Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968) Raziyə Kamilqızı Rzazadə -
25 noyabr 1968-ci ildə
Füzuli rayonunda anadan olub.

1990-cı ildə Bakı Maliyyə-Kredit texnikomunu bitirib.

Məqalələri, şerləri dövri mətbuatda dərc olunub.

"Ölümsüz qəhramalar" kitabının müəllifidir.

"Qafqaz Media" İctimai Birliyin şöbə müdiri vəzifəsində çalışır.

Bir çox Fəxri fərman və mükafatlarla təltif olunub.

Biz də Raziyə xanıma yeni-yeni uğurlar arzulayır
və aşağıda onun bir neçə şeirini dərc edirik.


ZiM.Az


AZƏRBAYCAN ƏSGƏRİ

Məğrur dayan səngərdə,
Qoru kəndi, şəhəri.
Ulduzların qoynunda
Uğurla aç səhəri
Azərbaycan əsgəri.

Gördün qarı, qəhəri,
Od alovlu səhəri.
Əlində bayraq etdin,
Qələbəni, zəfəri
Azərbaycan əsgəri.

Sən döyüş yollarında
Qazandın hər zəfəri.
Xalqımın ürəyindən
Sildin qəmi,kədəri
Azərbaycan əsgəri.

Düşmənlə vuruşlarda,
Titrəməmiş əlləri.
Yağı düşmən başına
Səpəndə güllələri
Azərbaycan əsgəri.


Raziyə Kamilqızı Rzazadə (1968) GENERALIM

Vətənə canım qurban deyə-deyə,
Qarabağda sən girdin ilk döyüşə,
Öz zəhmətinlə yüksəldin zirvəyə,
Dahi sərkərdə əziz General!

Doğuldun Vəndamda dağlar qoynunda,
Vuruşdun, döyüşdün Vətən yolunda,
Sən şəhid oldun Tovuz elində,
Dahi sərkərdə əziz General!

Səninlə fəxr etdi hər bir əsgərin,
Ön cəhbə oldu sənin səngərin,
Çaldın neçə zəfər, neçə qələbə
Dahi sərkərdə əziz General!

Döyüsdün əsgərlərinlə yanbayan,
Etdin sən canını vətənə qurban,
Kamilqızı yazar şəninə dastan,
Dahi sərkərdə əziz General!


BORÇLI ƏTİRLİ ŞƏHİDİM

Borçalı doğma yurdum gülü solmaz,
Vətənin o başı,bu başı olmaz,
Vətən uğrunda Şəhid unudulmaz,
Şuşa şəhidi qanın yerdə qalmaz!

Üç bacının tək qardaşı Bilalım,
Mən bacılarının könlünü necə alım,
Atasız qaldı körpə, qönçə Nazlım,
Səninlə fəxr edir ulu Borçalım!

Gözü yaşlı qaldı əziz ananın,
Səni gözləyir qızın,bacıların,
Olacaqdı iyirmi yeddi yaşın,
Qızın Nazli tək yadigarın!

Şuşa canlı abidədir sizlərə,
Şuşanı siz qaytardız bizlərə,
Kamilqızı qurbandır şəhidlərə,
Üç rəngli bayrağı yüksəlrdiniz göylərə!


EMİN PAŞAM

Vətən çağırdı on səkkiz yaşında,
Döyüşə girdin on doqquz yaşında,
Qarı düşmənlər diz çökdü qarşısında,
Ananın tək ümüdü Emin Paşam.

Atasız böyütdü ana balasın,
O da sevərdi vətənin, anasın,
Söz verdi:alacam elin qisasın,
Obanın nər igidi Emin Paşam.

Yaralansa da getdi hey irəli,
Kapitan Elçin əmr:Dön geri,
Meydanda tək qoymadı əsgərləri,
Elimin ər igidi Emin Paşam.

Son döyüşünə Talışdağda girdi,
Özünü vətən yolunda şəhid etdi,
Kamilqızı adını dastan etdi,
El-obanın şəhidi Emin Paşam


KAPİTAN ELÇİN

Erkən yaşlarından vətəni sevdi,
Elin,obasını ürəkdən sevdi,
Canını vətənə qurban deyərdi,
Elimin igidi kapitan Elçin.

