HƏQİQƏT CƏFƏRQIZI (1953) Ədəbiyyat » Müsabiqə 29 марта 2021 Həqiqət Cəfər qızı Qaraliyeva - 1953-cü il martın 15-də qədim Borçalı mahalında - indiki Gürcüstanın Marneuli rayonundakı Böyük Muğanlı kəndində anadan olub. 1961-ci ildə doğma kəndindəki orta məktəbin birinci sinfinə gedib. Hələ orta məktəbdə oxuduğu illərdən poeziya həvəskarı olub, saza-sözə böyük maraq göstərib. Özü də şeirlər yazıb. 1968-ci ildən rayon qəzetində, sonralar isə müxtəlif jurnallarda şeirləri dərc olunub.1971-ci ildə orta məktəbi bitirib, ali təhsil almaq üçün Bakı şəhərinə gəlib. Ticarət texnikomunda təhsilini davam etdirib. Düz 45 il ixtisası üzrə çalışıb.1975-ci ildə ailə qurub, bu nigahdan 3 evladı, 4 nəvəsi var.Hazırda Bakı şəhərində yaşayır. Təqaüdçüdür.Şeirləri "Zirvə", "Canım Azərbaycanım", "Sazil-sözlü Bor-çalı", "Ləlvər dağı", "Şah dağı", "Poeziya çələngi", "Buta" və s. poeziya antologiyalarında, ədəbi məcmuələrdə, "Şərqin səsi", "Ziya", "Elm və təhsil" qəzetlərində, eləcə də, ZiM.Az, Zirve.-info, Borcali.org saytlarında dərc olunub. "Borçalı" nəşriyyatında ilk kitabı nəşrə hazırlanır.Biz də hörmətli Həqiqət xanıma uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.ZiM.AzYADINDAMISöylə yadındamı o qumlu sahil,O, kiçik komamız, ləpəli dəniz.İlk dəfə o gecə sevdik-sevildikDünyanın xoşbəxti onda biz idik.İndi o komamız qalıb kimsəsiz,Sahil o, sahildi, dəniz o, dəniz.Ləzzəti o, yerin heç yoxdu sənsiz,Ən gözəl biçimdə donda biz idik.Getdin, qayıtmadın başımın tacı,Döndü zimistana ömrümün yazı.Verdin Həqiqətə, bu qədər acı,Gözü yaşlı qalan sonda biz idik.GƏLMƏDİNSəni görmək üçün sahilə gəldim,İlk görüş yerində səni gözlədim.Hər gəlib keçəni sakit izlədim,Mən oldum, bir dəniz, sənsə...Gəlmədin.Axşamın toranı hər yanı sardı,Xəzərin suları siyah rəng aldı.Ay da öz nuruyla körpünü saldı,Mən oldum, bir dəniz, sənsə...Gəlmədin.Həqiqət gözləyər, səni görüncə,Xəyaldan itməyir, nağıllı gecə,Tək tənha bir ömür sürər ölüncə,Mən oldum, bir dəniz, sənsə...Gəlmədin.EH CAVANLIQ, CAVANLIQİllər nə tez ötdünüz,Xəyallarla bitdiniz,Sevgi dolu o təmiz,O ürək döyüntümüz,Haralara getdiniz?!Çaş-baş qaldı cavanlıq,Yormadı bir anlıq,Nağıllarla ötüşdü,Gah aydın, gah qaranlıqEh cavanlıq, cavanlıq...Söylə nə tez bitdiniz?!O, illəri anıram,Daha yaşa doluram,Xəyal olub sirdaşım,Günlərimi sayıram,Ömür səhifəsini,Axı nə tez bitdiniz?!...Ömrümə şaxta düşdü,Tər güllərim büzüşdü,O, ötən cavanlığım,Taleyimlə görüşdü,Eh cavanlıq, cavanlıqMəndən nə tez döndünüz?Xəzan oldu yarpağım,Boşaldı solum, sağım.Təkcə keçmiş xatirəYazıldı boş sətirə,Həqiqətdən getdinizGözdən bir an itdiniz,Eh cavanlıq, cavanlıq...Söylə nə tez bitdiniz?!HƏSRƏTİM Mənə zülmət gecələr sirdaş olub,Təkliyim ömrümə bir yoldaş olub.Dərdimi açmağa bir həmdəmim yox,Ağlım başdan uçub çaş-baş olub.Səni sevgimlə hər an bəsləmişəm,Eşqimi, sidqim ilə səsləmişəm,Elə həsrətlər ilə özləmişəm,Kirpiyim göz yaşım ilə yaş olub.O, keçən xatirələr yordu məni,Amma heç olmadım eşqin küsəni,Qoyma həsrət qala xəyal düzəni,Mənə xülyalarımız sirdaş olub.Həqiqətin qapısın aç üzümə,Mən baxım, sən də bax eşqlə gözümə.Ta səbr qalmadı tabım, dözümə,Vallahi, canda ürəyim daş olub.GETMƏ, DAYANGetmə, dayan, bir an, yarım,Ayaq saxla qadan alım.Ömrümüzə yağan qarın,Şaxtası var, boranı var...Yarım qalan arzularınPərən-pərən olmağı var...Getmə, dayan, bir an, yarım,Dön geriyə qadan alım.Daş, kəsəkli bu yolların,Ürəkdəki, buzlaqlarınSızıldayıb, yanmağı var,Çox ağrını danmağı var.Getmə dayan bir an yarım,İnsaf elə, olma zalım,Qoyma sənsiz tənha qalım,Əyilməsin, mərd Vüqarın,Eşqinlə alışım, yanım.Bu yolun yorulmağı var.Getmə, dayan, bir an yarım,Dönüşü yox bu yolların,Gecələri ulduz, ayın,Həmdərd olub anılması,Həqiqətin arzu, kamın,Yarım qalan dünyası var.NƏDƏN AYAQ SAXLADINBir baxışla dayandın,Qəlbimi oda saldın,Cavan qəşəng oğlandın...,Görən məndə nə tapdınNədən ayaq saxladın?!Bəlkə ilişib qalmış,Ürəyimdə kök salmış,Atəşdən qarsılanmış,İlğım tapdın, od tapdın,Nədən ayaq saxladın?!Yəqin həsrətdən dolmuş,Gözlərimdə yaş olmuş,Tənhalıqdan yorulmuş,İsti küldən qor tapdınNədən ayaq saxladın?!Ruhun-ruhuma yaxın,Ürəyimə od saldın.Nə gizlədim, nə danım,O, günə həsrət qaldım...Nədən ayaq saxladın?!Sevgi dolu o baxış,Ömrümə oldu naxış,Həqiqət səni anmış,Hələ cavab tapmamış,Nədən ayaq saxladın?!AY QIZAy qız, sənə vurulmuşam,Həsrətindən saralmışam.Yollarında dayanmışam,Gəl çıx sənin ağrın alım,,Qoyma məni tənha qalım.Tanıyıram yerişindən,Xoşhal oldum gəlişindən.O, can alan gülüşündən,Gözəl yarım ləzzət alım,Qoyma məni tənha qalım.Həqiqətəm, qurban olum,Sal boynuma bəyaz qolunBaxışından sərxoş olum,Gözlərində itim, azım.Qoyma məni tənha qalım.OLAYDIAy ellər, bu gözəl yarım olaydı,Ömrümün baharı, yazım olaydı.Bir nəzər salınca könül dünyama,Mizrabı vurulmuş tarım olaydı.Aldığım nəfəsdə, canda sanardım,Damarımda axan qanda sanardım,Baxanda üzünə, qönçə dodağaAğlımı başımdan alan olaydı.Dənizin çağlayan dalğası kimi,Kükrəyib sahilə çarpası kimi,O, gözəl gərdana, incə belinə,Həqiqət sarılıb, qalan olaydı. KİMLƏRƏ QALDI DÜNYASüleymanı taxtdan saldın,Şah, bəyləri oda atdın,Neçə igid canı aldın.Hey boşalıb hey də dolan,Gündən-günə cavanlaşan,Kimə qaldın, kimə dünyam?!Məhvərindən çalxalandın,Qərinələr yola saldın,Bərkidildin, boşaldıldın,Qızıl qanla suvarıldın,Biz qocaldıq, cavanlaşdın,Kimə qaldın, kimə dünyam?!.Gedən səndən heç doymadı,Gələn səndən yarımadı,Bəşər səni tanımadı,Qoca dünya qarımadı,Həqiqətəm, yalan dünyam,Kimə qaldın, kimə dünyam?!. BORÇALIYA GƏL İmkan tapıb, vaxt ayırıb,Borçalıya gəzməyə gəl.Dost tanışı qəlbən anıb,Borçalıya gəzməyə gəl.Gürcüstan, qızlar bulağı,Dəli Kürü, Xram çayı,Sınıq körpü yoxdu tayı,Borçalıya gəzməyə gəl.Şair, dahilər məskəni,Xallı bəzəkli çəməni,Gəzəndə xatırla məni,Borçalıya gəzməyə gəl.Qarlıdı, Armudlu dağı,Dumanis, Bolnis bulağı,Yemliyi, quzuqulağı,Borçalıya gəzməyə gəl.Xramuli - şah balığın,Xəngəli, qurut yaymağın,Gəl ye, bir keçi qaymağın,Borçalıya gəzməyə gəl.Həqiqət adımdı mənim,Muğanlı canımdı mənimDamarda qanımdı mənim,Borçalıya gəzməyə gəl.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.