Tofiq BƏXTİYAR (1964) Ədəbiyyat » Müsabiqə 6 декабря 2021 Tofiq Bəxtiyar (İsmayılov) - 7 dekabr 1964-cü ildə qədim Borcalı mahalınının Başkecid rayonundakı(indiki Gürcüstanın Dmanisi rayonundakı) Az-Gəyliyən kəndində dünyaya göz açıb.1981-ci ildə Az Gəyliyən orta məktəbini bitirdikdən sonra bir müddət Qazaxstanda yaşayıb.Dağlıq Qarabağda döyüşlər başlayan zaman Azərbaycana gəlib və torpaqlarımızın bütövlüyü uğurunda şiddətli döyüşlərdə fəal iştirak edib.1991-ci ildən atəşkəs olana kimi döyüşüb.Hazırda təqaütdədir. Qarabağ qazisidir.Tofiq Bəxtiyar həm də poeziya poeziya vurğunudur.O, hələ uşaqlıq vaxtından saz-söz aşiqi olub, saznan-söznən yaşayıb.Gənclik illərindən özü də gözəl şeirlər yazır. Şeirləri müxtəlif mətbuat orqanlarında, qəzet və jurnallarda, saytlarda, ədəbi-bədii toplularda, o cümlədən, "Zirvə", "Poeziya çələngi", "Şah dağı", "Ləlvər dağı" poeziya antalogiyalarında, "Vətən", "Canım Azərbaycanım", "Sazlı-sözlü Borçalı", "Sazlı-sözlü Başkeçid", "Rəvan" və s. ədəbi-bədii məcmuələrdə çap olunub.Biz də istedadlı qələm dostumuz Tofiq Bəxtiyara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir edirik. ZiM.Az DAĞLARSəfər yolu uzaq yoldur,Zirvələri aşa dağlar.Həsrət odu yaman oldu,Dözə-dözə qışa dağlar.Yağan qarın ərimədi.Karvan ğəldi yerimədi.El-obalar kirimədi,İzin düşüb daşa dağlar.Başkeçitdən başlar yolum,Meşəlikdir sağım-solum.Varlığına qurban olum,Ömrü vuraq başa dağlar.Ah çəkirəm ağlayırsan.Çeşmə kimi çağlayırsan.Ömrü-ömrə bağlayırsan,Tofiq deyər yaşa dağlar. OLAYDIDeyirəm ay ellər eldən uzağam,Bir ömür mənalı ğünlər olaydı.Kəndim Ğəyliyənin öz qucağında,Şeirli-nəğməli anlar olaydı.Həyat əldən ğedir ömür köçəri,Alnımda bir ömr zəhmətin təri.Xəyal çözələyir xatirələri,Atalı-analı ğünlər olaydı.Hölələ bulağın suyundan içib,Dərəyə yol alıb cığırdan keçib.Küskün bənövşəni ğözündən seçib,Vüsala yetişən yollar olaydı.Tofiqəm yurdumuz məhəbbətlidi.Vətənin hər qarşı çox qiymətlidi.Yenilməz-vüqarlı dəyanətlidi,Ömrümü uzadan illər olaydı.VƏKİLVəkil balanın əziz xatirəsinə... Allah rəhmət eləsin...Ötüb keçən hər ayından,Dağ titrədi harayından.Ömrünün şah sarayından,Fəryad etdi dağlar Vəkil.Bu dərdinə yanan ağlar,Ağı deyən anan ağlar.Bacıların qara bağlar,Saralıbdır tağlar Vəkil.Ğöz yaşında selə baxdım.Daşa çaxdı qara baxtın.İzin düşən yola baxdım,Xatirəni saxlar Vəkil.Qan töküləndə yollara,Alov düşdü o qollara.Mən nə deyim zalımlara,El yığılıb ağlar Vəkil.Yaqub atan ğözləri qan,Kəc ğətirib devran-zaman.Xalqımızdan qisas alan,Öz yolunu bağlar Vəkil.Nə ağırdır bu dərdlərin,Çənnət olsun yurdun-yerin.Tofiq deyər yaran dərin,Haqq yerini haqlar Vəkil.YOXDUMəndən əllərini çəkib ğizləmə,Köməksiz ürəyin imdadı yoxdu.Bu dünya beləcə ötüşüb keçir,Haqqı ğöstərməyə bir adı yoxdu.Ğünəşə üz tutub çiçəkli çəmənYazda öz ətrini səpir yasəmən.Torpaqda zəminin sünbülü dən-dən,Tükənməz nemətin sərhədi yoxdu.Ğözümdə canlanar qayğılar yaşar.Çağlayar çeşmələr-qaynayar daşar.O hansı qəlbdiki duyğusuz yaşar,O hansı ürəkdi fəryadı yoxdu.Tofiqəm şeirimin öz butası var.Hər ilin öz eşqi-öz ədası var.Bu ğündən sabaha bir sədası var.Kim deyir yuxumun qanadı yoxdu. Ay ƏMİOĞLUDəyişdi devranın hökmünü zaman,Ömrə-yaşamağa vermədi aman.Daha həkimlərə qalıbdı ğüman,Dərdin dağdan ağır, ay əmioğlu.Qazandın hər yerdə öz hörmətini,Qorudun dostluğun sədaqətini.Xalqımız unutmaz məhəbbətini,Sülhü haqqa çağır, ay əmioğlu.Bu dünya mərdləri çəkdirir dara,Qəm məni kökləykib aparır hara?Ğünəş ğözləyirdim nurlu bahara.Nə soyuq qar yağıb, ay əmioğlu.Onsuz bu dünyanın boşdu təməli.Ğöydən Allah baxır Məhəmmədəli.Sınağa çəkdirir fələyin əli,Dərdlərdən-dərd doğur, ay əmioğlu.Tofiqəm ğün-ğündən dərdim çoxalıb,Dözüm dara çəkib qəlbim yuxalıb.Zalım fələk səni dərdlərə salıb,Ürəyim darıxır, ay əmioğlu.BAXÜz çevirmə bu dünyada,o,qadiri Sübhana bax.Yaxşılığı vermə bada,insan ol, insana bax.Zamananın ğərdişi ağır,kəc ğətirib zəmanə.Mərdi-namərdə qul edən,bu hökmü devrana bax.Qovar sənnən hər bəlanı,əlinlə verdiyiin nan.Bu fani ömür yoludu,bunu bilir hər insan.Ğah dolar-ğahda boşalar,ğördüyün dünya cahan.Haqq yoluna meylini sal,Allaha ğümana bax.Tofiq dərdə dözər olub,dözümlükdə mətindi.Ömür yolu keçmə-keçli,dolayıbdı çətindi.Yaradanın məhəbbəti,eşqim sədaqətimdi.Ürəyimdə lövbər salan,çağlıyan ümmana bax.Ay GÖZƏLYağış kimi yağa-yağa sel oldum,Bulud kimi dolanın var ay gözəl.Zirvələrdən çəkilməyən yol oldumSənə həsrət qalanln var ay gözəl.Ayrılmaram bu sevdadan mən daha,Saçlarıma düşür-düşsün dən daha.Çəkilməzdi duman-çiskin çən daha,Dağa dönüb qalanın var, ay gözəl.İşıq saçan ay camalın xoş gördüm.Hər nə ğörsəm bu dünyada boş gördüm.Ğözlərində kədər ğördüm-yaş gördüm,Sorağını alanln var, ay gözəl.Mən Tofiqəm tükü-tükdən sezərəm,Haqqı sevib həqiqəti yazaram.Şeirimi sətir-sətir düzərəm,Könül sazın çalanın var, ay gözəl. ZiM.AzGECƏLƏRMən səni düşünüb, yada salıram,Bir an ötüşməyir, qəmsiz gecələr.O, ötən günləri seyrə dalıram,Sən necə dözürsən, mənsiz gecələr.O, ötən günləri unudanmıram,Ayları-illəri unudanmıram.O,qara telləri unudanmıram,Gözəldi dumansız-çənsiz gecələr.Dumana qərq olub,dağların döşü,Ömrümə calanır,ömür yaddaşı.