Oxuyub peşəkar hərbiçı oldu,
Sevincindən yarının gözləri doldu,
Hər üç övladının o,fəxri oldu.
Elimin igidi kapitan Elçin.

Son nəfəsədək vuruşdu yaralı,
Mühasirədə yoldaşda. aralı,
Qəzəbdən coşub olmuşdu havalı,
Elimin igidi kapitan Elçin.

Əla xidmət etdin oldun kapitan,
Şəhadətə yetdin oldun qəhraman,
Kamilqızı da yazar sənə dastan.
Elimin igidi kapitan Elçin.


CƏSUR NAHİD

Soyuqda,şaxtada səngərdə durdun,
O azğın düşmənə zərbələr vurdun,
Doğma Qarabağın odlar yurdunu,
Sən geri almasan kim alacaqdır?

Sinəni Vətənə sən eylə sipər,
Köməyində dursun o ulu göylər,
Vətən keşiyində hər axşam,səhər,
Sən durmasan əgər kim duracaqdır?

Söz verdi anaya gələcəm anam,
Qələbə mujdəsi verəcəm anam,
Düşməndən öcümü alacam anam,
Vətən deyə-deyə səhid oludu Nahidim.

Bozqurd qani var damarlarında,
Mübariz qüvvəti vardır canında,
Namus qeyrət ana yolunda
Keçdi öz canından igid Nahidim.


ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
RAZİYƏ RZAYEVA (1968)

RAZİYƏ RZAYEVA (1968)

Poeziya, Müsabiqə
YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

YURDUN QAN YADDAŞI = Şəhid Şiraslan Qaçay oğlu Nəsibov (1963-1992)

ŞƏHİDLƏRİMİZ
QARABAĞDA  İZİ QALDI  CƏSARƏTİN...  Şəhid Cəsarət Xaliq oğlu Səfərov  (27.0 ...

QARABAĞDA İZİ QALDI CƏSARƏTİN... Şəhid Cəsarət Xaliq oğlu Səfərov (27.0 ...

ŞƏHİDLƏRİMİZ
Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR

QƏLƏMİN SÖZÜ GƏNCLƏRDƏ - Dəniz RÜZGAR

Poeziya, Müsabiqə
Beydulla Gəraylı (1964)

Beydulla Gəraylı (1964)

"Mən Şirvanın səsiyəm", Müsabiqə
Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

Şəhid Alı Nofəl oğlu Həsənlinin ölməz xatirəsinə

ŞƏHİDLƏRİMİZ, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
Sevgi Polad qızı:

Sevgi Polad qızı: "GÖYDƏRƏ İGİDLƏRİ"

Naxçıvan, Müsabiqə
SALƏDDİN DƏMİRÇİ (1964)

SALƏDDİN DƏMİRÇİ (1964)

Poeziya, Müsabiqə
Şəhla Xəlilqızı Bayramova

Şəhla Xəlilqızı Bayramova

Müsabiqə
Сəvahir Qaraqızı:

Сəvahir Qaraqızı: "APREL QƏHRƏMANLARINA"

Müsabiqə
VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

VƏTƏNLƏŞƏN ŞƏHİDİM - SAMİR ƏLİYEV

UNUTSAQ, UNUDULARIQ!....
QAZİLƏRİN PİSXOLOJİ REABİLTASİYASINA DƏSTƏK OLAQ!

QAZİLƏRİN PİSXOLOJİ REABİLTASİYASINA DƏSTƏK OLAQ!

QHT
BRİLYANT QURBANOVA  (1958)

BRİLYANT QURBANOVA (1958)

Müsabiqə
ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİD mayor Vaqif Dursun oğlu Musayev (1961-1992)

ŞƏHİDLƏRİMİZ, Borçalı, UNUTSAQ, UNUDULARIQ!....
Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub

Yeni nəşrlər, QHT
Ümmü SÜLEYMANOVA:

Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."

Müsabiqə
Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Ramiz Abdullayev: AZAD EDƏCƏYİK, SƏNİ QARABAĞ!...

Poeziya, Ramiz Abdullayev
Rəy yazın: