QAZAX ALI (1948) Müsabiqə, Qaraçöp 10 июня 2022 Qazax Alı (Alı Abdullayev) - 1948-ci il sentyabrın 15-də qədim Qaraçöp mahalında, indiki Gürcüstan Respublikasının Saqareco rayonundakı Ləmbəli kəndində müəllim ailəsində anadan olub. Orta məktəbi 5-ci sinfə qədər doğulduğu kənddə oxuyub, sonra Azərbaycanın Qazax bölgəsində təhsilini davam etdirib. Orta məktəbi bitirdikdən sonra 1968-1972-ci illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsində ali təhsil alıb. Təyinatla bir il Balakən rayonunda işləyib, sonra əsgəri xidmət borcunu yerinə yetirib.1974-cü ildən öz doğma Ləmbəli kəndində, eləcə də qonşu Yor-Muğanlı kənd məktəbində ixtisası üzrə müəllim işləyib. 2020-cu ildən təqaüddədir.Alı Abdullayev həm də pozeziya vurğunudur. Gənclik illərindən özü də "Qazax Alı" təxəllüsü ilə şeirlər yazır. Şeirləri müxtəlif ədəbi məcmuələrdə və mətbuat orqanlarında dərc olunub. Biz də Alı müəllimə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik!...ZiM.AzAy ATAZaman durmaz, fərmanımı gətiribGedər-gəlməz öz yoluna götürüb,Ömür adlı dastanımı bitirib,Qara çox az, çallanıram, ay ata!Sən gedəli yetimliyə bələndimAta-deyib, qapı-qapı "diləndim",Yerişim də çox dəyişdi, ələndim,Öz izinlə sallanıram, ay ata!Dünyam ilə dayanmışam baş-başaƏcəl baxmz nə saqqala, nə yaşa,Xeyri nədir, nə yazsalar baş daşa,Uduzuram, allanıram, ay ata!Halal yedim, haram hələ görmədim,Şərəfinə ləkə belə sürmədim,Haqq ilə nahaqqı qatıb, vermədim,Təmiz adla ballanıram, ay ata!OĞLUMA NƏSİHƏTKeçmiş - xatirədir, gələçək – ümid,Yaşa, ümidini itirməyəsən.Ürəyi sevidən doldurar igid,Aci söz dilinə gətirməyəsən!Gün gələr batarsan kədərə, qəməVerən o allahdi, üstünəm deməÇaliş ömrü boyu qul haqqi yeməGünahi babali götürməyəsən!Qilincdan itidir, söz könül qirarEtdiyin, tutduğun önündə durarƏsəblə qalxan, peşiman oturarSözünə sərhəd qoy, ötürməyəsən!Milyon da qazansan güvənmə varaKarin qulaği ol, yol elə koraQazax ali, diqqət elə soy araQanqalı gül bilib, bitirməyəsən !ŞAİR OLMAQ İSTƏRSƏNMİŞair olmaq istərsənmi,Dərd insanı şair yapar.Xəyalında itənləri,Şair qələmində tapar!Sevgi olsa, yazacaqsanŞükür deyi b, taleyinəİstəsən ki, yozscaqsanÜrək sözə baxmaz yenə!Hər yazanı şair bilməÖzü kimi görünəcək!Yazanların sırasındaİlan kimi sürünəcək!Fələk yazdığını silmirŞairlik verilibsə, sənə!Elə bilirsən, heç kim bilmirQazax alı, dur, yaz yenə!YORULDUMFərqi nə, innən beləƏsəbləşim, qızım da!Mənim adım - oğlunda,Sənin adın - qızımda!Admı çəkib, bilmirəmQızım, sənsən - özündü!“oğlum, sənə oxşayır"Bu da, sənin sözündü!İstisinə isinmədimTüstüsünə kpr oldum!Ah! Yadigar şəklinəBaxa-baxa yoruldum!YAZ HƏKİMMəni doydurmadı nə ay, nə də ilDərdim, söylənəsi bir nağıl, bilDioqnoz yazanda kağıza deyilSevə-sevə öldü, daşa yaz həkim!Ürək manqal kimi yanır, közü varMəqsədi, məramı şirin sözü varİti qələmi var, görən gözü varHəyat çox gözəldi-yaşa, yaz həkim!Sevdalılar bilər, nə bilər nadanEşqim azalmadı, bir saat, bir anNə muraz varıydı, aldım dünyadaSevdim və sevildim qoşa yaz, həkim!Mənim “dasdanımı” yazsan onda bilQAZAX ALI, deyər işim nə müşgül!?Fərhad-öz qatili, Kərəm-oldu külMəcnundan yuxarı, başa yaz, həkim!AY HAYIF-HAYIFKamalın, camalın yerli yerindəBəxtin ki, yoxuymuş, ay hayıf-hayıf !Gözünə baxıram, dərdi dərindəDüşmənin çoxuymuş, ay hayıf-hayıf!Sənə gedən yolu itirdim, azdımMən öz taleyimə qəbirmi qazdım?Dərmanı dərdinə nə fayda yazdımAyıldım yuxuymuş, ay hayıf- hayıf!Qazax Alı, hayıf canını üzdünXoş günü axtardın, ipə də düzdünKeçən günlərini ələdin süzdünAmanmış, ahıymış, ay hayıf-hayıf!A B O R Ç A L I(Müşfiq Borçalı qardaşımahəsr edirəm)Gülləri dər, əzmə ancaqKüsər səndən a Borçalı!Gülün, gülə yaraşacaqŞələ gendən, a Borçalı!Yay giribdi od tökülürCavanlar gülümə gülür!Ayaq getmir, bel bükülürKüsüb məndən, a Borçalı!Dağlarımız gül-çiçəkdiQızları ondan göyçəkdiQazax Alı gör nə çəkdiSaç da dəndən, a Borçalı !P.S.: Əziz Müşfiq qardaşım, gözəl eloğlu, var olun. Ürəyim atdandı keçən günlərim yadıma düşdü, üzbəüz tanış olmasaq da uzaqdan tanıyıram sizi. Sizə can sağlığı və uzun ömür arzu edirəm. Məncə şeirə görə küsməzsiniz, bədahətən gəldi. 04.06.2022ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.