Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. TƏBRİK EDİRİK!..

Bu gün sevimli ziyalımız,
dəyərli qələm dostumuz,
tanınmış ictimai xadim,
istedadlı şairə-jurnalist,
"Zəfər Yolu" İctimai Birliyinin sədri,
"XXI Əsrin Ziyalıları" Cəmiyyətinin icraçı direktoru,
çox hörmətli Pərvanə Salman qızı Abdullayevanın
doğum günüdür.


O, 10 noyabr 1974-cü ildə anadan olub.
Gənclik illərindən poeziya aşiqidir.
"Dəmir yumruq" adlı kitabı
2021-ci ildə "Borçalı" nəşriyyatında
nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib.
Şeirləri müxtəlif mətbuat orqanlarında
və ədəbi məcmuələrdə dərc olunur.
Bir neçə Fəxri fərman və mükafatla təltif olunub.

Biz də fürsətdən istifadə edərək, çox hörmətli Pərvanə xanımı doğum günü münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Hörmətlə,
“Borçalı” nəşriyyatının və
"XXI Əsrin Ziyalıları" Cəmiyyətinin kollektivi.
ZiM.Az



Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. İLHAM İLƏ ƏRDOĞAN

Qəhrəmansız çəsarətli,
Xalqımızın sevimlisi,
Babalar tək hünərlisiz,
İlham ilə Ərdoğan.

Xalqımızın sevir, sevəcək.
Çox yaşa deyib, dəyəcək.
Sizə ümüd bəsləyəcək,
İlham ilə Ərdoğan.

Müstəqil dövlətik,Şəhid qanıyla,
Zəfərlər qazandıq,oğlu,qızıyla.
Heydər-Atatürk yoluyla,
İlham ilə Ərdoğan.

Allahım; çox şükür,Türklər birləşdi,
Soyumuz Türk, Əjdadımız Türk bizim!
Türkün qəhrəmanları,
İlham ilə Ərdoğan.
29.06.2021


Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. ÜÇ RƏNGLİ
BAYRAQ!


Salam günəşli səhər,
Salam ana vətən,
Salam mavi Xəzərin,
Dalğasında canlanan.

Zəfərlərdən doğan,
Zəfər gətirən,
Qəhrəmanların başı üstə,
Zirvələrdə dalğalanan.

Qürurum,and yerim,
Canımdan çox sevdiyim,
Şanım, şöhrətim,
Üç Rəngli Bayraq!
15.06.2021


MİLLİ ORDUMUZ

Vətənimdir,Qəhrəmanlar vətəni,
Ey Azərbaycanın,ər oğulları,
Girdiyin döyüşdə,göstərdin hünər,
Vətənin Qəhrəman oğulları.

Döyuşdün meydanda,Aslan təki sən,
Hər döyüşdə,göstərdin hünər,
Ana vətən övladına güvəndi,
Qorudu vətəni yağı düşmənən.

Biri şəhid oldu,o biri qazi,
Vətənin uğrunda gedən oğullar,
Tarixə adını yazan oğullar,
Sançdılar Qarabağa,Üç rəngli Bayraq.
Vətən göylərində,günəş tək doğan,
Biz nəyə qadirik,bilsin düşmənlər,
Qalxıbdır ayağa, Milli Ordumuz.
Verib xeyir-dua analarımız.
Bu gün qələbə çaldı, Milli Ordumuz,
Qalxıbdır ayağa,Ulu yurdumuz,
Zəfər Qələbəsi,keçirir vətən,
Milli Ordumuz:Adınla bağlıdır, bütün zəfərlər.
21.12.2020


Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. İLQAR MİRZƏYEV

(Hörmətlə anırıq)

Həyatı səngər,
Arxasında keçən,
Qürurla andığımız,
İlqar Mirzəyev.

Canından qanından keçdin,
Şəhidlik zirvəsinə ucaldın,
Vətənin Qəhrəman oğlu,
İlqar Mirzəyev.

Vətən şöhrətin,şücayətindir,
Hak'k yolunda,hak"kla döyüşdün,
Vətənin şəhid oğlu,
İlqar Mirzəyev.

Üç rəngli Bayraqla,
Zirvələri fəth etdin,
Tarixlərdə yaşayan,
İlqar Mirzəyev.

Ölməzliyə ucaldın,
Allaha əmanət oldun,
Dillərdə dua oldun,
İlqar Mirzəyev.

Hak'k dünyasında,
Hak'ka qovuşdun,
Peyğəmbər şahidin oldu,
İlqar Mirzəyev.
09.05.2021


YURDUMUN QAZİLƏRİ

Canını qurban verdin,
Canını itirmədin,
Qazi tək qaldın yadda,
Yurdumun Qaziləri.

Aslan tək döyüşər,
Qorxu bilməz igidlər,
Sinəsin sipər edər,
Yurdumun Qaziləri.

Vətən dardadır deyib,
Öndə gedərlər,
Vətənin mərd oğulları,
Yurdumun Qaziləri.

Sən torpaq uğrunda,
Gözünü itirsən də,
Hiss edib gedərsən,
Yurdumun Qaziləri.

Bədənində qəlpələr,
Aslan kimi döyüşər,
Düşmənə qan uddurar,
Yurdumun Qaziləri.

Qolunu qurban verdin;
Heç vaxt ümüdünü,
Özünü itirmədin,
Yurdumun Qaziləri.

Sizin kimi igidlər,
Vətənin keşiyində,
Qazi tək qaldı yadda,
Yurdumun Qaziləri.

Düşmənlə üz-üzə,
Ölümlə üz-üzə,
Özünü itirmədi,
Yurdumun Qaziləri.

Sən hakka gedən yolda,
Bombalar düşən yolda,
Güllələr ötən yolda,
Yurdumun Qaziləri.

Zəfərə gedən yolda,
Qələbə inamı ilə,
Düşməni məğlub edən,
Yurdumun Qaziləri.

Hünər meydanında,
Yağı düşmənin,
Canına vəl-vələ salan,
Yurdumun Qaziləri.

Bütün şəhidlərin,
Qisasın alıb,mənfur düşmənən,
Vətənin oğulları,
Yurdumun Qaziləri.

Bütün eli-obanı,
Əsrin igidləri,
Köçüb tarixlərə,
Yurdumun Qaziləri.

Zəfər qılıncını,taxıb belinə,
Düşmənin köksünə,taxıb igidlər,
Canından çox sevər,ana vətəni,
Hakk yolunda savaşar,hakka inanar,
Yurdumun Qaziləri.
19.12.2020


Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. ATA DEYİLMİ?!

Allahın lütfü,
Övladına həyatı,
Bəxş edən,
Ata deyilmi?!

Övladın arxası,
Dayağı ,dostu,
Sirdaşı, dərdlərinə,
Ortaq, Ata deyilmi?!

Övlad böyüyüb hər,
Düşəndə çətinə,
Düşəndə dara,
Sinəsin sipər edən,
Ata deyilmi?!

Övladın böyüdüb,
Ta sonunacan,
Geçəsin gündüzə,
Qatan,Ata deyilmi?!

Qazanın Atanın,
Xeyir,duasını,
Allahın istəyilə,
Bizə həyat verən,
Ata deyilmi?!
21.06.2021


Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!.. BİLMİRƏM

Səni görməyəndə,
Fikrin başımda,
Xəyalın gözümdə,
Yata bilmirəm.

Ayrılıq yamandır,
Min bir,dərdə salandır,
Sənin həsrətinlə,
Qala bilmirəm.

Gecələr uzundur,
Qara gecələr,
Hicrinə gecələr,
Dözə bilmirəm.

Vurmusan qəlbimə,
Yara gecələr,
Dərdlərə salmısan,
Məni bilmirəm.
21.06.2021

ZiM.Az Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Сəvahir Qaraqızı:

Сəvahir Qaraqızı: "APREL QƏHRƏMANLARINA"

Müsabiqə
XƏTAİ RAYON MKS-də

XƏTAİ RAYON MKS-də "QAZİ ATANIN ŞƏHİD OĞLU" ADLI TƏDBİR KEÇİRİLDİ

Mədəniyyət, UNUTSAQ, UNUDULARIQ!....
Raziyə Kamilqızı Rzazadə (1968)

Raziyə Kamilqızı Rzazadə (1968)

Müsabiqə
Pərvanə Salmanqızı:

Pərvanə Salmanqızı: "XATİRƏLƏRDƏ YAŞAYAN ŞƏHİDLƏR"

ŞƏHİDLƏRİMİZ, Müsabiqə, UNUTSAQ, UNUDULARIQ!....
AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU-da Vətən müharibəsi iştirakçıları ilə tələbələrin görüşü keçirilib

AzTU
Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Borçalı, Qərbi Azərbaycan
SALƏDDİN DƏMİRÇİ (1964)

SALƏDDİN DƏMİRÇİ (1964)

Poeziya, Müsabiqə
QAZİLƏRİN PİSXOLOJİ REABİLTASİYASINA DƏSTƏK OLAQ!

QAZİLƏRİN PİSXOLOJİ REABİLTASİYASINA DƏSTƏK OLAQ!

QHT
ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN HƏMYERLİMİZ - İbad Mirzəyev !

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Coşqun XƏLİLOĞLU: VƏTƏN SƏNƏ, “OĞUL” DEDİ

Qarabağ, Müsabiqə, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

Şəhid Əfqan Axundov - CƏSUR DÖYÜŞÇÜ

ŞƏHİDLƏRİMİZ, UNUTSAQ, UNUDULARIQ!....
Leyla VƏKİLQIZI:

Leyla VƏKİLQIZI: "Vətən sənə, sən Tanrıya əmanət!.."

Müsabiqə, Başkeçid
Ümmü SÜLEYMANOVA:

Ümmü SÜLEYMANOVA: "Səninlə yüksəlir köksümdə qürur..."

Müsabiqə
Ana əllərindən öpən GENERAL...

Ana əllərindən öpən GENERAL...

AzTU, Poeziya, Rusiya
Rəsul Həmid (1966)

Rəsul Həmid (1966)

Müsabiqə, "Mən Şirvanın səsiyəm"
Qarabağ müharibəsi qəhrəmanları Fondu

Qarabağ müharibəsi qəhrəmanları Fondu

UNUTSAQ, UNUDULARIQ!....
SAHİL VƏTƏNOĞLU, AD GÜNÜN MÜBARƏK!..

SAHİL VƏTƏNOĞLU, AD GÜNÜN MÜBARƏK!..

Bolus, Təbriklər
Əzizimiz TURAL, Ad günün Mübarək!..

Əzizimiz TURAL, Ad günün Mübarək!..

Təbriklər, Rusiya
QURBAN TƏBİƏTOĞLU: “SALAM, QARABAĞ!”

QURBAN TƏBİƏTOĞLU: “SALAM, QARABAĞ!”

Qarabağ, Müsabiqə
Doğum gününüz mübarək, hörmətli Fərman bəy!

Doğum gününüz mübarək, hörmətli Fərman bəy!

Təbriklər
Rəy yazın: