı. Şaxtalı hava onların qızarmış sifətlərinə elə bir sığal çəkdi ki, hər ikisinin bədəninin yanğısı bir anın içində söndü. Kazım şad bir hərəkətlə əllərini bir-birinə sürtərək, dərindən nəfəs alıb, dilləndi: – Oh, oh! Havaya bax ey! Ürəyiməcən üşütdü. Sənin necə? - Hava mənə də ləzzət verdi. Amma Kazım, gəl sözə qulaq as, tərsliyin tutmasın, maşını bir yerə çəkib, piyada gedək. - Yox! Belə havada maşın sürməyin öz ləzzəti var! İndi qardaşının məharətini görəcəksən. Getdik. Əlacsız qalan Rafiq ağır-ağır nəfəs alaraq, maşının qapısını açıb əyləşdi. Zülmət qaranlıqda Kazım buz bağlamış şossenin üzərində maşını yüksək sürətlə idarə etməyə başladı. Tez-tez: - Hər adam buzun üstündə mənim kimi maşın sürə bilməz ey. Qoçaq oğlan istəyirəm ki, mənimlə yarışa çıxsın. Hə mənim kəhər atım, irəli ha, irəli qadasın aldığım!!! Ha, ha, ha! – deyə, fərəhlə oturacaqda yerini bərkidib sürəti bir qədər də artırdı. Üzü sərtləşmiş Rafiqin isə nədənsə gözü önündə evləri, körpə qızlarının sevinc dolu gülər üzü, anasının, ürəyində böyük sevgi bəslədiyi arvadının narahat baxışları canlandı. Evə çathaçatda sonuncu küçəni də dönmək istədikdə, qəfldən Kazım idarəetməni itirdi. Maşın havada bir neçə dəfə mayallaq aşaraq, zərblə qarşıdakı işıq dirəyinə çırpıldı. Bu dəhşətli hadisə zamanı Rafiq elə yerindəcə canını tapşırdı. Kazımın isə sınmış, çiliklənmiş sür-sümüklərini həkimlər uzun müddət bir-birinə calamaqla məşğul oldular. Rafiqin qohumları Surqut-Bakı təyyarəsinin gəlişini səbrsizliklə gözləyirdi. Qeydiyyatdan sonuncu sərnişin də keçib getdikdən sonra, narahat olan qohumlar məlumat bürosuna yaxınlaşıb, Kazım adlı sərnişinin nədən gəlib çıxmaması barəsində sorğu etdilər. Sarışın saçlı qız kiməsə zəng çaldıqdan sonra, təəssüflə başını yelləyib dedi: - Darıxmayın, hazırlıq işləri gedir, bu saatlarda sizi çağırıb, təhvil verəcəklər. Rafikin əmisi oğlu həyəcan içində tələsik soruşdu: - Nəyi təhvil verəcəklər, qızım? - Bilmirsiniz? “QRUZ—200”-ü də. - Necə?! Axşama yaxın Rafiqin cənazəsi kəndə çatdırıldı. Üz-gözünü didib qana boyayan, çığırmaqdan səsi batan Xuraman oğlunun ölümündə özünü günahkar sandığına, yalnız öz başına kül ələyib, qarğış yağdırırdı. Xüsusən, ona uzadılan məktubun üstündə “1000 dollar – Kazımın anası Xuraman xanıma çatacaq” kəlmələrini oxuduqda elə bir qıyya çəkdi ki, səsi qayalara, daşlara çırpılaraq, əks-səda qopardı. Rafiqin ailəsi üçün aldığı hədiyyələr isə qana boyandığından sahiblərinə çatmadı.
Faizlə bərabər pulu qaytara bilməyənlər isə evlərinin gözəgəlimli əşyalarından, yar-yaraqlarında tez bir zamanda məhrum olurdular. Xuraman Rahilə ilə görüşüb, hal-əhval tutduqdan sonra, gəlişinin səbəbini ona bildirərək, əl dəsmalının düyününü açıb, bir dəst üzük və brilyant sırğalarını girov əvəzi Rahiləyə uzatdı. Rahilə verdiyi pulun müqabilində alacağı girovun dəyərinin çox az olduğunu gördükdə, pulu verməkdən imtina etdi. Əlacsız qalan Xuraman min bir dil tökərək, yalvarıb-yaxardıqdan sonra, Rahiləni birtəhər razı sala bildi. O, Xuramanın boynuna dağ boyda bir minnət qoyaraq, istədiyi min dolları ona verdi. Rahilə sallanmış boyalı dodaqlarını büzüşdürərək, öz şərtlərini Xuramana bir daha xatırlatdı. - Bilirsən də Xuraman, xətrini çox istəyirəm. Amma, dediyim kimi, toydan sonra iki ayın tamamında pulumu qaytararsan. Mənim də verəcəklərim var. Özün yaxşı bilirsən ki, sənin bir dəst qızılına bu qədər pul düşmür. Amma, qonşuluq xatirinə sözünü yerə salmadım. Bilirəm ki, əlində xeyir işin var. Ona görə keçə bilmədim. Bax, bu hörmətin qarşısında elə et ki, pis vəzziyyətda qalmayaq. Aramıza narazılıq, inciklik düşməsin. Nə sən pis olasan, nə də ki mən. Pulumu faizi ilə bir yerdə vaxtında qaytaracaqsan. - Arxayın ol, Rahilə! Təki, Allah canımıza dəyməsin. Pulunu vaxtında çatdıracağam. Xuraman sevincək evə qayıtdıqda, oğlunu həyətdəki yaşıllığın üstündə oturaraq, qızlarının hərəsini bir dizinin üstündə əyləşdirib, əzizlədiyini gördü. Onların xoşbəxt gülüşünə oğrun-oğrun tamaşa edən Xuramanın ürəyi atlandı. Sevincindən nəfəsi açıldığına bərkdən dedi: - Rafiq, düzəldi! Qalx ayağa. Dükan bağlanmamış, gedək mebeli danışaq, - deyə Xuraman işi sabaha saxlamaq istəmədi. Həmin ay Xuraman qızın gəlin köçürdü. Onun qara günləri də elə toydan sonra başladı. Toyda nəzərdə tutduğu pul yığılmadığı bir yana qalsın, hələ bir əlavə xərcə də düşdü. Vəziyyətin bu şəkildə ağırlaşdığığından az qala ağlını itirən Xuramanın halı büsbütün dəyişmişdi. O, bütün ağlını işə salsa da, bir çıxış yolu tapa bilmirdi. Rafiqin əlindən hər iş gəlirdi. Bənnalıq, xarratlıq, təmir işlərinə isə meyli daha çox idi. Amma işin tərsliyindən kənddə nə bir ev tikdirən vardı, nə də təmir etdirən. Elə bil hamı bu kimi işlərini tamam-kamal gördürüb bitirib, indi də əl-ayağını uzadıb dincəlir. Rafiqin əli hər yandan üzüldüyündən, gecə-gündüz çalışaraq, kiminin bağ-bağçasını belləyir, kiminin tarlasını suvarırdı. Amma, yenə də Rahilənin min dollarını faizi ilə bərabər qaytarmağa imkanı çatmırıd. Borcun qaytarılması vədəsi gəlib yetişəndə, sələmin faizi ilə bərabər çatdırılmadığına bağrı çatlayan Rahilə onların qapısını yağır etməyə başladı. Rahilə nəfsinə hakim ola bilmədiyindən, demək olar ki, hər gün Xuramanın qapısını döyüb, onu yalançılıqda, vədinə xilaf çıxmaqda, inamsızlıqda, etibarsızlıqda töhmətləndirib, ən ağır sözlərlə təhqir edirdi. Getdikcə şiddətlənən təhqiramiz söz-söhbət axırda əməlli-başlı dava-dalaşa gətirib çıxardı. Xuramanın ürəyindən Rahilənin saçlarından yapışıb, onu düz qapılarınacan sürüyüb, içəri atmaq keçsə də, özünü saxlayırdı. Oğlu Rafiqqən keçə bilmirdı. Vəziyyətin bu cür gərgin şəkil alması,Xuramanın da, Rafiqin da hövsələsini tarıma çəkmişdi. Bir gün Rafiq həyətlərindəki qollu-budaqlı qoz ağacının altında qanıqara oturub, nə edəcəyi barəsində düşünərək, dərin fikrə dalmışdı. Borcun boyunduruğundan xilas olmaq üçün çıxış yolu axtarıb tapmaq, həlli çətin başa gələn müşkül bir işə çevrilmişdi. Birdən onun yadına Surqutda yaşayan qaynı Kazım düşdü. Elə həmin an da yerindən sıçrayıb, ona zəng çalıb, başına gələnləri danışmaq və ona kömək etməsini xahiş etmək üçün Kazımgilin evlərinə yollandı. İki gündən sonra arvadı Yetərin etirazlarına, yalvarıb-yaxarmasına baxmayaraq, Rafiq qızları və anası ilə görüşüb, Sibirə Kazımın yanına yola düşdü. Bir neçə gün əziyyət çəkdikdən sonra, Kazımın köməkliyi ilə axır ki, bir nəfər sifarişçi tapıldı və onun evinin təmir edilməsi üçün sövdələşib, razılığa gəlindi. İş tapdığına ürəkdən sevinən Rafiq, özünə bir