Səadət Şabanqızı: "HƏCİ" (Poema)

Səadət Şabanqızı: "HƏCİ" (Poema) Ünvanlı

Ad gəzirsən?
Məkkəyə get, “həci” ol!
Qocalığın “gənci” ol.
Sövdələşmə mərci ol!
Hamıdan “birinci” ol.
Dollar verib daşları al, şeytana at,
Sonra da gəl, öz evində rahatca yat.
Məncə şeytan sən özünsən !
Yaxın qohum ac - yalavac evdə batır,
Xəstəliyi günü - gündən belə artır.
Fəryadları, ağrıları göyə qalxır.
Bəs sənin o kor gözlərin hara baxır?
Fəqət çin - çin pullarını bilməyirsən,
Harda belə tozlayasan.
Cəmdəyini sazlayasan,
Şeytanları bizləyəsən.
İblis kimi nursuz olan,
Ol üzünü camaatdan,
Bəlkə elə gizləyəsən?.

Şeytan səni yoldan edir?
Bəs vicdanın hara gedir?
Çün xislətin şeytanlıqdır!
Təfəkkürün qaranlıqdır!
Hiyləgərsən, tülkü kimi dolanırsan,
Fürsət tapıb yaxşıları ovlayırsan.
Ərəblərin daşlarını pulla alıb,
Yenidən də özlərinə tez qaytarıb,
Guya “kişi” şeytanlara, pəh, daş atıb,
Necə səni iblislərin tora salıb,
Tüm yalançı şeytanlara daş atırsan,
Olmayan ol, şərəfini də satırsan.
Bəs içinin şeytanını qovlamağı düşündünmü?
Ay yaramaz, boynu yoğun!?
Qalın olub getməyindən daşındınmı?
Yaxşı oldu, ərəblərlə aşındınmı?
Uzunqulaq, tək boynunla qaşındınmı?
Nə faydası, “ağıllanıb” qayıtmağın,
Kimə gərək qayıtmağı sən axmağın?
Bəlkə sənə “həci” deyib tez yüyürək,
Yeyib - içib sağlığına deyək - gülək?
Hərçəndi sən bacarmazsan,
Süfrə açıb, bozartmadan,
Yağ içində qızartmadan,
yedizdirib adamları,
Tox edəsən qarınların.
Çünki yoxdur verən əlin,
Olmayıb heç vaxt bir süfrən,
Necə olsun, yox təməlin.

İllərlə sən bir kasıbın daxmasında,
Bir qatığı öz başına yaxmasan da.
Qonaq oldun bir çəkinib utanmadan,
Çörəyinə ortaq oldun dayanmadan.
Bir oteldə pul xərcləmək nə idi ki,
Getməyirdin, çünki xəsisin biriydin.
Kasıb, məzlum bir insanın,
Evinə üz tuturdun hey,
Bir qarınlıq doyumla sən,
İki metrə boyunla sən,
Cəhənnəmə itməyirdin,
Bir xəcalət çəkməyirdin,
O evdə sən nə gəzirdin?

Amma sonda pullarını,
Qədrini heç bilməyənə,
İpə - sapa gəlməyənə,
hazıryeyən hərəminə saxlayırdın.
Ümidini həcc olmağa bağlayırdın.
Nə oldu ki, Məkkə yolu belə asan?!
Şeytandan nə qazanasan.
Həcc olmağın bu ağılla,
Axı de, nə verdi sənə?
Yaratmısız çirkablara bir ənənə.
Pulun çoxdu, qohumun ac,
Olmuşdular necə tarac.
Bir dəyişək tapmayırdı,
Elə yarıac olurdu,
gecəni də yatmayırdı.
Sən yaramaz görməyirdin,
Niyə də bəs heç bunları.
çünki ağıldan kəm idin,
İçməmiş belə dəm idin.
Açmayırdın əlin paylı qapıların,
Görmürdünmü yetimlərin o məzlumca baxışların?
Sezmirdin heç canlarında ağrıların?
Kəm etmirdin paylarını varlıların.
Kor gözünə görünmədi bircə kərə,
Çətinliyi o zavallı uşaqların.
Çünki çox yaramaz idin,
Özünçün ədabaz idin.
Nə bilərdin kasıbların əzabların,
Beynini məst eyləmişdi xəyalların.

