Ülviyyə Məmmədova (1987) Ədəbiyyat » Müsabiqə 18 ноября 2022 "Мən bir gənc yazar kimi dünyaya ğöz açdığım gözəl Göyçayıma çox bağlıyam. Göyçaya bağlılığıma görə Abil İslam tərəfindən yaradılmış Göyçaylı yazarlar qrupuna daxil olunmuşam. Qiraət etdiyim poeziya nümunələri Azərbaycanımızın hüdudlarından kənarlarda - Ərəb əmirliklərində, Rusiyanın, Kazaxstanın, Türkiyənin, Özbəkstanın, Ukraynanın müxtəlif şəhərlərində və eləcə də, doğma Təbrizimizdə dəfələrlə səslənmiş, alqışlarla qarşılanmışdır."Bu sözlərin müəllifi, "Şair" təxəllüslü Ülviyyə Rəhim qızı Məmmədova 1987-ci ildə Göyçay rayonunda anadan olub. Göyçay Şairler Birliyinin üzvüdür. Şeirləri müxtəlif mətbuat orqanlarında, ədəbi məcmuələrdə və poeziya antalogiyalarında dərc olunub.Biz də Ülviyyə Rəhim qızına bədii yaradıcılığında və şəxsi həyatında yeni-yeni nailiyyətlər arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.Az DÜNYANə durmusan yazıq kimi Partda daha, dağıl dünya. Göster iç, çöl, her üzünü, Əsli yalan, nağıl dünya.Kimler getdi, terif dedi, Kimler getdi, arif dedi, Kimler susdu, kimler dedi? Cavan qalan ahıl dünya Dağıl daha, dağıl dünya..Aldın yetim ahını,Kasıb insan iştahını, Umudlunun sabahını Niye belesen paxıl dünya, Dağıl daha, dağıl dünya...ŞƏHIDİMHansı yaralıya kömeye qaçdın, Hansı vurulana dayaq olmağa? Niye evden çıxıb küçəyə qaçdın, Üstünə dörd yandan od yağa yağa ?!Yoxsa tablamadı köksünde ürək, Yüyürüb ananın gözündən itdin? Döyüş meydanına tələsən çiçek, Senin ne vaxdında köməyə getdin?Odlu güllelerden biri də seni, Qəfil yaxalayıb yıxdımı yere ?! O namərd gülləsi deşib sinəni Tökdümü qanını torpaq üsdüne.Qeyrətli xalqımın şəhid balası, Uyu, rahat uyu, yurdun eyilmez. Şəhidlər ucaldan qeyrət qalası Dünya qopub gelse, basıla bilmez.***Hara məni aparırsan, ay tale, Harda sona yetecǝkdir səfərim? Daş yarırsan, baş yarırsan, ay tale, Çəkə bilmir daşlı yolda keherim.Daşlı yollar adımamı yazılıb? Kəhərimin qancır olub dizləri. Sərt xendǝkler adımamı qazılıb? Ayaqlarım salar qanlı izleri...Bir çiyinə bir bu qeder ağırlıq, Çox deyilmi, çox deyilmi, ay tale? Qəm yurdunda bir bu qədər yağmurluq, Ürəyimə ox deyilmi, ay tale?!.***Şair ruhu, köməyime çat mənim, Nə muddətdir üzür meni bir fikir. O gecede ellerimden gedenim Öz özune ne deyirdi - anlat bir...Şair ruhu kömeyime yetisir, Könül duyan heqiqetmi, yuxumu?! Qelbi, köksü köz-köz olmuş söz deşir, Dile gelen yoxsa şair ruhumu?!Şair ruhu, kömeyime çat menim, Dile gelsin ruhumdakı söz menim. Qelem tutam ellerimi çöz menim, Şair ruhum kömeyime çat menim...NƏ LEZZETİ, NƏ DADI?..Uzaq sefere getdin, Uzaq səfərdən döndün., Heç kəs yola salmadı, Heç kəs qarşılamadı. Eh,belə yaşamağın, Belə ömrün heyatın Nǝ lezzeti, ne dadı?Yanmadı senden ötrü Bir kimsenin ürəyi Küreyine soykenib Arxa olmadı sene. Bir kimsenin küreyi.... İnsan,insan deyil yox, Sınıbsa qol qanadı Belə ömrün heyatın Ne lezzeti, ne dadı.?Dogmalarin yad oldu, Düşmənlərin şad oldu. Güvendiyin dünyada Beş quruşa deymeyen Bir quruca ad oldu... Neynirsen belə adı? Belə ömür sürmeyin Ne lezzeti, ne dadı?!...SEHERİMAçılmaqmı istəyirsən, ay sǝherim, Ömrün günü günortadan dönen vaxtı? Axı kimi isidəcək ateşlerim Bu qış ağzı od ocağım sönen vaxtı?!Ay sǝherim, niye bele gecikdin sen, Qara qara gecelerde yol adladim. Dünya boyu yol adladim, yol gəldim mən, Dünya boyu verilmədi qol qanadım..Ağ üzümü agardibdi üfüqləri, Bu gecikmiş gəlişinin mənası, nə? Yoxsa səpmək istəyirsən şəfəqləri Qəmə batmış bir taleyin göylerine?!Ay sǝherim bu gecikmiş gəlişinlə Nedir mene gətirdiyin bir desene ! Bəlkə, bəlkə cilvelenen gülüşünlə İstəyirsən catam axır bir ağ günə ?!İnamım yox o ağ günə, inamım yox, Mən zülmetler qucağında doğulmuşam. Qara gecem ureyime sancilan ox, Gənc taleyin ǝllerilə boğulmuşam..GECİKMİŞ YUXU...Ulduzlar menimdi mən ulduzların Bilmezsen dünyanın harasindayam Amma harda olsam bu yer üzündə Senin gözlerinin qarasindayam.Dilimin ucunda deyilmemiş sen, Dilimin ucunu yandirir adin Sənin duaların qoruyur məni Her zaman üstümdə bəyaz qanadınYene de başımda Eşq havası var Ele gözeldir ki heyran oluram.O havaya yazdım mən bu şeirimi Udum udum qüssə ilə doluram.Mən röyamı sənə göstere bilsem Özünü görersen yahu aynada. Bəlkə bir zamanlar gerçək olacaq Sənə göstərdiyim yuxu aynada. ÇOVĞUNLU BİR GÜNSilinmez yaddaşdan o çovgunlu gün, Dünyanı ag tülə bürümüşdü qar. Od tutub yanırdı qarda üz gözün, Od tutub yanırdı buz tutan yollar..Üzunde-gözundə alışan oddan, Düşmüşdü bir od da mənim canıma.Qar da ǝlenmirdi dümag buluddan, Qordu, qarışırdı həyacanıma..İlk defe gelmişdik sənlə göz gözə, Yoxsa bu görüşdən şimşək çaxmışdı? Çınqımı sıçrayıb deymişdi üzə Yoxsa üstümüzə alov axmışdı?İçimiz od dolu,çölümüzssə buz, Qalmışdıq od ilə buz arasında. Qoşa getdiyimiz qısa yolumuz, Sona yetdi qaşla göz arasında..Çıxmır neçə vaxtdı, çıxmır canımdan İstisi-soyuğu o qarın, buzun. Bir duyğu süzülüb keçir qanımdan, Davamı yoxdurmu bu yolumuzun?..ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.