İsladır çəməni, payız yağışı,Zilə köklənibdir, bəmsiz gecələr.Əllərim uzanıb, yollara sarı,Çəkib aralığa,hicran hasarı.Ümidlə gözlərəm,gələn baharı,Çəkir qaranlığa, yönsüz gecələr.Yollar dumanlıdır,ğörə bilmirəm,Dərdimi heç kəslə,bölə bilmirəm.Belə yaşayışı, sevə bilmirəm,Qulağı kar olub, dilsiz gecələr.Aləmə bəllidir, Tofiqin adı,O, həyat eşqindən, bir an doymadı.Nadan hiyləsinə, bil ki uymadı,Dönəydi işığa, gündüz gecələr.XƏBƏRİN VARMISolmasın ümüdlər, açan çiçəklər,Söylə harda qaldı arzu mələklər.Səninlə var olsun, sənsiz diləklər,Yolunu gözlərəm, xəbərin varmı.Sənsən bu ellərin, ayı-ulduzu,Ey Türk diyarının mehriban qızı.Dilimin ən şirin, söhbəti-sözü,Səni əzizlərəm xəbərin varmı.Bir cavab verməyir, Gülsafa xanım,Bu həsrət odunda, üzülür canım.Bilməm necə keçir vaxtın-zamanın,Səni səsləyirəm xəbərin varmı.Buda bir ömürdü-buda bir vaxtdı,Neynəyim yollarım, səndən uzaqdı.Xəyalım hər gecə, qarşına çıxdı,Şəfa diləyirəm, xəbərin varmı.Tofiq o ğünləri hey salar yada,Dostluqda ilqarı, verməyir bada.Axı nə qalacaq, fani dünyada,Səni izləyirəm, xəbərin varmı.GÖZLƏRINAy mələk baxışlı,axarlı bulaq,Mənası dərindi, qara gözlərin.Sevən könüllərdə yandırır çıraq,Eyləyir dərdlərə, çarə gözlərin.Dişlərin mərcandı, saçın şəlalə,Üzün ay nurludu, yanağın lalə.Vuruldum yanaqda o,q arə xalə,Çəkdi xəyalımı hara, gözlərin.Yerişi durnaya, bir nişanədi,Aşiqlər hüsnünə,bax heyranədi.Nazlı-qəmzəlidir o ceyranədi,Hökm verib, ixtiyarə gözlərin.Bir baxışla,necə canımı aldı.Bu Tofiq həsrətdən vaxtsız qocaldı.Dili şəkər dadır, dodağı baldı,Zülfüylə çəkdirir, dara gözlərin. TANIMADINMIAy üzü dağlara, tələsən ğözəl,Sevdiyin insanı tanımadınmı?Məndən üz döndərib o, küsən ğözəl,Oduna yananı tanımadınmı.Ğecə yuxun idin,ğündüz sözlərin,O,şirin xəyalln,ğörən ğözlərin.Arxanca səpilib,yenə izlərim,Səni anlayanı tanımadınmı.Yoluna can deyib,candan keçəni,Düz ilqar bağlayıb o,and içəni.Ömür yollarında,səni seçəni,Eşqdə sınananı tanımadınmı.Nahaqdan Tofiqi saldın ümmana,Sevgisi yazıldı, şeirə dastana.Könlünün odunu yayıb cahana,Gözdən oxuyanı tanımadınmı.BAXNə müddətdir səndən ayrı düşmüşəm,Səsimdəki haraya bax-haya bax.Dayanmışam məlul-müşğül pərişan,Qəlbimdəki sızıldayan meyə bax.Həsrətindən üşüyən mən-donan mən.Bir baxışla,baxışlara qonan mən.Ğecə-ğündüz alovlanan yanan mən,Ömrümüzə qiş ğətirən yaya bax.Burda mənim ğözlərimdə,bahar qış.Sən ğedəli xatirəndi,hər qarış.Söylə nədən incimisən, bir danış.Könlümdəki sevği adlı paya bax.Tofiq deyər çox sınaqdan keçmişəm,Ğözəllərin-ğözəlini saçmişəm.Heç bilirsən? Əhdimə and içmişəm,Düz ilqara bir də haqqı saya bax.ÖMRÜN HAQQI-SAYINDASANUzaqlara çatmır ünüm,İllərin o,tayındasan.Yaradanın haqq yolunda,Ömrün haqqı-sayındasan.Sinəndədi dağ çiçəyi,Əynində ğülün ləçəyi.Dağların bəri-bəzəyi,Baharında-yayındasan.Baxışında qaynar bulaq,Əllərində dərdə yaraq.Qoy eşitsin yaxın-uzaq,Arzuların payındasan.Heyran qaldım hikmətinə,Allah şəfa versin sənə.Həsrət çəkdim ğecələrdə,Yolların o tayındasan.Tofiq yenə ğözlər yolu,Bayatıdır sağı-solu.Bəzənibdir dağın qolu,Vüsal adlı çayındasan. İNCİMƏMəndən küsüb dərd içində qalanım,İnnən belə,daha kimə inanım.Qayıt ğülüm, ğəl başına dolanım,Bu hicran odunu yaxıb incimə.Süzğün baxıb, canı oda yaxırsan,Şimşək olub bludlarda çaxırsan.Sellər kimi kükrüyübəm axırsan,Müjkanın sinəmə taxıb incimə.Sənsiz ömrüm,nə qış-nə-yaz-nə bahar,Atəşinə odlanacaq duyğular.Ğülüşündə səadət var-sevinc var,Həsrəti köksünə sıxıb incimə.Tofiq deyər aranlıyam-dağlıyam,Ümman olub,dəryalarda çağlıyan.Doğru əhdə,sədaqətə bağlıyam,Uzaqdan yollara baxıb incimə.GÖZÜM QALIBGözüm sənsiz, yuxu yatmaz,Ceyran səndə ğözüm qalıb.Uzatsamda əlim çatmaz,Ürəyimdə sözüm qalıb.Ayrılığı salanda sən,Məni-mənnən alanda sən.Doğruda sən-yalanda sən,Köklənməmiş sazlm qalıb.Titrəyir xəzan yelləri,Ğöynədəcək könülləri.Yada sal ötən ğünləri,Ocağında közüm qalıb.Ceyranların yolun ğördüm,Bir lalənin xalın ğördüm.Sonaların ğölün ğördüm,Bu yollarda izim qalıb.Tofiq deyər ayna bulaq,Bəzənsin ğünəşdən qabaq.İnsaf eylə Allaha bax,Səndə necə? dözüm qalıb.SEVDİYİMMən sevirəm insaf eylə, sən də sev.Könül bağla əhd-ilqara sevğilim.Aşiqini heyran edir camalın,Ürəyimi çəkmə dara sevdiyim.Sən bilirsən bu eşq yolu necədi,Bu diyarda ğündüzümdə ğecədi.Aşiq könlü incilərdən-incədi,Ürəyimə vurma yara sevdiyim.Göyərçin tək qanadlanıb uçursan,Qızıl-ğül tək ətirlənib saçırsan.Yol üstündən sahilə yol açırsan,Aşiq oldum bu bahara sevdiyim.Tofiq deyər məhəbbətin közü var,Hər sətirdə sevğimizin izi var.İstəyimin alovu var-közü var,Bu yolları bir də ara sevdiyim. GÖZƏLGəl ğülüm bülbülünəm, yetiş bu bahara gözəl,Yayılıb gözəlliyin vəsvi bu diyara gözəl.Sənə mən canu dildən, eşqimi izhar elədim,Ürəkdən könül verdim sənin tək dildara gözəl.Baxışın canlar alır,abu-həyat çeşməsidir,Gülüşündən alıram dərdlərimə çarə gözəl.Mən sənin aşiqinəm,aşiq olan gör nə çəkir,Gedişinlə salma gəlbimi zinharə gözəl.Necə şəndir bu könül,nəğmələşib dillənəcək,Çəkəcək sehrinə səsin çatacaq yarə gözəl.Tofiqi vüsalına qovuşdur, salama yetir,Bölünməz sevən ürək iki yerə parə gözəl.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.