MİRƏLİ ABBAS (1950) Ədəbiyyat » Müsabiqə 17 мая 2022 Mirəli Abbas - 1950-ci il iyulun 2-də Ağsu rayonunun Şahbəyli kəndində dünyaya göz açmışdır. Tam orta təhsillidir. Şair öz bacarığı nəticəsində hərbi sirlərə, astromik elmlərə, Quranı-Kərimə, islamşünaslıq elminə, əxlaqi-nasirə yiyələnmişdir.Uzun müddət Neft daşlarında, sonra DİN-nin orqanlarında və Ağsu rayonda Su-meliorasiya idarəsində çalışmışdır. Hazırda təqaüdçüdür. 6 kitab müəllifidir. AYB-nin və AJB-nin üzvüdür"Qızıl qələm" və "Atatürk" diplomu mükafatları laureatıdır. Mirəli Abbas müdrik kəlamlar və gözəl qəzəllər müəllifi kimi tanınır. Biz də Mirəlli Abbasa yeni-yeni uğurlar arzulayırıq, aşağıda onun müdrik kəlamlarından və qəzəllərindən bir neçəsini dəyərli oxucularımıza təqdim edirik!..Məlahət SAHİBQIZI,"Borçalı" nəşriyyatının redaktoru,AYB-nin və AJB-nin üzvü,"Abdulla Şaiq", “Xan qızı Natəvan”, "Zirvə" və "Qızıl qələm" mükafatları laureatıZiM.AzMÜDRİK KƏLAMLAR1. Allahı zikr edən, bütün varlığın zikr edir. 2. Böyüyə hörmət edən övlad öz hörmətini saxlayır.3. Zəhmətkeş dünyanı gözəlləşdirir. 4. Dostluğun gözəlliyi gülər üzdə, sözünə sadiqli olmasındadır. 5. İnsanın şərəfi elmindədir, sağlamlığı ata anasında.6. Qapılar gəzən (qadından) ailə olmaz.7. Falçı gəzən qadın şeytanın bacısıdır.8. Tərbiyənin sahibi övladın anasıdır. 9. Suların duruluğu qadın ləyaqətinə bərabərdir. 10. Günəş nuru ilə, qadın həyası birdir.11. Sağlam ölkə böyük alim yetişdirər. 12. Ağlamaq acizlik, yalvarmaq təslim olmaqdır. 13. Yaxşı adam səxavətdən tanınar. İbadət Allahın birliyidir. 14. Alimin böyüklüyü müqəddəs anna obrazına bərabərdir. 15. Sədaqətli adam Tanrı Məktəbindən tərbiyə alıb. 16. Böyük şəhərin geniş yolu olar qonaqlı süfrəsi. 17. Körpüsü bağlı ölkənin torpağın bölüblər. 18. Çox millətli dövlətin dini İslam olsa yaxşıdır. 19. Xəstə şəfa diləməsə, sağalmaz. 20. Qonşun da əsəbi çıxsa, köç, yada sağalt.21. Dilinlə başını qoru, sonra özgəni. 22. Çalış qumara girmə, həyatını uduzarsan. 23. Lovğalanma, torpaq səni havayı alacaq. 24. Gözəl qızı, aldadan elin oğlu deyil, qeyrəti zəifdi. 25. Qumara girmə nə qədər ki, ağlın var. 26. Torpaq da düşməndən qorxur yiyəsi olmayanda. 27. Çay yatağın dəyişibsə, ölkə fəlakət görüb. 28. Günəş doğanda günəbaxan da günəşə baxar. 29. Elini qoyub çox uzağa getmə, qərib olarsan. 30. Qız sevdiyi oğlanı sevirsə, uzağa elə köçə bilər. 31. Zər, daş-qaş, torpaqdan olur, qiymətli vətəndir. 32. Səni sevməyən gözəll söhbət olmaz el içində söhbət olarsan. 33. Yaxşı adam yaxşılığı yaxşıdan götürüb.34. Ata-ana tərbiyəsi Tanrı elminə bərabərdir. 35. Rəhbərin böyüklüyü ölkənin abadlığındandır. 36. Nəfsi çox olan, oğru olar, ya da dilənçi. 37. Varı haramla yığan, canını saxlaya bilməz. 38. Qız övladına tərbiyə verən ana elin anasıdır. 39. Ağıllı gəlini olan ailə nəsili bəxtəvər edər. 40. Həyalı insan elin qeyrətidir. 41. Ağaran saçın dərdini özündən soruş. 42. Geyimini tez-tez dəyişən qadın kimisə aldadacaq. 43. Boş danışıb, boş gülən insanı meşəyə qaban ovuna aparma. 44. Dost olmamış dostluğun qaydasın öyrən. 45. Səfehə çox söz demə, başın bəla çəkər. 46. Sənə yalvarmayan xəstəyə kömək etmə. 47. Tanrını günahkar edən dünyanı bəlaya salar. 48. Dəli elə bilər aləmə əqili o, verir. 49. Öz sözünə özü gülürsə, dəlidən fərqi yoxdu.50. Qocalanda nəfsi azalıbsa, cənnətə gedəcək. 51. Alim səni tərifləyirsə, səndən insan olacaq. 52. Dünyada ən çətin nədir? Məncə qanmazı başa salmaq. 53. Ən asan nədir? Sadə insanla yola getmək. 54. Yalvarın ki, Tanrıya falçı ilə mollaya işiniz düşməsin. 55. Günəş nurdu, torpaq məhəbbət. 56. Çox ağac əkən cənnətə gedər. 57. Suda batan tövbə eyləməz. 58. Uşaq böyüyü aldadırsa, o el dağılacaq.59. Yalan danışan qadının uşağı cibgir olar. 60. Hündür dağ qarınrdan bilinər. 61. Cibinə görə dost olan gec-tez səni öldürəcək. 62. Düşmən qohumsa, çox təhlükəlidir. 63. Qaçqının qəlbinə dəymə, dərdi özünə bəsdi. 64. Kasıbın xasiyyəti yalvarmaq olar. 65. Arvad sözünə baxmırsa, sən də arvadın sözünə baxma. 66. Həvəssiz insan yaşamaz. 67. Süpürgəçi torpaqdan hayıfın çıxıb. 68. Düşmənlə barışmaq təslim olmaqdır. 69. Hündür ağaca çıxan ölüm axtarır. 70. Dəli dəliliyin bilsə, özün ağıllı aparar. 71. Çörək ağacın itirən çox ağlar. 72. Savadsız mola təzə risalə yazar. 73. Bəzi adam kişiliyi papaqda görür. 74. Görərsən ən qiymətli, ağılın səbri. 75. Bir Allah bəsimizdir, deyir dost olun. 76. Falçı ilə gəzən əvvəl sevinər, sonra peşman olar. 77. El ağsaqqalın el göstərər, özü yox. 78. Yazıçını sevirlərsə, elin oğludur. 79. Xəyal dünyası fəth edilmir. 80. Peyğəmbərin gücün Allah bilir, özü yox.81. Ağıllı adam günahkardan küsməz. 82. Bölgüdə küsmə, payını götür. 83. Axmağa yalvarmaqla iş düzəlməz. 84. Yad yerdə çox danışma. 85. Güvənəndə Allaha güvən, özünə yox. 86. Haqsız adamın yolunu çəksən bilməz. 87. Düşməni dost tutma.88. Bir məclisdə kar da var, kor da var, ora getmə. 89. Özünü tərifləyən adamdan uzaq ol. 90. Yaltaq adam atasını da pisləyər. 91. Bəzən ağlamaq Allaha yalvarmaqdı. 92. Qadın ərinə sədaqətlisə, gözəldi. 93. Saçlı qadınlar yerin mələyidi. 94. Əsir düşən mələyi incitmə. 95. Heyvana verilən zülm daha günahdı. 96. Qarışqanın da naləsi var, Allah eşidər. 97. Gözəlliyi verən Allahdı, ləkə salan insan. 98. Atılan daş bəlasız keçibsə, yaxşıdır. 99. Ara qarışdıran kim olsa, qüvvətlidir.100.Görmədiyin danışan millətin düşmənidir.101.Şeytandan qorxma, paxıldan qorx. 102.Dininə inandığın insanın əməlindən xəbərin yoxsa, vay halına. 103.Araqarışdıran, düşməndən betərdi. 104.Körpəsin satan ana bizim millətdən deyil. 105. Övladını atan ananın ləkəsi özündən böyükdü. 106. Çöryi müqəddəs bilən, çörək tapar. 107. Kimin evinə söz-söhbət düşürsə, qapısına paxıl adam gəlir. 108. Tilovla tutulan balıq qismətdi. 109. Cələ ilə edilən ov halaldı. 110. Səfeh adamın tərəfini saxlama, qohum da olsa. 111. Dost səni saymırsa, ondan uzaq ol. 112. Bir acı dil yeddi başa bəladı. 113. Siqaret çəkənin qanı acı olar. 114. Karın dərdi az olur. 115. Yaxşı adama el yaxşı olar. 116. Halallığı da Tanrıdan istə. 117. Paxıllıq çoxaslıbsa, fəlakət sovuşsa yaxşıdı.118. Dyünyada ən gözəl kimdi? Səbirli qadın. 119. Uşaq yalana öyrənibsə, günah anadadır.120. Ağlayanda elə əğla ki, gülən olmasın.121. Yaxşı adam elini sevər.122. Şeytan gözə görünmürsə, demək yoxdu. 123. Hər el öz gözəlin təriflər. 124. Ağlaya-ağlaya yalvarmaq dilənçi sifətidir. 125. Şəhər gözəlsə, memarı gözəldi.126. Vəzifə tut, stulu qoruma, eli qoru. 127. Tüfənglə ov edənin insafı olmaz. 128. Karbitlə balıq ovlayanın çayı boş qalar. 129. Dəlinin ağlı olsa, yaxşıdı xəcalət çəkmərik. 130. Şair ən çox gözəlliyi, paklığı sevməlidir. 131. Geyim də insanın bir gözəlliyidi. 132. Elini sevən millətin də gözəlidi. 133. Öz yalanından utanan müsəlmandı. 134. Tərbiyədən böyük məktəb yoxdu. 135. Uzaq elə gedəndə vətənin gözəlliyindən danış. 136. Arada pisi də təriflə, bəlkə düzəldi. 137. El istəsə, dünya düzələr. 138. Allahın nuru, insnaların gözəlliyidi. 139. Bir düz söz yüz yalandan yaxşıdı. 140. Yerin dərdi göylərdən çoxdu. 141. Tanrı yaratdığın sevər, üz çevirməz.142. Tanrıya şükür etmək razılıq əlamətidir. 143. Oğlun ədəbli olsa, səni yaşadar. 144. Halal, haramdan tez tanınır. 145. Dünyadan gedəndə hamıya xoşbəxtlik dilə, sənə cənnət dilərlər. 146. Qocalanda cavanlığını axtarsan, gülərlər. 147. Ağlayan adamın istədiyi şirindir. 148. Müğənninin sevdiyi öz mahnısıdır. 149. Dəlilər, dəliyə ağıllı deyər. 150. Məhəmməd Peyğəmbər güclüdü, «Quran»ı var.151. Yüksək dağın altı sərvətdi. 152. Çökmüş yer bataqlıq olar. 153. Anasız uşaq özünə ana axtarar.154. Çay daşanda özündən xəbəri yoxdu.155. Hər gün musiqi dinləmək sağlam cənnətdi. 156. Çox danışmaq olar, qeybət olmaz. 157. Dişi sağlamsa, o adamda əsəb yoxdu. 158. Elə kömək edən Allahın dostudu. 159. Xain adam şeytan axtarar. 160. Qadının yüz gözəlliyi var, vacibi əxlaqdı. 161. Ağlayandan sonra gülmək, xəstəlik əlamətidir. 162. Ağıllı həkim hamını sağlam istər. 163. Düz adamdan inciyən xaindir. 164. Şairə kömək edən Allahdı. 165. İş bliməyən Allaha çox yalvarar. 166. Sağlam adamın qəlbi təmizdi.167. Torpaqdan qiymətli sərvəət yoxdu.168. Elin birliyi azadlıq deməkdi.169. Falçısı çox olan el düzəlməz.170. Başını gözlə, taleyin gözəl olar.171. Qocalıq dərd çoxaldır.172. Şairin sərvəti vətəndi.173. Oğru utanmırsa, ona sən baxma.174. Dəyirmanın dərdi dəndi.175. Çay balığı dənizin deyil.176. Məhəbbət dəlisi ölümdən qorxmaz.177. Vətəndən çıxdın qəribsən.178. Səhvindən utanmayan Allahdan utanmaz.179. Biliyin açarı öyrədəndədi. 180. Ağlayanın dərdi var, yalvaranın ehtiyacı. 181. Göydən gələn nur yerin bərəkətinə bərabərdi. 182. Dəli özünü qoruyar, ağıllı elini.183. Dağın hündürlüyünü dərədən ölçmə, dənizdən ölç.184. Qaçqına, köçkünə kömək ol, Allah pənahındadı.185. Qiybət olan eldə gözəllik olmaz.186. Bir yalanan bəlasın bir el çəkər.187. Yayın qədrin qışda bilərsən.188. Ana vətən gözəldi, axmağı olmaya.189. Yazanda düz yaz, başın ağrımasın.190. Şeytanın balası cin olacaq.191. Dəliyə ağıllı de, bəlkə düzəldi.192. Dəli adam kordan pisdir.193. Kar başa düşdü, işin düzələcək.194. Xeyrin bilməyən kasıb olar.195. Gözəl dağ elin cənnətidi.196. Qayğısız var-dövlət olmaz.197. Ağıllıdırsa, Allahını tanıyır.198. Atasını sevən oğlan nəsilin tanıdır.199. Allaha yalvaranda düzlüyə yaylvar.200. Ata varın əsəil oğlu dağıtmaz.201. Əl tutmaq Allah köməkçisidi. 202. Əməlini paklığa, düzlüyə yönəlt.201. Səbirli adam taleinin xoşbəxtidi.202. Alçaq dağın qarı yox olar.203. Gözün qonşuda qalmasın, el sən pis baxar.204. Dəli dərdini çəkməz.205. Dünyada ən gözəl, şirin vətəndi.206. Çaqqalsız meşə tülküyə xoş gələr. 207. Dəyərli insan elin sevimlisidi.208. Dəliyə dəli demə, savaşarsan. 209. Başını uca tut, qəddin əyilməsin. 210. Səxavətli olmaq mərdliyin nümunəsidi. 211. Xəsisə bəla nəfsindən olar. 212. Öz dayını istə, özgə dayı səni bəyənməz. 213. Bakını gözəl edən onun memarıdı. 214. Sərvəti olan ölkə dünyaya tanınar. 215. Ordusuz millət, caynağsız qartaldı. 216. Oğul məndən böyükdü səngər dalında. 217. Oğul, vətən əmanəti ha…218. Tarix dilimiz yaranandan başlayır. 219. Dünya qiyamət istəməz faşist olmasa. 220. Ziyarətgah müqəddəs yerə deyilir. 221. Yalançısı olan el yaxşı yaşaya bilməz.222. Lovğalıqdan eynək vuran ən xəstə adamdı. 223. Qalustuk rusun xaltasıdı, atestliyi tanımaq üçün.224. Zərdüştlük din deyil, inancdır.225. Elin ağsaqqalı falçısa, düşmən o eli dağıda bilər.226. «Quran»dan dəyərli başqa kitab yoxdur. 227. İslamda əxlaqi-nasirə Qurani Kərimi bilməyən İslam deyil.228. İslam dinində falçılıq, sehirbazlıq qadağadı.229. Gözü zəif adamların bəsirə gözü açıqca görür228. Ən ali məktəb ana tərbiyəsidir, qəbir evinə qədər onu aparır. 229. İgidlik, qəhrəmanlıq ata üslubundan keçir.230. Yalanı yayan, öyrədən sehirbazlardı, millətin düşmənidi. 231. Nurçular qədimdən bu günə qədər Günəşə inanırlar. Bu adamlar Allahın birliyinə inanmırlar. 232. Paxılın anası paxıldır, hər sifəti ola bilər. 233. Öz millətini, dinini, dilini qorumaq dövləti, sərvəti, qeyrəti qorumaqdı. 234. Millətin qeyrəti onun sərvətidir. 235. Bayraq bizim tarixi, söykökü göstərir. 236. Gerb milyon il əvvəlki atributumuzdu. Bu yəhudilikdən irəli başlayıb. 237. Dəlinin yeri başda düşübsə, ağıllı görən harada oturacaq. 238. Hər elimin, hər fəndin, bütün sahənin müəllimi var. 239. Qurumuş ağac möhkəm olar. 240. Hər sözü daşa yazma, tarix olar. 241. Dünyanın gözəlliyi tarixi sirrindədir. 242. Lovğa adamdan kənar ol. 243. Bəşəri varlığı yaşadan torpaqdı. 244. Korrupsiyaya qapananların anası məsuliyyət daşıyır. 245. Günahkar insanı kəfənə bükmə, torpaq inciyər. 246. Oğlun mərdliyin mərddən soruş. 247. Ağlayanda öz dərdinə ağla, el bilsin. 248. Qəzəbi səbirlə boğ.249. Ağzını su ilə yu, qəlbini söz ilə. 250. Düz söz yerə düşməz. 251. Dəmirin dadı olmaz, adı var. 252. Düşmən yanında çox danışma.253. Top deşən balıq tora düşməz. 254. Səfehin dərdin soruşma.255. Qardaşın axmağı düşməndən pisdi. 256. Dəyərli hər insan bir əsərdir.257. Yüz kitab oxusan, yüz dostun var.268. Fəhlədən olan dost səni unutmaz. 259. Fəhlənin hər biri vətən gözəlliyidi. 260. Bəzi ziyalıdan, qurub-yaradan fəhlə yaxşıdı. 261. Daş üstünə fəhlə əli şəkli çək. 262. Barsız ağacın dibinə üzüm ək. 263. Narı bir az tez dər. 264. Narın buğumunda həya pərdəsi var.265. Kol dibində qızıl gül olmaz.266. Xanımları təriflə, dəyərli oğul, qız böyütsün. 267. Qaprızı tez dərmə, səni utandırar. 268. Ətirsiz meyvə yalnız nardı. Ətri yox, dadı var. 269. Göylər şimşəkdən qorxar, igidlər satqından. 270. Yersiz üzə gülən satqın düşməndi. 271. Ağlamayan uşaq mərd olar. 272. Şir dovşan ovlamaz. 273. Kirpi ilə tısbağa qınını səngər bilər. 274. Günəşin nuru Yer kürəsinə bağlıdı. 275. Şimşək həmin nurdan alışar. 276. Ulduz var yerdən nurlanar, sonsuzluq Günəşdən. 277. İşıqdı dünyanın sonuna gedən, yalnız bir qüvvədir müntəzir edən. 278. Sevən sevəni istəyər, (həyatın) qanunu belədir.279. Varlıq Allahın əmrinə müntəzirdi. 280. İnsanı aldadan nəfisdir. 281. Kitab alimlərin dostu və əzizidi. 282. Heç bir kitaba pis demə, xeyirli söz olar. 283.Körpə uşaq ağlayanda İlahidə narahat olur. 284.Uşaq qəlbinə dəymə. 285.Zirvəyə hər çalışan çıxa bilməz.286.Elim axtaran, aqillərlə gəzər. 287.Musiqi sağlam ruhdu. 288.Dostun dərdi varsa, dosta desin. 289. El mənə rəhmət desin bəsimdi. 290. Səsim Haqqa çatsa, mükafat olar. 291. Sağsağan cücə aparmasa, gözəl quşdu. 292. Hansı fəsil gözəl deyil?!293.Yosunlu daşda zər olmaz. 294.El çox söz deyər, yaxşısını seç. 295. Elə adam var dindirməsən yaxşıdı. 296. Saf su dərmandı.297.Zarafat, təhqir olmasa yaxşıdı. 298.Ağıllı el, şit zarafatı istəməz.299.Çol daşınnan əəhəng olar. 300.Quyu gördün ağzını bağla. 301.Kor pişik siçan tuta bilməz.302.Hürməyən itin yalını qonşu atar. 303.Pis adamı çox danlama, düzəlməz. 304.Axmaq qardaş düşməndən betərdi. 305.Birinci öz dilini öyrən, kim oldğunu biləcəksən. 306.Göz gözəlliyin güzgüsüdü. 307.Sözü düz danış, sənin olsun. 308.Şairi ana doğur, özü yarana bilməz. 309.Bir fəlsəfi söz bir əsərdi. 310.Düzgün ata kəlamı sonu bitməyən yola bənzər. 311.Dağdan gələn sel səhraya getsə yaxşıdı. 312. Elin sözü bir olsa, düşmən olmaz.313.Ağlayanda dəyərli insana ağla.314.Göz vurmaq əxlaq zəifliyidi. 315.Hər meyvənin dadı damaqda bilinər. 316.Səni el bəyənirsə, düşmanın olmaz. 317.Hündür ağac uzaqdan görünər. 318.Qurd qurudan, meşənin ağacdələni yoxdu. 319.Susuz yerin ilanı zəhərli olur. 320.O el köçürsə xaraba qoyan var.321.Meşənin bəyi meymundu, aslanı tülkü.322.Bənövşə kol dibində bitirsə yetimdi.323.Xanım saçın kəsibsə gözəlliyin itirib. 324.Soy kökünü qorusan, geyimini dəyişmə.325.Qızlarımız qızıldı, böyük sözünə baxsa.326.Allah yalançıdan inciyər.327.Hər sözü səhnədə danışmaq olmaz.328.Qəzet həqiqəti yazmırsa, bağlamaq lazımdı.329.İnternet tərbiyəli yazılar versə yaxşıdı.330.İstənilən yalan məlumat özündən böyük günah edir. 331. Allahdan ağıl və elim istə332. Bəzi alim yenidən oxusa yaxşıdır.333.Uzun yolun gözəlliyi görüb-götürməkdi.334. İçib özünü sərxoş edirsə, qorxusu yoldu. 335.Mənliyini gözləyən mərdlikdən qorxmaz. 336.Şirin zarafat tərbiyədi.337.Ədəbsiz adamın dostu ədəbsiz olar. 338.Meşə pələngi də sınansa yaxşıdı.339.Vaxtı musiqiyə oynamağa çox sərf etmə, savadsız qalarsan.340.Çingiz Aytmatov əsil Qırğız Türk dünyasının dahisidi.341.«Şamo» romanı fəxrimizdi.342. Hüseyn Cavid Türkün zirvəsidi.343.Qəzet qazanmaq üçün deyil.344.Heç bir kitabı cırma, qənim olar.345. Ayaq qoyulan ağac əyridi.346.Bağ əkən Allah köməkçisidi.347.Susuz yerə su çəkdirən vətəni böyüdər.348.Qaratikan arı yemidi.349.Xilildədə bal var. 350.Ağıllı adam şeytandan bəla görməz.351.Höcət lovğalar bədbəxtdi. 352.Müsəlman müsəlmanın qardaşıdı.353.Dünyanı ağıllı adamlar idarə edə bilər.354.Ağlamayan insanın insafı olmaz.355.Başqa ölkədə ləyığlı ol, elini tanısınlar.356.Səyahətdə ol, xəyanətdə yox.357.Hər işə qarışan qohum səni düşmən edər.358.Qohumun yaxşısı ələ düşməz.359.Baş örtüyü İslam geyimidi.360.Özünü eldən soruş.361.Nizami Gəncəvi yetirməsi ol, şair olsan.362.Nəsimi bizim şairimizdi, Şəhriyar ondan ayrıma.363.Hindistanın inancı inəkdi, yunanların anaları.364.Dəlini tərifləmə, pis iş tutar.365.Yəhudilərin innacı qara daşdı.366. Kəpənək özü rəngdə gülə qonar.367.Paxla kolu kimi sarılma.368.Yerin altında şirinlik var, üstə niyə olmasın.369.Baba olmağa tələsmə, aqil olmağa tələs.370.Bir nurlu səhər yüz axşama dəyər.371.Od düşən meşə kimsəsiz səhraya oxşar.372.Susuzluqdan məhv olan meşə insaflı müdür istəyir.373.Yarpağı tökülən ağac qışa hazırlaşır.375.Yol üstündə yatan ilan xaindi.376.İnək camış qarışqanı tapdalamaz. 377.Qartal zirvədə yatırsa gözətçi var.378.İt boğan pişikdən qorx.379.Dəli öləndə düz and içər.390.Kəpənəyi olan çəmən gözəldi.381.Daş altında qalan torpaq məhsul verməz.382.Dənizin suyu şorsa hər il dərinləşəcək.383.Çaqqalın ovu siçan olacaq.384.Dayısız adam dinməz.385.Ucuz qızılı almazlar.386.Adsız uşaq özün tanımaz.387.Qohuma yad desən gülərlər.388.Çəkisinə görə ən qüvvətli qarışqadı.389.Key adamın əqli olmaz.390. Paxıl adam sahə yandırar. 391.Düşmən iti kimi yaşasın, insan kimi danışsın.392.Qoturun qanı qıjqırıb.393.Yüz ağıllının içində bir dəli dolanmaz.394.Dövlət qanunun birinci İslam qoydu. 395.Sahibsiz dişi qopardarlar.396.Dəryada balıq yoxsa, kapit töküblər.397.Dənizin sərvəti elin sərvətidi.398.Allah axtaranın yanındadı, görə bilsə.399.Barama qurdunun adını yaşadan onun inəyidi.400.Bar verən ağac elin sərvətidi.401.Ağıllı danışanda dəlidən fərqlənir.402.Yaxşı adamın pis əməli olmaz.403.Suyun dadı var, adı da var. 404.Məhsulsuz torpaq yiyəsizdi.405.Yuvada balalar ciggildəşirsə, yem istəyir.406.Sevgisiz bir kəpənək də yaşamaz.407.Dərdinə əlac edən yoxsa danışma, sənə gülərlər. 408.Evin sirin el bilirsə dağılacaq.409.Alim olmaq üçün kitab oxu, səyahətə get.410. Düz adama pis deyən özünü görmür.411.Dünyada ən pisdi, yalan danışan.412.Siqaret çəkən evin təmiz saxlaya bilməz.413.Allahdan qorxan oğru olmaz.414.Əxlaqlı insan mələkdən təmizdi.415.Gözəlliyin qoruyan elin qoruyar.416.Qeyrətli hər anadan doğulmaz.417.Daşı atma, baş yarar.418.Mən yazdım, öyrən demədim, söylən.419.Manqurd olma, Aytmatovu oxu.420.Ac uşaq, anasın axtarar.421.Dəlinin dərdi olmaz. 422.Tərəzi şanı əyibsə, pərsənki var.423.Uzaq elə get, vətənə xeyir gətir.424.Qibləgaha təmiz ol.425.Sağsağan cücənin düşmənidi.426.Ömrün gözəlliyi bahardı. 427.Uşaq çox söz deyər, yaxşısını seç.428.Kitab var, dəyəri sarvetka olar.429.Saf su dərəmandı.430.Dilini qoruyan, düşməndən qorunar.431.Zarafatı ağıllıya edərlər.432.Söyüş zarafatı murdardı.433.Göz vurmaq yaxşıdı, yerində.434.Hər meyvənin dadı damaqda bilinər.435.Səni dost bəyəndisə, düşmən qorxar.436.Hündür zirvə uzaqdan görünər.437. Meşənin ağacdələni yoxsa, qurdu da yoxdu. 438.Meşə meymuna qalıbsa, giləmeyvə olmaz.439.Bənövşə kol dibində bitibsə, yiyəsi var.440.Xanım saçın kəsibsə, ağılın kəsib.441.Soy kökün istəyən geyimin dəyişməz.442.Qızlarımız qızıldı, ata sözünə baxsa.443. Allah yalançıdan inciyər. 445. Hər sözü səhnədə danışmaq olmaz.446.Geymini el bəyənmirsə, üzr istəməkdən keçib.447.Hər yalan özündən böyük günahdı.448.Allahdan ağıl istə, versə hər arzun olacaq.449.Bəzi alim var, təzədən oxusa nəsə olar.450.İçib özünü sərxoş edənin düzəlməyi yoxdu.451.Mərdliyin gözləyən mərdlikdən qaçmaz.452. Vaxtı əyləncəyə çox sərf etmə, savadsız qalarsan. 453.Ağıllı oğlun, qızın varsa, qeyri adamnan bir söz soruşma.454.Qocalıb dünyadan getmək oğula arxadır.455.Əgər ağıllı oğlun varsa, kafir sənə bir söz deyə bilməz. 456.Özünü səliqəyə salsan, elə xeyrin dəyər. 457.Böyük eşidən şeytandan bəla görməz458. Höcət olmaq lovğalıqdan olur. 459.Dəli yazır, ağıllı pozur internetə.460.Yerin şəklini Ayda görmək olur.461.İstəyirsən dünya düzəlsin İslam elmini qoru. 462.Dünyanı savadlı analar düzəldər. 463.Ölkənin elimi, onun həyatıdı. 464.Öz eybini güzgüdə gör.465.Hər millətin mərdi var.466.Elmini qoruyan elini qoruyacaq.467.Lovğa xanım sevgilisini məhv edər.468.Ən müqəddəs sevgi qaranquşdadı. 469.Qaydasında gülmək tərbiyədir.470.Mərifət gözəllikdi İslamda.471.Meyxanaya çox əylənmə.472.Vəkil ədalətin dayağıdır.473. Sözün də güzgüsü var.474.Bülbülü bülbül edən məhəbbətdi.475.Heyif ki, gülü arılar iyləyir.476.Dünyanın ən gözəl paltarı, geyimi İslamdadı.477.Etibarlı adam ağıl sahibidi.478.Alim küsdüsə, afyora rast gəlib.479.Yazdığınla fəxr etmə, yaydığınla fəxr et.480.Qəbirin içində olmamış. Ordan danışma.481.Sərvət daşları öz yatağında olur.482.Kosmosu zəhərləyən koronavirus yayır.483.Dünyanın böyüklüyün Yaradan qüvvə bilir.484.Fikirli alim dərdindən danışar.485.Millət əsəbə tutulubsa, falçı, mola cavabdehdi.486. Zərdüştlik Allah kitabında yoxdu.487. Bilmədiyini danışma, günah sahibisən.488. Ad bostandı, peyğəmbər deyib.489. Bu insanlar hamısı peyğəmbərlərin nəslidi.490. Savadsız səhv axtarrısa, alim neyləsin.491.Dayısı ilə cəhəl edən, anasın bəyənməz.492. Haramxora düşən xəstəlik sağalmaz.493.Seyidlə, Pirlə cəhəl edən Allahı görəndə dərdinə dərman tapar. 494. Kömək etməyə çalış, el sevər.495. Çox dostdan uzaqlaşdın, yalançı idi.496.Yola qaytarmaq üçün xətirə dəymək günah deyil.497.Az gül, xalqa ağız olarsan.498.Karl Marks Peyğəmbər elmini mənimsəmişdi.499.Peyğəmbər alimlərə alimdi.500.Hər saqqallı peyğəmbərə bənzəməz.501.Qaçqın sözü vətənə dağdı. 502.Doğluduğun yer cənnətdi.503.Ağac əkib, bağ salanlar Allah köməkçisidi.504.Meşə qıran təbiətin düşmənidi.505. Çiçəyin dadı, onun ətridi.506.Səxavət Haqqın qapısını açar.507.Kərbəlaya gedən ibadət edib.508.İçən adam ağlın satıb arağa.509.Yersiz gülən, eldən danışmaz.510.Savadsız müəllim düşmənə xeyir verər. 511.Bacarıqlı fəhlə rəsam sinifinə daxildi.512.Günəş varlığın nurudu.513.Səbirli adam, səbirsiz adamla bacarar.514.Müqəddəs yerə ehtiram elə, şəfa Allahdandı.515.Nurçu təbliğinə inanma.516.Ateislik dini atmaqdı.517.Həyat qurmağa tələs, amma tayını tap.518.Falçıya lənət oxu, bəlkə utandı.519. Dlidən dad eləmə, başına gələr.520.Səni çox şirin dilə çəkirlərsə, özünü gözlə.521.Səhvini deyən, səhvini bilib.522.Çalış atadan bir söz öyrənəsən.523.İslamın atası peyğəmbərdi.524.Qızıl torpağın sərvətidi.525.Qadının güzgüsü həyat yoldaşıdı.526.Nəfis tox olsa, dərdimiz yox olar.527.Ürəkdən sevirsə, xoşbəxt olmaq olar.528. Həyalı insanın, mərifəti də olacaq.529.Yaxşı bəyin nökəri sağlam olar.530.Bağban bağın gülüdü.531.Nəfisdən tox yalnız nəfəs alar.532.Bir kal meyvə bağı hörmətdən salar.QƏZƏLLƏR* * * Məni zəncirə bağlama, zəncir tab eyləməz, İki atəşdə yanan, sinəsin kitab eyləməz.Yığmışam ətrafıma, atəşi pərvanələri,Bir nöqsanım yox, heç kimsə sorğu-cavab eyləməz. Hər qaranlıq gecədən nur günəşi istəyirəm,Dünyəvi gözəl Vətəndir, könlü xərab eyləməz.Bəşəri dahi yetirən, Şirvanə baş əyirəm, Bizə mələklər səcdə edər, məncə əzab eyləməz. Qəzəlxanlara dahi demişəm, dünya deyəcək,Zamana zaman kimi ol, qeyri cavab eyləməz. Mirəli qeyri cənnət yox, bu cənnət Vətəndi, Cənnətdə yaşayan, məncə etiraf eyləməz. * * * Hələ qəm çəkir, dünya, Məcnuna Leylaya görə, Gəl xəbərdar eyləyim, sevgidə bir mənaya görə. Birinci adəm, sonuncu Rəsullaha şükür, Dərya bərqərar oldu, Musada əsaya görə. Agah ol ki, Nəsimi Allaha qurban gəşdi,Şeytan onda utandı, etdiyi xətaya görə.Nahaq qanlara lənət deyən, Allah özüdür, İbrahim yanıldı tikdiyi komaya görə. Belə getsə mən özümdə bir nöqsan edəcəm, Şeytan gedib, ibadət edərsə, Mehraya görə. Daha Mirəlini öz dinindən döndərə bilməsən, Mən haqnan dostam, ərşə çəkilən İsaya görə. * * * Seyid əşrəfilər, müqddəs ulu babamnan yaranıb, İbrahim xaliğullah, havva anamnan yaranıb. Dünya bərqərar olub, Adəmlə Həvvaya görə, Həya, abırın, lütvü, Həzrət İmamnan yaranıb. Seyid müşdeyid, hər biri paklığın gövhəri, Ərşə çəkilən uca, lütvü zamannan yaranıb.Müqəddəs kitab, birinci böyük Davuda gəlib, Paklığı tövsiyə etmək, sonra Qurannan yaranıb. Nəsimidi haqq sözün deyən, ulu şahsuvarım, Neçə Nizamilər, hələ o divannan yaranıb.Mirəli, Əhli beyit, Hüseyinə and içirəm, Nurçu ilə vahabilər, inan yalannan yaranıb.* * * Dəli Məcnun deyiləm, dərdimi səhrada deyim, Xəbərdar eyləmişəm ki, belə leylaya deyim. Pərvanə kimi, şama ömrü sərf eyləmişəm, Mən haqqın aşiqiyəm, izin ver dünyaya deyim. Gecə pərvanəsi sənsən, sübhə pərvanə özüməm, Bu bir İlahi hökmüdür, bunu mövlaya deyim. Hər aşiqin çarəsi, canan ilə can arasında,Xəbərdar eyləyim ki, Əli Mustafaya deyim. Bu əhli gözəllər var, məni məndən istəyəcək, Gəl ədalət xəbərin, Günəşlə aya deyim.Bu gözəllikdə olan, böyük Azərstana gərəkdi, Mirəli, yaz, yarat, həqiqəti misrada deyim. * * * Sevgilim, gör necəsən ki, sənə dünya dedilər, Vətənə lazım olan, əsirdə Leyla dedilər. Diqqət edib hər sözü, istərdim məndən soruşun,Yatmışdım yuxuda, ayıdıb, röya dedilər. Gözəllikdə cana tapılmaz aləmdə bərabər, Bir Günəş sifətində gəl Vətənə parla dedilər. Şair deyirlər, səni könüllər istəyəcəkdir, Dünyəvi xəbərsən, eh zahidi anla dedilər.Muğam edənlər, Vətənin bülbülü şeydəsi olub, Belə xirdarı hər yerdə, tamamla dedilər. Ölməzdin Mirəli, səni dünya qəlbində görsəm, Bu arzunu, İlahi qüvvəyə, boğma dedilər.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.