Kəramət Mövsüm oğlu Zeynalov (1960)

Kəramət Mövsüm oğlu Zeynalov (1960)Kəramət Mövsüm oğlu Zeynalov 1960-cı il avqustun 06-da Ağdam rayonunun Xındırıstan kəndində anadan olub.
Natamam ali təhsillidir. Ailəlidir. Dörd övladı, doqquz nəvəsi var. Şeirləri müxtəlif mətbuat orqanlarında və ədəbi məcmuələrdə çap olunub.

Biz də Kəramət Ağdamlıya yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neçə şeirini dəyərli oxucularımıza təqdim edirik.

Məlahət SAHİBQIZI,
"Borçalı" nəşriyyatının redaktoru,
"Abdulla Şaiq", "Zirvə" və "Qızıl qələm" mükafatları laureatı
ZiM.Az



Kəramət Mövsüm oğlu Zeynalov (1960)AZƏRBAYCAN

Mənim gözəl vətənimsən
Həm yurdumsan məskənimsən
Torpağından güc almışam
Yerdən göyə ucalmışam
Cənnət qoynun nə gözəldir
Açıq sinən deyir gəl-gəl
Sığın isti qucağımda
İsin isti ocağımda
Sərvətin bol nemətin bol
Yolun açıq qəlbin geniş
Can sözünə üzüm gülmüş
Ana vətən Azərbaycan!

*
Vardır böyük gələcəyin
Ümüdüsən sən gəncliyin
Nigaransan yox dincliyin
Ana vətən Azərbaycan
Doğmalara sən anasan
Yad gözündə ox bitmisən
Gəc baxırlar sənə vətən
Ana vətən Azərbaycan!
05 12 2003cü il

*

Azərbaycan vətənimiz!
Azərbaycan vətənimiz
Keçmişimiz bu günümüz
Düşmənini məhv etməyə
Əlbət çatar gücümüz

Şəhidlərin qanı axan
Qarabağımız yad əldəsən
Məqam gözlər igidlərin
Səni dardan qurtarmağa!
Saxta qurum olur mane
Yaltaq atət zampara
Əlbir olub çalışırlar
Səni bizdən qoparsınlar
Ləngidirlər xeyrimizə
Həll olacaq işləri
Belə getməz vaxt gələcək
Qıracağıq bizə qarşı..,
O, qıcanmış quduz dişlərin
Can qarabağ sənsiz gülmür üzümüz
Bir ləkədir sənsiz ötən günümüz
Ya azatlıq Qarabağa, yada çıxsın canımız!!
05 02 2016 cı il

*

Bu gün sənin doğum günündür
Dünyayə göz açan çağın..
Açılmayır qaş qabağın
Ay Kəramət nədən sənin !?.
Keyfin yoxdur səbəb nədir
Çünki artıq qocalırsan!?
Qocalsanda pillə-pillə
Ay Kəramət zaman zaman ucalırsan!
ƏLLİ doqquz yaşındasan
Şükür haqqın qüdrətinə
Kəramətsən yaşayırsan
Yaşadanlar xatirinə
Mübarəkdir doğum günün
Ömrün uzun canın sağlam
Saf mənalı yaşayasan
Doğmaların sevənlərin sağlığı ilə!..
06 08 201906 08 2019

*

SARVANIM!
Doğum günün mübarək
Hər şad günün mübarək
Qoy sağlam olsun canın
Sarvanım ay Sarvanım!
Əsgərlik həyatında
Ol sən haq pənahında
Təbrik edirəm səni
Sarvanım ay sarvanım
Qoy ömrün uzun olsun
Könlün fərəhlə dolsun
Desinlər alqış sənə
Sarvanım ay Sərvanım!
On doqquz yaşın tamam
Olubsan igid oğlan
Bitir hərbi xidmətin
Az qalıb ay Sarvanım
Yolunu gözləyirik!
Gələrsən ay Sarvanım
Atan canına qurban
Sarvanım ay Sarvanım !!
16 09 2008 ci il

*

Ay nəvəm Kəramət!

