Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!.. Bu gün sevimli həmkarımız, istedadlı qələm dostumuz, dəyərli ziyalımız, "Sənət dünyası nuru" jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəri, "Abdulla Şaiq", "Zirvə", "Zəfər", "XXI Əsrin ziyalısı", "Qızıl qələm" və s. Fəxri mükafatların laureatı, "Xurşidbanu Natəvan" medallı "Ədəbiyyat səfiri", Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Bakı şəhəri təşkilatınən sədri, çox hörmətli Fərqanə Məhyəd­din qı­zı Əhmədovanın doğum günüdür.
Daha doğrusu, yubileyidir!..


O, iyulun 5-də Go­ran­boy rayonunda ziyalı ailəsində ana­dan olub. Orta təhsilini Go­ran­boyda al­dıqdan sonra, M.F.Axun­dov adına Azərbaycan Dövlət Pedo­qoji Rus dili və Ədəbiyyatı İnsti­tu­tu­nun rus dili və ədəbiyyatı ixtisasına da­xil olub və hə­min institutun tam kur­su­nu bitirib.
3 il Gəncə şəhərindəki 5 nömrəli məktəbdə müəllim işlə­yib. Doğma ana dilimizə və ədəbiyyatımıza olan sonsuz sevgisi onu ye­ni­dən ali təhsil almağa sövq edib və o, Azərbaycan Dövlət Pedaqoji Uni­versitetinin filologiya fakültəsində ikinci dəfə ali təhsil alıb və oranı ələ qiymətlərlə bitirib.
4 il vaxtı ilə təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Rus Dili və Ədəbiyyatı İnsti­tu­tun­da (indiki Bakı Slavyan Universi­tetində) işlədikdən sonra, əmək fəa­liy­­yətini AzMIU-nun əvvəl­cə Azərbaycan və rus dili kafed­ra­sın­da davam etdirib. Hazırda Əcnəbi dillər kafedrasının müəllimidir.
Eyni za­manda, "Sənət dünyası nuru" jurnalının və “F-5” kanalının təsisçisi və rəhbəridir.
Fərqanə xanım həm də gözəl anadır. Bir övladı var.
Şeirləri, elmi və publisistik məqalə­lə­ri müxtəlif mətbuat or­qanlarında və ədəbi-bədii, elmi-pub­li­sis­tik məcmuələrdə dərc olu­­nub.

Biz də Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin, "Borçalı" nəşriyyatının, "Turan" ədəbi məcmuəsinin, "Sənət dünyası nuru" jurnalının, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərinin, "zim.az", "zirve.info", "borcali.org" və "bolnisi.az" saytlarının rəhbərliyi və bütün yaradıcı heyəti adından çox hörmətli Fərqanə xanımı yubileyi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı, elmi-pedaqoji fəaliyyətində və bədii yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulayırıq və aşağıda də­yərli oxucularımıza böyük məmnuniyyətlə onun bir neçə şeirini təqdim edirik.

Səkinə BAYRAMOVA,
Azərbaycan-Türk Xalqları Qardaşlığı
İctimai Birliyinin sədri,
filologiya üzrə fəlsəfə doktoru,
Müşfiq BORÇALI,
"Turan" ədəbi məcmuəsinin,
zim.az, zirve.info saytlarının baş redaktoru,
filologiya üzrə fəlsəfə doktoru
ZiM.Az



AY ANA

Sənsiz bahar ömrüm yaman solubdur,
Gözlərim həsrətdən yaşla dolubdur,
Səninçün ürəyim qübar olubdur,
Hardasan, ay ana, de harda?

Hə vaxtdır çəkmirsən sığal telimə,
Xar qonub çəməndə qönçə gülümə,
Yaman həsrət qalıb bəmim zilimə,
Hardasan, ay ana, de harda?

Səni soruşuram ötən illərdən,
Soruram keçən aydan gündən,
Ətrini alıram əkdiyin güllərdən,
Hardasan, ay ana, de harda?

Sənə yetişməyə həvəsdəyəm mən,
Ağıyla köklənmiş bir bəstəyəm mən,
Karvanın yüklənib, yol üstəyəm mən,
Hardasan, ay ana, de harda?

Tapmıram, iz düşüb izin üstə,
Torpaq pərdə çəkib, izin üstə,
Qoy gəlim, baş qoyum dizinin üstə,
Hardasan, ay ana, de hazırda?


ŞAGİRD YOLDAŞLARIMA!

Qaytarın şagirdlik illərimi siz,
O, ötən illəri qaytarın bir də.
Bir də o çağlari, görsəm biliniz,
Ölmərəm yaşaram neçə əsir də.

Arzu da, istək də o illərdədi,
Gənçliyin hökmü də bağlanmış ona.
Yadigar ürəkdə söz dillərdədi,
Ömür hey düşsə də gündə bir dona.

Şagird yoldaşlarım! Gəlin yığışın,
Uşaqlıq illərindən bir söhbət açaq.
Birgə keçdiyimiz hər yayın, qışın,
Adına söz deyək, bir mahnı qoşaq.

Gəlin xatırlayaq ötən günləri,
Şirin xatirədi hər şadlıq, hər qəm.
Bax sizsiz gəzirəm o şən günləri,
Gəzirəm həsrətlə əlimdə qələm.


SON GÖRÜŞ

Ayrılırsan ala gözlü dilbərim,
Qoy dillənsin danışmayan dil, barı!
Yaralıdı dağ çəkilmiş ürəyim,
Qoy süzülsün ala gözdən sel, barı!

Qoy doyunca baxım alma üzünə,
Qəlbimi fəth edən ala gözünə,
Qulaq asım qəlb odlayan sözünə,
Külək vursun, qoy oynasin tel, barı!

Ürəyimi didir keçir baxışlar,
Həsrətliyə yolmu açır baxışlar?
Qüssə, kədər odu saçır baxışlar,
Dərd içində yandım axı, gül, barı!

Həsrətinə dözə bilmir ürəyim,
Sənsiz hec həyat da olmaz gərəyim.
Ümidsizəm baş tutmadı diləyim,
Gözlə bir az başa catsin il, barı!

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Fərqanə MƏHYƏDDİNQIZI:

Fərqanə MƏHYƏDDİNQIZI: "Hardasan, ay ana, dillən, de harda?.."

Müsabiqə, Qərbi Azərbaycan
“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

“ZiM.Az”-ın rəhbəri Müşfiq Borçalı Prezident təqaüdünə layiq görülüb

Əsas xəbər, Humanitar elmlər, AzTU, Borçalı, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ HÖRMƏTLİ ZEMFİRA XANIM!..

Təbriklər
SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

SOLMAZ ŞİRVANLI yeni vəzifəyə təyin olunub

Müsabiqə, "Mən Şirvanın səsiyəm", Təbriklər
Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Əməkdaşımız AJB-yə üzv qəbul olunub

Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
FƏRQANƏ MƏHYƏDDİNQIZI:

FƏRQANƏ MƏHYƏDDİNQIZI: "Təlimdə şifahi nitq, bacarıq və vərdishlərin inkiş ...

Elmi Məqalələr, Müsabiqə
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!..

Doğum gününüz mübarək, hörmətli Hökümə ARZUQIZI!..

Müsabiqə
Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

Nəhayət Şirinova yeni vəzifəyə təyin olunub

ADPU, "Şərqin səsi", Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

YUBİLEYİNİZ MÜBARƏK, ÇOX HÖRMƏTLİ PROFESSOR YEGANƏ XANIM İSMAYILOVA!..

BDU, Təbriklər
SEVDA MIKAYILOVA  (1953)

SEVDA MIKAYILOVA (1953)

Müsabiqə
TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

TƏBRİK EDİRİK, SƏADƏT XANIM!..

Qarayazı, Təbriklər
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ AKİF MÜƏLLİM!..

Təbriklər
Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Dəyərli ziyalımız Natiq Hümbətovun 60 yaşı tamam olur

Borçalı, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ASİF MÜƏLLİM!..

Təbriklər
Təbrik edirik, MUSA MÜƏLLİM!..

Təbrik edirik, MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər
AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

AD GÜNÜN MÜBARƏK, CAMBUL MƏMMƏDLİ!

TDPİ-nin Azərbaycan bölməsi, Msxeta, Təbriklər
Rəy yazın: