NAZLI HACILI Ədəbiyyat » Müsabiqə 25 июня 2021 Nazlı Hacılı (Hacıyeva) - Naxçıvan MR Ordubad rayonunun Vənənd kəndində anadan olub. Ordubadda təaliyyət göstərən Əncümani-Şüəra ədəbi məclisinin görkəmli nümayəndələrindən olan şair Mirzə Rəhim ağa-Qüdsi Vənəndinin törəməsidir. Ali təhsillidir. Uzun illər Naxçıvan şəhər 15 saylı tam orta məktəbində direktor müavini və müəllim işləyib. Şeirləri respublika qəzet və jurnallarında vaxtaşırı dərc edilir.Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.17 kitabın müəllifidir."Qızıl Qələm" mükafatı laureatıdır.Bir neçə şeir müsabiqələrinin qalibi olub. Qardaş Türkiyədə keçirilən şeir müsabiqələrindən iki dəfə fəxri ödüllə təltif olunub. "İlham çeşməsi" qəzetinin əməkdaşıdır. "Zirvəyə doğru", "Sevənlərin dünyası", "Ömür yollarında" kitablarının yaradıcı heyətinin üzvüdür. Şeirləri ingilis, türk dillərində kitab şəklində çap olunub.Biz də Nazlı xanım yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzAZƏRBAYCANIMÜzümə hər səhər nur saçan günəş,Şöhrətim,şanımdır Azərbaycanım.Elə bil dünyaya nəqş olunub, nəqş,Sökülən danımdır Azərbaycanım.Onu qorxudanmaz nə yel,nə külək,Onsuz ömür sürmək, yaşam nə gərək,Sanki köksümdəki döyünən ürək,Damarda qanımdır Azərbaycanım.Bu ad adım üstdə mənadır, məna,Ruh verir şeirə, dönür dastana,Hələ ümidlərim qalsın bir yana,Dinim, imanımdır Azərbaycanım.Dünya bir yanadır, o da bir yana,Gün- gündən yüksəlir şöhrətə, şana,Növrağı ruh verir ürəyə, cana,Deyərdim canımdır Azərbaycanım. BAYRAĞIM MƏNİMElin dəyanəti, iftixarısan,Dalğalan üç rəngli bayrağım mənim.Xalqın iradəsi,həm vüqarısan,Dalğalan üç rəngli bayrağım mənim.Qanlar bahasına ucaldın göyə,Oğullar can verdi sülh olsun deyə,Uğrunda hazıram hər an ölməyə,Dalğalan üç rəngli bayrağım mənim.Böyük öndərimiz çox çəkdi zəhmət,Xalq da ona verdi layiqli qiymət,Artıq müstəqildir bu şanlı dövlət,Dalğalan üç rəngli bayrağım mənim.Qeyrət simvolusan, əzəmət dolu,Keçdiyin yol mərdlik,azadlıq yolu,Bəzə şərəfinlə,sar sağı,solu,Dalğalan üç rəngli bayrağım mənim.Günəş şəfəqindən nur verdi sənə,Göylər öz qoynunda yer verdi sənə,Millət məhəbbətin gur verdi sənə,Dalğalan üç rəngli bayrağım mənim.Heç zaman kimsəyə baş əymə əsla,Düşməni qınadıq, tən olduq dostla,Bütün millətləri birliyə səslə,Dalğalan üç rəngli bayrağım mənim.Şəhid qanlarıyla boyanmış rəngin,Ucal ucaldıqca, göylər çox əngin,Heç zaman solmasın rəngin, ahəngin,Dalğalan üç rəngli bayrağım mənim.QARABAĞIMSən şamsan mən pərvanəyəm,Dərdindən ta divanəyəm,Sanma sənə biganəyəm,Mənim doğma Qarabağım.Meşələrin çətir-çətir,Çəmənlərin yayır ətir,Qayanda da çiçək bitir,Mənim doğma QarabağımYamyaşıldır yamacların,Göyə dəyir ağacların,Aşıb-daşır barın,varın,Mənim doğma Qarabağım.Vətən üzük,sən qaşısan,Tarixlərin yaddaşısan,Qürurumuzu daşı sən,Mənim doğma Qarabağım.Sıralanmış dağların var,Bol bəhrəli bağların var,Yaşanmamış çağların var,Mənim doğma Qarabağım.Qiymətini bilir elim,İndi sənə çatır əlim,Açıb xarıbülbül gülüm,Mənim doğma Qarabağım. OLMAZQardaş yer üzünü gəzib,dolansan,İnan,vətənimə tay tapmaq olmaz.Cilvəli dağı tək lal durub susan,Mirvari çayı tək çay tapmaq olmaz.Ağacı barlıdır, kolu barlıdır,Kişili,qadınlı dağ vüqarlıdır,İstili,soyuqlu,qışı qarlıdır,Səmada ayına ay tapmaq olmaz.Hüsnünə kəm baxan gözlər dərdlidir,Cüyürü şivərək,kəli ətlidir,Torpağı o qədər bərəkətlidir,Zəmidə bir dəni zay tapmaq olmaz.Burda yüz il vursa gənc qalar ürək,Yalnız çiçək açır saf arzu, dilək,Şəhər qızlarının gözəlliyi tək,Kəndinin toyu tək toy tapmaq olmaz.Şimşəyi az qalır zirvəni yona,Bulaqdan su içsən dişlərin donar,Nazlı qurban edər canını ona,Nazlının payı tək pay tapmaq olmaz. NƏ VAR KİDünya gülüb özülündən gül açsa,Bu dünyada yaşamağa nə var ki.Lala dönmüş yaxşı məram dil açsa,Bu dünyada yaşamağa nə var ki.Haqq haqqıyla haqq yerində otursa,Saf məhəbbət taxt yerində otursa,Tale gülsə,bəxt yerində otursa,Bu dünyada yaşamağa nə var ki.Qurd yalandan şər atmasa quzuya,Yaxşı yazı tuş olmasa pozuya,Rast gəlməsək şeytan yozan yozuya,Bu dünyada yaşamağa nə var ki.Çay çağlasa, bulaq sevsə nəğməni,Bulaq sevər,qulaq sevsə nəğməni,Qaz yerinə bülbül desə nəğməni,Bu dünyada yaşamağa nə var ki.Ay Hacılı, eşqə axın açarsaq,Dağlı köksün dağlı dağın açarsaq,Qarabağın qara bağın açarsaq,Bu dünyada yaşamağa nə var ki.. ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.