Nəvəm, gəldin ramazanın günündə
Mübarəkdir bu gəlişin
Ay nəvəm
Sevindirdin Nurlanəni Nərmini
Bizə xoşdur bu gəlişin ay nəvəm.

Baban verdi öz adını yüz yaşa
Qurban olum baxışına göz qaşa
Uğur gətir gəlişinlə ay nəvəm
Laiqli oğul ol Sarvan atana
Qeyrətli ol sev ananı vətəni
Heç unutma səni can tək sevəni
Övlad böyüt nəvə gör toyun eylə
Həyatında sə daimə xoşbəxt ol!
Sağlam böyü, təhsil al, elmin olsun
Vətən üçün el üçün faydan olsun!
Hərdən xatırla oxu ay nəvəm!
16 05 2019


*

Sarvanım!

Doğum günün mübarək
Hər şad günün mübarək
Qoy sağlam olsun canın
Sarvanım ay Sarvanım.


Böyük alim, görkəmli el ağsaqqalı
Mədəd müəllimin ad gününə həsr
edirəm


Uzun ömür, can sağlığı,
Kişi üçün üz ağlığı.
Diləyirəm alim üçün,
Həmişəlik can sağlığı.

Mübarəkdi ad gününüz,
Müdrik alim Mədəd müəllim.
Biz sizinlə fəxr edirik,
Yaxşı nə var dərk edirik.

Xoş günləri diləyirik,
Yüz yaşayın biz deyirik.
Sağlam həyat ərz edirik,
Siz şad olun Mədəd müəllim.


Müşfiq müəllimə

Zirvələr qartalı,
Müşfiq Borçalı.
Təriflər söylənir,
Şəninə sənin,
Olmasın həyatda,
Qəmin, möhlətin .
Həmişə belə olsun,
Sənin hörmətin.
Elin verəcəkdi,
Qədir, qiymətin.




GÖZƏLLƏR MƏSKANI QARABAĞDADI

Gözəllik on olar, deyən a dostum,
Gözəllik deyilən Qarabağdadı.
Saxta gözəlliyə uyma, a dostum,
Həqiqi gözəllik Qarabağdadı.
Gözəllər məskəni Qarabağdadı,

Xarıbülbülümün qolu bağlıdı,
Bu üzdən a dostum sinəm dağlıdı,
Ümüdüm pənahım ona bağlıdı.
Gözəllər məsgəni Qarabağdadı.

Ağdamım, Xankəndim, Şuşam əsirdi.
Allahım! Söyləsən söylə... nə sirrdi?
Vətənim yağıya hələ əsirdi.
Gözəllər məsgəni Qarabağdadı!

Kimlər qarğayıbdır gözəl vətənə,
Yağılar şığayır onun köksünə.
Sönmüş ocağını qalayır yağı
Qırır meşəmizi qollu budaqlı!

Nə qədər çəkəcək bu alqı satqı?
Taptanıb gedəcək vətənin haqqı,
Gözəllər məsgəni Qarabağdadı!

Bağlandı əlimiz susdu dilimiz
Qaçqınlıq, köçgünlük çəkdi elimiz,
Vətənsiz qalmışıq çöldə, düzdə biz,
Nə vaxt güləcəkdir bizim çöhrəmiz!?

Soyuyub əlimiz, əməllərimiz,
Susub dayanmışıq yoxdur səbrimiz
Nə vaxt bilinəcək bizim qədrimiz,
Dikəlib düzələcək bizim qəddimiz!

Kəramət! fikrinlə sağa sola daşındın,
Hiddətindən parçalandın, aşındın,
Unutmaki, ümüdün pənahın haqqa bağlıdı,
Vətənin talehi polad iradəli xalqa bağlıdı!..

*

Sağ olun, var olun,
Belə ümidvar olun.
Hər şey könlüncə olsun,
Hər kəs bəxtiyar olsun.
Tale bizə yar olsun,
Qarabağ abad olsun.
Bir sakin tək yığışaq,
Qalxıb Şuşaya çıxaq.
Bulaq suyundan içək,
Deyək hamılıqla oxək...
Ancaq şəhid ruhunu,
Alaq Vətən qoxunu.

*

Yad ellər uymuşdular,
Bax beləcə udqundular.
Azərilər uyğundular,
Doğma İsa bulağına.
Öz torpağım, öz yurdumdu,
Zəfər çalan öz ordumdu.
Tökdü qanın igidlərim,
Aldı canın hay itlərin.
Rəhmət sizə şəhidlərim,
Göyərtdiniz ümidləri.
Azad etdiz torpaqları,
Xoşbəxt etdiz insanları.
Aldıq qisasını biz şəhidlərin,
Aslan cüssəli mərd igidlərin.

*

Allah qoru, özümüzü özümüzdən,
Rüşvət alıb saray tikən.
Məzlumların əlin güdən,
Xeyir görə biləcəkmi?
Tikdikləri saraylarda,
Rahat olub öləcəkmi?
Tamah, nəfis hara aparır,
Nankor olan, bu milləti.
Nəsihətlər bol edilib,
Kar qulaqlar lap didilib.
Qeyrətsizdən qeyrət umma,
Vicdansızda vicdan hanı.
Nə də etsən olmayacaq,
Lakin belə qalmayacaq.
Pislik pisə qalacaqdı,
Yaxşı yolun bulacaqdı.
Çox deyirik haqdı deyə,
Nakişini söyə-söyə.
Boş boğazlıq edə-edə,
Gözləyirik nəsə hələ.
Öz-özünə iş düzələ,
Vuruşdu ki, azad olaq.

*

Vətənpərvər şairlərin,
Qələmi güclü olsun.
Yanıb, millət oduna,
Sözləri közü olsun.
Yazdım iki kəlməni,
Mənim də duzum olsun.
Yazaq, yaradaq ki, biz,
Ömrümüz uzun olsun.
Sizi əsgər balalar,
Heç də ruhdan düşməyin.
Sizə tənə edənlər,
Alacaqdı cəzasın .
Gəbərib gedəcəklər,
Toz basacaq masasın.
Beləliklə alarıq..,
Biz şəhidin qisasın.

*

Vuruşuruq ki, azad olaq,
Köləlikdən uzaq olaq.
Problemlər qalaq-qalaq,
Hey baxırıq salaq-salaq.
Kimi gəldi pisləyirik,
İş biləni istəmirik.
İş verənə güc veririk,
Bu millətə nə lazımdı.
Nə vəzifə, nə də şöhrət,
Özünə bab bir şərait,
İnsanlığa layiq mühit,
Nə çətindir deyəsən ki,
Ay hökumət, ay prezident,
Ətrafına bir nəzər sal,
Nəyə lazım bu qalmaqal.
Biz bilirik xəbəri var,
Arxasıdı bu ordu, bu xalq,
Səbəb nədi, xalq narahat.
Olacaqmı nə vaxt rahat.
Kəramətin dediyi haqq,
Deməmişəm nahaqqa haqq.
*
Kəramət Mövsüm oğlu Zeynalov (1960)

Bahar gəlir elimizə,
Nəğmə gülür dilimizdə.
Bayram olur elimizdə,
Çiçək açır dağ da, düz də.

Bərabərdir gündüz, gecə,
Nə gözəldir şux təbiət.
Uşaqlar da çox sevinir,
Qaçdı, qovdu oynayırlar.

Nəvəm Kəramət sevinir,
Babasıyla fəxr eyləyir.
Baba alır qələmini,
Bəxş edir öz şeirini.

Nəvə qürurla söyləyir,
Babam həsr edir, şeir mənə!
ZiM.Az


Cəmilə

Sən gözəllər gözəli,
Ay Mehriban Cəmilə.
İstədik sən Gələsən,
Bizə mehman Cəmilə.

Yaradan tək yaradıb,
Gözüm səni axtarıb,
Qocalıq lövbər salıb,
Bağda ceyran Cəmilə.

Qaş gözün zil qaradı,
Sənsiz ürək yaradı,
Allahın sən payıdı,
Bizə mehman Cəmilə.

Dağların al laləsi,
Yanaqların busəsi,
Gülüşün şəlalə səsi,
Sənin sacındı Cəmilə.

Şairi heyran edib,
İlham verdin Cəmilə.
Bitirib sözlərimi,
Bizə mehman Cəmilə.


Məlhəm olmaq üçün

Nə qədər olsan da laiq
Müxalif çıxacaq sənə nə laiq
Acıdır doğru söz söyləyən əgər
Sərf etməz kiməsə budur müxtəsər
Maddi imkanına güvənən kəslər
Doğru söz önündə dirənən kəslər
Özgənin gözündə çöp axtarmayın
Öz gözünüzdə tire bir baxın!
Kəramət! Hər sözün kökün axtardım
Haqsızlıq görəndə coşdun qabardır,
Zərif könüllərə məlhəm olmaqçün
Hər güldən bir incə tel də qopardın!


Rahat olarsan!

Kəramət! az olsada pulun
Əlində nə varsa yetər qəm yemə!
Razı ol qane ol ruzini şükür
Allah nə veribsə sənə bəs edər!
Mənalı ömrünün bil sən qiymətin
Tənədən minnətdən uzaq ol yaşa
Ədəbi ərk anı uca tut ancaq
Kasıblıqdan ar edib şikayət etmə..
Zəngin ol qəlbində əqidə ilə
Maddi kasıblıq nə edər sənə?!
Mənəvi zənginlik olarsa səndə
Saf olar könlün də, rahat olarsan.

Kişi

Yük olmaq kimsəyə deyildir işim,
Acizdir demişəm bunu edənə.
Çalışıb qatlaşıb halal zəhmətə
Namərdə özümü güldürməməkçün
Üymadım mənsəbə şana şöhrətə
Aza qane olub yetdim məqsədə
Sadəlik nəciblik edər rahatlıq
Hər evdə əməldə olsa halallıq
Gözü tox əli düz qoy olsun kişi
Halal zəhmət çəkib ucalsın kişi
Elə bel bağlasın dosta tanışa
Işi tərs düşəndə çaşmasın kişi.


Əsgər

Müstəqil vətənin keşiyin çəkən
Düşmənin başına od alov tökən
Qələbə əzmilə irəli gedən
var olsun qeyrətli milli ordumuz.
Döyüş meydanında göstərib hünər
Qələbə çalaraq dön geri əsgər
Laiqli övlad ol gözəl vətənə.
Vətən oğul desin həmişə sənə!
Şərəfli yolunuz uğurlu olsun
Vətənə töhfəniz qələbə olsun
Başınız üstündə üç rəngli bayraq
Ucalsın hər zaman yenilməz olsun.


Gənclik

Gənclik sevgi ilə əkiz doğulub,
Sevgi sevən qəlbə bir məlhəm olub.
Gənclikdə sevənlər şıltaq da olub
Baharda yaranan sel daşqın təki.
Həyatın enişi yolun
Qorumaz keçərkən inamla onu
Ömür ilahidən sənin qismətin
Mənalı yazarsan olsada çətin!
Vallah unutmaram gənclik illərin,
Sevən ürəyimə olsada çətin.
Gənclikdə sevərsən min əzab olar,
Sevdiyin bir an da özgənin olar.
Qalar qəlbində də əbədi sevgin,
Çəkərsən nisgili, sənə dərd olar.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: