MAYIL DOSTU (1949) Müsabiqə, Turan 16 апреля 2023 1057 Mayıl Dostu - 1949-cu il aprel ayının 1-də Ağdərə rayonunun Sırxavənd kəndində anadan olub. Orta məktəbi həmin kənddə bitirib. BDU-nun filologiya fakultəsini bitirib. Fəlsəfə doktorudur. Orta məktəbdə və ali məktəbdə müəllim işləyib. Çoxlu sayda elmi-pedaqoji, publisist yazıların müəllifidir. 2000-2016-cı illərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə işləyib. Hazırda təqaüdçüdür. 5 övladı, 8 nəvəsi var.Biz də Mayıl Dostuya yeni-yeni uğurlar arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Bayram AŞIQLI,“Borçalı” nəşriyyatının və “Şərqin səsi” qəzetinin şöbə müdiri,Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Abdulla Şaiq”, “Qızıl qələm” və “Zirvə” mükafatları laureatıZiM.AzVƏTƏN, SƏNİ QALİB GÖRÜMQuzeydə qar oldum, zirvədə duman,Mərdin dostu oldum, namərdə yaman,Gerçəyin özüyəm, deyiləm güman,Gücü səndən aldım, ay əziz elim.Dostu sevindirdin, düşməni yaxdın,Səsimi ucaldıb zirvəyə taxdın,Bal kimi süzülüb qəlbimə axdın,Ovsunladın məni, ay şəkər dilim.Qəlbimizə kinlə, qəzəb dolubdu,Yaşamaq işgəncə, zindan olubdu,Yad əldə bürüşüb, rəngi solubdu,Əziz Qarabağım, ətirli gülüm.Bizə sitəm verir Qarabağ dərdi,Sirdaşımız fikir, bir də kədərdi,De görüm, yurdlara haçan səfərdi,Nə vaxt oynayacaq,çağlayan selim?Zəfərə bürünən gününü görsəm,Şəninə şeirdən bir çələng hörsəm,Köçümü xaraba Yurduma sürsəm,Dikələr qürurum, əyilən belim.MİLLƏTİMGözümün işığı deyimmi sənə,Ağlıma nur verdin,qəlbimə ülfət.İstəkdən, ərkdəndi gileyim sənə,Əbədi mənimsən, ey uca millət!Odlar ayaqladın, alovdan keçdin,Boş tarix yazmadın, tarix yaratdın.Qeyrəti, namusu, Vətəni seçdin,Namərdin, nakəsin gözünə batdın.Arxadan vurdular həmişə səni,Qucaq açdıqların qənimin oldu.Özünə dost bildin başlar kəsəni,Yaxın bildiklərin düşmənin oldu.Millətim, başımın üstdədi yerin,Sənsiz bircə günüm,anım olmasın.Varlığın vüqarım, fəxrim dəyərin,Səni sevməyən can, canım olmasın.Nanəcib, yaramaz yolunda əngəl,Heyif ki, adına ləkə vuran var.Varlığın heç vədə tükənən deyil,Yüz yıxan olsa da,milyon quran var.Ulusan millətim, adınla yaşa,Cılızlar, bədxahlar ayaq tozundu.İgidlik, dəyanət səninlə qoşa,Odlar Yurdu olmaq, alın yazındı.B A XQara bulud bir dəryanı şəllənir,Şimşək çaxır, qara bulud dillənir,Göydən yerə sel cığırı millənir,Nur tək süzən yağışa bax, yağışa.Yar inciyib yar sözündən, ay aman,Üzünə çökübdü nəmli kor duman,Göz süzülüb, qaş olubdu bir kaman,Yarı süzən baxışa bax, baxışa.Gül çiçəyə, çiçək gülə qarışır,Beçə arı çəmənliyə daraşır,Qarlı dağlar ilk baharla yarışır,Göz oxşayan naxışa bax, naxışa.Gənc xanəndə bəmdən zilə diklənir,Ucalığa tək dırmaşır, yüklənir,Aram - aram "Mənsuriyə" köklənir,Nəfəs kəsən yoxuşa bax, yoxuşa.Sökülür, dan yeri nura boyanır,Sürünə - sürünə toran yayınır,Gecə yatan günəş, səhər