Əlyar Oruc oğlu (1962) Müsabiqə, Qərbi Azərbaycan 23 февраля 2021 Nağıyev Əlyar Oruc oğlu - 1962-ci ildə qədim Göyçə mahalının Qaya başı kəndində anadan olub. İbtidai təhsilini Qayabaşı kəndində alıb, orta təhsilini Göyçə mahalının Qoşabulaq kəndində bitirib. Dərslərindən əla qiymətlər alan Əlyar, saza, sözə bağlı olub. Hələ kiçik yaşlarından şeirlər yazmağı sevib. 1979-cu ildə Bakı şəhərində Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub. 1980-1982-ci illərdə Kazan şəhərində hərbi xidmətdə olub. 1987-ci ildə ali məktəbi müvəffəqiyətlə bitirib, inşaatçı kimi işə başlayıb. 1994-cü ildən Rusiyanın Orenburq vilayətinə köçüb, orda yaşayır. Ailəlidir, 1 övladı, 2 nəvəsi var. Gözəl, mənalı, vətən həsrətli, sevgi dolu şeirlər yazır.Biz də Əlyar Orucoğluna uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.Rahilə QARALOVA,ZiM.Az Azərbaycan Cəbrayıl, Qubadlı, Aģdam, Zəngilan Bunlar öz tarixi torpaqlarımdı, Şuşa şah damarım, Xankəndi canım, Xocalı tarixdə qan yaddaşımdı. Laçınla, Kəlbəcər qolum, qanadım, Fizuli Tərtəri necə unudum. Təbriz qan qardaşım, Borçalı yarım Dərbənd damarımda .axan qanımdı. Göyçə qibləgahım, Məkkəm, Mədinəm Zəngəzur sinəmdə yarama məlhəm, İrəvan amalım, məslək, əqidəm Hamısı bir bütöv AZƏRBAYCANDIR.ATALARAna müqəddəsdir, ana əzizdirAnalar başına tacdır atalar.Dost, düşmən gõzündə qeyrət qalasıNamus keşikçisi, ərdi atalar.Evdəə anaların çörək təknəsiYolunu gözləyir hər an körpəsiQoy əskik olmasın heç vaxt tikəsiRuzi bərəkətdir, vardır atalar.Ovladdır atanın şanı, şöhrətiBu yolda yorulmaz heç zaman qətiHeç övlad çəkməsin ata həsrətiBalalar dalında daģdı atalar.Eşitsin sözümü hər oģlan, hər qızAta nəsiyyəti olmur faydasızAtalar dünyadan gedəndə vaxtsızƏliyarın qəlbində yaşar atalar.DünyanınDe niyə qəmlisən ey qafil insan,Bilmirdin vəfası yoxdu dünyanınSalma ürəyinə kədəri, qəmiPeşiman olacaq özü dünyanın.Dərdi dərd çəkənə verir xudayaDərdlini dərdsizlər çətin anlayaNə deyim mən indi sən zavallıyaÇəkmə qəm yükünü sən bu dünyanın.Günlərin nə qədər ötsə də çətinDik saxla başını əymə qàmətinƏlində saxla sən məzə şərbətinHərdən nəşəsini dad by dünyanın.Həyatın yolları eniş, yoxuşduBir üzündə bahar, birində qışdıYaşa sən ömrünü bax necə xoşduOnsuz da axırı yoxdu dünyanın.Umma sən etibar çiy süd əməndən,Xətası çıxacaq bir gün əlindənPeşiman olsa da öz əməlindənHər cürə dəlisi var bu dünyanın.Əliyaram sinəmdə yanır ürəyim,Qəm yüküdür sinəmdəki atəşimMən kimə söyləyim, kimə nə deyim,Çəkirəm daģını tək bu dünyanın.KƏNDİMİNNə bir səs-soraq var, nə gəlib, gedənGörəsən necədir halı kəndimin?Düşmən tapdaģında tari- mar olduQalıbmı daş üstə daşı kəndimin?Min illik bir tarix oda qalandı,Bir mahal yerindən- yurdundan olduGøyçə viran oldu, kəndlər daģıldıQovuşdu tarixə adı kəndimin.Unutmaq olmayır daģı, aranıHacı Xıdır oģlu İsgəndər hanıQoymuşdu o kəndin təməl daşınıOlmuşdu mahalda bəyi kəndimin.Çox ellər dolaşdım, çox yerlər ģəzdimHər eldə, obada duz- çörək kəsdimMən onu heç nəyə dəyişəmmədim,Getməyir aģzımdan dadı kəndimin .Əliyar neçə dözsün belə bir dərdəVətən yad əllərdə öźü qürbətdəBu dərdə dözəmməz vallah heç bəndəÇəkilmir sinəmdən daģı kəndimin!...GecələrBir yandan qəriblik, bir yandan həsrətRahatlıq vermir ki mənə gecələrÖmrün payızıdır, yoxsa qışıdırÜşüdür, qoymur ki yatım gecələr.Yadımdan çıxmayır bizim o daģlar,Ürəyim sızıldar, qəlbim qan aģlarSinəmə çəkilib gör necə daģlarYandırır sinəmi, yaxįr gecələr.Əliyaram həm qərib, həm də didərginÇəkilmir sinəmdən qüssə, kədər, kinSevgilim qarıdır dünənki gəlinKeşik çəkir mənə, yatmır gecələr.BU QIZSevincimə sevinc qatıb yaradan,Yenə pay almışam ulu tanrįdanHətta o şirindi şəkərdan, baldanAģzımın ləzzəti, tamıdı bu qįz.Məsum baxışında həyat qaynayır,Hələ çox körpədir dinib danışmır,Bu qoca dünyanın fərqinə varmırÖz uşaq ömrünü yaşayır bu qız.Sonalı göllərdə sonamdı mənim,Ayım, ulduzumdu, həm də günəşim,Qışın ortasında baharım mənimBaharda açılan çiçəkdi bu qız.Bu mənim qismətim, mənim payımdı,Mənə həyat verən suyum, havamdı,Balamın balası Ayan balamdı,Hürüdü, Pəridi, Mələkdi bu qız.Nə mən vəfasızam, nə sən günahkarVəvasızam, deyib qınama məniNə mən vəfasızam, nə sən günahkar.Hər kəsin öz bəxti, öz qisməti varNə mən vəfasızam, nə sən günahkar.Məhəbbət dediyin o bir fəlsəfə,Kimi düz anlayır, kimi tərsinəYazan taleyini yazsa tərsinəNə mən vəfasızam, nə sən günahkar.Hər şeyin fərqinə varma dərindən,Məhəbbət umma sən bir talesizdən.Nə inci, nə də küs öz taleyindənNə mən vəfasızam, nə sən günahkar.Əliyaram, qürbətdə qolları baģlı,Vətən həsrətilə sinəci daģlı,Çıxıb yaddaşımdan məhəbbət naģlıNə mən vəfasızam, nə sən günahkar.ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.