Qalibə Cəfərova Ədəbiyyat » Müsabiqə 2 ноября 2021 Qalibə Cəfər qızı Cəfərova - Qax rayonu İlisu kəndində anadan olmuşdur. Qalibə Cəfərova (İlisulu) Avrasiya Universitetində Stomotologiya və Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsini bitirmişdir. İstanbulda yaşayır. Ailəlidir. 2011-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2011 ci ildə “Qızıl Qələm” mükafatı layiq görülmüşdür. 9 kitabın müəllifidir. 2009-cu ildə “Vətən səni, Vətən məni çağırır”, 2010-cu ildə “Ayselim”, 2011-ci ildə “Bayatılar”, 2011-ci ildə 3 cilddə “Məhəbbət şerləri”, 2011-ci ildə “Sözün Qurbanıyam”, 2012-ci ildə “Azərbaycan Məmləkətim mənim”, 2016-ci ildə “Vətən” işıqüzü görüb. Eləcə də, şeirləri ”Zirvə” poeziya antologiyasında, “Gönül qəhvəsi”, “Edebiyat Sofrası”, ”Türk Tasavvuf şirleri”, "Şair Bakışlı kalemler", antologiyalarında, həmçinin ”Türk Dünyası Şairlər antologiyası”da və ”İlisu” ensklopediyasında yer almışdır. Şerləri, məqalələri bir çox qəzet və jurnallarda dərc olunur, şerlərinə mahnılar bəstələnmiş, kliplər çəkilmişdir. Dəfələrlə “QAFQAZ–MEDİA“ İctimai Birliyinin diplomlarına layiq görülmüş, Ankara Sanat ve Kültür etkinlikleri çərçivəsinde keçirilən şeir yarışmasında 2014-cü ildə “Biz türklərik kimsəyə baş əymərik“ şerinə görə Türkiyə üzrə 1-ci yerə və “ALTIN KALEM “ ödülünə layiq görülmüşdür. 2016-cı ildə “İki dövlət tək millət“ projesi çərçivəsində keçirilən tədbirdə “İki dövlət tək millət” şerinə görə 2-ci yerə layiq görülmüşdür. 2015-ci ildə Türk Dünyası Girişimçi Ödülü, şeir yarışması Birincilik Kupası, “Başarılı kadın” ödülünə Türkiyə Sanat və Ankara Sanat Platformu tədbirlərində layiq görülmüşdür. Antalya Sanat Edebiyat dergisində, Anadolu dergisində məqalələri dərc olunmuşdur.2015-ci ildə Bursada keçirilən 28-ci Altın Karagöz festivalının iştirakçısı olmuşdur, xeyriyyətçidir. Vaxtaşırı televizya və radio proqramlarında qonaq olmuşdur. 2012-ci ildə “Bir addım” adlı şerinə tanınmış rejissor Natiq Novruzov tərəfindən klip çəkilmişdir.AZƏRBAYCANIMA OĞULDU OĞUL İLHAM Tarix yazan böyük Sərkərdə Ali Baş Komandan İlham Əliyev Cənablarına Qalib gəldi qalib, qalib Komandan Nəsillərə örnək, dillərə dastan O, ellərə məlhəm, ellərə loğman Millətinə arxa, dayaq olub, can Qalib ölkəsinə, qalib Komandan.Alışdı yandı o, hər an, hər zaman Onunçün vətəndi, keçdiyi hər an,Sülh ilə, Qələbə qazandı haman.Azad ölkəsinə, azad Komandan.O, hürr Sərkərdədir, tarixin yazan Yalana amansız, xainə yaman,Ulu Heydər oğlu yoluna rəvan Odlar ölkəsinə, yanan Komandan.Siyasət meydanı sorulur ondan Haqq deyir, cavabı sərt olur haman,Ordunu, yurdunu qoruyan, duyan Həyan ölkəsinə, həyan Komandan.Qoyulsun heykəli həmən zirvədə Düşmənlər qırılsın qalsın kölgədə,Qəhrəmanıma min-min yazılsın dastan Azərbaycanıma haqqdır, halaldı İlham Azərbaycanıma oğul, oğuldu İlham. Noyabr 2020 BİZ TÜRKLƏRİK KİMSƏYƏ BAŞ ƏYMƏRİK Qardaşlıqla, sədaqətlə birgəyikÜrəklərə, könüllərə dəymərikAmalımız, gümanımız bir bizimBiz türklərik kimsəyə baş əymərik.Düz ünvanda, düz yolda birləşərikDüz inanca, düz inama gələrikMəsləkimiz, millətimiz bir bizimBiz türklərik kimsəyə baş əymərik.Əl tutarıq, daima əl verərikElimizi, dilimizi sevərik.Yol göstərən mayakımız bir bizimBiz türklərik kimsəyə baş əymərik.Yolumuzdan sərhədləri silərikAzadlığın toxumunu səpərikHəm canımız, həm qanımız bir bizimBiz türklərik kimsəyə baş əymərik. Xəzərimin sularında üzərikQara dənizimə körpü çəkərikSellərimiz, sularımız bir bizimBiz türklərik kimsəyə baş əymərik.Oxu şerim, oxu dostum bil gərəkTürkün-türkə can dostluğu bil gərəkO tay, bu tay hər ikisi bir bizimBiz türklərik kimsəyə baş əymərik,Biz türklərik kimsəyə baş əymərik.NE MUTLU TÜRKÜM DİYENE BEN TÜRKÜM NE MUTLU BANA Ben türküm Ne mutlu bana,Düşmanım kalsın Yakıla-yana.Ay yıldızım var Göklerde parlar,Güneşin özü Ondan, nur alar.Al-kırmızıdır Şanlı bayrağım,Şehitlerimden Almış, boyağın.Önde giderim Arkama bakmam,Zafer marşınaGöklenmış havam.Toprak, ant yerim Toprak, yurt yerim,Bir parçasından Geçmem, bilirim.Böyle büyüdüm Çocukluğumdan,Bayrak ve vatan Aziz canımdan.Yolunda ölmek Şan -şerefimdir,Kalibiyetim Hep zaferimdir.Hiç doyamadım Türkçülüyümden,Soyköküm belli Ülküçülüyümden.Bozkurtam annem Asenam benim,İşaretim var Dünyaya yemin.Ne korkarım ben Ne de, kaçarım,Nerde ırkım var Orda varım ben.Komandanımın,Askeriyim ben,Memleketimin Türk oğluyum ben.Gururla bakar Turan yoluma,Türk oğu, türkem Ne mutlu bana Türk oğlu türkem Uğurlar ola…17.10.2021ZƏFƏR ORDUMA QƏLƏBƏDİR MƏNİM ADIM Addım-addım yaxınlaşan Mən zəfərimin səsiyəm,Şəhidəm, halaldı südüm Od anamın nəfəsiyəm.Axan, qanlı Arazam mən Ürəyimi iki bölən,Təbrizim yarasıyam Vətən, səninləyəm deyən.Zülüm görən, zəncirlənənMillətimin səsiyəm,Azadlıqçün candan keçənAzərbaycan ölkəsiyəm. Qorxaqlara gülən mənəm At üstündə doğan mənəm,Vətən üçün, sinə yaran Güllə olub, yağan mənəm. Nə gözəl bir, orduyam mən Türk qanıdır axan qanım,Baxın, necə möhtəşəmdir Bayrağım, hilal, ayım.Qarabağlı balasıyam Qarabağı alasıyam,Şəhidlərimin qanını Düşmənimdən sorasıyam.Qələbədir mənim adım Qələbədir alın yazım,Qələbədir azadlıqdır Mənim andım, mənim andım. 8 noyabr 2020 İkinci Qarabağ müharibəsində həm ön, həm də arxa cəbhədə vətənimizin hər halını və erməni vəhşiliklərini, haqq səsimizi dünyaya çatdıran qəhrəmanlıq göstərən igid əsgər zabitlərimizin yanında olan igid, qəhrəman qızımız sevgili Fülya xanıma sevgilərimlə - Allah sehirli mikrafonunu səsini heç zaman susdurmasın. Amin inşallah. QARABAĞ AZƏRBAYCANIMIN QIZI Fulya xanıma Ön cərgədə reportaj var Fulya xanım cəbhədədir,Açılmamış yeni şərhlər Yeni faktlar dilindədir.Qorxmazdır o, Asenadır Vətən torpağı doğmadır,Yorulmayır, usanmayırO, istiqlal yolundadır.O, irəli gedir hər an Əsgərimin yanındadır,Bir ürəkdən, min ürəyə Can olmaq, türk qanındadır.Dayan deməz kimsə, ona Onu susdura bilməz,Hər xəbəri, tağ edərək Paylaşma, söyləyə bilməz.Diqqətlidir, o dəqiqdir Canını fəda eləyir,Haqqı uğrunda, vuruşanElini, nida eləyir.İlk gündən, son günə qədər Cəbhələr yuvası oldu,Yurdumun doğma, əziz Sevilən balası oldu.Hər birimiz səni sevdik Ön cəbhəni, yaxın etdin,İki dövlət, bir millətin Birliyini tağın etdin.O ər iğid, qəhrəmandır Ona, hər bir ad yaraşır,Qarabağ Azərbaycan İgid qızından danışır.Qələbədə sənin payın Sənin də, hünərin vardır,Azərbaycan anan adlı Elin, vətənin vardır.Duasını aldın hər an Sən müqəddəs torpağımın,Sən də, bu gün bir qızısan Qarabağ Azərbaycanımın Gur yanan türk ocağımın Turan adlı ocağımın.29.11.2020 ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.