ŞABAN ABDULLA (1958) Ədəbiyyat » Müsabiqə 12 августа 2022 Şaban Abdulla oğlu Daşdəmirov 1958-ci il mart ayının 3-də Balakən rayonu Hənifə kəndində anadan olub. 6 yaşında Qazma 1 saylı orta məktəbin 1-ci sinfinə gedib. Həmin məktəbin 8-ci sinfini bitirdikdən sonra təhsili Bakıda davam etdirib, Fizika-Riyaziyyat təmayülü məktəbi bitirib. Universitetin jurnalistika fakültəsinin qiyabi şöbəsinin 4-cü kursundan könüllü olaraq Ukraynaya, hərbi kafedraya göndərilib. 1 ildən sonra leytenant rüt-bəsi ilə 3 illik müqaviləylə Almanyaya hərbi xidmətə təyin edilib. 1983-cü ildə Azərbaycana qayıtdıqdan sonra Bakı idman təmayüllü orta məktəbdə hərbi müəllim işləyib, 1987-ci ildən Bakı Elmi pedoqoji kitabxanada Tamella xanımın rəhbərliyi ilə direktor müavini işləyib. 1990-cı il 20 Yanvardan sonra Azərbaycanda yaranan milli ordunun ilk zabitlərindən biri olub. Kapitan rütbəsi ilə Tacəddin Mehdiyevin uğursuz ''Daşaltı'' əməliyyatından sağ çıxan bir neçə zabitdən biridir. Sonra general Zaur Rzayevin komandanlığı ilə şərəfli döyüş yolu keçib, Ağdərə istiqamətində ''Sərsənk su anbarı'' , ''Umudlu'' , ''Zəylik'', ''Haterk'' (indiki Həsənis kəndi), ''Verxni Aratok'' ,''Çıldıran'', Kəlbəcər istiqamətində ''Çələkdar'', ''Ağdaban'', ''Narışdar'' kəndlərində, Laçın istiqamətində ''Ərikli'', ''Pircahan'', ''Haqnəzər yüksəkliyi'', ''Seyidlər'', ''Mirlər'' kəndləri uğrunda döyüşlərdə iştirak edib. 1992-ci ildə Laçında sağ ayağımdan qəlpə yarası alıb, Bakıda Qospitalda 2 ay müalicədən sonra, geri Laçına döyüş mövqeyinə qayıdıbr. 1996-cı ildə ordudan mayor rütbəsi ilə təxris olub. Ali Baş komandanımız İlham Əliyev sərəncamı ilə 2021-ci ilin av-qustunda ''Böyük Zəfər'' xatirə medalı ilə, noyabr ayında isə ''Milli ordu - 100'' medalı ilə təltif olunub.Hazırda Balakən rayonunda yaşayır. Evlidir, 4 övladı, 8 nəvəsi var.Xocalı soyqrımını dünyaya tanıtma cəmiyyətinin region üzrə (Qax, Zaqatala, Balakən) sədr müavini və ATXQ İB-nin Balakən rayon üzrə sədridir.O, həm də gənclik illərindən şeirlər yazır.Biz də aşağıda Şaban müəllimin bir neçə şeirini dərc edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq! ZiM.Az İstəyirəmDüşüb dumana-çiskinə,Yol, cığırda itəsiyəm.Düşüb “cicirtkan” ləkinəArasında bitəsiyəm.Kəsilib anamın laylasıBoşalıb çörək təknəsi,Sıxır məni dağ havasıQəm yasında itəsiyəm.Çəkmə məni imtahanaSəfərindi İsfahana,Mən ögeyem bu cahana,Bu məkandan köçəsiyəm.Daşdı yolum, ayaq yalın,Düşüb yola haqq-malım,Yana-yana baxıb qalın,Lap canımdan keçəsiyəm,Yol-cığırda itəsiyəm.Küsüb gedəsiyəm, mən səndən, dünyaBilirəm səninlə dəyəcək aramKüsüb gedəcəyəm mən səndən, dünya.Sükutla yaşayan ömürdə varamDaha nə istəyim mən səndən, dünya.Qlaq-qalaq kağız kimə lazımdır?Sözlər kəlmə olur, kəlmələr nağılBəs bizsiz dünyamız kimə lazımdır?Küsüb gedəsiyəm mən səndən, dünya.Baxıb utanıram hərdən boyumdan,Kim söhbət açacaq mənə toyumdanÖlüm səndən əvvəl, yoxsa sən ondan,Küsüb gedəsiyəm mən səndən, dünya.Hələ yaşayıram sənə qonağamDemirəm günahkar nə üzü ağam,Bir də görəcəksən səndən uzağam,Küsüb gedəsiyəm mən səndən dünya.Xatirə qalcaq baş daşım yalqız,Üstündə yazılar gənc yaşım yalqız,Səninlə, ay dünya-savaşsam yalqız,Küsüb gedəsiyəm mən səndən dünya.Umma ümid qoradanÖzüm mənəm, yedəyimdə el yüküBir boydadır boynumuzda ağrıdan.Tutub yolu, cığırları çən, bürküNecə dönüm mən bu yolu yarıdan.