Elxas Comərd: "RUHUMA QARABAĞ ÇÖKÜB BU GECƏ... " Müsabiqə, "Mən Şirvanın səsiyəm" 30 января 2022 Elxas Səfi oğlu Comərdov - 01.03.1960-cı ildə Ağsu rayonunun Ləngəbiz kəndində anadan olub. 1977-ci ildə Ağsu rayon kənd orta məktəbin bitirib. Hələ orta məktəbdə oxuyanda dörü mətbuata yaşadığı kənd və zəhmətkeşləri haqqında kiçik yazı və məqalələrlə çıxış edib. Bədii yaradıcılıqla da o vaxtdan məşğul olub. İlk şeri Ağsu rayonunda çıxan "Birlik" qəzetində dərc olunub. Qəzetin nəzdində fəaliyyət göstərən "Ümüd" ədəbi dərnəyində poeziyanın dərinliklərinə yiyələnib. Sonralar o əməkdaşlığını yaşadığı Abşeron rayonunun eyni adlı qəzetində davam etdirib. "Üfüq" ədəbi bədii dərnəyində fəal iştirak edib.Əfqanstan müharibəsi veteranıdı.Mətbuata bağlılığı müstəqillik dönəmində onu "Vətən övladı" ictimai-siyasi qəzetinin və "Dəyənək" ictimai-siyasi, satirik qəzetin təsisçiliyinə gətirib çıxarıb. Hər iki qəzeti uzun illər fəaliyyət göstərməsinə kömək edib. Hər iki qəzet müxtəlif dövrlərdə dövrülüyün qoruyub, saxlaya bilib.Biz də Elxas Comərdə yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzZƏFƏR SEVİNCİBu hayqırtı, bu coşqunun, Mənası çox dərindədir...Şükür edirəm mən Tanrıma,Millət hələ yerindədir.Yerindədir mərdliyiləYerindədir sərtliyiyləMəğlub edib o düşməniXəcil edib pərtliyilə.Eşitdiyim, həm gördüyüm,Bu gün mənə qürur verir. İllər ilə gözlədiyim,Zəfərlərim sevindirir.ŞUŞA BİZDƏDİNə gözəl müjdədi, nə gözəl xəbər, İnsana ruh verib, fərəhləndirir."Şuşa azad olub, Şuşa bizdədi," Bu xəbər adamı ürəkləndirir.Ürək dağa dönür sinəm içində,Sevinci gözümə, üzümə vurur.Bu gözəl xəbərin təntənəsində,Şəhid ruhlarıda sevinib durur.Tarixin zərbəsi çox dəydi bizə,Sınıb məhv olmadıq, birliyə gəldik.Allahım haqqımız, haqqa dirəndi,Şükürlər olsunki dirliyə gəldik.Budur uğurları xalqın, dövlətin, Ali Baş Komandan verdi xəbəri. Müzəffər ordumuz bir tarix yazdı, Hələ qarşıdadı yeni zəfəri..."...Axıra qədər gedəcəyik, sona qədər gedəcəyik!" Ali Baş Komandan İlham Əliyev cənablarının, düşmənə xitabən söylədiyi bu sözlər içimdə elə bir qürur, inam yaratdı ki, hislərim misralara çevrildi...Bu sözlərin qürur verdi ürəyimə,Məlhəm oldu, hər arzuma, diləyiməNiyət etdim, kaş çataydım istəyimə,Qurtaraydım bu utancdan, bu ağrıdan, Cənab Ali Baş Komandan.Bu cəsarət, bu hünərdə vətən səsi,Ətrafında cəm edibdir hər bir kəsi,Uğurların, zəfərlərin təntənəsi,Sevindirsin qoy milləti könül - candan, Cənab Ali Baş Komandan.Bu torpağın hər qarışı şəhid qanı,Onun görə müqəddəsdir hər bir yanı,Gör nə qədər övladları qurban edib cavan canı,Qüvvət alıb bu inamdan,Cənab Ali Baş Komandan."... Axıra qədər, sona qədər gedəcəyik!" Bu əmrinə bizdə əməl edəcəyik, Qələbədə böyük qürur ilə deyəcəyik,Yaşa, yaşa ana vətən Azərbaycan,Cənab Ali Baş Komandan.RUHUMA QARABAĞ ÇÖKÜB BU GECƏ... Ruhuma Qarabağ çöküb bu gecə,Yatıb, əsgərlərlə oyaq qalmışam.Sevincdən üstümü örtməmişəm mən,Gəlib Qarabağda soyuqlamışam.Heç vaxt görmədiyim gözəl yurduma,Yuxumda xəyalən səfər etmişəm.Bizə qürur verən şanlı ordumun,Hadrut Zəfərində ora getmişəm.Yüksək dağ - dərəli, meşəli, çaylı,Cənnət bir diyarın qucağındayam.Nətavan, Vaqifin, Bülbülün, Xanın..,Gör necə dahilər OCAĞINDAYAM? Bu gecə qonağam əsgərlərmizə,QORQUD tonqalın sıcağındayam.Gəzdikcə, gördükcə "səbr" in, " döz" ümün,Keçən 30 ilin acığındayam.Biz necə dözmüşük, yarıcan edib, Vətəni ürəksiz yaşada bildik ?Deməli 30 il biz ŞƏHİD olubSəni yaşatmaqçın demə öldürdük.Ruhuma Qarabağ çökmüşdü deyə,Gedib əsgərlərə qonaq olmuşam . Heç vaxt olmadığım o gözəl Yurdda,Ata ocağım tək xəyal qurmuşam.BU PAYIZ...Bu payız qəlbimə od saldı mənim,İstədim qızınam... dondurdu məni.Hər şəhid şəklini görüb duruxdum,Baxdıqca ağrısı yandırdı məni. Xəyal çəkib məni apardı hara...?Ürək parçalanıb, gözüm dolurdu, Bir ata qıvıldı gözüm önündə,Bir ana hardasa saçın yolurdu...Ağrım sevincimə qarışıb durdu, Qürurum dağıdıb, sındırdı bəndi.Müzəffər ordumu durdura bilməz, Nə hədə, nə hiylə, nə düşmən fəndi.Budur bu millətin, qüruru, andı, Dərdi sevinciylə birgə yaşayır. Qələbə təşnəsi yandırır məni.Sabaha ümüdimdə zəfər daşıyır.Bu payız tarixdən dərs deyir xalqım, Ali Baş Komandan, müzəffər ordum.Bu payız işığı nur yandıracaq,30 il qaranlıq çökmüş bu yurdum.HÜRÜR... Yer göylə birləşir, məqam yetibdir,Səbrimiz qurtarıb, dözüm bitibdir,Erməni itlərin kim göndəribdir,Hələ mırıldayıb, öz - özünə hürür.30 il dığanın əl - üzün yudu,Üstümə qısqırıb arxada durdu,Başa salırsan ki, bu deyil, budu, O durub, düz olan sözünə hürür.Ali Baş Komandan başının üstə,Doğma bayrağımdı başının üstə,Günəş kölğələyir daşının üstə,İndi kölgəsinin özünə hürür... GÜLÜRNə gözəl mənzərə, nə gözəl duyğuTorpaqda adamın üzünə gülür. Duyub, dağıdılmış viranə kəndlər,Əsarət sözünün özünə gülür.Burda daş dillənir, torpağ danışır,Küskün baxışında sevinci daşır,Əsgər çəkməsiylə hey qucaqlaşır,Doymayıb, dikəlib gözünə gülür.Erməni söylədi dediyim şərtdi,Deyirdik qonşudu, itdi, nə itdi, Ali Baş Komandan dediki, bitdi, İndidə şərtinə, sözünə gülür.BAYRAMIDIRBahar gəlib, budaqlaraÇiçəklərin bayramıdır.Gəl bir gəzək bu dağlarıDiləklərin bayramıdır.Ləpələnir ot, gül, çiçəkNovruz gülü, ləçək-ləçəkSevgililər görüşəcəkÜrəklərin bayramıdır.Ot boy verib, qalxıb dizə, Bax yamacdan enən düzə,Oraq, dəryaz gətir bizə,Biləklərin bayramıdır. Yaz səhərnin şehi gözəl, Axşam üstü mehi gözəl, Deyiləsi "bəh"i gözəl, Göyçəklərin bayramıdır. Qaranquşlar süzüb keçir, Arılarsa şirə çəkir, Ceyrana bax, gör su içirÜrkəklərin bayramıdır. Dağlar açıb bizə qucaqLalələri sanki ocaqƏtirlənib hər künc-bucaqKüləklərin bayramıdır.AĞSUYUMAta yurdum, qürur verən ünvanım,Saf insanlı, gözəl məkan Ağsuyum.Təbiyyətin tablosudur möhtəşəm,Tanrı adlı rəssam çəkən Ağsuyum.Bütün gözəlliyi o verib sənə, Şirvan mahalına nur, işığ çəkib.Canım Azərbaycan, bax sinən üstə, Gör necə bir əsər, yaraşıq çəkib?Dərə qollarıdı, dağ qucağında,Uşaq tək bələnib dolaylarıyla.Nə qədər ürəyim qürurlanıbdırQalxıb, həm enəndə o yollarıyla?Canlı bir xalıdı dağ ətəyində,İlməsi binalar, evlər, ağaclar.Yuxardan enəndə , elə bilirsənDüşsən sən aşağı, səni qucaqlar.Bu gözəl diyarın gözəllikləriTəkcə bil bununla bitib, tükənməz. Burda insanların ürək saflığıDanşılır hər yerdə, üzə deyilməz.Bu yerin igidin, mərdin, dahisinTanrı bu yer təki cilallandırıb.Şairin, alimin, həm ziyalısınYurda fərəh verib, qürurlandırıb.Ey gözəl diyarım, ey gözəl yurdumMənim göz-bəbəyin, canım AğsuyumRuhumun qidası, canımın oduÜrəymi yaşadan qanım Ağsuyum. SİZƏ(Son dövrlər, ən çox oxuyub, izlədiyim, sözlərindən təsirlənib, düşüncələrə daldığım,son şerlərinin birində, "Mənə xanım deməyin" şeirindən sonra aylarla ürəyimdə kövrüklənən bu şeri, gözəl qəlbli, gözəl xanım, Elimizin, Şirvanimızın şair qızı, bacı timsallı Solmaz Şirvanlıya həsr edirəm)Ürəyimin içindəki sevgini,İstəyirəm həsr eləyim, mən sizə.Vurub, çıxıb, toplayaraq cəmini,Bir bacı tək, kəsir eləyim, mən sizə.Deyim sizə, olduğu tək qiyməti,Hiss edirəm hər çəkdiyin zəhməti,Tanrı verən dəyər kimi nisbəti,İzah edib, nəsr eləyim, mən sizə.Dəyər-ölçü, Tanrı verən qismətdir,Özəyində, abır, həya, ismətdir,Yazdıqların bunlara bir nisbətdir,Təkrar yazıb, əsər eləyim, mən sizə.Qovrulmusan, "tavasında" sən sözün,Şirvanımın havasında sən özün,Maya alb, paylamısan, od, közün,Öz nurundan, qəsr eləyim, mən sizə.Elxas deyər, hər bir sözün, tər-təmiz,Bunla getsin, kədərimiz, qəmimiz,Qoy batmasın söz ümmanda gəmimiz,Sözlərimi, əsir eləyim, mən sizə. 30-10-2021AY SOLMAZ BACIElimin gözəl, dəyərli söz loğmanı, İran, Türkiyə və bir çox türk dilli ölkələrdə sevilə-sevilə oxunan, şairə Solmaz xanım Şirvanlıya həsr edirəm. Qəlbim yaman tutdu, sözündən səni,Dedim bir soruşum, özündən səni,Duyum baxışından, gözündən səni,Bilim hər ağrını, olum əlacı,Qoy sənə mən deyim, ay Solmaz bacı.Sən ki sözlərindən qala hörürsən,Şerinlə Loğman tək şəfa verirsən,Hər kəsə anatək,sevgi bölürsənNeynirsən arşını, ya da qulacı,Qoy sənə mən deyim, ay Solmaz bacı.Yurdumun gövhəri, zərisən özün,Şirvanın igidi, nərisən özün,Sən söz dəryasında "Pərisən" özün,Sonra söylədiyim olmasın acı,Qoy sənə mən deyim, ay Solmaz bacı.Elxasam, mən səni tanıyan gündən,Həyan qandan gəlib, ismətin dindən,Seçilib, fərqləndin yüzlərdən,mindən,Başında bərq vurur səltənət tacı,Qoy sənə söyləyim, ay Solmaz bacı.Anamsan mənimUzun müddət Şamaxı rayon Mərkəzi Xəstəxanasında həkim işləyən, xalam qızı Sevil Həsənovaya həsr edirəm.Sən mənə ana tək, ana olmusan,Çəkib hər qayğımı, nazımı mənim.Sən mənim halıma yanan olmusan,Bir xalam qızı tək, azmı mənim...?!Ürəkdən sevmisən, əzizləmisən,Unudub çox zaman qayğılarını.Məndə oğul kimi..., ya xala oğlu,Duymuşam hər zaman sayğılarını.Sən onda tələbə, mənsə bir uşaq,Sənin görüşünə tez-tez gələrdim.Unudub anasız o illərimin,Qayğısın səninlə, sənlə bölərdim.Mən sənin yanında rahat olurdum,Yenədə "rahat ol" - deyirdin mənə.Sən mənim qəlbimi gözümdən duyub,Sevgini gözünlə verirdin mənə.İndi gəl qınama, sən məni artıq,Bilmirəm, bəlkədə qayğılar artdı.Üzürlü çıxmağa sənin qarşında,Qəlbimdə o qədər sual yaratdı.On dörd il anasız, xala oğlusuz,Görüb tanımadıq, bir - birimizi.