MEHRİBAN İBRAHİMOVA (1958) Ədəbiyyat » Müsabiqə 28 октября 2021 Mehriban Mahmud qızı İbrahimova - 1958-ci il oktyabrın 2-də İsmayıllı rayonundakı Mican kəndində dünyaya göz açıb.Rayon texniki peşə məktəbinin "Əl ilə xalça toxumaq" qrupunu fərqlənmə ilə bitirib. Bakı Yüngül Sənaye Texnikumunda təhsilini davam etdirib. Sənayenin müxtəlif sahələrində çalışıb.Bədii yaradıcılıq fəaliyyətinə rayonun "Zəhmətkeş" qəzetində şeirlərini çap etdirməklə başlayıb. Şair Musa Yaqubun rəhbərliyi ilə təşkil olunmuş "Dağ çiçəkləri" ədəbi məclisinə üzv olub.Hazırda "İsmayıllı Yazarlar Birliyi"nin, "Dağ çiçəkləri” ədəbi məclisinin üzvüdür. "Sözlü Dünyam" adlı bir kitab müəllifidir. Şeirləri, kiçik hekayələri vaxtaşırı "İsmayıllı xəbərləri” qəzetində dərc olunur. "Xocalı harayı və əsirlikdən gələn səs", "Xanı Bülbül" kitablarının yaradıcı heyətinin üzvüdür.Biz də Mehriban xanıma yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzBELƏ OLUR(Şuşada keçirilən '' VAQİF ''poeziya gününə həsr edirəm)Nə gözəl gündü bu, ürək titrəyir, Birliyin sədàsı bax belə olur! Bir bayraq altında birləşən yerdə, Ədalət bərpası bax, belə olur! Tarixi köksündə daşıyan Şuşa, Tarixin özünün canlı səsidir.Yenidən xoş günə başlayan Şuşa,Vaqifli günlərin xoş nəfəsidir.Burda hər addımda kövrək duyğu var, Sevinir bəlkə də məzarda ruhlar, Gəzdikcə Şuşanın hər qarışında, Torpağın özü də fərəhli olar.İllərin, ayların həsrəti bitib, Şuşamız şükr olsun haqqına çatıb.Həvəslə boylanır gələn hər insan, Gözündən həsrəti biryolluq atıb.Nə gözəl gündü bu, ürək titrəyir,Birliyin sədası bax, belə olur.Bir bayraq altında birləşən yerdə, Ədalət bərpası bax, belə olur!SÖZÜMSözüm söz yığını olmasın, Allah!Sözüm ürəklərdə köz olub yansın.Olsun yollarımda bir ümid, pənah,Sözümdən işıqlı səhər oyansın.Ürəkdə yurd salıb yuva eyləsin,Yerində köməyim , harayım olsun.Yolunu çaşanı yoldan əyləsin,Xoş məram ,xoş niyyət sarayım olsun.Mən elin qızıyam elə bağlıyam,Sözün qüdrətindən ilham alım mən Sözünü dəyişməz dilə bağlıyam.Sözlü ülfətimlə dildə qalım mən.25.10.2016.PAYIZ DÜŞÜNCƏLƏRİNarın-narın yağır payız yağışı, Qopur yarpaqlar düşür torpağa.Bəlkə budur təbiətin möcüzə işi, Ağlayır əbədi solan yarpağa.Ağaclar yarpaqdan aralı düşür, Üşüyür budağın çılpaq qanadı.Soyuq küləklər də hərdən dolaşır, Xəfif pıçıltının gizli fəryadı.Gözəllik içində titrəyən payız, Narın yağışların selinə düşür.Soyuq gəlişində dolanıb yalqız, Sapsarı yarpaqlar sularda çaşır.Topa buludlardan gələn yağışsa , Dönüb selə, suya axıb süzülür.Təbiət möcüzə yaradır daşsa, Çayların önünə yarpaq düzülür.XƏYALIN ÖZÜNDƏVarlığın gözümə zirvə boşluğu,Xəyalın verəcək könül xoşluğu,Bu imiş məhəbbət, yar yoldaşlığı,Mən səni dünyada görə bilmədim.Gizli pəncərəm var könül dünyamda,Önündə çələnglər hörə bilirəm.Arzunun gözündə bitmiş dünyamı,Xəyalın özündə görə bilirəm.Yox isə taleyin həqiqət yolu,Yalanın üstündən adlayıb keçim.Bəlkə bu dünyanın acılarını,Şirin şərbət edib xəyalda içim?!Bir ağrı ,acı var gözüm önündə,Dünyanın özünə onu verəcəm.Mən səni ən ağır dərdli günümdə,Xəyalda yanımda görə biləcəm.Ömür yollarında tale naxışı,Xəyalda bəzəyib yola verəcəm,Tutsa da taleyin mənə qarğışı,Səninlə ömürlük ömür sürəcəm.19.10.2016.QIYMA (Övladını atan analara xitab)İsti qucağın var, Ana,Qoyma balan buztək dona.Boyunlar büküb yetimlik,Həsrət yığıb, çöküb cana.Qollarını açıb sarıl,Layla deyib,su tək durul,Hərdən elə lap çox yorul,Ömrünü bitirmə sona.Vermə özgə ələ , bilməz,Yaddan yalan ana olmaz,Ürəkdə məhəbbəti qalmaz,O kimlərdi sən tək yana?İsti qucağın var, Ana,Tanrı verib haqqı sənə,Həzin layla çal körpənə,Qıyma,yetimlik sən ona.GÖRDÜM Ölməz ŞəhidlərimizəÖlümün gözünü qan örtdü nədir? Öldürə bilmədi, Şəhid oldunuz! Dönüb bir tarixin qan yaddaşına, Ölümsüz ölümlə şahid qaldınız.Haqqın gur səsiylə haqqı yaydınız, Vətəni canlardan üstün saydınız.Şəhid zirvəsindən məğrur boylanıb, İgidlər adına tərif öydünüz.Siz ey Şəhid adlı, igidim, mərdim,Hər gün ruhunuza bir salam verdimAndıqca sizintək qəhrəmanları, Yenə ölməzlikdən doğulan gördüm.NƏ YAXŞI KİBir könül xoşluğu var dost ilə hər söhbətdə, sözdə, Nə yaxşı ki, ünsiyyəti xoş, sadiq dostlardır bizdə.Hər söz, hər şirin kəlmə ürəkdən gələr, heç tükənməz, Qaynayıb daşar, nur saçar şöləs işıqtək gözdə.Etibarı böyük, sədaqətinə şübhələr olmaz, Təbəssümü cövlan eyləyər, itməz bircə an üzdə.Pərişan olmaz Mehri düşündükcə yaxşı dostları, Çün həyat eşqi var dost gəlişindən görünən izdə.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.