İstəmişəm izim qalsın iz olsunÜrəklərdə sözüm qalsın söz olsunNamərd əldə şər durulsun düz olsun,Qismətimi versin ulu yaradan.Buyruğuna qul olmuşuq TanrınınƏzabında yorulmuşuq TanrınınYer-göyü oda salmış Tanrının,Üzüm umur yazıq qulu qaradan.Tala yeri, şum elədim bağ əkdimÖz şumuma tum əvəzi tağ əkdimYazılacaq hər mövzuda gərəkdim,Qurumuşdum oldum sulu sonradan.Özüm mənəm, yedəyimdə el yüküNecə gördüm sağı-solu ağrıdan,Tutub yolu, cığırımı çən, bürkü,Necə dönüm mən bu yolu yarıdan.Mənə inam verinİtib ürəklərdən inam haçandı,Mən inam gəzirəm suya, havaya.İnam yox günəşdə, yoröun oyandıMən inam verərdim günəşə-aya.Təmiz inam gərək saf ürəklərdəTəbiət özünə inan kimi.Bu inam əsməsin əsən yellərdəİnansın özünə inanan kimi.Mənə inam verin oxşasın mənəHər tərli çiçəyə inanan olsun.Mən inam gəzirəm qoşum şeiriməQurana, çörəyə inanan olsun.İtib ürəklərdən inam haçandı,Mən inam gəzirəm suya, havaya.İnam yox günəşdə, yoröun oyandıMən inam verərdim günəşə-aya. Mən olaramKövrəlsə səsin avazı,Dinməsə aşığın sazı,Qış boran olarsa yazı,Bir ürək qalar narazı,O ürəkdə mən olaram.İstərsə din, iman, məsləkDost-dosta gələcək kələkİstəsən buludu enməkQovar buludları küləkO külək də mən olaram.Taftalasa haqqı nadanGərək çıxasan dünyadanHaram çıxasan dünyadanHaram yoğrulan mayadanÇıxa bilsən tez aradanBil orada mən olaram.Od olsa qaynayar qazanUzaq gedər doğru yazanÇoxalıbdır yolun azanBilək olsa şəri pozanO bilək də mən olaram.İndi yaşa görüm necə yaşayırsan ?Əl-əldən üzülüb, ümüd arzudanKüsülü dolanır qoyun quzudanBezmişəm ağrılı yazı-pozudanİndi yaşa görüm necə yaşayırsan?Düşünürəm haqq izə yaman yaqlıyırGüclü gücsüzləri lap ayaqlayırŞair vətən üçün yanır, ağlayırİndi yaşa görüm necə yaşayırsan?Çoxalıb dilindən pay uman, Allah!Tanrının yolundan çıxıblar, Allah!Tutan yox kasıbın əlindən, Allah!İndi yaşa görüm necə yaşayırsan?Ədalət əmrinə tamarzı ömürYox olur mərd, mərdanə gözlərim görmürDüşür kitabəma kəlmələr kömürİndi yaşa görüm necə yaşayırsan?Əl-əldən üzülüb, ümüd arzudanKüsülü dolanır qoyun quzudanBezmişəm ağrılı yazı-pozudanİndi yaşa görüm necə yaşayırsan?KeçməliyəmQarlı uca zirvələrinZirvəsindən keçməliyəm.Sərin sulu bulaqlarınSaf suyundan içməliyəm.Udam dolu yağışlarıKeçəm gərək yarışlarıTopa-topa buludlarıHəvəsindən kəsməliyəm.Cığırları tutar izimOda dönər gülüm gözümÜstələr əyrini düzümÖz dizimdən öpəsiyəm.Yolum zirvə sorağıdırBaşı qarlı el dağıdırBu istəyin marağıdırZirvələrdən keçəsiyəm.Yora bilməz qorxu məniBelə yolun çoxu məniTutsa yolda yuxu məniÖz gözümdən keçəsiyəm.Zirvələrin qartlıyamUcalıqda olasıyamZivə harda oralıyamZirvələrdən keçəsiyəm.Deyirdim əlimə alaram səniDeyirdim əlimə alaram səni,Sən mənim gözümün yaşısan, qələm.Mən gəldi gedərəm, kəlməm əbədiKəlmə kitabımda yaşa sən, qələm.Mənə xatirədir barmaq qabarıSənin varlığına toxunur əlim.Ümüd, arzuları sən yaşat barı,Tale ağacında sönür əməlim.Mən kiməm hökm edim-sənə ay qələmBaş barmaq belimi əyər, sındırar.Elə yalvarırsan mənə, ay qələmDilimdə kılmələr cərgəyə durar.Küsülü qlmağıma səbə nədir kiBu qələm mənimdir özüm bilirəm.Səndən gileylənir sözlər dünənkiNəğmə beşiyimi özüm bilirəm.Deyirdim əlimə alaram səniQısqanclıq məni də yoldan elədi.Qorxuram bir daha tapmaram səniHəsrətin sağımı soldan elədi.Səndən küsülüdür qabarlı barmaqÜstündən qəm yolu kəçməyin nədir?!Düşərəm şaxtaya, buza donaramKefimdən “şıdırğı”gedərənm onda.Ya sənin əlində yenib yanaramOdlu atəşini görərəm onda.Deyirdim əlimə alaram səniSən mənim gözümün yaşısan, qələm.Mən gəldi gedərəm, kəlməm əbədi,Kəlmə kitabımda yaşa sən, qələm.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.