köməkçi də tapıb tələm-tələsik işə başladı. Bir ay müddətində Rafiq gecəsini gündüzünə qataraq, evin təmirin bütün səliqə-səhmanıyla vaxtından əvvəl başa çatdırdı. Sifarişçi təmirdən məmnun qaldığına, Rafiqin əməkhaqqının artıqlaması ilə ödədi. Əlinə bir qədər artıq pul gəldiyindən Rafiq ürəyində çox razı qaldı. O, tələsik aerokassaya gedib, günü sabaha Azərbaycana uçan təyyarəyə bilet aldı və Kazımla görüşmək üçün bazara getdi. Kazım onun sabah yola düşəcəyini eşitdikdə təəssüflənsə də, sevinə-sevinə dedi: - Qardaş, düzü ürəyimdən keçir bir-iki ay da qalasan. Amma vəziyyətini başa düşdüyümdən bir söz deyə bilmirəm. Bu bir ayda şəhəri gəzməyə imkan tapmamısan. Özün də sabah gedirsən. Nə deyirsən, bəlkə gedək bir qədər fırlanaq özümüzçün? - Gedək. Mənim də ürəyimdən keçir. – deyə Rafiq işləri düzəldiyinə uşaq kimi şadlığından atılıb-düşmək istəyirdi. – Kazım, gəl əvvəlcə poçta gedək, mən evə bir zəng çalım ki, gəldiyimdən xəbərdar olsunlar. Onlar poçta gəlib, sifariş verdilər. Bir neçə dəqiqədən sonra, telefonçu qızın cingiltili səsi eşidildi: - Djelelabad! Djelalabad! Ftoraya kabina! Rafiq tələsik özünü ikinci kabinaya atdı. Anasının səsini eşitcək, çığıra-çığıra dedi: - Ana, salam! Necəsiniz? Sabaha bilet almışam, saat doqquzda uçacağam. - Anan qurban, uşaqlara deyərəm, qarşılayarlar səni. - Yox, ana! heç kimə əziyyət vermə. Özüm gələcəyəm. Sabah görüşəcəyik. Uşaqların üzündən öp. Denən atanız sabah gəlir. Sizin üçün hədiyyə alıb gətirir. Yaman darıxmışam, ana. Gəlininə də salam söylə. Öpürəm sizi! Ürəyi bir az rahatlanan Rafiq, xoş təbəssümlə Kazıma baxıb dedi: - Hə qardaş, indi mən sənin ixtiyarında. Hara deyirsən gedək. - Əvvəlcə gəl bir yerdə toqqamızın altını bərkidək. Bu yaxınlarda millətin kafesi var. Yaxşı uşaqlardı. Yerlilərimizdi. - Gəl bir dükanlara baş çəkək. Uşaqlara hədiyyə almaq istəyirəm. Rafiq yarmarkadan qızları, anası, arvadı üçün xoşuna gələn hədiyyələr seçib aldı. Bacısına da göz oxşayan çay servizi almağı unutmadı. Aldıqlarını maşına qoyub, kafeyə getdilər. Kazımla Rafiqin kafedə yeyib-içməkləri, zarafatlaşmaları uzun çəkdi. Rafiq Kazıma sükan arxasında oturduğunu tez-tez xatırladıb, az içməsini xəbardarlıq etsə də, Kazım: – Qorxusu yoxdur, qardaş, ilk dəfə deyil ki?! – deyərək, qədəhi qədəhə calayırdı. Rafiqin isə içkiyə bir o qədər meyli olmadığından, bir qədəhi üç-dörd sağlığa paylaşdırıb içirdi. Rafiq əhvalının getdikcə fənalaşdığını hiss etdiyindən, Kazıma getməyi təkid etməyə başladı. Kazım isə, – qardaş, sabah gedirsən, nə olub axı? Bir az da oturaq. Səninlə doyunca vurmaq istəyirəm. Nə bilim üzünü bir də nə vaxt görəcəyəm? - deyə, getməyə tələsmirdi.. Nədənsə Rafiqin ürəyi təlaşdan yarpaq kimi əsirdi. Canından bir üşütmə keçdiyindən, narahatçılığını gizlədə bilmədi. - Kazım, qalx gedək. Mən özümü piss hiss edirəm. Bəsdir içdin. - Mən getmək istəmirəm. Gəl burada qalaq. - Burda necə qala bilərik? Kafeni bağlamaq istəyirlər. Gecdir. - Öz uşaqlarımızdır. Bir söz deməzlər. - Yox, Kazım. Evə gedək. Sabaha yola hazırlaşmalıyam. Maşını uşaqlara tapşıraq, özümüz taksi ilə gedərik. - Heç elə şey olar? Sən narahat olma. Mənim əlimdə maşın hələ büdrəməyib. - Olsun. Amma yenə də sözümə qulaq as, maşın burda qalsa yaxşıdır. - Ə, yekə kişisən! Kişi ağciyər olmaz. Dedim maşınla gedəcəyik, demək maşınla gedəcəyik. Kazım hələ də getmək istəmədiyindən, əsəbi halda qalxıb, - Yaxşı, qalx! – deyə səndirləyə-səndirləyə Rafiqin qolundan tutaraq, onun köməkliyi ilə kafedən çıxdı. Şaxtalı hava onların qızarmış sifətlərinə elə bir sığal çəkdi ki, hər ikisinin bədəninin yanğısı bir anın içində söndü. Kazım şad bir hərəkətlə əllərini bir-birinə sürtərək, dərindən nəfəs alıb, dilləndi: – Oh, oh! Havaya bax ey! Ürəyiməcən üşütdü. Sənin necə? - Hava mənə də ləzzət verdi. Amma Kazım, gəl sözə qulaq as, tərsliyin tutmasın, maşını bir yerə çəkib, piyada gedək. - Yox! Belə havada maşın sürməyin öz ləzzəti var! İndi qardaşının məharətini görəcəksən. Getdik. Əlacs
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: