TAMAM YARALI (1976) Ədəbiyyat » Müsabiqə 7 мая 2022 Tamam Yaralı (Cəfərova Tamam Aslan qızı) - 3 iyul 1976-cı ildə Tovuz rayonunun Qoşa kandində ziyalı ailəsində anadan olub.1994-cü ildə X.Cəfərov adına Çatax kənd orta məktəbini bitirib. Orta maktəbdə oxuyarkən seir yazmağa və tikmə tikməyə həvəsi olub. Tikmə sənətini anasından öyrənib.2007-ci ildə doğulduğu Qoşa elinda minaya düşüb va həkim, həqiqi insan Arif Səmədovun məsləhətləri sayəsində ruhdan düşməyərək sevimli işlərlə məşgul olaraq, tikmədə əsərlər yaradaraq seirlarini davam etdirib. Seirlari “Bütov Azarbaycan" qəzetində, “Tovuz" qəzetinin xüsusi buraxılışı olan “Varislərdən gələn səslər” (2017), kitabında, eləcə də, "Türk dünyası şairləri - Buta 4 (2019) va Buta-5 (2021), “Yaşıl işıq” və s. kitablarda çap olunub. “Bir görüs”, "Sehrli qız” və s. adlı kitabların müəllifidir.Biz də Tamam xanıma yeni-yeni uğurlar arzulayırıq!Məlahət SAHİBQIZI,"Borçalı" nəşriyyatının şöbə müdiri,AYB-nin və AJB-nin üzvüTOVUZUMHavasını ciyərimə, Çəkmişəm mən, udum-udum, Gözəlliyin gözlərimə, Köçürmüşəm, addım-addım.Qurd igidlər diyarı, Bağ-bağatlı Tovuzum. Düşmana qan udduran, Mərd elatlı Tovuzum."BOZ QURD" dəstəsiylə, Düşmana qurdu tələ, Unutmaz bunu hələ, Mərd igidli Tovuzum.İgidlər girdi cəngə, Düşmana vurdu zərbə, Torpaq vermədi bircə, Qurd ürəkli Tovuzum.Başkənd indi bizdədi, İgidlik elimizdədi, Dildə yox əlmizdədi, Qoçaq qollu Tovuzum.Yaralıyam ucallam, Bac vermərəm, bac allam, Düşmanlardan öc allam, Mard igidli Tovuzum. Qoşa, 1994 SƏNİN PAYLAŞIMINSevincimi aldı, başıma vurub, Kədəri pay verdi üzümə gülüb. Xoşbəxtlik kəlməsin bəxtimdən silib. Gözdağı edirəm buyurdu Tanrı.Vermişəm söylədi, dözümü sənə. Dözərsən verdiyim hər işgəncəmə. Heç zaman bezmişəm deyib söyləmə! Belə məsləhətdi, buyurdu Tanrı.Şikayyət yazmıram sənin dilinə. Sevgi müqəddəsdi Tanrı quluna. Sevib-sevilməkçün gəl dərgahıma. Dərddən usanmazsan, buyurdu Tanrı.Vurulmuşdum sənə, səni sevərək Qırdım gəncliyini qəsdən bilərək.Tamam, sən mənimsən bu dünyada tək... Özgə fikirləşmə, buyurdu Tanrı.GÖZƏLDİ MARALÇölün yaraşığı, düzün zinəti Dəyəndə gözünə ovçu sifəti. Qaçarkən əks olub suya surəti Baxıb görüb özü, gözəldi maral.Gözəllik tacını alıb başına,Naz eylər yanında yar-yoldaşına. Yaraşar yolları eniş-yoxuşna Görənlər deyiblər-gözəldi maral.Çöllər gözəli həm dillər əzbəri İntizarla baxar qara gözləri. Ömrünə qənimdi o buynuzları. Nə üçün yaranıb, gözəldi maral.Yaradan əlilə çəkib qaşını Möcüzə yaradıb taclı başını. Sevirem görəndə hər baxışını Dünya yaraşığı, gözəldi maral.Gözəllər-gözəli olsa da bir kəsDeyirlər-maral tək gözəldi o qiz.Yaralı göz açıb ağlım kəsəndən Hamişə deyirler gözəldi maral Nəücün yaranıb, gözəldi maral.LƏNƏTLƏYİN MİNALARIHayqıraraq yalvarıram:Eşitsin dünya xalqları,Dayandırıb istehsalı,Düzəltməyin, minaları!Lənətləyin minaları! Hayqıraraq yalvarıram:Beynəlxalq birliklərinə-Qəti qadağa qoyulsun!Basdırmayın torpaqlara!Lənətləyin, minaları!Hayqıraraq yalvarıram:Tanımır dostu, düşməni,Yığılıb səfərbər olaq!Təmizləyək torpaqları,Lənətləyək minaları!Hayqıraraq yalvarıram;Torpaqlara toxum əkək!Ruzimiz bol olsun Tamam! Əskilməsin çörəyimiz, Lənətləyək minaları!OLMASAYoxuşda yorulmaz, insan oğlunun-Badalaq vuranı doğma olmasa. Sürünüb diziylə çatar məqsədə, Zirvədə əl tutan "dostu" olmasa. Zirvəyə dibindən zilinə baxma, Asan sanıb qəti dikinə qalxma!Ətrafı dolanıb axtar yolunu,Zilinə çıxılmaz, dağlar olmasa. Yapışıb kol-kosdan qanasa əlin,Sürüşüb qayadan bitməsin səbrin,Üstündən keçməsən gen dərələrin,Yamaca çıxılmaz dağlar olmasa..... Babalardan qalan nəsihətdi bil,Açılı yolunu bağlayar bəd dil.Yaralı, zirvədə əkmək üçün gül,Bulağı gölməçə etməsən olmaz...* * *Gur ocaqla olmaz işim.Gorun-görun yanan odam..Sevgi üçün yaranmışam..Ürəklərdə məhəbbətəm..Sevgi dolu həqiqətəm..Könülsüz sevgi yaranmaz..Hər sevən qəlb ovudammaz. .Gur ocaqda qor qalammaz..Həyatlarda məhəbbətəm..Sevgi dolu həqiqətəm...Sən vermək nə lazımdı,?O ürək ,mənim varımdı..Bu ürək intizarındı..Könüllərdə məhəbbətəm..Sevgi dolu həqiqətəm.Tamamı etmə,imtahan..Bəxtəfərdi sevə bilən..Bacarırsan sən ol dolan...Sevənlərə məhəbbətəm..Sevgi dolu həqiqətəm...* * *Fikir vermə, sağa-sola, Gəlsən söylə, çıxım yola. Qolların boynuma dola, Tamarzıyam gözlərinə.Sığınım qoynuna ərklə,Ruhum dindir, qəlbim dinlə, Canım al, nəvazişinlə, Köçüm son an gözlərinə.Həstətin üzülsün beli, Nakəsin kəsilsin dili, Tamamın açılsın gülü, Baxsan dəysin gözlərinə!* * *Pəncərəmdən baxıb Ay,Sevincək saldı haray,-Tamam, darıxmışam gəl,Sənsiz günlərimi say!.Əzizim, uzun, uzandı,Yollar uzun, uzandı, Qəlb- qəlbə qovuşsa- Tamam sevda qazandı.Əzizim, dərdə köklə,Ìlməni dərdə köklə, Qəlb ortağı olmadın, Tamamı dərdə köklə. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.