MİNİRƏ DADAŞQIZI (1974) Müsabiqə, Turan 3 апреля 2022 Minirə Dadaşqızı - 1974-cü il aprelin 14-də Ağsu rayonunun Kalva kəndində anadan olub."Aşıq Pəri" məclisinin və AYB -nin Şamaxı bölgəsində faliyyət göstərən "Beytüs-səfa davamçıları" məclisinin üzvü, Qadınlar Şurasının sədridir.Biz də Minirə xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Xalidə TURAN,ZiM.Az-ın şöbə müdiri,"Turan" ədəbi məcmuəsinin tərtibçisiZiM.AzBU MÖHTƏŞƏM QƏLƏBƏMİZ MÜBARƏK!Gözün aydın olsun, vətən ay vətən!Geri dönən şərəfimiz mübarək!Çoxdandır ki, intizarın çəkdiyin,Bu möhtəşəm qələbəmiz mübarək!Getdiyin yoluna, izinə qurbanEy mənim qəhraman, igid əsgərim!Sənə layla çalan, sənə süd verən,Qeyrətli ananın öpüm əllərin.Sil daha alnından xəcalət tərin,Sən ey köçkün düşən bacım, qardaşım!Laçın dağlarıtək vüqarlı dayan,Qarabağ küləyi darasın saçın!Son sözüm sizədir ey gənc nəsillər!Bu torpaq sizlərə əmanət olsun!Heç zaman düşmənə siz üz verməyin,Bizim çəkdiyimiz nəsihət olsun!!!MƏN TURAN SEVDALIYAMÇəkin dar ağacına, doğrayın dilim - dilim,Son nəfəsimdə belə, söyləyəcəkdir dilimQorxutmaz nə işgəncə, nə iztirab, nə ölüm,Yenə də öz sözümdə dönməz, iddialıyam,Mən Turan sevdalıyam!Sanmayın bir köşədə uyumuşam, yatmışam.Qəlbimdəki bu eşqi, bu sevdanı atmışam.Damardakı bozqurdu yenidən oyatmışam,Bütün Türk millətinin bax, bu günkü halıyam,Mən Turan sevdalıyam!Ərzurumdan haylayıb, Zəncanımdan hay verən,Dadaşlardan yaranıb, Oğuzlardan soy verən,Kərkük, Tatar, Türkmən, Qırğızlardan boy verən,Keçmişi Eldəgizlər dövləti, Osmanlıyam,Mən Turan sevdalıyam!Türk dilində yaratdı, daim qoca Şəhriyar.İk dövlət, bir millət dedi şair Bəxtiyar.Vətənimdə minlərlə belə fədailər var,Doğma ana yurduma varlığımla bağlıyam,Mən Turan sevdalıyam!Ərdoğanla, İlhamla vüsətlənən, canlanan,Düşmənlərdən amansız qisas alan, öc alan,Ulu öndərimizdən bizlərə miras qalan,Bu sözlə fəxr edirəm ki, Azərbaycanlıyam!Mən Turan sevdalıyam,ƏR TÜRK QIZI TÜRKƏM MƏN!Boş yerə yaşamıram mən bu qoca cahanda,Vətən adlı müqəddəs, pir yara vurulmuşam.Uymamışam şöhrətə, nə sərvətə, nə ada,Söz adlanan ilahi bir vara sarılmışam.Hər sınaqdan qürurla, alnı açıq çıxmışam,Sarsıtmayıb nə boran, nə tufan, nə qar məni.Şeytanın binasını öz əlimlə yıxmışam,Aldatmayıb nə iblis, nə namərd, nə xar məni.Qədim Şirvan elində yetib dolmuşam yaşa,O sözün ki kökündə aslan yatar, şir yatar,Ən ağır düşmənimi yenib çıxaram başa,Təki dost dediklərim, daldan vurmasın, yetər.Yollarımı kəssə də, dərin uçrum, sərt qaya,Sanmayın əqidəmdə ya qorxam, ya hürkəm mən.Mərd kişinin belindən gəlmişəm bu dünyaya,Oğuzlardan boy alan, ər türk qızı türkəm mən!YAZILMAMIŞ QANUNMənim yazılmamış qanunum vardır,Məcəllə görünməz heç vaxt gözümləQanun kitabımdır əqidəm mənim,Divan yaradıram özüm özümləƏqlim məhkəməmdir, hakimim vicdan,Burda amalıma xəyanət olmaz.Könlüm müttəhimdir, iradəm zindan,Ölər, cəzasından kənarda qalmaz.Başqa kimsələrə ziyanım dəyməz,Fəqət öz - özümə qəddaram yaman,Əgər iradəmə uymasa qəlbim,Yarıb qopararam köksümdən inan!ANA DİLİMSən varsansa, biz də varıq.Sen ağacsan, biz budağıq.Sen olmasan məhv olarıq,Mənim doğma Ana dilim!Əsrlərdən keçdin gəldin,Nəsillərdən keçdin gəldin,Çox dərdlərə sinə gərdin,Mənim doğma Ana dilim!Bəzən səni incitdilərXalqıma yasaq etdilər,Yurda yad dil getirdiler,Mənim doğma Ana dilim!Sevdim səni Anam kimi,Hər dərdimə yanan kimi,Qoruyaram canım kimi,Mənim doğma Ana dilim! ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.