oyanır,Təbiətdə doğuşa bax, doğuşa... A R Z U L A RDiləklə yaşamaq insan zatında,Sabaha can atir ömür atında,Gizlənib ürəyin dərin qatında,Ümidə, istəyə daman arzular.Dayanmaz bir yerdə, köhlənin çapar,Axtarar, yaxşının yaxşısın tapar,Kündəsin xəyalın alnına yapar,Sabaha körpüdü, güman arzular.Arzular insanın uçan qanadı,Ağ - qaralı, sıra - sıra xanadı,Ümman adlı göldə üzən sonadı,Göylərdə uçar hər zaman arzular.Hərdən qara düşür, hərdən dumana,Bənzəyir sərhədsiz, sonsuz ümmana,Gerçəyə bürünür, gah da gümana,Xəyaldan gerçəyi uman arzular.SAĞ ƏLI BAŞIMA YURDU OLANINKönül buz bağlayıb,donu ərimir, İstəklərim ayaq açmır, yerimir, Yurd bağıran fəryad-ünüm kirimir, Sağ əli başıma, yurdu olanın!Olsan da ixtiyar,ahıl yaşında,Saxla onu ürəyinin başında,Əzizləyin yurdun qara daşın da,Qədrin bilin,siz başına dolanın.İnsanın zəhməti gedərsə hədər, Şükranı unudar, asilik edər, Olmayaydı nə qəm,nə də ki kədər,Tanrım,köməyi ol,saçın yolanın.Ölüm də,itim də vaxtında ola,Ucalıq hər kəsin baxtında ola,Həqiqət həmişə taxtında ola,Axırına çıxa şərin, yalanın.12.06.2022Y U R D U MQismət ola, bir də gələm qoynuna,Dolayam qolumu doğma boynuna,Baxam busatına, baxam toyuna,Ölsəm, dərdim olmaz, biləsən Yurdum.Dizin - dizin ayağına sürünəm,Gözlərinə oğlun kimi görünəm,Sevincinə, xoş gününə bürünəm,Fərəh göz yaşımı siləsən, Yurdum.Qarşında diz çökəm, aman diləyəm,Nisgilimlə torpağını bələyəm,Göz yaşımı hər daşıına ələyəm,Əbədi şad olub, güləsən Yurdum.Təpər, taqət, güc olasan dizimə,Gül - çiçəyin səpələnə izimə,Çələng hörüb, bal qatasan sözümə,Həsrəti nurunla dələsən, Yurdum.Qarabağın sevinc səsi duyulur,Daha başım dikdir,ləkəm yuyulur,Azad səsin hər tərəfə yayılır,Kolanı adlı bir naləsən, Yurdum.G Ə L M İ Ş Ə MEl dərdini çəkən mərd kişilərin,Namusa, qeyrətə sərt kişilərin,Namərdə, yaltağa pərt kişilərin,Dediyi hər sözə baxıb, gəlmişəm.Bir arsız görəndə, ətim töküldü,Namərdə baxanda qəlbim söküldü,Əclafın suçundan belim büküldü,Canımı odlara yaxıb, gəlmişəm.Boşboğaz, məddaha nifrətim sonsuz,Kişilik sarıdan, beləsi sonsuz,Naqis də bir dərdim, olaydım onsuz,Nakəs qəlbə, iynə taxıb gəlmişəm.Vətəni sevməyən nankor yağımdı,İçimdə yaramdı, gerçək dağımdı,O, göz yaşım, sağkən diri ağımdı,Xain başa şimşək çaxıb, gəlmişəm.Niyyəti saflardı gözümə işıq,İgid oğullardı yurda yaraşıq,Zatımda, kökümdə yoxdu qarışıq,Saf sulu çeşmədən axıb, gəlmişəm.Vətənim, Millətim ağız dadımdı,Dövlətim qürurum, fəxri adımdı,Tarixim sönməyən, isti odumdu,Közünü qəlbimə sıxıb gəlmişəm.VƏTƏN OĞLU İşıq payla, səndən zərrə umana,Üsyan elə,sən zülmətə, yamana,Gerçək, həqiqət ol, dönmə gümana,Vətən oğlu, budur, səndən umduğum.Göydə ildırım ol, şimşək kimi çax,Sis olma, yağanda leysan kimi yağ,Gücündən titrəsin hər qaya, hər dağ,Vətən oğlu, budur, səndən umduğum.Zirvədə qanad çal qartal sayağı,Vətənin başı ol, yurdun ayağı,Millətin gücü ol, elin dayağı,Vətən oğlu, budur, səndən umduğum.Namus, qeyrəti ol uca millətin,İşığı, nuru ol qara zülmətin,Nəfəsin, kökün kəs ağır zillətin,Vətən oğlu, budur, səndən umduğum.Düşmənə qan uddur, onun canın al,Sevindir şəhidin ruhun, qanın al,Yağının yalançı mifin, "şanın" al,Vətən oğlu, budur, səndən umduğum.Düşmənə düşmən ol, dağ kimi dayan,Təmiz, saf ol, qarışmasın heç mayan,Yurdun qədrini bil, ol haqqı sayan,Vətən oğlu, budur, səndən umduğum.ŞƏHİD ANASICavanlığınızamanınsərt dəyirmanındaüyütdü, ana.Balasınımin bir əzabla,əziyyətləböyütdü, ana.Oldu ki, gecələroyaq qaldı sübhəcən.Dünyanın ən gözəl dadınıkörpəsinin qığıltısından,təbəssümündən aldı.Unutdu sığal - tumarı,bəxtinə düşmədiyolun hamarı.Gözüylə od götürdü,bir balanın xətrinə.Hər ağrını ötürdü,bələndi övlad ətrinə....Oğul böyüdü,ana sevindi, baxıbonun boyuna.Xəyallar qurdu,hazırlaşdı toyuna.Gəlin də aradı,qohumda, yadda.O günlərdəanadan xoşbəxtiyoxudu dünyada!...Əsgər getdi oğul, hamı kimi.Ananın yuxusu ərşə çəkildi,əsdi ürəyinin sarı simi.Qəlbi şumlandı,Orda təşviş əkildi.Ana qəlbiövlad acısın qabaqcadan biləndi...Qəflətən oğlununşəhid xəbəri gəldi.Ananın başına od ələndi,Ürəyini qırmızı güllə dəldi.Bədəni əsdi,başı fırlandı,qanı qaynadı.Toy qismət olmadı,bircə balasınınvayında oynadı.Qol götürüb süzdü,Dəhşətli dərd havasına.Saçlarını dartıb üzdü,Atıldı bala davasına.Dağ çəkildisinəsinə,ömür boyu yandıran dağ.Bir ocaq söndübeləsinə....Şəhid anasını duymayan kəsin --Vətənə məhəbbəti yalan,sədaqəti yalan.O kəs ulağa çuldu,millətə artıq yükdü,kölədi, quldu.Anaya sayqı duymayan,bizdən deyil əsla!Gərək beləsidara çəkilə, asıla!O, qanımızdan,ətimizdən deyil.Tamam yaddır,millətimizdən deyil!Şəhid anası, ən uca,şərəfli ad sənindir.Bu Vətən hamıdan öncə,hamıdan halal,sənin Vətənindir!Sən bu Vətənəcan vermisən,Qanından keçib,qan vermisən,Millətə üzüağ,qəhrəmanAzərbaycan vermisən!MÜZƏFFƏR ORDUMZülməti dağıdan işıq selisən,Xalqımın qüruru,uzun dilisən,Vətənin güvəni, vuran əlisən.Səninlə fəxr edir bu Odlar Yurdun,Xalqım, qürurundur müzəffər ordun.Hünəri Vətəndən,eldən almısan,Qalaya dönmüsən,cəsur olmusan,Yağının başına bir daş salmısan.Düşmənə sağalmaz bir yara vurdun,Xalqım, qürurundur müzəffər ordun.Düşmənin arzusun gözündə qoydun,Leşini sürüdün, dərisin soydun,Əzminlə dünyanı heyrətdə qoydun.Dəyanət adında bir saray qurdun,Xalqım, qürurundur müzəffər ordun.Səndən son həmləni umur Vətənin,Xankəndi yerimi, yoldan ötənin?Ölkəmdə nə işi, bizi ütənin?Ölümdən qorxun yox,ucada durdun,Xalqım, qürurundur müzəffər ordun.14. 01. 2022ZiM.Az NƏYİN QALDI Kİ...Arzular tükəndi, ümid bitdisə,Namus ayaqlandı, qeyrət itdisə,Adamlıq puç oldu, həya getdisə,Qardaş, öyünməyə nəyin qaldi ki?Həqiqət ac qalır, köpük qusursa,Ədalət gizlənir, zalım pusursa,Vicdan ürəyindi, o da susursa,Qardaş, döyünməyə nəyin qaldı ki?Əyri yolu seçdin, harama batdın,Mayanı korladın, qəflətdə yatdın,Qüruru soyundun, papağı atdın,Qardaş, geyinməyə nəyin qaldı ki?Sıfırı şişirdib yekə on etdik,Səbri tərifləyib neçə ton etdik,Dözümü üyüdüb narın un etdik,Qardaş, üyünməyə nəyin qaldı ki?Nağıla inandın, mifi xoşladın,Düşmənə əl verdin,dostu daşladın,Sən, mənə demə ki,yenə başladın,Qardaş, deyinməyə nəyin qaldı ki...VƏTƏN OĞULLARI(Şükürlər olsun, İGİD oğullarımız müqəddəs arzumuzu qanları bahasına çin etdilər)Vətən oğulları, başınız uca,Üzünüz bəxtiyar,daim ağ olsun.Vətənim yaşasın dünya durduqca,Millətim salamat,Vətən sağ olsun.Vətənə arxasız, dövlətə dayaq,Gəlin, bu dözümdən usanaq, doyaq,Yağıya "toy" tutaq, əlacsız qoyaq,Həmləniz düşmənə, çarpaz dağ olsun.Vaxtdır, pasın açın silah, yarağın.Sizdən alaq, böyük zəfər sorağın,Cənnətə döndərin vətən torpağın,Vətən başdan-başa bağça-bağ olsun.Cavanlar,ömrünüz açsın tər çiçəkÖzünüz yüz yaşan,bəxtiniz göyçək,Azad edin, doğma yurdlara köçək,Qürür,and yerimiz, Qarabağ olsun.25. 04. 2018V Ə T Ə NQəribliyə düşmə, yükün əyməsin,Şan-şöhrət yaraşır, adına Vətən.Qara daşına da xətər dəyməsin,Bal da çata bilməz,dadına Vətən.Atəşi Günəşdən, Aydan almısan,İşıqla mehriban sirdaş olmusan,Meylini od saçan nura salmısan,Heyranıq nuruna, oduna Vətən.Bəxtiyar olasan sonsuza qədər,Üzün gülsün, görməyəsən qəm,kədər,Sənə xain baxan, əvəzin ödər,Yetər oğulların dadına, Vətən.Namərdlik düşmənin,atıb-silənsən,Zəfərə sevinən, qəlbdən gülənsən,Etibar güvənin, qədir bilənsən,Mayılı salarsan yadına, Vətən.02. 05. 2022V A X T I D IGəl çıxaq dağlara, düşək cənnətə,Dağların sevinən, gülən vaxtıdı.Qucaqla çəməni, bax təbiətə,Şaxtanın diz çökən, ölən vaxtıdı.*Əlini uzatsan göylərə çatar,Buludlar uzanıb zirvədə yatar,Xəstə də bu yerdə azarın atar,Dağların dərdləri bilən vaxtıdı.*Yamaclar naxışlı xalıya dönüb,Elə bil ulduzlar çəmənə enib,Duyğular atlanıb ağ ata minib,Sevincin kədəri bölən vaxtıdı.*Dar qobular cərgə-cərgə düzülür,Daş altından saf çeşmələr süzülür,Ayaqlar burada yerdən üzülür,Arzuların, göydən gələn vaxtıdı.*Mayılam, dağlardan aralı düşdüm,Səhrada dolaşdım, aranda bişdim,Gözəlliyi, boz çöllərə dəyişdim,Kədərin öfkəmi dələn vaxtıdı.M İ L L Ə T İ MƏziz adın şəkər dadır dilimdə,Sevgin ürəyimdə, haqqın belimdə,Qəlbimə nur verdin, odun əlimdə,Əzizsən, böyüksən ulu millətim.Doğruya tapındın, mərdliyi seçdin,Yaxşıya pir dedin, yamanı keçdin,Ədalət hayqırıb, haqsızı biçdin,Haqqın, ədalətin qulu millətim.Sən od nəfəslisən, ocağın sönməz,Diləyin haq səsli, gerçəkdən dönməz,Qürurun dartılar, heç vədə enməz,Ürəyi atəşlə dolu millətim.Tarix qurdun, yalan tarix yazmadın,Gerçəyi anlatdın, əyri yozmadın,Kor dumana düşdün, fəqət azmadın,Azma heç vaxt dürüst yolu, millətim!ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.