İndi bahanədi, bəlkədə düzü,Danışa bilmədik, çox dərdlərmizi. Sən mənim ürəyim, canımsan inan,Sən mənim anamsan, ay xala qızı.Kimi nə söyləyir, qoy desin artıq,Sən mənim sonamsan, ay xalam qızı,Sən mənim anamsan, ay xalam qızı.Sən mənə ana tək, ana olmusan,Çəkib hər qayğımı, nazımı mənim.Sən mənim halıma, yanan olmusan,Bir xalam qızı tək, azımı mənim...?!YALANLARAYaman tez dəyişdik, çoxun itirdik,Elə ki öyrəşdik biz, yalanlara.İtdi inam, mərdlik, öldü kişilik,Nə vaxt məğlub oldu, düz yalanlara.Əlmizdə olanın itirdik çoxun,Başına fırlandıq, olmayan yoxun,Acdan, heç xəbəri olmadı toxun,Çünki dikilmişdi göz, yalanlara.Bütün pisliklərə təməldi yalan,Naqis hərəkətə əməldi yalan,İnsanı, insanın gözündən salan,Baxsan, gedib çıxır iz, yalanlara.Kimi gün keçirir, ya baş girləyir,Kimi üzə durub, adam şərləyir,Kimdə ömür sürüb, özün hərləyir,Belə qüvvət verir, söz, yalanlara.Çoxu həqiqəti düz deyə bilmir,Hələki nədənsə, " biz" deyə bilmir,Başqa cür birbaşa, "əz" deyə bilmir,Qoyurlar bu cürə, köz, yalanlara.İnsana yaraşan olmasada xas,Adət halın alıb, gəl səbrini bas,Sənində dadına çox çatıb Elxas,Öyrəş yalanlara, döz yalanlara.Həyat - mən sənin havana oynayammıram...Həyat - çox dəyişib, əhvalın, halınCodlaşıb tumarın, itib sığalınYaramaz, iş bilməz, savadsız kalınVəzifə daşıyır, bunu qanmıramMən sənin havana oynayammıram. Haqsız öndə gedir, haqq qalıb darda Meşədə, quzuda yem olar qurda Ədalət axtarır... , gör kimin harda...? Yazsamı düzələr...? Heç inanmıram Mən sənin havana oynayammıram.Getməyir ayağım, qalxmayır qolumNədənsə düz gəlmir səninlə yolumYalağdı, satqındı, həm sağım, solumBunların içində, havalanmıramMən sənin havana oynayammıram. Həyat, bizi qoydun çox əli yalın Hansı arzuların qurduq xəyalın? Sənin qurtarmadı, heç qeylü - qalın Daha tükənmişəm, dayanammıram Mən sənin havana oynayammıram Dəyərmi...?Töküb getdin, ümidimi yollaraƏlçim oldu, arzularım kollaraHəsrət qaldım, qulac olan qollaraİNDİ məni, aramağa dəyərmi...?Əzab verdin, əzabını çəkirəmQismətimi öz boyuma biçirəmTanımadan, bax, yanından keçirəmİNDİ məni aramağa dəyərmi...?Çox görmüşəm o, ovsunlu dilləriAylar keçdi, ömür biçdi illəriƏllərimdə soldurmusan gülləriİNDİ məni aramağa dəyərmi...?Biləmmirəm, günah səndə, ya məndəDağ çəkmisən, dağın durur sinəmdəDaha gecdi, ötdü, keçdi bu çəndəHəqiqətlər indi durub önümdəİNDİ məni aramağa dəyərmi...?GedirəmYaşlaşıram, arzularım çoxalırUşağ kimi, ürəyimdə yuxalırFikir, xəyal, vaxtımıda çox alırTanrı verən, qismət ilə gedirəm.İlahidən yazılan bu baxtımaUşaq ikən sındırılan "taxtıma"Gəncliyimdə xərclədiyim vaxtımaAcıq edib, bilə-bilə gedirəm.Kədər, sevinc, arzularım qarışdıBu yazıyla, ürəyimdə barışdıNeyləyim ki, yaşam özü yarışdıBu yarışa böyük səylə gedirəm.Çox yarışda, "şah" özüdə "mat" olubAğır yükdən, ürəyimdə çat olubArzularım qanadlanıb at olubYorğalayıb, odur belə gedirəm.Bu dünyada, daha nələr görmüşəmDərdlərimdən mən bir qala hörmüşəmDivanəyəm, səhra gəzən dərvişəmBaş götürüb, düşüb çölə gedirəm. Haqlı-haqsız irişdilər üzüməYalan deyib, dik baxdılar gözüməPəl qoyanda, söz bilməyən sözüməDillənməyib, gülə-gülə gedirəm.Günlərimi, aylarımı itirdimBir gözələ mən sevgimi yetirdimBu sevgidən, ömrümə pay gətirdimİNDİ onu bölə-bölə gedirəm.Elxas ComərdZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.