Bahar Bərdəli: " GÜNƏŞİN rənginə VƏTƏN boyanar!" Ədəbiyyat » Müsabiqə 7 октября 2020 Bahar Bərdəli - 6 may 1957-ci ildə Bərdədə doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Pedoqoji Unversitetini bitirib. 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Hazırda AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi əməkdaşıdır. Filologiya üzrə Fəlsəfə doktoru, dosentdir. İyirmiyə yaxın bədii-elmi kitabın müəllifidir. Qısa, lakonik, real həyat hadisələrini əks etdirən hekayələr yazdığına görə hekayə ustası kimi də tanınır.Biz isə aşağıda Bahar xanımın bir neçə şeirini dəyərli oxucularımıza təqdim edir və Bahar xanıma yeni-yeni uğurlar arzulayırıq!..ZiM.AZ BU PAYIZ... Bu payız bir başqadı Vətənin yurddaşında! Bu payız yaşayacaq Tarixin yaddaşında! Hə günü bir QƏLƏBƏ, Hər günü qəlpə-qəlpə Düşmənin ürəyində! Açıb yara daşı da! ŞUŞA gözləyir hələ, LAÇIN özləyir hələ, GÖYÇƏ sızlayır hələ, Boğulub göz yaşında! Cəbrayılım sevincək, Fizulimdən əl çək! Az qalıb ta....bitəcək, Bilsin yad..., sirdaşım da! İgidlərin “Yallı”sı, Qönçələrin allısı, Meyvələrin ballısı, Gözlər Vətən- daşımda, Bilsin dost, qardaşım da!!! 4 oktyabr 2020 ULU BƏRDƏM Yenə havalanıb o qarı düşmən... Al-qana boyanıb yenə də sinən... Belə döyüşlərdən çox görmüsən sən... Ulu Bərdəm! Çox görmüsən belə azğın, namərdi, Bu dünyanın ən qədimi, comərdi - Yaşarısan... Adladarsan bu dərdi, Ulu Bərdəm! Qarabağa hər vaxt arxa, dayaqsan, Yatmırsan ki... canım-gözüm, oyaqsan! Bu düşməni yenə namərd qonaq san, Ulu Bərdəm! Əsrlərlə yağmalandın, yaşadın sən, Əsrlərlə damğalandın, yaşadın sən, Əbədisən, hər zirvəni aşan da sən, Ulu Bərdəm! Özü öz qanına axır bələndi, Erməninin son çabası... necə diləndi... Ürəkdən gülənlər sonda güləndi, Uca Bərdəm! Ulu Bərdəm!!! Darıxma, Şuşam!..Darıxma, gələcək büsatın sənin,O Cıdır düzündə el şənlənəcək!Düşmənə od qoyan Ordumuz bizim,Hicranı qovacaq son mənzilətək! Küləklər dağlara sığal çəkəcək, Çiçəklər düzlərə xalı düzəcək, Hər çiçək üstündə bir al kəpənək, Qayanın küksündə qartal süzəcək!Göydən mələklər də yerə enəcək,Salacaq boynuna incə qolunu!Qarqarın, Tərtərin selə dönəcək,Köçhaköç tutacaq ŞUŞA yolunu! Natəvanın ruhu uçub göylərdə, Vaqifin ruhuna qovuşacaqdır! Günü pərən düşən o güneylərdə, Ellər oba-oba salacaqdı yurd!İSA bulağı da zümzüməsində,Xarıbülbülümün gülər gözləri!Gözəllər axışar… öz cərgəsindəNənə-nəvələrin gülər üzləri! İkidlər “CƏNGİ”yə açar qol-qanat, “CƏNGİ”nin səsinə dünya oyanar! Beləcə başlayar yenidən həyat, GÜNƏŞİN rənginə VƏTƏN boyanar!!! Oktyabr 2020ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.