Zənn etdin ki, Məkkədə sən,
Şeytana daş atacaqsan,
Əməllərin yaxşı deyə sayılacaq?
Hər kəs sənə baş əyərək bayılacaq?Həci, deyə “təzimlərə” batacaqsan?
Balıncını rahat qoyub yatacaqsan!?
Yox, “əfəndi”!
Sən şeytanın yekəsisən!
Axı hansı bir yetimin köməyisən?
Bəlkə çaşıb bir kilo ət göndərmisən?
Dərdi nədir, bircə kərə
heç demisən?
Axı söylə, sən yaramaz,
Kimə kömək eləmisən?
Etməmisən, bu bir məlum,
Çünki yeriyə bilməzsən,
İmamların yolunu sən.
Nə söyləyim, axı sən bir,
şeytanlığın simvolusan!
Yersiz gəlib hansı üzlə,
Bu yerlərə de, qonmusan?
Hələ yersiz gəlişinlə,
Başlara bəla olmusan.

Fəqət bircə manatından
heç kəçmədin,
İllərlə hey çağrılmamış qonaq oldun,
Bir pulsuzun, bir kasıbın evində sən.
Əlləri boş, cibi dolu,
gedib yatdın evində sən,
Dar elədin hey onlara yerini sən.
Utanmadan yeyib - içdin,
o kasıbın çörəyini, çayını sən.

Ay “şeytana” daşlar atan,
şeytan bəndə!
Heç yox imiş vicdan səndə!
Əməlindən utandınmı?
Bircə kərə o kasıbın işlərinə,
Yüzcə manat yatırdınmı ?
Buna lazım idi ürək,
O səndə yox!
Buna kişi olmaq gərək,
O səndə yox!
Olsa idi, əlbəttə ki, həp qalardın oteldə sən.
Boş əl ilə, dolu ciblə,
Fəqət bağlı o cib ilə,
Nə gəzirdin o kasıbın evində sən?
Axı niyə dar edirdim
Yetimlərin yerini sən?

Sən yaramaz pul yığırdın,
O hiyləğər hərəminə,
içi çürük vərəminə?
Paçka - paçka pullar atdın,
Yaramazın üstünə sən.
Bir demədi hardan aldın,
De, bu çirkli pulları sən?
Haram pulu belə yığdın,
O gicbəsər, qədirbilməz,
İnsanlıqdan anlayışı,
Heç olmayan hərəminə.
Şükür olsun, o sandığın “kərəminə”.
Yaxşı oldu, sonda səni xəcil etdi,
Arabaya möhtac qoyub, zəlil etdi.
Rüsvay oldun el içində,
Nöş qalmadın,
“həcc” olduğun o biçimdə?
Uff demədən yada möhtac, əlil etdi,
Ağıl getdi, bax beləcə, dəli etdi.
Nə zor etdi, nə zor etdi..

Bəzəyərək belə qoydu dildə səni,
Ay şeytana daşlar atan bəndə səni.
Çox çətindi indi günün bəlkə sənin.
Fəqət, ağıldan kəm adam.
Boy buxunla ölçülməyir,
Nə insanlıq, nə də ağıl.
Nə kişilik, nə də vəfa, paxıl adam!
Sənin kimi hiyləgərin sonu belə oldu etap,
Yerə dəydin yaman tirtap, mağıl adam.
Zəlil olub belə möhtac qalmalıydın,
Milyonları bir yaramaz yeyən zaman,
Düşünəydin sonunu sən.
Həcc yolunda geyən zaman,
Ol kəfəndən donunu sən.

Əzab - əziyyətlə öldün,
Pis niyyətlə ol torpağa,
İstəməyərək gömüldün.
Kim deyəcək sənə rəhmət?
Bircə kərə bir yetimə
vermədin heç
Çörəyindən bircə qismət.
Əl tutmadın kimsəsizə,
Pulu elə sevirdin sən,
Aparacaqdın guya ki,
O dünyaya özünlə sən?!
Sənə hörmət edənə də,
Sənə çörək verənə də,
Səni qonaq edənə də,
Verdinmi heç,
O pulundan bircə manat?
İndi isə get “rahat” yat.
Deməyirlər sənə rəhmət.
Çün sənin tək şeytanların,
Sonu belə olub, fəqət.
Hamı deyəcək min lənət.
Mən də deyəcəm min lənət.

“Min bir gecə” nağılları,
Oxuyurdun qırxında sən.
Ömrün bəlkə nağıl idi,
Röyalardan qalxanda sən?
Ay yekəpər, boynuyoğun,
Cüllütlərdi sağın - solun.
Bircə kərə heç demədin,
Dərd eyləyib üzülmədin.
Yaramadın sən heç kəsə,
Qulluq etdin ol iblisə.
Niyə görmədin yaxını,
İşlətmədinmi ağlını?
Paçka - paçka pullarından,
Dənəsini arasından.
Çıxarıb verəydin barı,
Əlinə baxırdı qarı..
Nə daş ürək adam idin,
Tüfeyli tək hey gəzirdin.
Pulun arvad əlindəydi,
Boş danışmaq dilindəydi.
Oğurluq pul gətirirdin,
Əfi - marə yetirirdin.
Keçməyirdi sözün sənin,
Şad etmədin heç kimsəni.

Xəstəliyin ağır oldu,
Yatağında fağır oldun.
Elə soldun bir yarpaq tək,
Pullar getdi ətək - ətək.
Xərcləmədin kimsəsizə,
Əl tutmadın bir evsizə.
Yanıq verdiz atasıza,
Qənim oldu o and sizə.
Hər kəsdən umdunuz elə,
Əl atdılar sizə helə.
Nədən qaytarmadız haqqı,
Qırdınız olan ol bağı?
Mən də halallıq vermərəm,
Gördüklərimdən dolayı.
Belə zatı qırıqlara,
Sağkən ölü varlıqlara.
Get yat qara o torpaqda,
Düşməz vaxtsız bir yarpaq da.
Səni yıxan ol Tanrıdan,
Çox günahların sarıdan.
Əfv etməsin dilədinmi,
Dinə - imana gəldinmi?
Yalandan namaz qılırdın,
Guya ki, haqq yolundaydın.
Haqqın yolu qənim olsun,
Sənin təki yaramaza,
İman deyən imansıza.
Ay yekəpər, zırpı adam,
Səndən yaxşı çırpı adam.
Son illərdə alın döydün,
O bir parça möhürə sən.
Bilirdinmi günahların,
Sonsuz olub bu dünyada.
Sənə daxma alan kəsin,
Getmədinmi heç yasına?
Nədən unutmuşdun axı,
O yox idi, bəs borcunu,
Qaytardınmı balasına?
Halallaşmaq vacibatdır,
Düşündünmü bircə kərə?
İllərlə qaldığın evi,
Kim almışdı axı sənə?

Ey insanlar, bir eşidin!
Yeməyin heç kəsin haqqın.
Sizə olursa yaxşılıq,
Unutmayın onu heç vaxt.
Hörmət edin siz şərəfin,
İnsanlığın tək adına.
Çalışın ki, fürsət düşsə,
Siz qaytarın borcunuzu.
Qaytarmasanız özünə,
Qaytarın ol övladına.
Dünya dolub hey boşalır,
Gördükləriniz azalır.
Hiylə - kələk ilə gələn,
Hiylə - kəıək ilə gedər.
Aldatmayın insanları,
Sözünüzdə dəqiq olun.
Yalan sözü danışmayın,
Haram olub çarpışmayın.
Dünya böyük bir gəmidir,
Biz insanlar sərnişini.
Bu gəmiylə gedirik hey,
Növbə ilə düşürük hey.
İnadkarlıq edirik hey,
Fəqət təslim oluruq hey.
Təslim olun haqqa, düzə,
Təslim olun hökmünüzə.
Hökmü verən tək Allahdır,
Nə gecədir, nə sabahdır.
Açılan hər bir yeni gün,
Kimisə edəcək sürgün.
Bu dünyadan o dunyaya,
Uymayın bircə fətfaya.
Allah alan cana nə söz,
Bu ağrıya - acıya döz.
“Əzrayıllıq” edənləri,
O çökdürdü dizi üstə.
Haqqa girən haqsızları,
Çaqqal kimi hırsızları.
Heç baxmadan dayağına,
Çəkdi mənşər ayağına.

16.06.2022-ci il

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SEYMUR  SÖNMƏZ (PAŞAYEV)

SEYMUR SÖNMƏZ (PAŞAYEV)

Müsabiqə
Teymur İSMAYIL (1982)

Teymur İSMAYIL (1982)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
İftixar Piriyevin ŞEİRLƏRİ...

İftixar Piriyevin ŞEİRLƏRİ...

Poeziya, Borçalı, Qaraçöp
LEYLA NƏCƏFOVA (1992)

LEYLA NƏCƏFOVA (1992)

Poeziya, Müsabiqə
AFTANDİL MİKAİLOV (01.06.1947)

AFTANDİL MİKAİLOV (01.06.1947)

Poeziya, Müsabiqə
Dilarə Süleyman Çarıqçı:

Dilarə Süleyman Çarıqçı: "Ölməmişəm, bağışla!.."

Müsabiqə
Dilarə Süleyman Zahidqızı (1982):

Dilarə Süleyman Zahidqızı (1982): "RÜBAİLƏR"

Müsabiqə, RÜBAİLƏR
Əflatun Hüseynoğlu:

Əflatun Hüseynoğlu: "SƏN BİR GÜNƏŞ OLDUN XATİRƏLƏRDƏ..." (Akademik Mədəd ...

"XXI əsrin Ziyalıları", Poeziya, Borçalı, Bolus, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Ad Günün Mübarək, Tapdıq YOLÇU!..

Ad Günün Mübarək, Tapdıq YOLÇU!..

Poeziya, Qarayazı, Təbriklər
ƏSRİN  FACİƏSİ   (Xocalı soyqrımı)

ƏSRİN FACİƏSİ (Xocalı soyqrımı)

Qarabağ
AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

AD GÜNÜN MÜBARƏK, QIZIM VƏFA!..

"SALDO", Təbriklər
Millət vəkili QƏNİRƏ PAŞAYEVA:  -

Millət vəkili QƏNİRƏ PAŞAYEVA: - "Mənim “Əsrdən uzun gün”üm…"

Milli Məclis, Publisistika
Əfrahim Hüseynli: DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI...

Əfrahim Hüseynli: DƏLİ ŞEYTAN SƏNİ YAMAN ALDATDI...

Poeziya, Müsabiqə
AD GÜNÜN MÜBARƏK, QIZIM ÖZLƏM!..

AD GÜNÜN MÜBARƏK, QIZIM ÖZLƏM!..

"SALDO", Təbriklər
Tofiq BƏXTİYAR:

Tofiq BƏXTİYAR: "Necə şəhid oldu, yolunda qurban, Odlar diyarısan, ay Azər ...

Müsabiqə, Başkeçid
XƏYALƏ YAĞIŞLI (1987)

XƏYALƏ YAĞIŞLI (1987)

Poeziya, Müsabiqə
SEYMUR SÖNMƏZ:

SEYMUR SÖNMƏZ: "BU SAXTAKAR ADAMLAR..."

Müsabiqə
İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

İFTİXAR: Süsən və Osman (2 hissəli qəhrəmanlıq dramı) 2-ci hissə.

Dramaturgiya
Qurban Təbiətoğlu (1975)

Qurban Təbiətoğlu (1975)

Müsabiqə
Çoxunu kor etdi şanın-şöhrətin...

Çoxunu kor etdi şanın-şöhrətin...

Poeziya, Borçalı, Darvaz, Təbriklər, Arxiv, Mədəd Çobanov
Rəy yazın: